Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma M hərfi ( PART - 1)
MAAŞ (aylıq) Yuxuda maaş aldığını görmək-əldən böyük miqdarda pul çıxacağına, lakin bu çıxan pulun iki mislinin əldə ediləcəyinə işarə sayılır.
MAVİ RƏNG Röyada xoşbəxtlik sırasına görə düzülmüş rənglər cədvəlində mavi rəngi görmək-ailənizdə hökm sürən səadətdən və məhəbbətdən xəbər verir.
- Rənglər cədvəlində mavi ən uğurlu rəng olan qırmızının altındadır.
- Yuxuda mavi səma görmək-eşqdə sədaqəti ifadə edir, səadət və əmin-amanlıq deməkdir.
- Röyada mavi cisimlər-dostların çevrəsində olduğunuza işarə sayılır.
MAQNİT Uğurlu bir eşq həyatının xəbərçisi olaraq yozulur.
MAĞAZA Yuxuda mağaza görmək cavan oğlan üçün-faydalı bir işə; orta yaşlı və təcrübə sahibi adamlar üçün-karlı və qazanclı güzərana, ruziyə; qadın üçün-ailə həyatında xoşbəxt və xoş bir ömür sürəcəyinə yozulur.
MAĞARA İnsanın yuxuda mağara görməsi-röya sahibi müəlliminin, atasının, ustadının, həyat yoldaşının himayəsinə sığınacaq deməkdir.
- Yuxuda mağara, bəzən, işlərini başqalardan gizli saxlamağa, boşda qalmış adam üçün vəzifə almağa, sıxıntılardan qurtulmağa da yozulur.
- Röyanı görən xəstə və ya həbsdə isə, bunlardan qurtulacaq.
- Başqa bir yozuma görə isə, mağara görmək-röya sahibinin ömrünün uzunluğuna və xeyrinin, faydasının çoxluğuna işarə sayılır. Yuxuda mağaraya girdiyini görən adam bir idarəçiyə, qüvvətli və qüdrətli bir kimsəyə kələk gələr.
MAZI (bitki) Röyada mazı yeməyi yemək-özünüzdən yaşca kiçik yaxın bir adamınızla olmuş anlaşılmazlıq aydınlaşdırılıb yoluna qoyulacaqdır.
MAY AYI May ayını, bu ayla ilgili günləri yuxuda görmək-bolluğa, bərəkətə yozulur.
MAY BÖCƏYİ Yaxın günlərdə bacarıqlı və işbilən bir adamla qazanclı işlərə girişəcəyinizə işarədir.
MAYA (acıtma) Ruh düşkünlüyü anlamına gəlir. Mayanın daşıb qabardığını görmək-könül xoşluğuna yozulur.
MAYAK (dənizdə) Röyada gəmiylə güdərkən mayak görmək aydınlığa və səadətə işarədir, arzu və əməlləriniz həyata keçəcək deməkdir.
MAYALLAQ AŞMAQ Röyada başı üstündən mayallaq aşmaq-hərəkətlərinizdə daha ciddi və təmkinli olmağın gərəkliliyinə işarə sayılır.
MAYONEZ Qərb ölkələrində səyahət ediləcəyinə yozulur.
MAKARA (ip çarxı) Röyada iplik sarınmış makara görmək-işlərin asanlaşacağına və düzgünlüyünə;
- quyu və tros makaraları isə-çox zəhmətli işlərə yozulur.
MAKARON Acgözlüyə və qarınqululuğa işarədir.
MAL-QARA Röyada öküz, inək, sığır və s. kimi iribuynuzlu mal-qara görmək-uğur və qazanc anlamına gəlir.
- Cavan oğlan üçün bu röya-həyatda uğur və qazanc kimi yozulur.
- Daha yaşlı kişilər üçün-mirasa qovuşmaq şəklində mənalandırılır.
- Gənc, ərə getməmiş qız belə röya görərsə, varlı bir adamla evlənəcək.
- Evli qadının yuxuda mal-qara görməsi-onun bir malikanəyə sahib olacağını xəbər verir.
- Əgər gördüyü heyvanlardan biri onun arxasınca gəkirsə, heç gözləmədiyi bir sərvətə, var-dövlətə yetişəcək.
MALİKANƏ Röyada bir əkinçiylə çənə-boğaz döymək-mühüm bir məsələnin aydınlaşdırılmasında ustalıq göstərəcək və lazımlı bir adamı məmnun edəcəksiniz.
- Malikanədə (təsərrüfatda) istifadə olunan maşınlar almaq-başqa bir şəxsin yapacağı xətadan (o xətada sizin heç bir suç və məsuliyyətiniz yoxdur) sonra işinizi daha da artırıb inkişaf etdirmək üçün əlinizə fürsət düşəcəkdir.
- Bir malikanədə dincəlmək, istirahət etmək-istirahətdən qayıtdıqdan sonra xoş xəbərlər alacaqsınız.
MAMAÇA Hamilə qadının yuxuda mamaça görməsi-onun sağlam və gözəl bir cocuğu olacağına işarə sayılır.
MANDARİN Röyada mandarin yemək-cənub bölgələrinə nəşəli bir səyahətə çıxacağınıza işarə sayılır.
MANDOLİNA (musiqi aləti) Yuxuda mandolina görən-yaxın dostlarıyla nəşəli günlər keçirəcəkdir.
MANTI
(xəmir yeməyi)
Yuxuda mantı yediyini görən adam ən yaxın dostlarından birinin xəyanətinə məruz qalacaq və bundan əzab çəkəcəkdir. Nə qərbli, nə də şərqli röya yozucuları mantı ilə ilgili yuxuları xeyrə yozmurlar.
- Sarımsaqlı mantı yemək isə ölüm xəbəri olaraq açıqlanır.
MANTO
(qadın paltosu)
Bu cür röya görən adam yaxın günlərdə böyük bir sıxıntı içinə düşəcəkdir.
MARQARİN Yuxuda marqarin yemək-mədə xəstəliyinə yozulur.
MARKA Girişəcəyiniz işdə ziyana düşəcəksiniz.
MARMELAD Röyada marmelad yemək-əvvəli pis şərtlərlə başlayan bir işin sonda uğurla bitəcəyinə dəlil olaraq qəbul edilir.
MARS İnasnın yuxuda mars ulduzunu görməsi və ya seyr etməsi-pisliyə, əzab-əziyyətə, qorzuya, qan töküləcəyinə işarədir.
- Marsın göydən aşağı endiyini görmək-yanğına, zülmə, bağlı, kilidli şeylərin açılmasına, qadınları boşamağa, evlərin yıxılmasına yozulur.
MASA Yuxuda üstü hazır yeməklərlə dolu masa-zənginliyə, rifaha; üstü boş masa-kasıblığa əlamət sayılır.
MASKA Bəzi xəyalların gerçəkləşə biləcəyinə işarə sayılır.
MASKALI ADAM Röyada maskalı adam görmək-bəzi sirləriniz yaxınlarınız tərəfindən dilə-dişə düşəcəkdir.
MASSAJ Röyada özünü massaj etdirdiyini görmək-idmanın sizə yaradığına yozulur.
MATARA
(çiyindən asma su qabı)
Bir qismət işarəsi olaraq yozulur.
MATƏM Matəmlə ilgili röyalar, ümumiyyətlə, aydın günlərin xəbərçisi kimi yozulur.
MATÇ
(idman yarışı)
Röyada bir futbol matçına tamaşa etmək-vaxtınızı boş-boşuna keçirməkdə olduğunuza işarə sayılır.
MAUZER Röyada başqasının əlində mauzer görmək-hiylə və fitnə-fəsada yozulur.
- Mauzeri öz əlində görmək-sakitliyə, əmin-amanlığa işarə sayılır.
MAHMIZ Röyada mahmız görmək-röya sahibinin çətin bir durumda bulunduğuna, amma bu durumdan qısa müddət içində qurtulacağına işarə sayılır.
- Mahmız qızıldan görülərsə, röya sahibini böyük uğur gözləyir.
MACAR Macar millətindən olan bir şəxsi röyada görmək-yaxın günlərdə hay-küylü, şan-şaqraq əyləncələrə girişəcəksiniz.
MAŞIN (cihaz) Röyada hər hansı bir maşın və ya cihaz görmək-işiniz, yaşayışınız asanlaşacaq.
MAŞİNİST Röyada bir maşinistlə söhbət etmək-işinizdə, vəzifənizdə mühüm dəyişiklik olacağına işarədir.
MEBEL Cavan kişinin yuxuda ev üçün ev əşyaları alması, atması, yaxud ona hədiyyə edilmiş əşyalara baxdığını görməsi, o, ürəkaçan bir iş uğrunda mübarizəyə qoşulacaq.
- Bu röya orta yaşlı kişilər üçün-işlərini öz yoluna qoyacağına; ərə getməmiş qadın üçün-tezliklə ərə gedəcəyinə; evli qadın üçün-xoş bir əyləncəyə yozulur.
- Boş və mebelsiz evdə gəzmək-şəraiti pis olan bir evə daşınacağınıza işarədir.
- Mebelle dolu bir evdə boş otaq görmək isə – ümidlərinizin boşa çıxacağının ifadə edir.
MEDAL Röyada medalla mükafatlandırılmaq-istedad və yetənəkləriniz (qabiliyyətiniz) əvvəl-axır başa düşülüb qiymətləndiriləcək, öz sənətinizdə yüksələcəksiniz.
- Röyada başqa birini mükafatlandırıb yaxasına medal taxmaq-maddi baxımdan qiymətli olan və vaxtilə itirmiş olduğunuz bəzi əşyalar tapılıb sizə təqdim ediləcəkdir.
- Yuxuda özünün bəzi adamlara və qurumlara medal payladığını görmək-tanımadığınız bir adamın xidmətindən faydalanacaqsınız.
MEYVƏ Röyada meyvə ağacı görmək-hamı üçün ürəkaçan bir iş görməyə, sərvətin və etibarın yüksələcəyinə işarə sayılır.
- Bu röya bütün meyvələr üçün eyni şəkildə yozulur.
- Yuxuda dadlı meyvə görmək-ruzini , mənfəəti və faydalı elmi ifadə edir.
- Köhnə meyvə yemək də ruziyə və elmə yozulur.
- Gözəl və xoş ətirli meyvələr olan bir ziyafətdə iştirak etmək, ancaq heç birinə əl vurmamaq-xeyrə əlamətdir.
- Yetişməmiş, kal meyvə-tələsik, düşünülməmiş bir hərəkətdən ortaya çıxacaq təhlükəyə; dəymiş meyvə-gecikməniz ucbatından işinizin tərs gedəcəyinə işarədir.
- Yuxuda görülən meyvənin rəngi solğun olarsa, xəyanət üzündən ziyana uğrayacaqsınız.
MEYVƏ BAĞI Yuxuda meyvə bağında gəzib dolaşmaq-çox xeyirli bir röya olub, səadət və zənginlik dolu bir gələcək kimi açıqlanır. Bağda meyvə toplamaq isə-gözəl, ürəkaçan bir iş görüb böyük sərvət sahibi olmağınıza yozulur.
MEYVƏ SUYU
(şirəsi)
Gözləmədiyiniz halda, birisi sizinlə şit, bayağı zarafat edəcək.
MEYVƏ-TƏRƏVƏZ SATICISI Yaxşılığa, gözəlliyə yozulur.
MEYDAN Röyada geniş bir meydan görmək-iş həyatında irəliləyiş və yeni imkanlar yaranacağına, qazancın artacağına yozulur.
MEYMUN Röyada meymun görmək-əxlaqsız və hər cür eyib yiyəsi olan bir kimsəni ifadə edir.
- Yuxuda meymunla güləşmək və ona qalib gəlmək-röya sahibi xəstələnəcək, ancaq şəfa tapacaqdır.
- Meymuna yenilmək isə-əlacsız bir xəstəliyə işarədir.
- Röyada meymun görmək, bəzən də, böyük günahlara;
- meymunla cinsi əlaqədə olmaq-pis, xoşa gəlməz işlərə; meymunun yanından sevişib getmək-düşməni üstələməyə;
- meymun əti yemək-təzə paltar geyməyə;
- meymunun adamı cırmaqlaması – birisiylə qovğaya, düşmənçiliyə yozulur.
- Meymun röyada sehrbaz və hiyləgər bir adam anlamına da gəlir.
- Meymun balası-sehirbazlıqdan gəlir əldə etməyə;
- meymunun belinizə mindiyini görmək-bir evdən mal-pul oğurlayacağınıza əlamət sayılır.
- Yuxuda meymuna döndüyünü görmək-ziyankarlığa meyilli və həvəsli olmağa işarədir.
MEYXANƏ Ən xeyirli röyalardandır. Röya sahibinin işdə, eşq həyatında, sağlamlıq durumunda həmişə bəxti gətirəcək, həyatda yaxşı dostlar qazanacaq, əlinə bol-bol pul gələcəkdir.
MELODİYA Röyada çox yaxşı bildiyiniz bir melodiyanı eşitmək-sevdiyiniz bir dostunuza qovuşacaqsınız.
MERAC Röyada Merac qəndilində Allaha dua etmək-ən xeyrə yozulan röyalardan biridir, diləklərinizin yerinə yetəcəyi anlamına gəlir.
MERİNOS QOYUNU Bol gəlir deməkdir.
MERKURİ PLANETİ Yuxuda Merkuri planetini görüb ondan xoşu gəlmək-məşhur qələm sahibinə və nüfuzlu hökumət adamına işarədir. oyanıq halda ayın Merkuri ilə qarşılaşdığı zaman bu röyanı görməkxeyrə əlamət sayılmır;
- yalana, ayrılığa, qorxunc, çirkin xəbərlərə və söz-söhbətə yozulur.
- Merkurini bütün parlaqlığı ilə görmək-böyük kamandan və başqan kimi bir adamı ifadə edir.
MEHMANDAR (mehmanxana sahibi, işçi)  əsgi xatirələrinizi yenidən yaşayacağınıza yozulur.
MEHTƏR BÖLÜYÜ (türk ordusunda marş çalan musiqiçi dəstəsi) Röyada bir mehtər bölüyü görmək, ya da mehtər marşı dinləmək-ətrafınızda böyük bir səadət havası əsəcək, toy-duyun olacaq.
- Özünü mehtər bölüyündə bir musiqi alətində çalan görmək-bir səfər ərəfəsində olduğunuza yozulur.
MEŞİN (dəri)Eşqdə uğursuzluğa işarədir.
MEŞİN DÖŞƏK Röyada tumacdan və ya dəridən hazırlanmış döşək görmək-bir qadının qulluqçusu və ya onun sirrini bilən yaxın bir adam anlamına gəlir. Bu yuxu, eyni zamanda, röya sahibinin arvadına və ya ona yaxın olan bir kimsəyə işarədir.
- Bəzən də, anaya yozulur.
MƏBƏD Sağlıq və xoşbəxtlik bəlirtisi olaraq qəbul edilir. Məbəd islam məbədi və röya sahibi başqa dindən olarsa, bu yuxu həmin adamın müsəlmanlığı qəbul edəcəyi şəklində yozulur.
MƏQALƏ Röyada bir qəzet məqaləsi oxumaq-bir iş-güc yiyəsi deyilsiniz deməkdir.
MƏQAM (mövqe, vəzifə) Röyada hər hansı bir mövqeyə, məqama yüksəldiyini görən adam işində uğursuzluğa uğrayacaq.
MƏDDAH Şad xəbərlər alınacağına yozulur.
MƏDƏ (qursaq) Röyada mədə-ömrə, güzərana və ruziyə yozulur.
- Yuxuda mədəsini qüvvətli və sağlam görən adam xeyrə qovuşacaq, uzun ömür sürəcək.
- Əgər röya görənin mədəsi qüvvətli və sağlam deyilsə-yozum əvvəlkinin tərsidir.
- Mədənin boş olması-kədərdən, xəstəlikdən qurtulmağa, xeyrə, arxayın və rahat yaşayışa işarədir.
MƏDƏN Röyada mədəndə işləmək, ümumiyyətlə, mədən görmək-bolluğa və xoşbəxtliyə yozulur. Gümüş və qızıl mədəni-ululuğa, ucalığa; mis mədəni-rahatlığa, əmin-amanlığa işarədir.
MƏDƏN SUYU Röyada mədən suyu və ya sodası görmək-mədənizin pozuq olduğuna işarədir.
MƏDƏN FƏHLƏSİ (qazmaçı) Röyada mədən fəhləsi görmək, mədən ocaqlarını, filiz quyularını gəzmək-kişi üçün-inandığı bir dostuyla anlaşmaya, əməkdaşlığa;
- təcrübəli bir adam üçün-işini artırıb genişləndirəcəyinə;
- subay qadın üçün-varlı bir adamla evlənəcəyinə;
- evli qadın üçün-xoş taleyə, açıq bəxtə yozulur.
MƏDİNEYİ-MÜNƏVVƏRƏ Mədineyi-münəvvərəni yuxuda görmək-din və dünyaca xeyir işlərə, tövbə edib əfv olunmağa yozulur.
- Çeşidli yozumlara görə, mədinəni yuxuda görmək-əmin-amanlığa, rəhmətə, üzüntüdən-sıxıntıdan qurtarmağa, xoş güzərana işarə sayılır.
MƏDRƏSƏ Xetirxahlığa, cəza şərtlərini yerinə yetirməyə, alqı-satqıya, kölə azad etməyə, eyni zamanda, fəsad çıxarmağa, arvad boşamağa yozulur.
MƏZAR DAŞI (başdaşı) Röyada bir məzarlıqda gəzərək başdaşılarının üstündəki yazıları oxumaq-röya sahibi subay və yalqızdırsa, uzun və anlamsız bir həyat yaşayacaq; evlidirsə-uzun ömür sürəcəkdir.
MƏKKEYİ-MÜKƏRRƏMƏ Röyada Məkkeyi-mükərrəməni (Müqəddəs Məkkə şəhərini) görmək-imam olaraq yozulur.
- Röyasında Məkkəyə getdiyini görən adam xəstədirsə, xəstəliyi uzun sürər və ya ölər.
- Günahkarlar üçün Məkkəyə girmək-tövbəyə;
- kafirlər üçün-islama tapınmağa; subaylar üçün-evlənməyə işarədir.
- Məkkəyə girən adam hər cür qorxu və şübhədən qurtulur.
- Həcc üçün Məkkəyə getmək-Allahü-təala röya sahibinə həcc nəsib edəcək. Bu gözəl şəhərin civarında olduğunu görmək-uzun ömrə əlamətdir.
- Röyada Məkkəyə arxasını döndərmək-işindən və ya ortağından ayrılmağa işarədir. məkkənin yıxıldığını görmək-röya sahibinin ibadəti, namazı qüsürludur.
- Məkkədə bolluq və ucuzluq görmək-xeyrə; qıtlıq görmək-şərə dəlalət edir.
MƏKTƏB Röyada məktəb görmək-mədəniyyət baxımından yeni və geniş imkanlara işarə sayılır.
MƏKTUB Röyada poçtalyonun evə məktub gətirdiyini görmək-kiməsə yazılacaq məktuba işarədir.
- Kişilər üçün bu röya-vəzifədə yüksəlməyə; ticarət adamları və qadınlar üçün-qazancın artmasına;
- ev qadını üçün-vaxtını boş keçirməyə, bir toplantıya dəvətə;
- gənc qızlar üçün-maraqlı və macəralı bir eşqə yozulur.
MƏLƏZ AT Yuxuda mələz at-qüdrət və şərəfi ifadə edir. Eyni zamanda, yüksək bir rütbəyə və məqsədə çatmağa, yaxud, əsilzadə çocuğa işarə sayılır.
MƏLƏK Röyada mələk görmək-qəmdən, kədərdən qurtulub sevincə, şadlığa qovuşacaqdır.
- Bir yerdə çoxlu mələklərin toplaşmış olduğunu görmək-o yerdə müharibə olacaq.
- Mələklə bərabər uçmaq-axirətdə səadətdir.
- Gözəl və nurlu bir mələk görmək-xeyirli və sevincli xəbərlərə; mələyi çirkin vəziyyətdə görmək-qəmə, kədərə işarədir.
- Mələyin yerə endiyini görmək-o yerə xeyir və bərəkət gələcək.
- Mələyi qadın qılığında görmək-günaha batacaqsınız.
- Bir mələyin sizə lənət etdiyini görmək-dində fəsada və etiqadsızlığa yozulur.
- Özünü mələk olmuş görmək-böyük mövqeyə yüksələcəksiniz.
- Cəbrayıl əleyhissəlamı görmək-əgər bir səyahət niyyətindəsinizsə, səfəriniz qəzasız-bəlasız keçəcək, düşmənə qələbə çalacaqsınız. – Mikayıl əleyhissəlamı görmək-mala, mülkə və şərəfə qovuşacaq, yaxud karlı, xeyirli bir səfərə çıxacaqsınız.
- Əzrayıl əleyhissəlamı görmək-düşmənlərinizin birinin vəfatına işarə sayılır.
- Ümumiyyətlə, yuxuda mələk görmək-şərəfli və bəxtiyar ömür yaşayacağınıza yozulur.
MƏLƏMƏ Röyada bir quzunu mələrkən görmək-bir uşağınız dünyaya gələcək və ondan çox xeyir görəcəksiniz.
MƏLHƏM Bir xəstəliyin başlandığını xəbər verir.
MƏMLƏKƏT Hər hansı bir məmləkəti (ölkəni) yuxuda görmək-bəzi adamlarla yeni və faydalı dostluqlar quracağınıza işarədir.
MƏMƏ Röyada bir qadın məməsi görmək-bir qız övladınızın dünyaya gələcəyinə işarədir.
- Məmənizdən süd axdığını görmək-qısa zamanda evlənəcəyinizi göstərir.
- Məmə vermək-uşaqlarınızın uzun ömürlü və xeyirli olacağına yozulur.
MƏMUR (qulluq sahibi) Röyada özünüzü bir məmuriyyətə (qulluğa) təyin olunmuş görmək-yorucu və bezdirici işlərlə baş-başa qalacağınıza işarədir.
- Röyada kiçik bir məmur (qulluqçu) və ya özünü əhəmiyyətsiz bir qulluqda görmək-bir çox çətin işlərlə qarşılaşacaqsınız.
MƏNDİL (əl yaylığı) Yuxuda məndil almaq və ya vermək-ayrılıqdır.
MƏNZİL (otaq)Yuxuda gözəl bəzədilmiş bir mənzil (otaq) görmək-zənginlik, var-dövlət mənasında yozulur. (Belə bir yuxunu yoxsul adam görərsə, onun birdən-birə rifaha və səadətə qovuşacağı bəlli olur).
- Özünü bir otaq içində tək-tənha və yalnız görmək-təhlükədən uzaq, rahat bir həyat sürəcəksiniz.
MƏRASİM Yuxuda mərasim keçirildiyini görmək-yüksək mövqe sahibi olan bir adamdan xeyirxahlıq görərək çox sevinəcəyinizə yozulur.
- Mərasimdə iştirak etmək-iş həyatında böyük zərərə uğrayacaqsınız.
- Toy mərasimi-bir övladınız dünyaya gələcək. Yas mərasimi-bir fəlakət xəbərinə işarədir.
MƏRMƏR Yuxuda mərmər görmək-güclü bir mübarizədən sonra uğur qazanacağınıza və bu uğurun davamlı olacağına yozulur.
MƏRMƏR KARXANASI Yeni bir iş yeri açacağınıza işarə sayılır.
MƏRUZƏ (raport) Röyada birisinin məruzə (raport) etdiyinin görülməsi-röya sahibinin başına bəlalı bir iş gələcəkdir.
- Əgər raport verən röya sahibinin özüdürsə, bəla daha böyük olacaqdır.
MƏRCAN Yuxuda mərcan görmək-zənginlik əlaməti olub, çox gözəl bir cariyə və ya qıza sahib olacağınıza işarə sayılır. Mərcan boyunbağı-Uca Tanrının qadağaları anlamına gəlir.
MƏRCAN ÇİÇƏYİ Röyada bu çiçəyi qoxlayan adam o il sağlam olacaq.
- Mərcan çiçəyi əkənin ağıllı bir oğlan uşağı doğulacaq.
- Qadının yuxuda mərcan çiçəyi qoxulaması dini sağlam bir oğlan uşağı doğulacağına və ya ərə gedəcəyi anlamına gəlir.
MƏRCİMƏK Yuxuda mərcimək görmək-yaxın bir adamınızın sizin eşq həyatınızla ilgili söz-söhbətlər yaymaqda olduğuna işarədir.
MƏSKƏN (ev) Röyada gözəl bir ev görmək, içinə girmək-bu günlərdə xeyirli bir xəbər alacağınıza və ya sizi hədsiz sevindirəcək bir hadisə olacağına işarə sayılır.
- Bir evi inşa etdirmək-zənginlik və səadətdir.
- Yanan bir ev görmək-üzüntüdür.
- Öz evini yuxuda görmək-kədər və əndişələrin artıq sona çatacağını ifadə edir. Yıxılmış ev görmək-yeni bir ev inşa etdirəcəksiniz.
MƏTBƏƏ Hökumət dairələrində olan bir işiniz həll olunacaqdır.
MƏTBƏX Röyada mətbəx görmək-çox zəngin olacağınıza, lakin əsil səadəti əsla görüb hiss etməyəcəyinizə işarədir.
MƏTBƏX BIÇAĞI Xeyirxah bir işi xeyirlə başa vuracağınıza işarədir.
MƏXMƏR Röyada ipək məxmər alan, satan, geyən hər kəs-xalq arasında şöhrət qazanacaqdır.
- Pambıq məxmər-röya sahibi heysiyyət və şərəfini, toplumdakı yerini itirəcəkdir.
MƏHƏBBƏT VƏ DOSTLUQ Röyada bir adamla məhəbbətlə qarşılıqlı hörmətlə dostluq etdiyini görmək-röya sahibinin şan-şərəfininyüksək olduğunu açıqlayır, hədisi-şərifə görə, "dərin ağıla, yetginliyə" işarə sayılır.
- Yaxud da hər işin sonunu düşünmək anlamına gəlir.
MƏHƏLLƏ Nəşəli bir xəbər müjdəsi olaraq yozulur.
MƏHƏMMƏD ƏLEYHİSSƏLAM Hədisi-şərifdə Həzrəti Məhəmməd belə buyurmuşdur"Bir kimsə röyasında məni görərsə, o kimsə axirətdə ən yaxın bir sifətlə şəfaətimlə, xüsusi bir görüşlə məni görəcəkdir".
- Başqa bir söyləməyə görə, Həzrəti Məhəmməd"Bir kimsə yuxusunda məni görərsə, o kimsə həqiqətən və gerçəkdən məni görmüşdür" buyurub.
- Yenə bir hədisi-şərifdə"Bir kimsə röyasında məni görərsə, o kimsə gerçəkdən və eynən məni görmüş kimi olur. Zira, şeytanın mənim şəklimə girməsini düşünməsi mümkün deyildir"- söyləyir kainatın əfəndisi Həzrəti Peyğəmbərimiz.
- Bir kimsə yuxuda uca İslam Peyğəmbərini görmüşsə, röyası doğrudur. Yəni, Rəsulullahı görən adamın durumu həmişə yaxşı, könlü daima şən olur.
- Röya sahibi üzüntü içindədirsə-üzüntüdən, kədərdən qurtulur; həbsdədirsə-azad olur.
- Röyada Həzrət Peyğəmbəri görənlər mühasirədə və ya qıtlıq içindədirlərsə, bu durumlardan qurtulacaqlar, dünyada ucuzluq olacaq.
- Röyada Həzrəti Petğəmbəri görmək-dəlil-sübutları açıqlamağı, sözündə doğru olmağı, vədə əməl etməyi ifadə edir. Röya sahibi ailəsində və qohumları arasında heç birinin çata bilmədiyi bir məqama yüksələcəkdir.
- Röyada Həzrəti Məhəmmədi görmək-əziyyət və cəzaya sinə gərməyə işarədir. Röya sahibi əgər yetim və qəribsə, böyük bir mövqeyə çatacaq;
- həkimdirsə-xalq arasında tanınıb seviləcək.
- Röyada Həzrəti Məhəmmədin vəfat etdiyini görən adamın öz nəslində şərəfli və hörmətli bir şəxs vəfat edəcək.
- Həzrəti Məhəmmədin bir yerdə cənazəsini görmək-o yerdə böyük bir uğursuzluq və bəla olacağını xəbər verir.
- Röyada Həzrəti Peyğəmbərin cənazəsini uğurladığını, hətta qəbri-şəriflərinə qoyduğunu görən adam bidətə, küfrə meyl edər.
- Rəsulullahın qəbri-şəriflərini ziyarət etdiyini görən kimsə böyük var-dövlətə çatacaq.
- Röyada Həzrəti Peyğəmbərin gördüyünüz işlərə baxdığını görmək-röya sahibi həyat yoldaşının hüquqlarına hörmət və riayət etməlidir. Bir kimsənin iki cahan Günəşinin məstlərini geydiyini görməsi-o kimsəyə cihad əmr edildiyini göstərir.
- Yuxuda sevgili Peyğəmbərimizin xütbə oxuduğunu görən adam ədalətlə amirlik edər, pislikdən qaçar.
- Yuxuda Həzrəti Peyğəməbrin sizə bir şey verməsi-elm sahibi və haqqa tabe olduğunuza işarədir.
- Həzrəti Peyğəmbərin verdiyi şeyi almaq-haqq yolundan uzaqlaşmaq deməkdir.
- Həzrəti Peyğəmbərin hər hansı bir yerdə vəfat etdiyini görən adam həmin il o yerdə vəfat edəcəkdir.
MƏHKƏMƏ Yuxuda məhkəmə görmək çox xeyirli röyalardandır.
- Cinayət işinə baxan məhkəmə-sıxıntıya və əzab-əziyyətə işarə sayılır.
- Məhkəmədə dinləyici və şahid sifətiylə iştirak etmək-həyəcanlı olaylarla qarşı-qarşıya olduğunuzu xəbər verir.
MƏHKƏMƏ BİNASI Röyada ədliyyə binasını, xüsusən də, vəkillərlə dolu olan məhkəmə binasının görülməsi xeyrə yozulmaz, işlərin pozulacağını göstərir. Məhkəmədə hakim görmək isə xeyrə yozulur.
MƏHSUL Röyada torpaqdan bərəkətli və bol məhsul aldığınızı görmək-bol gəlirli, xoşbəxt bir il keçirəcəksiniz.
- Məhsulunuzun talana uğradığını görmək-çoxlu pul qazanmağa işarədir.
MƏCBURİ İŞ Yuxuda istəmədən məcburi bir işə qoşulmaq-bir sıra çətinliklərlə üz-üzə gələcəyinizə və çox iztirab çəkəcəyinizə işarədir.
MƏCƏLLƏ Röyada Məcəllə (köhnə islam hüququnu bir araya toplayan kitab) görmək-gələcək üçün ümid işığı olaraq yozulur.
MƏCLİS Röyada bir məclis görmək-durduğunuz yerdə birdən-birə başınızı bəlaya salacaq, ən azı, arvadınız və ya ərinizlə dava-dalaş çıxaracaqsınız.
MƏŞƏQQƏT Röyada qan-tərə bataraq məşəqqətli bir iş görmək, zəhmət çəkmək-rahatlığa, rifaha işarədir.
- Özünü ağır zəhmət və məşəqqət içində görmək-röya sahibi arxayın nəfəs alıb rahatlığa qovuşacaqdır.
- Yuxunu görən vali isə, vəzifəsindən sui-istifadə edəcək, xalqın malına hiylə ilə əl atacaqdır.
MƏŞƏL Təlim-tərbiyə işlərində böyük uğur qazanacaq, mükafatlandırılacaqdır.
MƏŞƏLÇİ Röyada məşəlçi-xalqı doğru yola aparan bir adamı ifadə edir. Eyni zamanda, elmə, xeyrə, xalqın etibar etdiyi bir şəxsə işarə sayılır.
MİDYƏ (dəniz molyusku) Röyada dənizə girib midyə topladığını görmək-sıxıntı və üzüntü içində keçəcək anların, ağla gəlməyən bir təhlükənin yaxınlaşmaqda olduğunu xəbər verir.
MİZAN VƏ TƏRƏZİ Mizan və tərəzi-ölçməyə dəlalət edir. Mizan və ölçü-dini borclardan çıxmağa, əhdə və verilən sözə əməl etməyə işarədir.
- Qızıl çəkmək üçün zərgərlərin istifadə elədiyi ölçü alətini görmək-iflic və dilsiz uşağa; müşk, əmbər və ya başqa ətir maddələri üçün işlədilən ölçü aləti-qəflətdən ayıqlığa, nəfsini gözləməyə yozulur.
- Qiyamət mizanı-sirlərin açılmasını, eyni zamanda, sevinci və fərəhi xəbər verir.
- Röyada özünü mühakimə olunan görmək və haqq tərəzisində əməli ağır gəlmək-mühakimlikdən qurtaracaqsınız. Əməliniz yünkül gələrsə-zərərə uğrayacaqsınız.
MİZRAB Yaxın günlərdə musiqili, şən bir toplantıya, əyləncəli məclisə gedəcəyinizə işarə sayılır.
MİZRAQ (nizə) əgər mizraq silahla bərabər görülərsə və dəmirdən qayırılmışsa-qüvvətə və qalibiyyətə;
- silahsızdırsa və dəmirdən deyilsə-qüvvətli və sərt bir uşağa, faydalı və qazanclı ticarətə yozulur.
- Bu röyanı kasıb bir adam görərsə-varlanacaq;
- hökmdar və dövlət başqanıdırsa-qüvvət və qüdrətiylə bərabər, təmkinli hərəkət edəcək və zəfər qazanaraq məmləkətini düşməndən qurtaracaqdır.
MİKAYIL ƏLEYHİSSƏLAM Röyada Mikayıl Əleyhissəlamı görmək-inananlar üçün dünyada məqəsdinə, muradına və əmələ nail olmağa dəlalət edir. Əgər o kimsənin imanı kamil deyilsə, həmişə ehtiyatlı davranması tövsiyə olunur.
- Yuxuda Mikayıl Əleyhissəlamı böyük bir şəhərdə görmək-o şəhərə bərəkətli yağışlar yağacaq, xalqın güzəranı bolluq və ucuzluq içində keçəcək.
- Bu böyük Mələk yuxuda röya sahibindən bir söz soruşarsa, yaxud ona bir şey verərsə-o adam nemətlərlə və sevincə qovuşaraq, cənnətliki olar. Çünki Mikayıl Əleyhissəlam rəhmətə müvəkkli bir mələkdir. Onu yuxuda görmək-gün-güzəran, bərəkət, bolluq, istəklərinizin könlünüzcə yerinə yetməsi və bol yağış deməkdir.
- Bu Mələyi görmək bəzən də təbəəsinə qarşı şəfqətli və rəhmətli bir padşaha və dövlət başçısına əlamət sayılır, yaxud qıtlığı, quraqlığı və susuzluğu bildirir.
- Mikayıl mələyi görmək-əlil və uşağı olmayan qadınların uşağı olacağına, çox müşkül və çətin işlərin asan həllinə işarə sayılır.
- Mikayıl Əleyhissəlamı dənizdə səfərdə olan bir yolçu görərsə, o fırtına və boğulma təhlükəsindən hifz olunacaq.
- Bu röyanı quruda olan bir adamın görməsi də eyni şəkildə yozulur.
- Səfərdə olan adamın Mikayıl mələyi görməsi-yağış yağması səbəbindən səfərin ləngiyəcəyinə işarə sayılır.
- Əkin-biçin adamının Mikayıl Əleyhissəlamı görməsi hər cür məhsul baxımından xeyrə yozulur.
- Özünün Mikayıl Əleyhissəlama oxşadığını görmək-röya sahibinin böyük qismətə, bolluğa yetişəcəyinə və gözəl xasiyyətli olmasına yozulur.
MİKROSKOP Uşağınızın elmə çox meyilli olduğunu göstərir. Uşağınız yoxdursa, bu qabiliyyətdə əvəzsiz olacaqsınız deməkdir.
MİKROFON Röyada mikrofon görmək-siyasi həyata atılacağınıza yozulur.
MİLYONER Röyada milyoner və milyarder görmək-çox xəyalpərəst olduğunuza və ağlınızı başınızda toplamağın gərəkliyinə işarədir.
MİLLƏT VƏKİLİ (deputat) İşlərinizin alt-üst olacağına yozulur.
MİLLƏT MƏCLİSİ (parlament) Röyada bir millət vəkili kimi parlamentdə iştirak etmək-yaxında görüləcək bir çox işləri asanlıqla başa vurub, uğur qazanmağa yozulur.
MİLLİ GEYİM Röyada özünü milli geyimdə görmək-həqiqətən müşkül bir işin çətinliklə başa gələcəyinə işarədir.
- Başqa adamları milli geyimdə görmək-kişi üçün genişürəkli böyük bir adamın yardımı ilə yüksəlməyi; evlənməmiş qadın üçün-özündən yüksək səviyyəli birisiylə izdivacı; evli qadın üçün-təsəvvür və düşüncələrində başqasına əngəl olmağı xəbər verir.
MİMOZA (küsdüm ağacı) Röyada mimoza çiçəyi görmək-eşqə düşəcəyiniz ehtimalına işarə sayılır.
MİNAÇİÇƏYİ (göyərçin otu) Yaxın günlərdə sevdiyiniz bir adamdan şad xəbərlərlə dolu bir məktub alacaqsınız.
MİNDƏR Əmin-amanlığa, rahatlığa işarədir.
MİNİATUR Həddən artıq duyğulu və həssaə adam olduğunuza işarədir.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz