Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma Ə hərfi
ƏBRİŞİM (ipək sap) Varlılar üçün sərvətə, mala; orta hallılar və kasıblar üçün sıxıntıya və yoxluğa yozulur.
ƏBUBƏKR Yuxuda Əbubəkr həzrətlərini görmək-sağlam dini, dürüst əxlaqı, əliaşıq və yardım sevər bir adam olduğunuzu ifadə edir.
ƏQİQ (qiymətli daş) Sağlam və uzun ömrə işarədir.
ƏQRƏB Ümumiyyətlə, xeyrə yozulmur. Əqrəblə bağlı çeşidləmələr bunlardırEvdə əqrəb görmək-hiyləgər və dələduz, üstəlik də, cahil və tərbiyəsiz birisi tərəfindən yoldan çıxarıla bilərsiniz.
- Əqrəb sancması-ən pis yozumlardan biridir, ölüm, ağır xəstəlik, faciəli qəza və bu kimi bəd hadisələrlə açıqlanır.
- Əqrəbi yatağa, ya da divarda gəzən görmək-röya sahibinin yaxınlarından birinin başına fəlakət gələcəkdir. Əqrəb öldürmək-düşmənlə çətin bir mübarizəyə girişəcəksiniz.
ƏDALƏTLİ OLMAQ Röyada özünüzü ədalətli bir şəxs kimi görmək-hər cür fənalıqlardan, pisliklərdən təmizlənmiş olduğunuza işarədir.
ƏDƏBİYYAT Röyada ədəbiyyatla məşğul olmaq-yuxu görənin incə ruhlu və duyğulu bir adam
olduğuna, işlərində uğur qazanacağına işarədir.
ƏJDAHA yuxuda əjdaha və ya buna bənzər qorxunc heyvan görmək-düşmənin öhdəsindən gələ bilmək anlamındadır.
ƏZVAY (aloe)
AĞACI Bu röyanı görən adam çox varlı olur.
ƏZAN Röyada məsciddə əzan çəkmək-həcc ziyarətinə getməyə müqtədir olacaqsınız. Təsadüfi bir yerdə əzan oxumaq-mal və pul itkisinə uğrayacaqsınız.

 

- Qonşunun damı üstündə əzan oxumaq-yaxın bir adamınızdan pislik görəcəksiniz.

- Çarşı və ya bazarda əzan çəkmək-yoxsulluğa düşəcəksiniz.

- Qadını əzan çəkməsi-ailə həyatında narazılığa yozulur. Mehrabda əzan çəkmək-səyahətə çıxmağa və sağ-salamat qayıtmağa işarədir.

- Hər hansı bir nəqliyyat vasitəsilə gedərkən əzan çəkmək-səfərə çıxacaqsınız.

- Gəmidə əzan çəkmək-iş yerində imkan yaranacaq və müşkülləriniz öz həllini tapacaqdır.

ƏZMƏK Röyada hər hansı bir şeyi ayaqla və ya əllə əzmək – düşmənlərə üstün gələcəyinizə yozulur.
ƏZRAYIL Böyük və uca mələklərdən olan Əzrayılı röyada mehriban, gülərüz görmək-yuxunu görən adam şəhadət və imanla vəfat edəcək.

 

- Əzrayıl hirsli görülərsə-röya sahibi tövbə etmədən öləcəkdir.

- Əzrayıl ilə görüşmək, ya da ona qalib gəlmək-xəstəlikdən qurtarmağa yozulur.

- Əzrayılı normal halda görmək-yuxu görənin Böyük Allahın sevimli və sadiq qulu olmasına, məqsədinə çatacağına, xeyirxah və yardım sevər adam olduğuna işarədir. Röyada

- Əzrayılın əlini öpən adam mirasa çatacaq.

- Əzrayılın sifətinin dəyişdiyini görmək-yuxu sahibinin xalq içində qədr-qiymətli, nüfuzlu olduğuna yozulur. Bu yuxunu görən xəstədirsə, öləcək.

ƏYİLMƏK Yuxuda bir adamın özünü əyilən, donqarlanan görməsi xeyrə yozulur, işləri yaxın vaxtlarda və gözlənilməyən bir şəkildə düzələcəyi anlamına gəlir.
ƏYYUB Röyada Əyyub peyğəmbəri görmək-qayğıya, narahatlığa, zəhmətə, xəstəliyə, yoxsulluğa və ehtiyaca yozulur. Bu sıxıntılara səbrlə qatlaşa bilsəniz, durumunuz düzələcək, əmin-amanlığa və xeyrə qovuşacaqsınız.
ƏYLƏNCƏ Röyada bir əyləncədə olmaq-böyük bir sevincdən sonra təkrar əvvəlki halınıza dönəcəyinizi bildirir.
ƏKİZLƏR Röyada əkiz övladı olduğunu görmək-işinizdə orta səviyyəli uğur qazanacaq, orta səviyyəli bir həyat tərzi keçirəcəksiniz.
ƏKMƏK (çörək)Yuxuda çörək yemək-xeyir və gözəlliklərlə dolu bir röya olaraq yozulur, yaxın zamanda istəkləriniz hasil olacaq deməkdir. Çörək kəsmək-ümidlərin boşa çıxacağına yozulur.
ƏKMƏKÇİ (çörəkçi)Röyada çörək satan görmək-ayağınızın altını eşən, sizə quyu qazmağa çalışan düşmənləriniz var.
ƏKMƏK ÇEYNƏMƏK Şəxsi həyatınızın iztirablar içində keçməkdə olduğuna işarədir.
ƏKMƏK QABIĞI Röyada çörək qabığı görmək və ya yemək xəfif bir kədərə və sıxıntıya yozulur.
ƏL Röyada gözəl əllər görmək-sənətin bir sahəsində uğur qazanacaqsınız. Qüvvətli və qüdrətli əllər-siyasətdə, idmanda, sənayə sahəsində uğurlar qazanacaq və böyük mövqelərə yüksələcəksiniz.

 

- Röyada görülən əllər röya sahibini qınayırsa, günahlandırırsa, o, bir müddət öncə xətrinə dəymiş olduğu həqiqi bir dostuyla dil tapmalı, barışmalıdır.

- Röyada görülən əl yuxu sahibinə qarşı öyücü, təqdiredici işarələr edirsə, o adam şan-şöhrətə çatacaq, çalışdığı firma, yaxud rəhbəri tərəfindən təqdir ediləcək vəzifədə irəli çəkiləcəkdir.

- Əllərinizi çirkin görmək-irəlidə çətinliklərlə qarşılaşacaq, lakin bu çətinlikləri zəkanızla yenərək zəfərə qovuşacaqsınız. Kəsik əllərə sahib olmaq – xəstəliyə tutulacaqsınız.

- Əl yaxalamaq (yumaq) – eqois həyat tərzinə yozulur. İri və qüvvətli əllərə sahib olmaq-yaxınlarınızı məmnun edəcək dərəcədə çalışmadığınıza işarədir.

- Röyada əlləri və barmaqları itirmək-bir müddət işləriniz tərs gedəcəkdir.

- Qadının öz əllərini biləkdən qopmuş halda görməsi-evlənmə anlamına gəlir.

ƏL ARABASI Yuxuda əl arabası görənin, ya da onun yaxınlarından birinin səhhəti pozulacaq.
ƏL QANDALI Yuxuda əlinə qanda və ya zəncir vurulduğunu görmək-xeyrə yozulmur, məhkəmədə işi uduzmaq kimi mənalandırılır.
ƏL YAZISI Yuxuda çətin oxunan, qarma-qarışıq əl yazısı görmək-yol göstərməli olduğunuz adamlara məramınızı yetərincə anlada bilmirsiniz.

 

- Divarda və ya qara taxtada əllə yazılmış yazılar görmək-yaşayış intizamınızda dəyişiklik olacaqdır.

- Göydə tüstüylə yazılmış yazı görmək-gerçəkləşmək ehtimalı olmayan bir sıra fantastik istəklərdən və xəyallardan vaz keçməyiniz gərəkdir.

- Qabiliyyətiniz və imkanınız çatan, praktik nəticəsi olan işlərlə məşğul olmalısınız.

ƏLƏK Röyada ələk görmək və ya ələkdə un ələmək-əsli və əsası olmayan işlərlə həddən artıq məşğul olduğunuza və bu xasiyyətdən vaz keçməyin gərəkliyinə işarə sayılır.
ƏLİ ƏBU TALİB (Həzrət Əli)Röyada Həzrəti Əlini görmək ən xeyirli yozumlarla açıqlanır. Böyük bir müjdə və fərəhdən xəbər verir. Həzrəti Əlini evində görmək-yuxu görəni xeyirxah, yaxşı adam olduğuna və yaxın zamanda ummadığı, gözləmədiyi bir yerdə böyük yaxşılıq görəcəyinə yozulur. Yuxuda Həzrəti Əlini Qurani-Kərim oxuyarkən görəni çocuqları dərslərinədə böyük uğurlar qazanacaqdır.
ƏLYAZMA Gözləmədiyiniz birisindən maddi yardım alacaqsınız.
ƏLSİLƏN DƏSMAL Mənəvi təmizliyə işarədir.
ƏLÜZYUYAN Röyada əlüzyuyan görən adamın təmizliyi ifrat dərəcədədir və bu, onun çevrəsindəki adamların rahatlığını pozmaqdadır.
ƏLCƏK Sevincə və nəşəyə yozulur. Yırtıq əlcək-kədərə və üzüntüyə işarədir. Əlcək almaq-bir dostunuz tərəfindən ziyafətə dəvət ediləcəksiniz. Əlcək geymiş çoxlu adam görmək-tutduğunuz bir pisliyin cəzasını gec-tez çəkəcəksiniz.
ƏMƏKÖMƏCİ Yaxın gələcəkdə gözəl, ürəkaçan bir olayla qarşılaşacaqsınız.
ƏNGƏL (maneə) Divar, qapı, sədd, uçurum və ya hündür bir yer kimi aşılması çətin olan maneə görmək-röya sahibinin ən böyük istək və məqsədinə çatması deməkdir, bir çox çətinliklərə uğrayacaq, lakin sonda uğur qazanacaqdır.
ƏNGİNAR Ömrünüzü unutqanlıqla keçirib, işlərinizdə uğur qazana bilməyəcəyinizə yozulur. Ənginar bişmişsə, bir fəlakət xəbəri var deməkdir.
ƏNCİR Yuxuda təzə əncir yemək-xoş bir röya olub sevinc, evlənmək, rahatlıq və var-dövlətlə yozulur.

 

- Mövsümü keçdikdən sonra əncir yemək-qəmə-qayğıya və yoxsulluğunuza işarədir.

- Quru əncir-sərvətin artacağını; əncir ağacı-mənfəətli, lakin çox sərt və qəddar var-dövlət sahibi olan adamı ifadə edir.

- Röyada əncir yemək-xoş bir eşq macərasına da yozula bilir.

ƏRİŞTƏ Röyada əriştə şorbası içmək-mədənizin çox sağlam olduğunu xəbər verir.
ƏRZAQ Ərzaqla ilgili röyalar, bu cür yuxu görəni boğazını otardığına, gödən qulu olduğuna və bu səbəbdən də mədə rahatsızlığı keçirəcəyinə işarə sayılır.
ƏSİR Röyada əsir düşmək-başqasının malına göz dikməyə, borcunu inkar etməyə, yaxud ailə həyatında bədbəxtliyə işarədir.
ƏSGƏR Xeyrə yozulur. Böyük bir fürsət və imkana işarə sayılır.
ƏSHABİ KİRAM (möhtərəm adamlar) Röyada Əshabi-kiramı görmək, Həzrəti Peyğəmbər əfəndimizin yaxınında bulunmaq – dinə bağlı olmağa, sünnəti-şəriflərin yolunu tutmağa və düşmənə üstün gəlməyə yozulur.
ƏT Yuxuda ət yemək yaxşı yuxulardan hesab olunur. İnsan əti yemək-çox fəna bir dedi-qoduya; qoyun əti-xəstəliyə və ya fəlakətə; quş əti isə-hansısa bir məqsədə, həvəsə yozulur.
ƏTİR (cövhər) Röyada gözəl ətirlərlə ətirlənmək yaxın bir səadətdən xəbər verir.

 

- Cövhər və ya gözəl ətir almaq-röya sahibini sevən birisi daima onu düşünməkdədir.

- Ətir almaq-evlənməyə də yozulur.

- Yuxuda ətir görmək, evlilər üçün xoşbəxtlik və uğur anlamındadır.

ƏTİRŞAH Röyada ətirşah çiçəyi görmək-mənəvi çirkablardan təmizlənərək normal yaşayışa
başlamaq barədə gəldiyiniz qərarın doğru və yerində olduğunu göstərir.
ƏFƏ (igid, qoçaq) Mərdlik və igidlik kimi yozulur. Əgər əfə zeybək oyunu oynayırsa, yaxın günlərdə röya görənin başında bir toy-düyün, şənlik qurulacaqdır.
ƏFLATUN (bənövşəyi rəng) Xeyrə yozulmur, bir rahatsızlıq olacağını xəbər verir.
ƏHVALİ-RUHİYYƏ Röyada gözəl və nikbin bir əhvalda olmaq-həyatda bir çox sürprizlərlə qarşılaşacaqsınız.
ƏCƏMİLİK Röyada əcəmicə bir iş tutulması, yəni naşı bir hərəkətə yol verilməsi-yuxu görənin fərəhli günlər ərəfəsində olduğuna yozulur.
ƏCZA (dərman) Bir könül macərasının başlanğıcı kimi yozulur.
ƏCZAXANA Yuxuda əczaxanaya girib dərman alan kişini əbəs yerə qınayacaqlar, yanlış suçlamaya məruz qalacaq. Gənc qadın üçün bu yuxu-yad kişilərlə dostluq etməyin zərərli olduğuna; yaşlı qadın üçün isə yüngül bir rahatsızlıqdan sonra halının yaxşılaşacağına yozulur.
ƏCNƏBİ Röyada başqa irqdən olan yad dilli yabancı görmək-çeşidli yozumlarla açıqlanır

 

- Ətrafınızdakılar davranışınıza yanlış qiymət verməkdədir; Nəzərdə tutmadığınız bir səfərə çıxa bilərsiniz; Məmursunuzsa, çox yaxında bir işə təyin edilə bilərsiniz; Ailənizdən birisinin xoşbəxtliyini və toyunu görəcəksiniz;

- Şagird, yaxud tələbəsinizsə, kursu başa vurmaq imkanınız olacaq.

- Gənc qızlar üçün bu cür röya xeyirli qismətə, bəxtə yozulur.

ƏŞYA GÖNDƏRMƏK Röyada harasa bir şey göndərmək-yuxu sahibi davranışını, hərəkətlərini məqbul ölçülərə uyğunlaşdırmalıdır.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz