Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma P hərfi
Padişah Röyada padişah görmək ən xeyirli yuxulardan sayılır.
- Subaysınızsa – xoşbəxt ailə quracaqsiniz, evlisinizsə – yaşayışınız, güzaranınız son dərəcə gözəl və ürəkaçan olacaqdır.
Pazı(Çuğundur) yarpağı Xeyirli ruzi anlamındadır. Təmizləmədən bu pencəri yemək – borca və şübhəli şeylərə, yaxud da taleyin dönməsinə;
- qadın üçün – heysiyyət və şərəfinə toxunan sözlərə işarədir.
Paya (Dirək) Bu röya heç gözləmədiyiniz birisinin haqqınızda dedi-qodu yaydığını və sizə quyu qazdığını göstərir.
Payız şumu Röyada payız şumuna qoyulmuş torpaq görmək – istəklərinizin gerçəkləşməsi üçün bir az da gözləməyiniz gərəkdir.
Payızgülü (Xrizantema) Röyada payızgülü görmək – bir sevgi məsələsi ilə qarşı-qarşıya qalacaqsınız.
Paket
(Torba)
Alış-veriş üçün istifadə olunan paket – ibrətverici bir təcrübəyə işarədir.
- Paket almaq – cavan oğlan üçün bu röya alacağı bir məktubdan və ya xəbərdən üzüləcəyinə, sıxıntı çəkəcəyinə;
- Yaşlı adam üçün – heç də güvənilməyən bir dosta, yoldaşa;
- Gənc qadın üçün – ürəkaçan bir sürprizə;
- Yaşlı qadın üçün – girişdiyi bir işdən uğur qazanacağına və bu uğurdan başqalarının da faydalana biləcəyinə yozulur.
Palan Etibar qazanacağınıza, lakin əlinizdən xeyli pul çıxacağına işarədir.
Palıd ağacı Acı xəbərə yozulur. Yuxuda palıd ağacı görmək və ya kölgəsində oturub dincəlmək – cavan oğlanın uğur qazana bilməsi üçün var gücü ilə çalışmasını; daha yaşlı adam üçün – yaxın bir yoldaşının ondan yardım istəyəcəyini;
- Dul qadın üçün – özündən çox yaşlı bir adama evlənəcəyini;
- Evli qadın üçün – çətin bir işdə uğur qazanacağını xəbər verir.
Palıd qozası Cavan oğlanın röyada palıd qozası topladığını görməsi – sonu bir şübhəli bir işdə uğur qazanacaqdır.
- Röya sahibi yaşlıdırsa – az maaşlı bir işi qəbul edəcəkdir.
- Gənc qadın üçün bu röya – yaxşı bəxtə;
- yaşlı qadın üçün – qazanacağı uğurdan başqalarının da istifadə edəcəyinə yozulur.
Palma Faydalı bir dəniz səfərinə çıxacaqsınız.
Paltar röyada təzə paltar geymək – iş həyatınızda hamıdan əlverişli və üstün vəziyyətdə olduğunuza yozulur.
- Pis və cırıq-cındır paltar geymək – yoxsullaşacaq və mövqeyinizi itirəcəksiniz;
- Şık və qəşəng geyimdə küçəyə çıxmaq, yaxud rəsmi yerə getmək – yaxınlarda var-yoxunuzu itirəcəksiniz.
- Pul sıxıntısı üzündən paltar satmaq – kasıb üçün xeyrə;
- varlı üçün kədər və can sıxıntısına, mal və pul itkisinə yozulur.
- Zərif və incə geyimli xanımlar görmək – yaxınlarda bir toyda olacaq, yaxud evlənəcəksiniz (nişanlanacaqsınız).
- Gənc qızların və ya qadınların özlərinin kişi geyimində görməsi – sevindirici bir xəbərə işarə sayılır.
Paltar dolabı Qohumlardan biriylə umu-küsüyə, münaqişəyə işarədir.
Paltar yumaq Pis xəbərə işarə sayılır.
Paltar təmizləyən Varlı birisiylə evlənməyə işarədir. Əgər röya sahibi evlidirsə – gözləmədiyi bir yerdən xeyli pul alacaqdır.
Paltar asılan Subay qızlar üçün – qismət, cavan oğlanlar üçün – sıxıntı kimi yozulur.
Palto Röyada palto geymək – yaxşı bir mövqe sahibi olacaqsınız.
Pambıq Bəmbəyaz pambıq görmək – fərəhə, sevincə işarədir.
Pansionat Səyahətə və səfərə yozulur.
Pantolon
(şalvar)
Yuxuda qara rəngli pantolon geymək – xətirli və mötəbər adamlar üçün xeyirli röya hesab edilir.
- Köhnə və yırtıq pantolon geymək – tasaya, kədərə;
- ipək və yun pantolon – xeyirə yozulur.
Papa
(roma papası)
Röyada Papanı görmək – ailədaxili bir məsələdə şübhə altına alınacaqsınız.
- Papa ilə danışıb söhbət etməksonu şübhəli bir işə atılacaqsınız.
- Papa ilə ayində, dini mərasimdə olmaq – yaxınlarınızdan birinin vəfat edəcəyinə işarədir.
- Papaya bir şey vermək – xristiana çox dəyərli bir yardımda bulunmağa yozulur.
- Özünü Papa olmuş görmək – böyük bir fəlakət anlamına gəlir.
Papaz (keşiş) Günah işləməyə və pisliyə işarədir.
Parik Röyada parik görmək – başqalarının da fikir və tövsiyyələrini qiymətləndirə bilsəniz, həyatda uğur qazanacaqsınız.
Park Yuxuda yamyaşıl və gözəl bir parkda gəzib-dolaşmaq – əyləncəli bir istirahət gözləyir sizi.
Parlament Röyada parlament binasını görmək – dövlət qapısında önəmli bir işinizin həll ediləcəyinə yozulur.
Parça taciri Özünü bir parça mağazasında görmək – kişilər üçün bu yuxu uğurlu bir ticarətə; qadınlar üçün – əyləncəyə yozulur.
Parçalamaq Röyada bir adamın dəli kimi üst-başını parçalaması – bir başqası ona qarşı etirazda bulunacaq və ya röya sahibi bir işdə töhmətləndiriləcək, şübhə altına alınacaqdır.
Pasport Xarici bir ölkəyə getmək üçün röyada pasport almağa çalışmaq – işlərinizdə bir sıra əngəllər çıxacaqdır.
Pasta
(diş pastası)
Xəstəlikdən şəfa bulunmağa və nəslin çoxluğu anlamına gəlir. Ot, çiçək və taxıldan çəkilən yağ və pastalar da, eyni şəkildə yozulur.
Patriarx Xeyirə yozulmur, xəstəliyə də işarədir.
Patriarxiya Bir fəlakət xəbəri olaraq yozulur.
Paxla Yuxuda təzə paxla yemək – düşmən əhatəsində olduğunuza işarədir.
- Quru paxla yemək – könlünüzü saran kədər və istirablardan qurtulacaqsınız.
Paxlava Paxlava bişirmək – həyatınızı çox çalışmaqla və min-bir məşəqqətlə qazanacağınıza işarədir.
- Paxlava yemək – mal-dövlət və ya pulunuz əldən gedəcəkdir.
Paşa (hərbi və mülki titul) Röyada hərbi mindirdə bir Osmanlı paşası görmək – şan-şərəf, mövqe və etibar işarəsi olaraq yozulur.
Peyğəmbər çiçəyi umduğunuz, istədiyiniz nə varsa, nail olcaqsınız.
Pendir Röyada pendir yemək – işdə aldadılmağa işarədir. Bazardan pendir almaq – kişilər üçün bu röya – ticarətdə böyük və zəhmətsiz qazanca; - subaylar üçün – zəngin bir qadınla evlənməyə;
- ərə getməmiş qadın üçün – xaricdə vəzifəli bir adamla birləşməyə;
- evli və uşaqlı qadın üçün – mirasa qovuşmağa yozulur.
Pəmbə (çəhrayı) Rəngbəzi gərəksiz xəyallarla məşğulsunuz.
Pəncə (caynaq) Röyada pəncə görmək – qüvvətə, rahat yaşayışa işarədir.
- Qartal caynağı – həyatda böyük bir uğur qazanacaqsınız.
Pəncərə Yuxuda pəncərə görmək – röya sahibi bir vara, mülkə nail olacaq, ucalığa və xoşbəxtliyə çatacaqdır.
- Röyanı görən sıxıntı və qıtlığ içindədirsə, bu qayğılardan qurtulacaq, xəstədirsə – yaxşılaşacaq, subaydırsa – evlənəcək və gözəl bir qızla məsud ailə həyatı quracaqdır.
Pəncərə qapağı (taxta örtük) Bəzi yeni sirlər kəşf edəcək və öyrəndiklərinizdən ağıllı şəkildə istifadə edə biləcəksiniz.
Pərvanə Səbirsizliyə yozulur.
Pərdə Röyada pərdə ilə sıx-sıx örtülmüş pəncərə görən adam yaxın günlərdə həyati sirlə, müəmmayla dolu bir nəfərlə yaxından tanış olub sıx əlaqə yaradacaq, lakin bu tanışlıq çox böyük üzüntüyə və qəmə-qayğıya səbəb olacaqdır.
Pəri (mələk) Röyada pərilər, mələklər diyarında olmaq, rəqs edən, əylənən pəriləri görmək, yaxud da bir pəri ilə söhbətləşmək – röya sahibi gözləmədiyi halda olduqca önəmli bir sərvətə nail olacaqdır.
Pərpərəng (bitki) Mədə və bağırsaq xəstəliyinə yozulur.
Pəhlivan yuxuda pəhlivan görmək – mənasız bir iş cəhdində bulunacaqsınız.
Pivə yuxuda pivə içmək – nişanlanacaq və tezliklə evlənəcəksiniz.
- Pivə almaq və ya bir yerdə çoxlu pivə şüşəsi görmək – var-dövlət sahibi olacaqsınız.
Pijama Cansıxıcı bir xəbərə yozulur.
Pipik (xoruz pipiyi) Ruzinizin və sərvətinizin çoxalacağına, hər hansı bir olay dolayısıyla sıxıntıya düçar olacağınıza işarə sayılır.
Pislik etmək Röyada birisinə pislik öyrətdiyini görən adam öz dostlarından birinə pislik edəcək.
Pişik Evin qulluqçusuna işarədir. Bəzi yozucular pişiyi röya sahibinin evində olan oğru kimi də yozurlar.
- Dişi pişik – hiyləgər, pis qadını ifadə edir.
- Röyada miyoldaya-miyoldaya bir nəfərin ətrafında dolaşan və onu qorumağa çalışan pişik – o şəxsə həm zərəri, həm də faydası toxunan bir adama işarə sayılır.
- Erkək pişiyin yuxuda bir adamı cırmaqlaması, yaxud dişləməsi – o adam bir il xəstə yatar.
- Vəhşi çöl pişiyinin dişləməsi daha şiddətli xəstəliyə yozulur.
- Yuxuda pişik satmaq – ruziyə və faydaya;
- pişik əti yemək – sehrbazlıq sənətini öyrənməyə; pişiyə döndüyünü görmək – oğurluğa və yaşayışını gərəksiz işlərdən qoruya bilməyə;
- pişiyin evə girdiyini görmək – evə oğru girəcəyinə, lakin bir şey aparmayacağına işarədir. röyada bir pişiyin bir adamı cırmaqlaması, onun qanını axıtması, yaxud gözünü çıxarması – açıq bir düşməni ifadə edir.
Platin Yuxuda platin görmək – bir dəli eşq əlamətidir.
Plyaj Cinsi həyatınızın nəzarət altına almağın gərəkdiyinə yozulur.
Plov Röyada plov görmək – indiyəcən iç üzü naməlum olan bir çox çətin və qarışıq məsələlərin açılıb, aydınlaşacağına işarə sayılır.
Polis idarəsi Polislə ilgili röyalar başınıza bir bəla, dərd gələcəyinə işarə sayılır.
Pomidor Yuxuda pomidor – sizi və ailənizi könülaçan, xoş işlərin gözlədiyinə işarə sayılır.
Poni (at cinsi) Yuxuda alçaqboylu at cinsindən olan poni görmək – muradınıza çatacaq, ürəyinizcə səadətə qovuşub, çoxlu pul qazanacaqsınız.
- Həm özünüzün, həm yaxın adamlarınızın sağlamlığı və iş durumları fövqəladə dərəcədə düzələcəkdir.
- Röyada poniyə minmək – işinizdə ən yüksək mərtəbəyə yetişəcəksiniz deməkdir.
Portağal Şad xəbərə və uğurlu eşqə yozulur.
Poçtalyon röyada poçtalyondan məktub almaq – kimsə röya sahibini lağa qoyacaqdır.
- Poçt qutusundan və ya əldən məktub almaq – yaxın günlərdə önəmli bir xəbər alacaqsınız.
- Yuxuda poçtalyonun sizə məktub olmadığını söyləməsi – çox önəmli bir sənədiniz itəcəkdir.
Pul Röyada külçə halında pula sahib olmaq – əlinizə çoxlu pul keçəcəkdir.
- Pul itirmək – əlinizə bir qədər pul keçəcəkdir.
- Yerdən pul yığmaq – böyük çətinliklərlə qarşılaşacaqsınız.
- Qızıl pul görmək – zənginliyə, var-dövlətə yozulur.
- Qənaətlə pul yığmaq – hər hərəkətinizdə yetkin bir adam olduğunuzu göstərir.
Pul saymaq Planlarınız və təsəvvürləriniz arzunuzca gerçəkləşə bilməyəcək, onlara yeni bir yön verməyiniz gərəkdir.
Pul yatırmaq Röyada bir əmanət kassasına pul yatırtdığını görən adamın irəlidə rahat bir həyat gözləyir.
- Birisindən əmanət olaraq pul almaq – bir dostunuzu itirəcəyinizə işarədir.
- Pul cəriməsi ödəmək – həyatda kiçik bir irəliləyişiniz olacaq deməkdir.
Pul daxılı Bu röya böyük miqdarda pul itkisinə işarə sayılır.
Pusqu Röyada pusqu qurmaq – zalım bir adamın xəyanətinə və alçaqlığına məruz qalacaqsınız.
Pusquya düşmək Açıqürəkli olduğunuzdan həyatda çox şey qazanacaqsınız.
Püstə Röyada püstə yeyildiyini görmək – çox önəmli adamlar evinizi ziyarət edəcək və bir iş təklifi alacaqsınız.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz