Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma L hərfi
LABORATORİYA Yuxuda laboratoriyada isləmək-röya sahibinin çox bilikli və yetkin bir adam olduğunu göstərir.
LAVA Röyada yanardağdan (vulkandan) axan lava görən adam bir eşq macərası yaşayacaqdır. Ancaq çox diqqətli olması gərəklidir.
LAVANDA ÇİÇƏYİ Anormal bəzi durumlarla qarşı-qarşıya qalına biləcəyinin bəlirtisi olaraq qəbul edilir.

 

- Lavanda çiçəyi qurusunu yastıq, yataq arasına qoymaq-qara sevda bəlirtisi kimi yozulur.
- Lavanda odekolonu isə müjdəyə yozulan röyalardan hesab edilir.

LAĞIM Yuxuda lağıma düşdüyünü görən adam iş həyatından dolayı asanlıqla qurtara bilməyəcəyi bir duruma düşəcəkdir.
- Röyanı görən qadınsa, dostu onu aldadaraq pulunu əlindən alacaqdır.
LADİN (şam ağacı növü) Röyasında ladin ağacı görən adam qısa zamanda muradına yetişəcəkdir.
LAL Özünü yuxuda lal və danışmayan görmək-dostlarınız fikir və düşmənlərinizi təqdir etmir və sizi anlamır deməkdir.
LALƏ Yuxuda lalələrlə bəzənmiş bir çəmənlik görmək-röya sahibi öz mühitində faydalı bir vəzifəyə təyin ediləcəksə də, bu vəzifə onun şəxsi rahatlığını və əmin-amanlığını pozacaqdır.
-Röyada lalə toplamaq-təhlükəli bir yoldaşlıqdan sonra vaxtında ayılıb işin fərqinə varacaq və bu təhlükəni aradan qaldıra biləcəksiniz.
LAMPA Röyada lampa yandırmaq və ya işığında oxumaq-bu röya cavan oğlan üçün müşkül və çətin bir duruma düşəcəyinə;

 

- orta yaşlı adam üçün-həyatda uğur qazanmaqdan ötrü hələ təcrübə sahibi olmadığına;
- gənc qız üçün-xoş və əyləncəli bir ziyafətə gedəcəyinə;

- yaşlılar üçün-yaxşı bir işdə gözlənilmədən bəxtinin gətirəcəyinə işarə sayılır.

LAF ATMAQ (söz atmaq) Röyada birisinə, yaxud gənc bir qıza söz atmaq-acizliyə işarədir.
LACİVƏND (səmavi rəng)Rəsmi bir toplantıya çağrılacaqsınız.
LEYLƏK Röyada leylək görmək yolçuluğa, səfərə yozulur, eyni zamanda, toplantı və ortaqlığı sevən kimsələri ifadə edir.

 

- Qış aylarında leyləkləri bir yerə toplanmış görmək-oğurluğa və ya yol kəsməyə, düşmənlə savaşa, havanın soyuq olmağına, üzüntü və iztiraba işarədir.
- Leyləklərin dağınıq olduğunu görmək-səfərə çıxmaq istəyən, yaxud səfərə ərəfəsində olan adam üçün xeyrə əlamətdir.
- Röyada leylək görmək-evə qonaq gələcəyini də ifadə edir.

LEHİM Röyada bir tənəkə lehimlədiyini görən adam başladığı işi uğurla sona çatdıracaqdır.
LEHİMÇİ-TƏNƏKƏÇİ Röyada lehimçi-tənəkəçi görmək-qadının xəstələnəcəyinə işarədir.
LEŞ Çox pis bir xəbər alacağına işarə sayılır.
LƏYƏN Evlənməyə yozulur.
LƏKƏ Bir adamın yuxuda öz paltarında ləkə görməsi-üzüntüyə və kədərə; günəşdə ləkə
görmək-qorxu və dəhşətə işarədir.
LİKÖR Röyada bir toplantıda likör içdiyini görən adamın başına pis bir iş gələcək.
LİLİPUT Səhnədə və ya başqa bir yerə liliput görmək-xeyrə yozulur, dərd-sərinizin yuxuda görülən balacaboy insanlar kimi xırda və əhəmiyyətsiz olduğunu göstərir.

 

- Röyada bir liliputa yardımda bulunmaq-əvvəllər kiməsə eləmiş olduğunuz yaxşılıq uzun zaman unudulmayacaq və bəlkə də ehtiyac duyduğunuz bir məqamda bunun əvəzini, mükafatını görəcəksiniz.

LİMAN Yuxuda liman görmək-gələcəkdə çox məsud və xoş olaylara şahid olacaqsınız.
LİMON Röyada limon görmək-birisini qınamaq, məzəmmət etməkdir.

 

- Yuxuda görülən limon sarıdırsa və röya sahibi tərəfindən yeyilmişsə-malı, var-dövləti ifadə edir.
- Yaşıl limon sarı limondan daha xeyirli yuxudur.
- Röyada birisi birisinə limon verərsə, limon verən alanı qınayacaq, utandıracaq.
- Yuxuda limon ağacı görmək-varı və xeyirxahlığıyla məşhur, lakin nəfsində, tədbirlərində doğru olmayan qadına yozulur.

LİMONAD Yuxuda limonad içmək-xoş xəbər alacağınıza yozulur.
LİRƏ (pul) Röyada yoldan bir lirə tapmaq-uzun bir səfərə çıxılacaq deməkdir.
LOBYA Röyada lobya görmək və ya lobya xörəyi yemək-hər sirrinizi dostlarınıza açır və bu səbəbdən də daima zərər görürsünüz.
LOBYA SALATI Yuxuda lobya salatı yeyən adamın yaxın günlərdə əlindən pul gedəcəkdir.
LOVĞA, ƏDABAZ ADAM Yuxuda lovğa və ədabaz bir adam görən şəxs ətrafındakıların sevgisini və etibarını qazanacaq, çətin bir mübarizədən zəfərlə çıxacaq, sevgisi qarşılıqlı olacaq, sağlığı (səhhəti) düzələcəkdir.
LOPABIĞ Röyada lopabığ bir adam görmək-macəralı bir eşq həyatına başlamaq üzrəsiniz deməkdir.
LORD Röyada bir lord, daha doğrusu, ingilis lordu görmək-fırıldağa düşəcəksiniz.
LOTEREYA Röyada lotereyasını udduğunu görən adam, gözləməriyi halda, çox xeyirli bir sərvətə qovuşacaq. Lotereyanın uduşa düşməməsi-həyatda irəli gedə bilmək üçün başqa imkanlar tapılacağına yozulur.
LOXMA Xeyrə yozulmaz, ümumiyyətlə, ölüm xəbərinə işarə sayılır.
LÖVHƏ Röyada lövhə görmək-yaxın vaxtlarda xeyirli bir səfərə çıxacaqsınız.
LÜT PEYĞƏMBƏR Röyada Lüt peyğəmbəri görən adam düşməninə üstün gələcək və onun bütün düşmənləri Allah tərəfindən yeniləcəkdir.

 

- Əgər xalq Lüt peyğəmbərin dövdündəki kimi bədxahlıq və əxlaqsızlıq yolundadırsa, onda onlar məhv olacaq, şəhərləri alt-üst ediləcəkdir.
- Bir qadın yuxuda həzrəti lütün qarısını görərsə, o qadın öz ərinə itaət etməz, varını-dövlətini israf edər.
- Lüt peyğəmbərin ailəsini yuxuda görmək-o yerdə yaşayan qadınlar haqqında fitnə-fəsad törəyəcək.

LÜĞƏT (sözlük) Röyada açıq lüğət kitabı görmək-əzmkar və diqqətli olmağınız sayəsində çoxlu pul qazanacağınıza işarədir.

 

- Bağlı lüğət kitabı-dostlarınızın haqqınızda söylədiyi gurultulu sözlərə və təriflərə uymamağın gərəkliyini ifadə edir.


TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz