Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma D hərfi
DABAN (dabanlıq) Röyada görülən ayaqqabı dabanı övlada işarədir. Yuxuda ayaqqabında dabanın olmadığını görmək-röya sahibinin özündən sonra övladı qalmayacaq, nəsli tükənəcəkdir. Dabanının qırıldığını və ya kəsildiyini görən adamın uşağı öləcək. Sol daban-qız uşağına, sağ daban-oğlan uşağına əlamət sayılır. Röyada dabanın gözəlliyi-xeyirxah işlərə, gözəl xasiyyətə işarədir. Yuxuda ayaqqabı dabanı-insanın aqibətini də ifadə edir.

 

DABBAQXANA  Yuxuda dabbaqxana вЂ" eynən sallaqxana kimi yozulur. Gözəl əxlaqlı, tərbiyəli, yoxluğa və çətinliyə qatlaşa bilən evdar qadına işarə sayılır. Bəzən də çirkin və pis söz danışan əxlaqsız, adi bir qadına və ya mala yozulur.

 

DAVAR  Xoşbəxtlik və zənginlik bəlirtisi kimi yozulur.

 

DAVUD  Peyğəmbərlərdən Davud əleyhissəlamı yuxuda görmək sağlam iradəyə, günahlarından dolayı tövbəkarlığa və xeyirxahlığa işarə sayılır. Röyada peyğəmbər görmək-ana və ata uşaqlarına necə şəfqət və mərhəmət göstərib, onların üstündə əsirsə, onlar da özünə tabe olan millətə eyni şəfqət və mərhəmət göstərməkdə əsla tərəddüd etməzlər. Bu səbəbdən də peyğəmbər röyada bir böyük, bir müəllim və ya sayğılı bir ustad anlamındadır. Peyğəmbər doğru yol göstərən ən yaxşı rəhbərdir. Peyğəmbərin yuxuda bütün gözəl keyfiyyətləriylə görən və ya ondan çox ləziz bir şərbət alan, yaxud da peyğəmbərdən bilgi öyrənən adam əmr və yol göstərməyə uyub ki, bu da o kimsənin pozğun yolda olduğuna işarədir.

 

DAVUL (təbil) Yuxuda təbil səsi eşitmək, təbil çalmaq, yaxud da təbil çalınmasına tamaşa etmək-kişi üçün pul itkisinə; subay qadın üçün sevgili bulacağına, yaxud bir toplantıya dəvət alacağına; evli qadın üçün isə sonu istədiyi kimi bitəcək bir olaya və ya buna bənzər bir hadisəylə qarşılaşacağına yozulur.

 

DAVULÇU (təbilçi) Dalğınlığa və unutqanlığa işarədir.

 

DAĞ  Röyada dağa dırmanan, özünü dağın zirvəsinə kimi çıxmış görən adam işində, peşəsində ən yüksək yerlərə yüksələcək, nə qədər böyük çətinliklərlə qarşılaşarsa, başarıları və uğurları da o qədər parlaq olacaqdır. Dırmaşdığınız dağın zirvəsinə yetişmədən geri dönmək-xarakterinizə görə sizə kənardan bir çox hücumlar olduğunu və iş-işdən keçməmiş müdafiə olunmağın zəruriliyini göstərir. Yuxuda özünü uzaqdan dağları seyr edən görmək-çətin bir işi yoluna qoyacaq və mükafatlandırılacaqsınız, yaxud işinizdə yüksələcəksiniz. Dağdan aşağı yuvarlanmaq-eşitdiklərinizə həmişə inandığınızda və bu xasiyyətiniz üzündən yaxın vaxtlarda sizi gerçəkdən üzəcək olaylar baş verəcəkdir. Röyada dağ rəsmləri çəkmək-sevdiyiniz adamların gələcəyindən əmin ola bilərsiniz.

 

DAĞ KEÇİSİ  Yuxuda dağ keçisi-bir cariyə və ya dini, əxlaqı pozuq bir qadınla qeyri-qanuni birləşmək anlamındadır. Dağ keçisinin piyli və ətli olduğunu görmək-çox zəngin bir qadına; zəif və xəstə keçi-yoxsul qadına işarədir. Dişi dağ keçisini ələ keçirmək-röya sahibi bolluğa və bol ruziyə qovuşacaq. Qadının dişi dağ keçisini yuxuda görməsi-o qadın bircə il kasıblıq görəcəkdir. Bəzi yozuculara görə, dişi keçi-təhqir edilmiş qadına, yaxud da iş bilməyən qulluqçuya işarə sayılır.

 

DAĞARCIQ  Xeyrə yozulur. Belə yuxu görən adam gərək gəlir-çıxarına diqqət etsin, yoxsa onu yoxsulluq gözləyir.

 

DADAŞ  Röyada özünü və ya yaxın adamını dadaş olaraq görmək-röya sahibi ətrafındakılara və ailəsinə yardım edəcəkdir.

 

DAZLIQ  Röyada özünü daz görmək-yaxın vaxtlarda xoşagəlməz xəbərlər alacağınıza işarədir.

 

DAYƏ  Ümumiyyətlə, xeyrə yozulur. Belə röya görən adam əgər yardıma möhtac bir durumdadırsa, mütləq bu yardımı alacaqdır. Xəstə olan qısa müddətdə yaxşılaşacaq, borclu borcundan, dərdli dərdindən qurtulacaqdır. Dayə məfhumunun "yarı ana" kimi mənimsənilməsi bu cür yozumlara dayanaq olmuşdur.

 

DAYI  Röyada əmi, dayı kimi yaxın qohumları görmək-yaxın vaxtlarda dostlarınızdan biri borc pul üçün üstünüzə gələcəkdir. Əgər dayınız sağdırsa, bu yuxu dəniz gəzintisini bildirir, sağ deyilsə-uzaq bir məmləkətdə məskunlaşacağınıza işarədir.

 

DALANDAR (süpürgəçi) Cavan oğlanın yuxuda özünü dalandar görməsi xeyrə yozulur. İşində yüksəlməsi üçün səy göstərməyin gərəkliliyini göstərir. Orta yaşlı kişilər üçün bu yuxu-işlərinin bir müddət düz gətirməyəcəyinə; evli olmayan qadın üçün-hər baxımdan özündən aşağı olan, lakin çox zəngin bir adamdan evlənmə təklifi alacağına və bu təklifi qəbul edəcəyinə yozulur. Ərli qadın belə yuxu görərsə, o, çox da şərəfli olmayan bir iş tutacaqdır.

 

DALĞA  Röyada özünü böyük bir dənizdə nəhəng dalğalarla çarpışan görmək-həyatınız son dərəcə uğurlu olacaq deməkdir.

 

DALĞIC  Dalğıc yuxuda-balıq kimi xeyrə, qismətə yozulur.

 

DALYAN (balıqçı toru) Balıq ovlanan dalyan görmək-tale və bəxt artıq üzünüzə gülməyə başlayır deməkdir.

 

DAM  Yuxuda damdan düşmək-qorxunc bir olayla qarşılaşaraq, özünüzü itirəcəyinizə işarədir. Damda bir-bir seçib kirəmit düzmək-bəzi vasvası və unutqan kimsələrlə tanışaraq böyük ziyan çəkəcəyinə işarədir.

 

DAMA  Röyada dama oynamaq-vaxtınızı boş yerə sərf edib tükədirsiniz deməkdir.

 

DAMAR  Röyada damarlarınızdan qan axdığını görmək-zənginlər üçün yoxsulluğa, kasıblar üçün vəziyyətinin bir qədər yaxşılaşacağına işarədir.

 

DAN ÜZÜ  Röyada səhərin açıldığını, dan üzünü müşahidə etmək-parlaq və bəxtiyar bir istiqbala namizəd olduğunuza işarədir.

 

DANA  Dostlarınızın sevgi və etibarını qazanaraq xoşbəxt olacaqsınız. Bir dana satın almaq-iş həyatınızda və tutduğunuz vəzifədə böyük uğurlar əldə edəcəyinizə işarədir.

 

DANA GÖNÜ  Ömrünüz zaman-zaman sıxıntı içində keçəcək, lakin əvvəl-axır, xoş günləriniz başlayacaqdır.

 

DANTEL (kurjeva)  Paltar üzərində dantel görmək-yaxın vaxtlarda evlənməyə işarədir. Röyada özünü dantel hörən görən gənc qadın özü də bilmədən bir çox sənətkaranə fəzilətlərə sahibdir və öz zövqünə uyğun bir oğlanla evlənəcəkdir. Bir parça yırtıq dantel görmək-çirkin dedi-qodulara hədəf olmamaq üçün hər addımınızı ölçüb-biçməlisiniz.

 

DAR AĞACI  Bəzi qarışıq və müəmmalı vəziyyətlərin ortaya çıxa biləcəyini xəbər verir.

 

DARAQ  Yuxuda daraq görən gənc və subay qız cavan bir oğlana ərə gedib xoşbəxt olacaq. Subay oğlan üçün isə bu yuxu-sıxıntıya, üzgünlüyə yozulur. Daraq, eyni zamanda, səbirli və möhtərəm bir qadına işarə sayılır.

 

DARI  Röyada darı görən adamın uzun müddətli sıxıntıdan sonra əlinə xeyli miqdarda var-dövlət keçəcəkdir.

 

DARÇIN  Üzüntülü bir xəbərə yozulur.

 

DAŞ  Röyada bir yerə toplanmış çoxlu daş görmək-şad xəbərə yozulur. Bir adama daş atmaq-düşmənləriniz tərəfindən təqib edildiyinizi göstərir. Daş almaq-qısqanclıq üzündən şöhrət və etibarınızı itirəcəksiniz. Yuxusunda daş olduğunu görən adam asi və daşürəkli bir adamdır. Bu röyanı görən xəstədirsə-öləcək; varlıdırsa вЂ" var-dövlətdən kənar ediləcək.

 

DAŞINMA (köçmə) Röyada bir evdən başqa evə, bir şəhərdən başqa şəhərə daşınmaq (köçmək) вЂ" təcili səyahətə çıxmaq barədə təklif alacaqsınız.

 

DEPO (anbar) Röyada depoya, kömür, odun, ərzaq və s. anbarına girmək-yaxın vaxtlarda var-dövlətə çatacağınıza; əgər depo (anbar) boşdursa, ümidsizliyə uğrayacağınıza yozulur. Şərab, yaxud buna bənzər içki deposu (anbarı) görmək-əyləncəli bir qonaqlıq və ya toy olacağını xəbər verir.

 

DƏBİLQƏ  Qovğa işarəsi olaraq açıqlanır.

 

DƏVƏ  Röyada erkək dəvə görmək-təmasda olduğunuz kimsələrdən pis xasiyyətlər öyrənərək, getdikcə inadcıl və əsəbi bir adama çevrilirsiniz. Dişi dəvə-həmin il məmləkətinizdə dişi heyvan və süd bolluğu olacaqdır. Dəvəni qaçan görmək-bir qız tanışınızın yaxın vaxtlarda səyahətdən dönəcəyinə işarədir. Dəvənin sırtına minərək dolaşmaq-kasıblıq çəkən bir məmləkətə müəyyən qədər şey-şüy göndərəcəyinizə yozulur.

 

DƏVƏQUŞU  Kədər və üzüntülərinizin uzun çəkəcəyinə işarə sayıldığı kimi, bəzən də çox gözəl, lakin gözəl olduğu qədər də qısqanc və şıltaq bir qadının sevda toruna düşəcəyinizə yozulur. Dəvəquşuna minmək-zəngin bir evlənmə xəbəridir.

 

DƏVƏTİKANI  İşlərinizin bir anda alt-üst olacağına, arzu və əməllərinizin yerinə yetəcəyinə işarədir.

 

DƏVƏTNAMƏ (çağırış vərəqəsi) Bir kişi yuxusunda məhkəmədən çağırış vərəqəsi alarsa və özünümüdafiədən qalib çıxarsa, onu parlaq gələcək gözləyir, uduzarsa-çox əhəmiyyət verdiyi bir işdə zərər çəkəcəkdir. Belə röyanı qadın görərsə, udub-uduzmağından asılı olmayaraq, ev sahibi, əri və ya ağası ilə onun arasında dartışma, mübahisə olacaq və nəticədə fikrini, diləyinin qəbul etdirəcəkdir. Toy, nikah, iclas dəvətnaməsi isə yaxın adamlarınızdan xeyirli və xoş xəbər eşidəcəyinizə yozulur.

 

DƏZGAH  Yuxuda dəzgah görmək və ya dəzgah başında çalışmaq-işlərinizin xeyli irəli gedəcəyinə yozulur.

 

DƏYƏNƏK (əsa) Diqqətə, qürura, şərəfə, qüdrət və qüvvət sahibi olan, xalqa imdad göstərən bir adama işarədir. Yuxuda dəyənək görən-istəklərinə qovuşur, düşmənə qalib gəlir, varı-malıyla qüvvətli olur. Əgər dəyənəyin, yaxud əsanın içi boşsa və röya sahibi ona söykənibsə, varı əldən gedəcək. Dəyənəyin sınması-vəzifə sahibidirsə, işindən atılacaq, tüccardırsa, qazancından məhrum olacaqdır. Yuxuda biri özünün dəyənək olduğunu görərsə öləcək, öz dəyənəyinin sındığını görsə, şiddətli xəstəliyə düçar olacaq. Dəyənək-qüvvət rəmzi olub, güvənilən, inanılan bir adama işarədir.

 

DƏYİRMAN  Röyada dəyirman görən-mənsəbcə yüksələr. Dəyirmanda un üyütmək-böyük bir adamdan mal alacaqsınız. Dəyirman daşını qırıq görmək-əcəlin yetişdiyinə dəlalətdir.

 

DƏYİRMANÇI  Yuxuda dəyirmançı görmək-dünyasını, yaşayışını düzəltməklə məşğul olan adama işarədir. Özü üçün un üyüdən adam görmək-röya sahibi dəyirmançılıqla öz ehtiyaclarını təmin edəcək və üyütdüyü unun miqdarınca güzaranını, yaşayışını düzəldəcəkdir. Yuxuda dəyirmançı-bəzən qəm, tasa, düşmənçilik, mənfəət, sələmçilik, çətin və ağır işlər anlamına da gəlir. Zəfəran üyüdən adam görmək-gizli işlərə, elmə yozulur. Qadının zəfəran, yaxud buğda dəni üyütməsi-qayğıdan, tasadan qurtarmağa və təmizliyə işarə sayılır.

 

DƏLİ  Yuxuda dəli olduğunu görən adamın ömrü uzun olar, o, hamı tərəfindən xoş üzlə qarşılanar və sevilər.

 

DƏLİQNLI (cavan oğlan) Röyada sevimli və gülərüzlü bir gənc görmək-sevincə, xoşbəxtliyə yozulur. Bütün istəklərinizə çatacaqsınız. Çirkin və vəhşi üzlü bir gənc görmək-düşmənçiliyə, qəmə, kədərə işarədir. Bir dəliqanlının (gənc qızın) arxasına düşüb getmək-düşmənlərinizə üstün gələcəksiniz, qismətiniz açılacaq. Subay bir gənc qızın yuxusunda cavan oğlan görməsi, onunla danışması və ya arxasınca getməsi-həmin qızın bəxti açılacaq və qısa bir zamanda xoşbəxt ailə həyatı quracaqdır.

 

DƏLİLİK  Dəliliyə dair yuxular tərsinə yozulur və bu cür röya görənin ağlının sağlamlığına işarə olmaqla bərabər, həm də onun qarşıya çıxacaq çətin bir olayı hamını məmnun edəcək bir biçimdə yoluna qoyacağı anlamına gəlir.

 

DƏLİXANA  Yuxuda dəlixana görmək-dostlarınızı ağıllı və ciddi adamlar arasından seçmədiyiniz üçün işləriniz, sən deyən, irəli getməyəcək. Dəlixanaya atıldığını görmək-ağıllı hərəkətləriniz sayəsində işlərinizi yoluna qoyacağına yozulur.

 

DƏLLAL  Yuxuda dəllal görmək-bir çox gəvəzə adamlarla münasibətdə olacağınıza və bu səbəbdən də çətin durumlara düşəcəyinizə, bəlkə də işinizi, mövqeyinizi itirəcəyinizə işarədir. Bir sığorta dəllalı görmək-böyüklərinizin faydalı nəsihətlərinə qulaq asmağın vacibliyini göstərir.

 

DƏLMƏK  Röyada hər hansı bir yeri dəlmək-hələ kişi üzü görməmiş subay qızlar istəyində olmaq və məmləkətin ətraflarını gəzərək durumu pis gözlə izləmək anlamına gəlir. Bəzən də bir yeri deşmək-Peyğəmbərin həyatına dair müqəddəs rəvayətləri oxuyub araşdırmağa yozulur. Özünün şəhər içində bir şeyi dəldiyini görmək-qaba və qəddar bir valini (rəhbəri) nəzarətə almağa işarədir. Evin divarını deşərək içəri keçmək-röya sahibi istədiyi bir qadına sahib olacaq və o qadın haqqındakı hiyləsi həyata keçəcəkdir.

 

DƏMİR  Röyada dəmir döymək-kimsə sizinlə pis rəftar edəcək Əyilmiş, burulmuş dəmir görmək-sevdiyiniz bir adamdan küsüb inciyəcəksiniz. Emal edilmiş dəmir görmək-istədiyiniz hər şeyi əldə edəcəyinizə və ad-sanınızın artacağına işarə sayılır. Röyada dəmirdən düzəldilmiş alətlər görmək-əsasən, əminamanlığa yozulur.

 

DƏMİR BARMAQLIQ  Çox çətinliklə qazanılacaq xoşbəxtliyə işarədir.

 

DƏMİR YOLU  Yuxuda dəmir yoluyla heç bir əngələ uğramadan qatarda yolçuluq etmək-işləriniz bundan sonra çox genişlənəcəkdir. Dəmir yoluyla səfər zamanı yolda gecikib yubanmaq-həyatınızın son günlərində çox acı şeylərlə qarşılaşacaqsınız. Hərəkətdə olan qatar görmək-gözlədiyiniz bir xəbər sizə doğru yolgəlməkdədir. Qəzaya uğrayıb çevrilmiş qatar görmək-şöhrət və etibarınız sarsılacaq, işləriniz pozulacaq, min bir çətinliklərlə qarşılaşacaqsınız.

 

DƏMİR SOBA  Qüvvət və qüdrət sahibi bir adamın ailəsindən olan qadına işarədir. Soba misdən və ya tuncdan isə-qadın var-dövlətli birisinin arvadıdır. Ocaq gur yanırsa-övlad sahibi olmağa və evə baxan kişiyə işarədir.

 

DƏMİYOLU STANSİYASI (vağzal) Yuxuda dəmiryolu stansiyası görən əməlinə qovuşacaq, istəyinə nail olacaqdır.

 

DƏMİRÇİXANA  Çoxdan arzusunda olduğunuz bir işin könülünüzcə sonuclanacağına yozulur.

 

DƏNİZ  Röyada sakit dəniz görmək-həyatınız çox rahat və var-dövlət işində keçəcəkdir. Dalğalı dəniz-bir təhlükəylə qarşılaşacaqsınız. Yaşıl və ya mavi dəniz-eşqdə və ya iş həyatınızda uğur qazanacaqsınız. Cavan oğlan yuxuda özünün gözəl və sakit bir dənizdə səfərdə olduğunu görərsə, bu yuxu onun eşq macərasından xoşlandığını və yeni bir eşq fırtınasına tutulmaq üzrə olduğunu göstərir. Evli qadının gəmiylə sakit bir dəniz səyahətinə çıxması вЂ" o qadın əri tərəfindən aldadılacaqdır. Dalğalı və qaranlıq, zülmət dəniz-işləriniz bütünlüklə tərsinə gedəcəkdir. Dənizə düşmək-kiçilik və mövqeyinizin itiriləcəyinə yozulur.

 

DƏNİZ DONANMASI  Röyasında donanma görən adam kişi xeylağıdırsa, bir qadın tərəfindən aldadılacaq, qadındırsa-qarşı cinsdən olan bir nəfər tərəfindən çətin vəziyyətdə buraxılacaqdır.

 

DƏNİZÇİ (matros) Böyük bir təhlükəylə qarşılaşacaq, lakin bunu soyuqqanlılığınız sayəsində dəf edəcəksiniz.

 

DƏRVİŞ  Zəngin bir adamla dostluq quraraq xeyir və mənfəət görəcəyinizə yozulur. Özünü dərviş olmuş görmək-zənginliyə, ululuğa qovuşacaqsınız.

 

DƏRƏBƏYİ (feodal)  Qədim və tarixi əsərləri öyrənib incələmək fürsəti əldə edəcəksiniz.

 

DƏRƏ OTU (şüyüd)  gələcəkdə aydınlaşacaq bir məsələyə işarədir.

 

DƏRZİ  Yuxuda dərzi-ədalət sahibi bir kimsəylə, yaxud sərvət yığan bir adama işarə sayılır.

 

DƏRİ  Röyada hər hansı bir heyvan dərisi qorxunc bir xəbərə işarə sayılır. Bəyaz dərili adam görmək-sevincə yozulur. Qara dərili adam-kədərə yozulur. Yuxuda qadın bədəni görüb bəyənmək-başınızdan yeni bir eşq macərası keçəcəkdir.

 

DƏRİ SOYULMASI  Yalançı, fırıldaqçı adamlarla dostluq etdiyinizə, onlardan ayrılmasanız başınıza böyük bəlalar gələcəyinə işarədir.

 

DƏRMAN  Bir kimsə yuxuda dərman qəbul etdiyini görərsə, elm və nəsihətlərdən faydalanacaq. Verilən dərmanı qəbul etmək-azğınlığa və sapqınlığa yozulur. Qadınların uşağa qalmaq üçün istifadə etdikləri dərmanı röyada görmək-subay qız üçün evlənəcəyinə, uşağa qalmayan qadın üçün isə uşağı olacağına işarədir. Röyada dərman içdikdən sonra yaxşılaşacağını gözləyən adam-dünyasını, gözünə dərman tökdüyünü görən adam isə-dinini islah edəcək. İkram doğuran və udulması çətin olan dərman görmək-tezliklə yaxşılaşacaq xəstəliyə əlamət sayılır. Acı olmayan və asanlıqla udulan dərman-zəngin üçün xeyrə, kasıb üçün pisliyə yozulur. Röyada buruna çəkilən dərman görmək-uğursuzluğa, ata-anaya qarşı üsyan və ya ruhi xəstəliyə işarə sayılır. Yuxuda burnuna dərman çəkildiyini görən adam hiyləyə məruz qalacaq.

 

DƏRS KİTABI  Röyada hər hansı bir dərs kitabı görmək-vaxtilə böyüklərinizin nəsihətlərini eşitmədiyinizə və indi bundan peşmanlıq duyduğunuza işarə sayilir.

 

DƏSMAL (məhrəba) Röyada islaq dəsmal görmək, quru və təmizini tapmaq-bir dost haqqında haqsız yerə pis fikrə düşməyə işarədir. Dəsmalla üzünü silib qurulamaq-dostlarınızdan biri haqsızlıq edəcək və sonra vicdan əzabı çəkəcəkdir.

 

DƏSTİ (səhəng) Röyada boş dəsti görmək-gözəl, fəqət qısqanc bir qadınla əlaqə yaradacaq və uzun müddət onunla birlikdə yaşayacaqsınız. Sonunda isə bu qadının fəna bir hərəkətini qurbanı olacaqsınız. İçi su dolu dəsti görmək-yaxın günlərdə bir qızınız dünyaya gələcək.

 

DƏHRƏ (nizə) Girişdiyiniz bir işdə parlaq nəticə və uğur əldə edəcəyinizi göstərir.

 

DƏFİNƏ  Röyada dəfinə tapmaq-gənc kişi üçün xoş taleyə işarə sayılır və həyatda yaşamağın yolunu asanca tapmağa yozulur.

 

DƏFNƏ AĞACI  Sənətin gözəl bir sahəsində həqiqətən parlaq uğurlar qazanacaqsınız.

 

DƏFN ETMƏ  Yuxuda birisini dəfn etmək-toya dəvətdir. Dəfn edilən adam həyatda yaşayırsa, yuxu görəni toyda nəsə maraqlandırıb diqqətini çəkəcəkdir. Birini diri-diri torpağa gömülə görmək-uzun ömrə yozulur.

 

DƏFTƏR  Alacaq-verəcək hesablarında daha diqqətli olmağın gərəkliyini bildirir. Belə yuxu görən tacir və ya dükançıdırsa, vekselləri protest ola bilər, hətta iflasa uğrama ehtimalı da var.

 

DƏFTƏRDAR (maliyyə müdiri)  Maliyyə-pul işlərinin bir müddət yaxşı getməyəcəyinə yozulur. Bu röya evlənməmiş qadın üçün varlı bir kişiyə ərə gedəcəyinə, yaşlıdırsa-qumarda pul qazanacağına işarədir.

 

DZÜ-DO  Röyada dzü-do ilə məşğul olduğunu görən adam çox xəyalpərəstdir. Həyata gerçəkci (realist) gözlə baxması gərəkdir.

 

DİV  Yüksəlmə və irəliləyiş kimi yozulur. Əgər div yuxuda boş-mənasız sözlər söylərsə, əsla yüksəlməyəcək və bugünkü durumunuzu olduğu kimi mühafizə edəcəksiniz.

 

DİVAR  Bir dostunuz və ya sevgilinizlə sizin aranızda çəkilmiş divar görmək-o adamla aranızda olan bir çox əngəllər aradan götürüləcəkdir.

 

DİVAR KAĞIZI (oboy)  Yuxuda divar kağızı görən adam gözlənilmədən çox dəyərli bir əşyasını itirəcəkdir. Tüccar olanların belə yuxudan sonra bank krediti almaları xeyirli sayılmaz. Məmurlar da rəislərini xəbərdarlıqlarına əhəmiyyət verməli, şagirdlər müəllimlərinin sözlərini dinləməlidirlər.

 

DİVAR  SAATI  İşlərin yaxşı gedəcəyinə əlamətdir. Saatı yatmış görmək isə xeyrə yozulmaz, ölüm xəbəri sayılır.

 

DİYİRCƏKLİ KÜRSÜ  Röyada diyrcəkli kürsü almaq, yaxud rahat bir kürsüdə oturub dincəldiyini görmək-bir sənət sahibinin öz peşəsində uğur qazanacağına; ərə getməmiş qadın üçün-kübar dairələrdə yüksək mövqe sahibi olan bir adamla ailə quracağına; ərli qadın üçün-hazırkı durumunu daha da yaxşılaşacağına yozulur.

 

DİLƏNÇİ  Röyada dilənçi görmək və ya sədəqə vermək-cavan kişi üçün yaxın vaxtlarda qiymətli bir dost qazanacağına; orta yaşlı bir adam üçün cansıxıcı itkiyə əlamət sayılır. Bu yuxu gənc qadın üçün yaxın zamanda hər hansı bir təklif olacağına, evli deyilsə, ona evlənmə təklifi ediləcəyinə, yaxud dalğınlığından peşmanlıq duyacağı anlamına gəlir. Röyada bir dilənçiyə yardımda bulunmaq вЂ" mirasa qovuşacaq, durumunuz düzələcək və eşqdə xoşbəxt olacaqsınız. Yuxuda dilənçiyə sədəqə verməmək-o anda əlinizdə olan işdə uğur qazanmayacağınızı göstərir. Bir dilənçiylə birlikdə çörək yemək-öz dairələrinizdə sayılan adam olacaq və çoxlu dost qazanacaqsınız.

 

DİPLOM  Röyada diplom almaq-poçt vasitəsilə sevindirici bir xəbər alacaqsınız. Çərçivəyə alınmış və divardan asılmış diplom görmək-uzun səfərlərə çıxacaq və işinizdə yüksələcəksiniz.

 

DİRSƏK  Yuxuda dirsəyinizin sıyrıldığını görmək вЂ" gedişatınız dəyişdirmədikcə xoşagəlməz işlərə qarşılaşacaqsınız.

 

DİŞ -Röyada diş çeşidli yozumlarla incələnir Üst çənədəki ön dişlər-ananı, atanı, böyük əmini; sağ tərəfədə olan-atanı; sol tərəfdəki dişlər isə əmini bildirir.

-Öndəki dörd dişin arxasında olan sivri dişlər röya sahibinin əmisi oğluna, yaxud da iki yaxın dostuna işarədir. Bu sivri dişlərin arxasında gələn göz dişləri ailə üzvlərinə, həyat yoldaşına və evin möhtərəm böyüyü anlamına uyğun gəlir. Göz dişini ardında bulunan dişlər isə dayılar və onların oğullarıdır.

- Azı dişlər babalar, yaxud da sevilən, oyünülən kiçik oğlan nəvələrdir.

- Alt çənədəki dişlər ana tərəfdən qadın qohumlara işarədir. İki alt, iki üst çənədə olan dörd ön diş-röya sahibinin öz törəmələri olan uşaqlardır.

- Alt çənədəki iki ön diş xalalardır. Əgər röyanı görənin anası və xalası yoxdursa, o dişlər onun iki balası və balaca qızlarıdır.

- Alt çənədəki sivri dişlər yuxu sahibinin qaynatası və ya həyat yoldaşının atasıdır.

- Göz dişlərinin arxasındakı dişlər hörmətli, izzətli adamlara işarədir.

- Azı dişlər ailədən uzaqda olanları, nənələri və sevimli kiçik qız nəvələri bildirir.

- Yuxuda dişlərdən birini sallanması-xəstəliyə əlamətdir, düşməsi isə-o diş kimi bildirirsə, həmin adamın ölümünə, yaxud da izsiz-soraqsız itkin düşməsinə işarə sayılır.

- Diş çıxarıb onu görmək-röya sahibi qohumu olan bir yaxınından o dişin dəyəri qədərində vara yetişəcək.

- Dişlər çürüyüb görünməz olarsa, o dişin bildirdiyi adama pislik gələr. Ön dişləri normadan uzun və ya qısa görmək-röya sahibinin atası və ya əmisi dünyada çox böyük çətinliklərlə qarşılaşacaq. Bütün dişlərini sallanan görmək-ailə üzvləri arasında çəkişməyə və qovğaya işarədir. Ön dişlərini çürüməsi digərlərinə də zərər vermişsə-yuxu görənin həyat yoldaşının əxlaqsız olmasına işarə sayılır.

- Dişlərinin qamaşdığını görmək-ailədən yardım gözləmək hədərdir.
- Röyada çəkib çıxartdığı dişi dəyişmək-gəlirli bir ticarətlə məşğul olmağa yozulur.

- Damağında qızıl və gümüş dişlərin çıxması-bədbəxtliyə və xəstəliyə işarə sayılır. Artıq diş görmək-röya sahibi gözünü, qulağını, burnunu, ümumiyyətlə, dişlərindən birini itirəcəkdir.

 

DİŞ FIRÇASI  Əgər qadın yuxuda diş fırçası görərsə, başına üzücü bir olay gələcək. Kişi üçün bu yuxu-yaşayışında bir qayda-qanun, səliqə вЂ" səhman yaratmağın gərəkliliyinə yozulur.

 

DİŞ HƏKİMİ  Pul baxımından ziyana düşəcəksiniz.

 

DİŞLƏMƏK, GƏMİRMƏK  Röyada dişiylə bir şeyi gəmirən adam hiylə yapar. Röyada öz ətini dişləyib qoparan adamın fitnə-fəsadçı olduğu bəllənir. Dişlənən yerdən qan çıxması-günah içində olmağa işarədir. Yuxuda bir adamı dişləmək-röya sahibini ömrü fərəh və xoşbəxtlik içində keçəcək, ancaq gözü və ya ürəyi zəifləyəcəkdir.

 

DIRMANMAQ  Röyada bir yoxuşa, təpəyə dırmanmaq, yaxud nərdivanla yuxarı çıxmaq-cavan oğlan üçün bu yuxu-başarılması çox çətin işlərə; yetkin yaşdakılar üçün-səadət və rifaha gedən yolun tapıldığına; subay qız üçün-yad məmləkətdən yabancı birisiylə təhlükəli tanışlığa yozulur. Nərdivan və ya dairəyə dırmanmaq-gözlənilməz və ani bir uğur qanacağınıza işarədir.

 

DIRMIQ  Tarla işlərində istifadə edilən dırmıq-kədər və üzüntüyə işarə sayılır.

 

DIRNAQ  Yuxuda dırnaqlarını çox biçimli bir halda görmək-səhhətinizin mükəmməl olduğuna işarədir. Qopmuş dırnaq-səfalətə, fəqirliyə yozulur. Çirkli və uzun dırnaq-pul və mal itkisi kimi açıqlanır. Dırnaq kəsmək və ya düzəltmək-çətin və yorucu işlərlə qarşılaşacağınızı göstərir. Manikürlü dırnaqlar вЂ" eşq acılarıyla qıvrılmaqda olduğunuza əlamət sayılır.

 

DIRNAQ LAKI  Bəzək-düzəyə həddən artıq aludəçiliyə və bunu dost-tanış tərəfindən yaxşı qarşılanmadığına işarədir.

 

DOVŞAN  Yuxuda dovşan-bir qadınla dostluq edəcəyinizə işarə sayılır. Əgər dovşan qaçırsa və arxasından güllə atırsınızsa, bu- tez-tez aldadılacağınıza əlamətdir. Ovda dovşan vurmaq-şad bir xəbərdən sonra kiçik bir kədərlə də qarşılaşacağınızı göstərir.

 

DODAQ  Röyada qarşı cinsdən birinin dodaqlarını görən qadın və ya kişi özünə ən uyğun olan həyat yoldaşı seçmiş və onunla gözəl bir həyat yaşayacaq deməkdir. Yuxuda öz cinsinizdən birinin dodaqlarını görmək-haqqınızda mənasız və pis söz-söhbət getdiyinə yozulur.

 

DODAQ POMADASI  Yuxuda bir qadını dodağını və ya yanağını boyadığını görmək-yaxın günlərdə gözəl bir surprizlə qarşılaşacaqsınız.

 

DOLAB  Röyada dolab və ya qarderob almaq, yaxud satmaq-bir evdən digər evə köçməyə işarədir. Qarderobun içi boşdursa, lüzumlu bir iş üçün gözləniləndən də artıq pul sərf ediləcək.
Dolab köhnə pal-paltarla dolu olarsa, qonaq gələcək. Paltaryeni və qəşəng görülərsə, röya sahibi dünya miqyasında şöhrətli bir adam olacaqdır.

 

DOLMA QƏLƏM (avtoqələm)  Dolma qələmlə yazı yazmaq-peşədə, sənətdə uğur qazanacaq. Bu yuxu-evlənməmiş qadın üçün bir dostu ilə onun qovğa edəcəyinə; ərli qadın üçün isə-məktubunun itməsindən çox üzüləcəyinə yozulur.

 

DOLÇA  Etibarınızın geniş ölçüdə artacağına işarə sayılır.

 

DONDURMA  yuxuda dondurma yemək-eşqdə uğur qazanmağa işarədir. Dondurma almaq-maliyyə işlərində bic və ayıq hərəkət etdiyinizə, yerində qərarlar verdiyinizə yozulur. Dondurma satmaq-bir il ərzində işinizdə yüksələcəyinizi bildirir.

 

DONUZ  Röyada donuz görən adam fitnəkar, pis adamlarla dostluq edir. Donuz öldürmək-günahkar bir adamın cəzasını vermək deməkdir. Donuz əti yeyənin əlinə haram mal keçəcək. Özünü donuz olmuş görən-xalq içində alçalar, donuza minən вЂ" var-dövlət qovuşar, düşmənini məğlub edər.

 

DOST  Röyada dost görmək xeyrə əlamətdir. Yuxuda dost qazanmaq-geçək həyatda da dost qazanılacağını göstərir. Röyada bir dosta yaxşılıq etmək və ya bir dostunuzun sizə yaxşılıq etməsi вЂ" geçək həyatda da bir dostunuza yardım edəcək və ya dostunuzdan yardım görəcəksiniz. Bir dosta hədiyyə almaq-həyatınızın vacib anlarında anılacaq, unudulmayacaqsınız.

 

DÖVLƏT BAŞÇISI  Röyada məmləkətinizin dövlət başçısını görmək-ruziniz artacaq, evinizdə bolluq və bərəkət olacaq, işləriniz çox düzgün gedəcəkdir.

 

DÖRD YOL AĞZI  Röyada dörd yolun birləşdiyi bir nöqtədə durmaq-hər kəsin həyatında mühüm bir dönüş nöqtəsini və bu dönüş nöqtəsinin seçiləcək istiqamətə görə yaxşı və ya pis olacağını bildirir. Yola ağzında istiqamət göstəriciləri, yəni işarələr mövcudsa, röya sahibi seçəcəyi yol üçün heç kəsdən nəsihət almayacaq, heç bir yardıma ehtiyacı olamayacaq, doğru yolu ancaq özü arayıb tapacaqdır.

 

DÖŞƏK  Röyada döşək-kişinin ən yaxını olan arvadına işarədir. Öz döşəyini satmaq-arvadı boşamağa, arvadı xəstə isə-onun ölümünə yozulur.

- Döşəyin üstündə donuz görmək-bədniyyət bir adam yuxu görənin arvadına qarşı xəyanətkar bir qəsddədir.

- Döşək-röyada kişinin arvadına, qulluqçusuna, yaxud oynaşına işarə olub, o kişinin rahat həyat sürəcəyini bildirir.

- Döşəyin yumşaq olduğunu görmək-röya sahibinin arvadı itaətkar və ciddi qadındır.

- Döşəyin genişliyi-qadının yaradılış etibarilə gözəlliyinə; döşəyin təzə olması-qadının gəncliyinə və təzəliyinə, yəni bakirə olduğuna işarədir.

- Döşək yundan, tükdən və ya pambıqdan olarsa, qadın mərifətli və dövlətlidir deməkdir.

- Döşək ipəkdən və atlasdandırsa, qadının atəşpərəst olduğunu göstərir. Ağ döşək-qadının dindarlığına yozulur. Qara döşək-həyat yoldaşınız Uca Tanrının heç də razı olmadığı bir davranışda bulunmaqdadır.

 

DÖŞƏMƏ YOL  Röyada döşəmə yol görmək-nəticəsi olmayan işlərin ardınca düşdüyünüzü və bu işləri buraxmağın gərəkliyini göstərir. Döşəmə yolda minikdən düşmək isə xeyirli bir xəbər anlamına gəlir.

 

DUA  Röyada özünüzü dua edərkən və ya ibadət məqamında görmək-səhhətinizin çox yaxşı olacağını, həyatınızın səadət içində keçəcəyini bildirir.

 

DUVAQ  Murada çatmaq.

 

DUEL  Yuxuda özünü dueldə dalaşan görmək-röya sahibi uzaqgörən deyil, ətrafındakı təcrübəli adamların məsləhətlərinə qulaq asması gərəkdir.

 

DUZ  Röyada duz-zəhmətsiz mala işarədir. İki düşmən arasında duz görmək-o adamların barışmasını ifadə edir.

- Duz, eyni zamanda, bir şeylə məşğuliyyətə və xəstəliyə də əlamət sayılır. Bəyaz duz-xeyir və nemətdir. Çörəyi duza batırıb yeyən adam aza qane olar. Yuxuda duz tapmaq-sıxıntı və xəstəlik anlamına gəlir.

- Duz, bəzən də, arvada, mala, uşağa, halal qazanca yozulur.

 

DURBİN  Röyada dubin-maraq göstərilən bir məsələnin yaxın vaxtda aydınlaşacağını xəbər verir.

- Durbinə tərs baxmaq isə, üzüntü yaradacaq bir hadisə olacağını bildirir.

- Durbinin yerə düşüb qırılması-gözlənilməz bir xəbərə yozulur.

 

DURNA  Yuxuda durna görmək-gücsüz və fəqir bir kimsəyə, toplantı və şirkət qurmağı sevən bir qrup adama yozulur. Yuxusunda durna görən adam uzaq bir yerə yolculuğa (səfərə) çıxar, qürbətdədirsə-vətəninə dönər.

- Durnaya mindiyini görən adam yoxsullaşacaq.
- Durna əti və tükü-kasıb bir kimsənin gəlirini ifadə edir.

 

DÜDÜK SƏSİ (fit)  Röyada düdük səsi eşitmək çeşidi biçimdə yozulur Gözətçi fiti-gözlənilməz xəbər. Gəmi fiti-uzun bir yolculuq həsrəti. Futbol hakiminin fiti-uğursuz cəhd. Fabrik fiti-bir işə uğurlu cəhd. Qatar fiti-vətən həsrəti.

 

DÜYÜN  Bir işin yaxşı sonluqla həll ediləcəyinə yozulur.

 

DÜKAN  Bir dükanda, ya da mağazada işlədiyinizi görmək-rahat yaşayış imkanı təmin olunacaqdır.

 

DÜLGƏR  Ümumiyyətlə, xeyrə əlamət sayılmır, pis xəbərə yozulur.

 

DÜMBƏLƏK (kiçik təbil) Röya sahibinin şəxsi həyatda yetərincə ciddi davranmadığına işarədir.

 

DÜŞƏRGƏ

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz