Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma Q hərfi
QABAQ Röyada qabaq görmək-ən yaxşı yuxulardan sayılır. Etibarlı, şanlı adam, xoşrəftar rəhbər, alim və ya həkim anlamındadır.

 

- Yuxuda qabaq-xəstə üçün şəfadır.
- Röyada bişmiş qabaq yediyini görən kimsə yediyi qədər elm öyrənəcək, yaxud dağınıq olan şeyləri bir araya cəmləyə biləcək.
- Yuxuda görülən qabağın başa qaxmaq, azarlamaq, kədər, sıxıntı, darlıq, xəstəlik kimi mənaları da var.
- Qabaq yemək-aydın zəkaya və möhkəm zehnə də yozula bilir.

QAB-QACAQ Torpaqdan, gildən düzəldilmiş qab-qacaq görmək-nökər, xidmətçi, bənna anlamına gəlir. Eyni zamanda, röya sahibinin mal-mülık yiyəsi olacağını bildirir.
QABIQ Ağac qabığı-bir səyahət xəbəri sayılır. Dəniz heyvanı qabığı-xoş xəbərdir.
QABIRĞA Qabırğa yuxuda qadına, röya sahibinin arvadına işarədir.
- Qabırğa-çadır və dirəkləri, evin çardağını, döşəmə və tavanını ifadə edir, eyni zamanda, sayğıda, sevgidə fərq qoyulmayan ailə mövzularına də yozulur.
- Yuxuda qabırğa-sinəyə çəkiləcək hər cür pisliklərə, zəhmətə, şirin əzablara da işarə sayılır.
- Öz qabırğlarının sanadığını, dəri altından çıxdığını görmək röya sahibinə yetişəcək əzab və çətinliklər anlamına gəlir.

 

- Röyada qabırğaların böyüdüyünü və ya üzərindəki dərinin qalınlaşdığını görmək-ruziyə, şişmanlığa və xəstəlikdən qurtuluşa yozulur.
- Qabırğalarının olmadığını görmək-ailə üzvlərindən birinin itkisinə; qabırğa yemək-röya sahibinin ailəsinə və qohumlarına yük olduğuna və ya eynindən pal-paltarını satmağa işarədir.

QADIN Röyada qadın-dünyadır. Bir kimsə yuxuda qadının ona tərəf gəldiyini və gülərək ona baxdığını görərsə, bu-xeyrə yozulur, dünyanın yaxşılığa doğru getdiyini göstərir.
Yuxuda qadının sizə bir şey verdiyini görmək-dünya işiylə məşğul olduğunuza işarədir. Zinətli və gözəl qadın görən zəngin olur.
Çirkin qadın-yoxsulluq deməkdir. Müsəlman olmayan qadın və ya qız görmək-haram mala; qadınlarla topluca oturmaq-röya sahibinin işsiz və tənbəl olduğuna, xeyrə-şərə yaramadığına yozulur.
Röyada görülən şişman qadın-ilin ucuzluq və bolluq içində keçəcəyini; arıq, zəif qadın isə-ilin qıtlıq və bahalıq içində keçəcəyini göstərir.
QAYA Röyada qaya görən adamın inadçıllıqdan vaz keçməsi, davranışlarını məqbul və anlayışlı ölçülərə uyğun olaraq tənzimləməsi gərəkdir.
QAYDA
(tuluq zurnası)
Röyada qayda görmək və ya səsini eşitmək-evlənmə işinizin xeyli gecikəcəyinə işarədir.
QAYIQ Röyada özünü qayıqda görən cavan oğlan səmimi bir dostu tərəfindən aldadılacaq, müşkül bir durumda qalacaqdır. Röyanı görən orta yaşlarında olarsa, pul itkisi üzündən onun yaşayışı dəyişəcəkdir. Cavan qadın üçün bu cür yuxu-səmimi bir dost əldə etməyə; yaşlı qadın üçün – uçuq-sökük, xaraba bir evə daşınmağa yozulur.
QAYIŞ Xeyrə yozulmur, pis, üzüntülü bir sürprizlə qarşı-qarşıya qalacağınıza işarə sayılır.
QAYMAQ Yuxuda qaymaq yemək və ya satın almaq-hamı üçün gələcəkdəki varlığı və xoşbəxtliyi müjdələyir.
QAYMAQÇİÇƏYİ Məcburi bir yolculuğun xəbərçisi sayılır.
QAYNAQ (mənbə) Röyada bir su qaynağı (mənbəyi) görmək-uzun və sağlam bir həyat sürəcəksiniz.
QAYINANA Yuxuda qayınana görmək-xeyirli bir xəbərlə bərabər, əlinizə xeyli miqdarda pul, ya da istiqraz keçəcəyini göstərir.
QAYINATA Çox yaxın zamanda səfərə çıxacağınıza yozulur.
QAYSI (ərik) Xoş xəbərə yozulur.
QAYÇI Röyada qayçı-doğrunu yalandan ayırmağın və alimlərin rəmzidir.

 

- Qayçı-uşaqların və övladların çoxluğuna da işarədir.
- Yuxuda əlində qayçı görən adamın bacı və qardaşları çox, ruzisi bol olacaq.
- Röyada qayçı görən adam subaydırsa-evlənəcək.
- Göydən üstünə qayçı düşdüyünü görən kimsənin ömrü tükənir deyirlər.
- Qayçıyla bir şey, yaxud saç kəsdiyini görmək-röya sahibi üçün işdə xeyirli bir fürsət yaranacaq.

QAZ Röyada qaz görmək-arvada və qulluqçuya işarədir.
Yuxuda qaz əti yemək-röya sahibi qonşularından varlı və nəşəli bir qadınla evlənəcək.
Röyasında qazla danışan adam arvadı tərəfindən şərəf və şöhrətə yetişər.
QAZ Yaxud yanar qaz görmək-sevincə və işinizin qabağa gedəcəyinə, daha çox ölçülü-biçili yaşayışa başlamaqla həyat tərzinizdə böyük dəyişikliklər əldə edəcəyinizə yozulur.
QAZ SƏNAYESİ ZAVODU: Bu röya hər kəs üçün qazancın artacağına, yaxud xalqa böyük xidmətdə bulunacaq bir yerə təyin edilməyə yozulur.
QAZAN Rəsmi dairələrdə olan işinizi, əvvəl-axır, bitirəcəyinizə yozulur.
- Qazanın qaynadığını görmək-bu röyanı görən qadın ərindən boşanacaqdır.
- Yuxuda qazan-qüvvətli olmağa və düşmənə qalib gəlməyə də işarə sayılır.
- Qazanın içində şorba və ət görmək-şərəfli ruzi anlamındadır.
QAZANC Röyada bol qazanc əldə edildiyinin görülməsi-əlinizdən pul gedəcəyinə işarədir.
QAZLI SU Röyada qazlı su şüşəsi görmək-iyirmi dörd saat içərisində gözləmədiyiniz bir xəbərlə qarşılaşmağa; qazlı su içmək isə-pul itkisinə yozulur.
QALA Qayğı və sıxıntıdan qurtulmaq, qadın rəhmi kimi yozulur.
-  Qala-hökmdar və ya dövlət başqanını şərdən xeyrə çevirən qüdrətli bir güc deməkdir.
- Yuxuda özünü qalaya girən görmək-röya sahibinin dinində ibadət və itaət sahibi olduğuna, düşməninə üstün gələcəyinə işarədir.
- Uzaqdan görünən qala-bir evdən başqa evə daşınmağa; qalanın dəmir qapısının qapandığını görmək-işlərinizdə uğur qazanacağınızı, günah və cəzadan qurtulacağınızı ifadə edir.
- Qalanı fəth etmək-bir qızın qızlığını almaq deməkdir.
QALAY Parlaq bir gələcək şəklində yozulur.
QALAYÇI Sizi çox nəşəli günlər gözləyir.
QALDIRICI KRAN Son zamanlar sıxıntı içində olduğunuza və ağır bir borc yükü altına girəcəyinizə yozulur.
QALİBİYYƏT Röyada özünü hər hansı bir idman yarışında qalib gəlmiş görən, ertəsi gün cəhd elədiyi bir işdə yeniləcəkdir.
- Əgər yarışda uğur çox fərqli bir üstünlüklə əldə edilmişsə, röyanı görən adama durduğu yerdə haradansa pul gələcəkdir.
QALXAN Röyada qalxan görən adam zəngin olacaq, oğlu dünyaya gələcək, bir az çətinlik çəksə də, sonu yaxşı olacaqdır.
QAMIŞ Yuxuda qamış görmək-röya sahibinin heç gözləmədiyi bir anda tanışları qarşısında çətin və anlaşılmaz bir duruma düşəcəyini göstərir.
QAMIŞLIQ Sıxıntı içinə düşməyə və bu sıxıntıdan bir dostun yardımı sayısində qurtara biləcəyinizə yozulur.
QAMÇI
(qırmanc)
Röyada qamçı-gərəksinmə (ehtiyac) və istəyin ödənəcəyinə, yerinə yetəcəyinə, düşmənlərin yeniləcəyinə yozulur.

 

- Qamçı, eyni zamanda, uşağa və ürəyə yatımlı təmiz bir dosta işarə sayılır.
- Göydən enən qamçı-sərt adama, qəzab və əzaba, yaxud hökmdar və dövlət başqanına da yozula bilər.
- Heyvanın quyruğundan, sağrısından kəsilərək düzəldilmiş qamçı və ya qırmanc görmək-yetkin, heybətli, gözəl və əzəmətli hökmdara və ya dövlət başqanına yaxınlıq, bu yaxınlıqdan qazanılacaq məqam və rütbə anlamına gəlir.
- Əgər qamçı səliqəli və qaydasında düzəldilməmişsə, bu yuxu gəzici, (səyyar) vergi məmurunu ifadə edir.
- Yuxuda öz qırmancı ilə öz heyvanını qırmanclamaq-yuxu görən yaşayışı, dolanşığı üçün Allah-təalaya dua niyazda bulunacaq.
- Qamçıyla öz atını vurub ona qoşmaq istədiyini yuxuda görən adam çətin bir işinin həyata keçməsi üçün Allaha dua edəcəkdir.
- Qamçı zərbəsindən bir yerinin ağrıdığını görən adamın nəsihəti təsirli olur.
- Yuxuda padşah tərəfindən yüz və yüzdən az qırmanc vurulduğunu görmək-o adam vurulan qırmancın sayı qədər hökumətdən yardım alıb var-dövlət sahibi olacaqdır.

QAN Bədəninizdə yara olmadığı halda, qan axdığını görmək-böyük bir zərərə uğrayacaqsınız.
- Bir yaradan çoxlu qan axdığını görmək-mənəvi və maddi baxımdan böyük irəliləyişiniz olacaq, yüksələcəksiniz.
- Qan içmək-haram mal əldə edəcək, lakin xeyrini görməyəcəksiniz.
- Bədəninizin bir yerindən qan axdığını və üst-başınızın bulandığını görmək-qeyri-məqbul yollarla pul və mal qazanmağa yozulur.
- Axan qan paltarınıza bulaşmasa-günahlarınızdan təmizlənəcəksiniz.
- Güllə, bıçaq və s. silahlarla alınan yaradan qan axması-malınız-varınız artacaq, miras yoluyla əlinizə pul gələcək, yaxud xeyirli bir səyahətə çıxacaqsınız.
damarlarınızdan qan axması-varlı üçün kasıblığa, kasıb üçün var-dövlətə işarədir.
- Dişlərinizdən qan gəlməsi-qohumunuzdan zərər görəcəksiniz.
- Bir yerdə qan görüb içinə düşmək-iftira və dedi-qodudur.
Bir irmağı, çayı qanlı axan görmək-müharibəyə işarədir.
- Gözdən qan axdığını müşahidə etmək-sevdiyiniz bir kimsədən əbədi olaraq ayrılığa yozulur.
- Qan aldırmaq-davamlı səhhətə və afiyətə işarə sayılır.
QANALMA Bilgiyə (elmə) və əmanətə işarə olub, qorxunun, təhlükənin sovuşduğuna yozulur.
- Qan alan ixtiyar adamdırsa, bu röya çox xeyirlidir.
- Cavan oğlan belə yuxu görərsə, sərvətə və şöhrətə qovuşar.
QANQSTER Yuxuda qanqster görən adamın həyatı və gələcəyi himayə altındadır.
QANTAR (yaylı əl tərəzisi) Kasıb üçün var-dövlət anlamına gəlir.
QAPAN Yanlış bir hərəkətə yol verərək işlərinizi alt-üst edəcəyinizə dəlil olaraq qəbul edilir.
QAPI KİLİDİ İşlərin çözüm yoluna girəcəyinə yozulur.
QAPI CIRILTISI Röyada ev və ya mənzilin qapısının cırıltısını eşitmək-gözətçi, yaxud qapıçı tərəfindən bir pisliyə, ya da ər-arvad arasında baş verəcək narazılığa işarə sayılır.

 

- Eyni zamanda, bir sirrin ifşa ediləcəyini göstərir.
- Bir mirzənin yazı yazarkən (yazı taxtası və ya kağız üzərində) qələminin cırıltısını yuxuda eşitmək-elm adamları üçün Allah və xalq nəzərində dərəcələrinin yüksək olmasını və yaxşılıqla anılmalarını; başqa adamlar üçün-gizli şeylərin meydana çıxmasını və çətinliklərlə qarşılaşacağını xəbər verir.
- Qapını yıxılmış və ya yanmış görmək-qayğıya, zəifliyə; təzə qapı-röya sahibinin evlənərək bəla və müsibətlərdən qurtulacağına yozulur.

QAPLAN Yuxuda qaplan (pələng) görmək-çox hiyləgər və qüvvətli düşmənə işarədir. Qaplan əti yemək, yaxud südünü içmək-mənfəət və qazanca; qaplanı tutduğunu görmək-düşməni yenməyə yozulur.
QARRöyada pəncərədən yağan qarı seyr etmək-üzüntü və sıxıntıların ən qısa zamanda öz-özünə yox olacağını xəbər verir. Qar fırtınasına düşmək-tasalı, qayğılı günlər başlayacaq və bir təhlükəni dəf edə biləcəksiniz. Qarda yerimək, üzərində ayaq izlərini görmək-xoş bir sürprizlə qarşılaşacağınıza işarədir.
QARA BİBƏR Acı xəbərə yozulur.
QARA DƏNİZ Qara dənizlə ilgili yuxular çətin bir işlə qarşı-qarşıya qalacağınıza yozulur.
QARA RƏNG Yuxuda qara rəng-ucalıq və var-dövlət deməkdir.
- Parlaq qara rəng-hökmdar tərəfindən sizə bəxş ediləcək ucalıq və qüdrət anlamındadır.
- Qara paltar geydiyini görmək-ucalığa işarədir.
- Qara rəngli paltar geyməyə adət etməmiş adamın yuxuda qara geyimdə olduğunu görməsi-üzüntüyə və kədərə yozulur.
- Çeşidli yozumlara görə, qara rəng, həm dı röya sahibinin böyük bir qüsuruna, o kimsənin ata-ana üzünə ağ olmasına, yaxud əlini-ayağını sındıracağına işarə sayılır.
QARA TUT Yüngül bir xəstəliyə tutulma ehtimalını göstərir.
QARA CİYƏR Röyada qara ciyər görən adam içki içir və qızartma yeyirsə, dərhal bunlardan vaz keçməlidir, serroz ola bilər.
QARAĞAC İşinizdə uğur, evinizdə xoşbəxtlik deməkdir.
QARABASMA (kabus)  Tez-tez qorxulu yuxu, kabus görmək-röya sahibinin gizli düşməninin meydana çıxmasına və onu yenəcəyinə yozulur.
QARABATDAQ Dərin bir eşq və məhəbbətlə birisinə bağlanacağınıza yozulur.
QARAYEL Röyada qarayel rüzgarının şiddətlə əsdiyini görmək-bir tanışınız vasitəsilə işinizdə yüksələcəksiniz.
QARAJ Röyada qarajda avomobili təmizlədiyini, yaxud benzin doldurduğunu görmək-çox yaxşı yuxu kimi yozulur. Yaxın zamanda qovuşacağınız sərvətə və etibara işarədir.

 

- Qarajda işləmək-gəliri artırıb çoxaltmaq üçün yaxşı bir fürsət ələ düşəcəkdir.

QARANLIQ Yuxuda qaranlıq-qayğıların, üzüntülərin artacağına; qaranlıqdan işığa çıxmaq-qayğılardan qurtulmağa, yüksək mövqeli dövlət adamlarına yaxınlıqdan faydalanmağa işarədir.
QARATOYUQ Çox sevdiyiniz bir dostla bərabər səyahətə çıxacaqsınız.
QARAÇI Bu röya cavan oğlan üçün yaxın vaxtlarda gözlənilməz səfərə;
- orta yaşlılar üçün-pul itkisinə;
- evlənməmiş qadın üçün-gözləməyi çox sevən birisiylə izdivaca;
- evli qadın üçün-bəzi gizli məsələlərin aşkar olacağına işarə sayılır.
QARĞA Qaba, yalançı və sözündə durmayan adama işarə sayılır.
QARĞIDALI Yuxuda qarğıdalı yemək, qarğıdalı tarlası görmək-cavan kişi üçün tikinti işlərindəki uğura;
- daha təcrübəli və yaşlı adam üçün çətinliyi olsa da, tutduğu işin sonunda böyük bir qazanc gətirəcəyinə;
- gənc və subay qadın üçün-çox dedi-qodulu bir evliliyə;
- evdar qadın üçün-gözləmədiyi bir yerdən gələcək pula yozulur.
QARDAŞ Qardaşını yuxuda görən adam yaxınlarından və ya dostlarından xoş xəbər alacaqdır. Kişilər üçün bu röya maddi durumunun düzələcəyinə; qadınlar üçün-sıxıntılı anında gözləmədiyi bir adamdan yardım gələcəyinə işarə sayılır.
QARDEROB Uzun illər qurduğunuz xəyallar bir anda gerçəkləşəcək deməkdir.
QARIN-QARTA ŞORBASI Yuxuda qarın-qarta şorbası içmək-röya sahibinin geniş miqyaslı bir iş dolayısıyla yorğun olmasına və onun dincəlməsi, istirahət etməsi gərəkliyinə işarədir.
QARINQULU (acgöz) Röyada qarınqulu birini görmək-mədə pozğunluğuna işarədir.
QARIŞQA Yuxuda qarışqa-zəif və hirsli bir qövmü, milləti, əsgəri, ordunu, ailəni və uzun ömrü ifadə edir.
- Qarışqa-ucuzluq, bolluq və ruzi əlamətidir.
- Xəstə olan adam yuxuda bədənində qarışqa gəzdiyini görsə, vəfat
edəcək.
- Röyada qarışqanın qanadlandığını görmək-çoxlu əsgərin həlak olacağını xəbər verir.
- Bir şəhər və ya məmləkətdən qarışqaların qaçdığını görmək-oğruların həmin yerdən bir şey oğurladığını və ya orda təmir, quruculuq işləri gördüyünü xəbər verir.
- Röyada qarışqa öldürdüyünü görən adam başqasının təhrikiylə günah iş tutacaq.
- Yuxuda görülən böyük bir qarışqa-savaşçıların öldürüləcəyinə, xəstələrin vəfat edəcəyinə, səyahət arzusunda olanların ölüm xəbərinə və zərər çəkəcəklərinə işarədir.
- Böyük bir qarışqanın evindən yüklə bərabər çıxdığını görən adamın oğlu və ya qardaşı onun var-dövlətini oğurlayacaq.
QARMON Yuxuda qarmon-uzaqdakı bir dostunuzdan və ya qohumunuzdan şad xəbər alacaqsınız.
QARNİZON Röyada özünü hərbi qarnizonda görənin bəxti açılacaq, girişdiyi işlərdə uğur qazanacaq, sevdiyi adamdan qarşılıq görəcəkdir.
QARPIZ Çeşidli yozumlarla açıqlanır:
Qarpız satın almaq-bir işə pul qoyub maya buraxmağa işarədir.
- Qarpız kəsmək-pis xəbərdir.
- Qarpız yemək-haqqınızda dedi-qodu çıxacaqdır.
- Bostandan qarpız toplamaq-yaxın bir adamınızla aranız pozulacaq.
QARSON (ofisiant) Röyada restoranda və ya qəhvəxanada qulluq edən bir qarson dostunuzla rastlaşmaq-ailənizdən çətin vəziyyətə düşən bir nəfər sizdən yardım istəyəcək.
- Yuxuda özünü qarson görmək-ortaya xoşagəlməz ani bir iş çıxacaq və ya evinizi dəyişdirəcəksiniz.
- Fıştırıq çalan və ya şərqi söyləyən qarson-gözləmədiyiniz bir qonağınız gələcək.
QARTAL Çox xeyirli yuxulardandır, böyük bir qismət deməkdir.
QAT (mərtəbə) Röyada bir evin mərtəbəsini satın almaq-bəzi boş xəyallara baş qoşduğunuzu göstərir.
QATAR Yuxuda qatar-işinizdə yüksəlmək üçün yaxşı bir fürsət yaranacağına yozulur.
- Qatarda birisini görmək-dostlarınızdan yaxşılıq görəcəksiniz.
- Qatarda səyahətə çıxmaq-çox önəmli nəticələri olacaq bir toplantıya dəvət alacağınızı göstərir.
QATİL Röyada qatil görmək-şərqli və qərbli yozuculara görə, şad bir xəbərlə qarşı-qarşıya qalacaqsınız deməkdir.
QATIQ Yaxşı qazanca, çoxlu pula, uzun ömrə yozulur.
QATIR Aşağıdakı biçimdə yozulur:
Qatıra minmək-zəhmətli bir işdən üz ağlığıyla çıxmaqdır.
- Qatır satın almaq-evdə bəzi üzüntülərə işarədir.
- Qatırdan düşmək-pul-mal itkisidir.
- Qatırdan şıllaq yemək-gözləmədiyiniz bir dostdan xəyanət görəcəksiniz.
QATIRDIRNAĞI (bitki) Röyada qatırdırnağı çiçəyini görmək-yuxu görənin şair, ya da çox romantik ruhlu bir adam olduğuna işarədir.
QATLAMA BIÇAQ Ailədə dedi-qodu olacağına işarədir.
- Bıçaq bülövləmək-haqqınızda dedi-qodular çıxacaq və bundan çox üzüləcəksiniz.
- Bıçaqla bir şey kəsmək-işlərinizin qarışacağına yozulur.
QATRAN Çoxdan bəri arzuladığınız və ardınca düşmüş olduğunuz bir iş müsbət nəticələnəcək.
QAFA Röyada qafa görmək-bir sınaqdan uğurla çıxacağınıza yozulur.
QAÇAQ Röyada fərari bir qaçağı yaxalamaq-gizli, fəqət çox qüdrətli düşmənə işarədir.
QAÇAQ-QUDUR Aranızda duran, yardım edən adam sizi bu köməkdən məhrum edəcəkdir.
QAÇAQMALÇI (kondrabandaçı) Yuxuda qaçaqmalçı görmək-röya sahibinin bir qəbahət işləyəcəyinə və bu səbəbdən çox diqqətli olmağın gərəkliyinə işarə olaraq qəbul edilir.
QAÇIŞ (cıdır) MEYDANI Röyada cıdır meydanı-nəşəyə, sevincə, düşmən üzərində qələbəyə, kiçik yaşlı uşaqlar üçün Qurani-Kərimi öyrənməyə yozulur.
QAÇMAQ Bir təhlükədən və ya qovğadan qaçmaq-gününüz bir müddət qorxu və əndişə içində keçəcək, lakin sonu xeyirli olacaqdır.

 

- Əgər röya sahibi həbsdən qaçdığını və ya başqasının qaçmasına yardım etdiyini görmüşsə, çox önəmli bir sirrini söyləmiş olduğu bir dostu onu ifşa edəcəkdir.
- Röyasında qaçdığını, lakin qaçma səbəbinin nə olduğunu bilməyən adam tövbə edər və günahlarının bağışlanmasını dilər.

QAŞ Yuxuda qaş görmək-xeyrə yozulur, işlərinizin, sağlamlığınızın yaxşı olacağına işarə sayılır.
QAŞIQ Bolluq və bərəkətə yozulur.
QAŞINMAQ Röyada qaşındığını görmək-sıxıntılı günlərin başlayacağına, lakin bu sıxıntının çox sürməyəcəyinə yozulur.
QEYRİ-TƏBİİ RÖYALAR Həyatda mümkün olmayan şeyləri yuxuda görmək, iştirak etməyin mümkünsüz olduğu bir ziyafətdə bulunmaq, dünyada tayı, oxşarı olmayan bir çox əcayib məxluq görmək və onlarla söhbətləşmək, dostluq etmək-röya sahibinin normal həyatında gözlənilməz dəyişikliklər olacaqdır.
QƏBAHƏT Röyada qəbahət bir iş tutmaq-xeyrə yozulmur, pis xəbər əlaməti sayılır.
QƏBİLƏ Röyada qəbilə görmək, bir qəbilə içində olmaq-yuxunu görən pula, var-dövlətə nail olacaq.
QƏBİR Röyada qəbir həbsxanaya, həbsxana da qəbrə işarə sayılır.

 

- Yuxuda qəbir qazmaq-evi təmir etməyə, yaxud evlənməyə yozulur.
- Cənazə görmədən qəbrə girdiyini görən kimsə vəfat etmiş bir adamın miras qalan evini satın alacaq.
- Subay adamın röyasında qəbri qazdığını görməsi-onun hiyləylə bir qadına evlənəcəyini göstərir.
- Röyada bir qəbir satın alaraq içinə girmədiyini görən adam bir qadınla nigahlanıb evlənəcək.
- Qəbrin bir yerdən başqa yerə dəyişdirildiyini görmək-qəbir sahibinin övlad və törəmələrindən birisinin orda ev tikəcəyini xəbər verir.
- Dam üstündə qəbir qazdığını görən adamın ömrü uzun olar.
- Röyada qəbirləri ziyarət etmək-həbsxanada olan məhkumları yoxlamaq, ziyarət etmək deməkdir.
- Bir şəhərdə özünə və ya başqasına qəbir qazdığını, yaxud özü üçün bir qəbir qazıldığını görən adam o yerdə ev tikib məskən salacaq.
- Yuxuda ölmədən dəfn edildiyini görən kimsəyə üzüntü və kədər üz verəcək, yaxud o adam həbsxanaya düşəcəkdir.
- Yuxuda bir qəbiri açmaq-röya sahibinin qəbir yiyəsinin həyatdakı yolu və əməlləriylə uğraşmaq arzusunda olduğuna işarədir.
- Məzarda uyuyan alimdirsə, röya sahibi də elm alıb hikmət sahibi olacaq; varlıdırsa-var-dövlətə yetişəcək.
- Röyada tanış olmayan ölülərin qəbirlərindən sıçrayıb qalxdıqlarını və evlərinə doğru getdiklərini görmək-röya sahibinin yaşadığı yerdə pis adamların müsəlman olmalarını, yaxud əkinçilərin bitəcəyinə ümid etmədikləri əkin məhsullarının bitib məhsul verəcəyini göstərir.

QƏBİRQAZAN Hiylə ilə aldadılacağınızı xəbər verir.

 

- Özünün qəbir qazdığını görən adam rəhmətə nail olavaq.

QƏBİRİSTAN Röyada qəbiristan görən tutduğu günah əməllərə görə tövbə edəcək.

 

- Özünü ölmüş görənin ömrü uzun olacaq. Bir ölünü ağlamaq-xeyir xəbərə; ölünü qaçarkən görmək-uzun ömrə əlamətdir.
- Ölüyə bir şey vermək və ya ölünün röya sahibinə bir şey verməsi-evdə də, işdə də bolluq və bərəkət olacaqdır.
- Ölülərlə bərabər getmək-əcəlin yaxınlaşdığını xəbər verir.
- Öz evində ölü görən adam istəyinə və muradına çatar deyirlər.

QƏDƏH Daha çox evin xanımına və qulluqçuya yozulur.
- Qızıl və gümüş qədəhlər-sağlamlığı, gizli işlərin açığa çıxmasını ifadə edir.
- Röyada görülən dolu qədəh-hamilə qadındır.
- Əgər qədəhin içindəki su tökülürsə, hamilə qadın uşaq salacaq; qədəh qırılarsa-qadın öləcək.
-Yuxuda əlində qədəh olduğunu, qədəhin əlindən düşüb qırıldığını, lakin suyun əlində qaldığını görmək-röya sahibinin arvadı oğlan doğacaq, özü isə öləcək, uşaq sağ qalacaqdır.
- Əgər qədəh qırılmazsa, lakin içindəki su tökülərsə-uşaq öləcək, qadın sağ qalacaq.
- Başqa bir yozuma görə isə, büllur qədəh qırılarsa, sıxıntı, kədər üz verər.
QƏDİR GECƏSİ Röyada orucluq ayının 27-ci gecəsini, Qədir gecəsini görmək-yuxu görənin işlərində və istəklərində böyük uğurlar qazanacağına və onun Allahın sadiq qulu olduğuna yozulur.

 

- Bu röya ən uğurlu və xeyirli yuxulardan sayılır.
- Şərqin röya yozucuları "Qədir gecəsi" yuxularının çox az görüldüyünü söyləyirlər.

QƏYYUM (məscid xidmətçisi) Xeyirli bir işə girişəcəyinizə işarə sayılır.
QƏZET Röyada qəzet oxuyan adam yaxın vaxtlarda gözləmədiyi, lakin çox maraqlandığı bir olayla qarşılaşacaq.
- Əgər mətbəə yuxuya girərsə, daha karlı bir işə girişəcəksiniz.
- Özünü qəzetçi, müxbir görmək isə ərmağan və şöhrətə yozulur.
QƏLB (ürək) Röyada görülən qəlb yuxu sahibinin ürəkli və nəşəli olduğuna, cəsarətinə, ağıl və zəkasına, əliaçıqlığına, ciddi və sadə adam olduğuna işarədir.

 

- Qəlbində bir qorxu və əndişə hiss etmək-röya sahibinin haqqa, həqiqətə uymasına və doğru yolu bulmasına yozulur.
- Ürəyinin ağzından çıxdığını görmək-dinin gözəlliyinə işarədir.
- Yuxuda qəlb-qadın rəmzi kimi də mənalandırılır.
- Ürəyin parça-parça olduğunu görmək-röya sahibi xəstə isə yaxşılaşacaq, qayğı və qüssədən qurtulacaq.
- Qəlbində göz olduğunu görmək-zəka və anlayışa, dinində sağlam olmağa, gözəl və açıq sözlülük anlamına gəlir.
- Yuxuda ürəyin ağrıdığını hiss etmək-pislik edəcəksiniz.
- Ürəkdə xəstəlik olduğunu görmək-böhtana, araqarışdırıcılığa yozulur.
- Yuxuda ürək, bəzən də insanın hörmət etdiyi alicənab rəhbərə, müdirə, sirdaşa işarə sayılır.

QƏLƏM Yazı yazmaq üçün istifadə edilən qələmi yuxuda görmək-elmə, Allah əmrinə və uşağa yozulur.

 

- Röyada bir qələmə malik olduğunu görən adam elm, bilik sahibi olacaq.
- Əgər o qələmlə yazı yazdığınızı görsəniz, yazacağınız əsərlər anlamına gəlir.
- Bir kimsə röyasında əlində və ya yanında qələm olduğunu görərsə, bu yuxu onun qardaşıyla bir yerdə olacağına və əgər anası hamilədirsə, oğlan uşağı doğacağına işarə sayılır.
- Bir varlı yuxuda əlində dövlətdən aldığı bir qələm olduğunu görərsə, bu-ucalığı, qüdrəti, mötəbər əmri ifadə edir.
- Əgər röya sahibi vəzifədən götürülmüşsə, bir şəhərə vali və orda hökmü keçərli olur.
- Röyada qələmin mürəkkəb içərisinə batırdığını görən adam çirkin bir işə girişəcək.
- Yuxuda qələm, eyni zamanda, hökmdara, alimə, dil və qılıncla özünə şərəf, şöhrət təmin edən, hökmü icra edən şəxsiyyətlərə və qəhrəmanlara da yozulur.
- Röyada görülən qələm-comərdlik və xeyirxahlıq, insanın sirr sahibi olmasını, yaxud düşməni üzərində zəfər çalacağını ifadə edir.

QƏLYAN Dambatlıq və çoxbilmişlik əlaməti olaraq qəbul edilir.
QƏLP PUL KƏSƏN (saxtakar)
Röyada qəlp pul kəsən bir saxtakar görmək-heç bir işdə duruş
gətirilməyəcək avara və başıboş bir həyata və bu durumun uzun müddət
davam edəcəyinə işarədir.
QƏMLİ Röyada özünü qəmli durumda görən adam ertəsi gün şən-şaqraq dəqiqələr keçirəcəkdir.

 

- Röyada özünü qayğılı və kədərli görmək-günaha batmaq deməkdir, eyni zamanda, röya sahibinin tezliklə tövbə edərək, qayğı və üzüntüdən qurtulacağı anlamına gəlir.

QƏMƏ (xəncər) Gənc oğlanın özünü müdafiə üçün başqasına qəmə çəkməsi-girişiləcək bir işə, qüvvətli bir rəqiblə qarşılaşmağa, yaxud da eşqə və sevgiyə işarə olaraq yozula bilir.

 

- Yaşlılar üçün bu röya-ciddi bir rəqabət üzündən meydana çıxacaq çətinlikləri; qadın üçün-pis bir yoldaşından görəcəyi zərəri xəbər verir.
- Röya görən daha yaşlı adamdırsa, ailə qovğalarını önləyə, aradan qaldıra biləcəkdir.

QƏMZƏ Röyada nazlı-qəmzəli adam görmək-ertəsi gün işləriniz yaxşı gedəcək, nəzərdə tutduğunuz şeyi əldə edəcəksiniz. Məmursunuzsa, işdə yüksələcək; fəhləsinizsə-əlinizə pul gələcəkdir.

 

- Şagird, yaxud tələbə belə yuxu görərsə, dərslərindən yaxşı qiymət alacaqdır.

QƏNDİL (çıraq) Röyada yanar qəndil görmək-hamilə qadın üçün oğlan uşağı doğacağına; xəstə üçün isə həyat yoldaşı kimi yozulur.

 

- Röyada qəndilinin söndüyünü görən xəstə ölər.
- Bir kimsənin yuxuda qəndil və ya şamının düzgün yandığı yerdə birdən işığının artmasını görməsi-xəstəsi varsa yaxşılaşacaq.
- Yuxuda işığı zəif və kiçik qəndil-hamilə qadın üçün bir qız uşağını ifadə edir.
- Röyada evinin qəndilini işıqlı olaraq görmək-yuxu sahibinin ev işlərini görən adamın yaxşı xasiyyətli olmasına işarədir.
- Yuxuda evin qəndilini sönmüş görmək-o evin işlərinə baxan adamın qarışıq və bəd əməllərinə və ya ev sahibinin işlərinin çətinləşməsinə, yaxud ailə üzvlərindən birinin vəfatına yozulur.
- Röyada əlində qəndil olduğunu və onun sönəcəyindən qorxduğunu görən adam xəstədirsə vəfat edəcək.
- Röyada gecə ikən əlində bir şam getdiyini görən kimsə bir günah işlər, sonra da tövbə edər.
- Yanan şamı üfürüb söndürməyə çalışmaq-röya sahibi dürüst bir kimsənin işini ləğv etməyə çalışsa da bacarmayacaq.
- Bir vali əlində sönmüş qəndil görərsə, işindən azad ediləcək.
- Röya sahibi tacirdirsə-zərər çəkəcək; xeyirxah adamdırsa – maılı gedəcək.
- Məsciddə qəndilin söndüyünü görmək-məscidə gedib-gələn adam alimdirsə, vəfat edəcək.
- Röyada qəndili vaxtında yandırmaq-şan-şöhrətli və faydalı bir uşağı ifadə edir.

QƏNİMƏT Röyada bir döyüşdən sonra qənimət ələ keçirdiyini görən adamın başından talesiz bir eşq macərası keçəcək və bu səbəbdən o, uzun illər üzüntü içində qalacaqdır.
QƏPİK-QURUŞ Röyada cibindəki xırda qəpik-quruşu şaqqıldatmaq-pul baxımından həyatda sıxıntı çəkəcəyinizə işarədir.

 

- Yolda qiymətli bir metal pul tapmaq-çalışdığını müəssisə sizi daha məsuliyyətli və daha yaxşı bir maaşla başqa şöbəsinə işə götürəcəkdir.
- Röyada xırda pul itirmək-qarşınıza çıxan mühüm bir fürsəti əldən verəcəyinizə işarə sayılır.

QƏRARGAH Röyada hərbi qərargah görmək-igidliyə, mərdliyə, toy-düyünə işarə sayılır.
QƏRƏNFİL Çeşidli yozumları var:
Qırmızı qərənfil-şiddətli eşqdir.
Bəyaz qərənfil-təmizlik və saflıqdır.
Alabəzək qərənfil-nəşəli günlər və səadətdir.
Sarı qərənfil-üzüntü və xəstəlikdir.
-Yaxaya qərənfil taxmaq-yüngülxasiyyətlikdir.
- Qərənfil çeynəmək-əndişədir.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz