Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma U hərfi
UD (musiqi aləti) Röya sahibinin qeyri-adi musiqi yetənəyi var deməkdir.
UZUNLUQ
(boyun uzanması)
Röyada boyunun uzandığım görən adamın elmi və malı artıb çoxalacaq.
- Yuxunu görən hökmdardırsa -səltənəti güclənəcək, tüccardırsa – qazancı artacaq.
- Boyunun həddən artıq uzandığını görmək – əcəlin yaxınlaşdığına və ya röya sahibinin rütbəsinin əskiləcəyinə yozulur.
- Boyunun qısaldığını görmək – ölümə əlamətdir.
ULDUZ Röyada görülən ulduz yüksək şərəf sahibi bir insana yozulur.
- Öz evində parlaq ulduzların toplandığını görmək – xalqın ən say-seçmə, möhtərəm adamları o evə toplaşacaqdır.
- Əgər ulduzlar parlaq deyilsə, o möhtərəm şəxslər bir sıra uğursuzluq və bəlalardan dolayı həmin evə yığışacaqlar.
- Röyada əlində ulduz görən adamın şərəfli bir çocuğu olacaqdır.
- Ulduzların göydə söndüyünü görən kimsə zəngindirsə -yoxsullaşacaq, yoxsuldursa – öləcək.
- Dan ulduzu – gərdəkdəki gəlini ifadə edir.
- Yuxuda böyük bir ulduza çevrildiyini görən adam varlı olacaq.
- Ulduzları otardığım görən şəxs vali olacaq.
ULDUZ AXMASI Röyada birdən-birə göydən ulduz axması və yuxu görənin üstünə gəlməsi – bu, hər kəs üçün ən xoş və ən əziz istək olub, murada çatmağa yozulur.
- Ulduz axıb suya və ya dənizə düşərsə, röya sahibinin muradı və istəkləri unudulacaq.
UN Halal mala, ruziyə işarədir.
UNİVERSİTET Röyada universitetdə dərs dinləmək və ya hər hansı bir konfransda iştirak etmək – durumunuzun yaxın günlərdə düzələcəyini xəbər verir.
UNUTMAMƏNİ ÇİÇƏYİ Tüstülü bir eşq macərasına, könül işlərində küskünlüyə, peşmançılığa yozulur.
USTA KÖMƏKÇİSİ (şagird) Röyada iş görən bir usta köməkçisi görmək – istəklərinizin hamısı qısa zamanda gerçəkləşə biləcək, xoşbəxt və sağlıqlı bir ömür sürəcəksiniz.
UÇMAQ Röyada uçmaq – yolçuluğa, baş aşağı uçmaq – rahat, arxayın yolçuluğa işarədir.
- Səfərdə olmayan adamın yuxuda uçması – işsizliyə, tənbəlliyə yozulur.
- Bir evin damından digər evin damına uçmaq – tanınmış bir adamla əlaqəni kəsib, başqa bir tanınmış adamın tərəfinə keçmək anlamındadır.
- Bu röya, eyni zamanda, bir qadını buraxıb, başqasını almağa da yozulur.
- Quşlarla birgə uçmaq – yad, yabançı adamlarla görüşməkdir, qəriblik və yalnızlıqdır.
- Röyada havaya doğru uçduğunu görən kimsə ölümcül xəstə yatacaq, lakin bu azardan şəfa tapacaqdır.
- Bir yerdən başqa yerə uçmaq – şərəf və qüdrət sahibi olacaqsınız.
- Yuxuda düz istiqamətdə uçan kimsənin işləri zəhmətsiz başa gəlir.
- Xəstə adamın yuxuda uçması – ölümə işarədir.
- Röyada qanadlanıb uçduğunu görmək – yolçuluğa, qanadsız uçmaq – ağır, zəhmətli yolçuluğa, səfərə yozulur.
- Dağ üzərində uçmaq – səltənətə və ya böyük bir məqam sahibi olacağınızı; bütün düşmənlərinizə üstün gələcəyinizi göstərir.
- Uçarkən bir şeyin üzərinə düşmək – düşdüyünüz o şeyin sahibi olacaqsınız.
- Başqa yozumlara görə, yuxuda uçmaq – elm öyrənməyi, günah işləməyi, yüngül davranışı da ifadə edir.
UÇURUM Yuxuda bir çuxura, uçuruma düşdüyünü və oradan çıxa bilmədiyini görən adam ləyaqətini alçaldan üzücü bir olayla qarşılaşacaqdır.
UCUZLUQ Yuxuda ucuzluq olduğunu görmək – pulun qiymətdən düşəcəyinə, dəyərini itirəcəyinə yozulur.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz