Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma Ç hərfi
ÇAQQAL Zalım və mərhəmətsiz bir adamın ayağına düşəcəksiniz. Çaqqal tutmaq вЂ" düşmənlərinizlə aranızın düzələcəyinə işarədir.
ÇAĞIRILMAQ Röyada çadır görmək вЂ" həyatınızın bir çox dəyişikliklərə məruz qalacağına işarədir.
ÇADIR Yuxuda çadır görmək вЂ" həyatınızın bir çox dəyişikliklərə əruz qalacağına işarədir. Çadır qurmaq вЂ" gəlirli bir işə girəcəksiniz.
Çadır sökmək вЂ" işlərinizin alt-üst olacağına və zərərə uğrayacağınıza yozulur.
Yaşıllıqlar qoynunda qurulmuş çadır (dəyə) вЂ" sonsuz bir sevincə, xoşbəxtliyə işarədir. Çadır вЂ" eyni zamanda şan-şöhrət müjdəsidir.
ÇAY (irmaq) Röyada çay (irmaq) görmək-qədri, şanı-şərəfi yüksək bir adama yozulur. Özünü çaya girmiş görmək-röya sahibi böyük adamlar arasındadır deməkdir. çaydan su içmək-məqbul yuxulardan deyildir. Saf və təmiz sulu çay-ürəkaçan işlərə, tükənməz ruziyə; bulanıq və pis qoxulu çay-bəd işlərə əlamətdir. Bir kimsə röyasında evinə saf və şəffaf sulu çay axdığını görərsə-işləri asanlaşacaq, sərvətə və mala qovuşacaq.
Çayda suyun içiylə yerimək-röya sahibinin xoş niyyətli olduğuna, imanının doğruluğuna və sağlamlığına işarədir. Cənnət çayını yuxuda görmək-ruzidir. Süd çayı-müsəlman xarakterinə işarədir. Şərab çayı-Allah sevgisindən sərxoş olmağa və haramdan çəkinməyə işarədir. Bal çayı-elmi və Quranı ifadə edir. Çayın üstündən atılıb o biri sahilə keçmək-tasadan və kədərdən qurtulmağa, düşmənə qalib gəlməyə əlamət sayılır.
ÇAY İÇMƏK Röyada çay içmək вЂ" iş və mənəvi həyatınız üçün xeyrə yozulur; işinizdə başarılı, sevgidə xoşbəxt olacaqsınız deməkdir. Qonaqlara çay vermək вЂ" yaxın vaxtlarda xoş xəbərlər alacaqsınız. Çayı tökmək və ya çay dolu fincanı devirmək вЂ" mühüm əhəmiyyət kəsb edən planların gerçəkləşəcəyini göstərir.
ÇAYIR Röyada çayır görmək (çayır içindən və ya tarlalardan keçmək)-işinizdə xoşbəxt olacağınıza və başqalarını da son dərəcə xoşbəxt edəcəyinizə işarədir. Bir çayırda şərqilər eşitmək-sənətdə qabiliyyət sahibi və bu qabiliyyətinizin yüksək dərəcədə inkişaf edəcəyinə yozulur.
ÇAYIR VƏ ÇƏMƏN Röyada çayır və çəmən-zəhmətsiz və asan ruziyə, çətinliyi olmayan qadına və ya dünyəvi elmə, cari sədəqəyə yozulur. Çeşidli yaşıl otlar və çiçəklərlə bəzənmiş çayırlar-dünya və dünya varlığına, mal, mülk sahibi olacağınıza işarədir.
Çayırlıq-bəzən də auksion salonu və ya univermaqlar kimi böyük mağazalar anlamına gəlir. İslamın da rəmzi çayırdır. Yuxuda çayırlıqda və ya otlu yaşıl bir çöldə ot toplamaq, yaxud göylük görmək-röya sahibinin halı diqqətlə izlənir, yoxsul isə-zəngin olur, varlıdırsa-varı daha da artır. Əgər dünya ilə ilişkisini kəsmişsə və dinə, ibadətə dönmüşsə, o kimsə dünya varına aldanıb tamaha düşər, yenə əvvəlki vəziyyətinə qayıdar. Bir çayırdan digər bir çayıra keçmək-röya sahibi bir evdən başqa bir evə, yaxud bir ticarətdən başqa bir ticarətə keçərək, qazanc üçün durmadan səyahətdə olar.
ÇAY YATAĞI Röyada gözəl mənzərəli bir çayın şırıl-şırıl axdığını seyr etmək-qısa bir zamanda əməl və arzularınız həyata keçəcək, iş həyatınızda bol qazanc əldə edəcəksiniz. Çirkin mənzərəli yerlərdən axan, bulanıq sulu çay görmək-böyük bir təhlükədən qurtulacaq, lakin bundan sonra dərin bir kədərin qucağına düşəcəksiniz.
ÇALAĞAN Xoş xəbərlərə işarədir. Uçan çalağan görmək-rahatlığa, əmin-amanlığa yozulur. Çalağan vurma-qorxulu röya hesab edilir, bəxtin əbədi olaraq bağlanması deməkdir. Çalağan yaxalamaq-sərvətə yozulur.
ÇALĞIÇI Röyada çalğıçı görən adam arxasına düşdüyü bəzi mənasız mübarizələrdən əl çəksə yaxşıdır. Əgər bir yerdə çoxlu çalğıçı yuxuya girərsə, bu вЂ" toy-düyün, şadyanalıq, vur çatlasın-çal oynasın deməkdir. Qərbli röya yozucuları şərqlilərin əksinə olaraq, yuxuda çalğıçı görülməsini, ümumiyyətlə, nikbin mənada açıqlayırlar. Şərq yozucuları isə yuxuda çalğıçı toplumunu o qədər də xeyrə yozmurlar.
ÇALIŞMAQ (işləmək) Röyada bir adamın qantər içində çalışıb işləməsi xeyrə yozulur. Belə bir röya görən adam işində böyük uğurlar qazanacaqdır. Bu cür yuxu görən orta yaşlıdırsa və vəzifə sahibidirsə-uğurlu bir mükafata layiq görüləcək, fəhlədirsə-ustalığa yüksələcək, tələbədirsə вЂ" kursunu bitirəcəkdir.
ÇAMUR Yuxuda çamur görən adam son vaxtlar keçirdiyi həyat tərzini dəyişməlidir. Əgər evli bir qadın belə bir yuxu görərsə, ərinə qarşı daha yumuşaq, həlim və anlayışlı davranmalı, özünü tamamilə ev işlərinə və uşaqlarına həsr etməlidir. Röyada birisi sifətini çamurla bulanmış görərsə, iftiraya düşər.
ÇANTA Yuxuda bez torba və ya çanta görmək-işinizdə başarılı olduğunuza işarədir. Dəri çanta-dincəlmək üçün səyahətə çıxacaqsınız. Kağız torba-ailə həyatınızdakı çətinlikləri sevindirici sonluqla aradan götürəcəksiniz. Kətan qumaşdan torba və ya çanta-bir çox adamları xilas edəcəksiniz. Yırtıq çanta-mənasız və gərəksiz bir işə düşünmədən pul xərcləməyə yozulur.
ÇARDAQ Yuxuda çardaqda yaşadığını görmək-qısa bir müddət yoxsulluq və sıxıntı içində yaşamalı olacaqsınız. Çardaq-eyni zamanda, bolluğa və bərəkətə də yozulur.
ÇARPAYI Doğum xəbəri kimi yozulur.
ÇARŞAF Röyada çarşaf görən subay oğlan yaxın gələcəkdə evlənəcək. bu röya evli qadın üçün uşağı olacağına yozulur.
ÇARŞI VƏ BAZAR Röyada çarşı və bazar məscid anlamına gəlir (məscid də çarşı və bazara yozulur). Bəzən çarşı-müharibəyə də işarə sayılır. Çünki hərbdə də qazanc olur, çoxlu alış-veriş və gəlir əldə edilir. Tərəflərdən biri hər şeyini itirərəkziyana düşür. Ayəti-Kərimənin yazdığına görə, hərb və cahada ticarət adı verilir. Çünki tacirlər bir biriylə daima rəqabətdə və mübarizədədirlər. Bir kimsə tanımadığı bir çarşıda mal itdiyini, yaxud o maldan zərər çəkdiyini və özünə gəlib cəng etdiyini görərsə, o, hərbdən qaçaraq şəhadət mərtəbəsindən məhrum olacaq. Elm təhsilində isə-təhsilini yarımçıq buraxacaq, bunların heç biri yoxsa-cümə namazını tərk edəcəkdir. Röya sahibi alimdirsə, mübahisə və diskusiyalarında başqalarına zülm edəcək, yaxud verdiyi səhlənkar cavablarla qarşı tərəfi başdan etməyə çalışacaqdır.
Çarşını bolluq içində qaynar alış-verişdə görmək-röya sahibinin ailə həyatında, güzəranında artım olacaqdır.
Çarşını boş və fəaliyyətsiz, alış-verişsiz görmək-bazar əhlinin tənbəlliyinə, kasadlığına işarə sayılır.
Halvaçılar çarşısı-islama; qumaşçılar çarşısı-səadətə və yüksək vəzifələrə; daş-qaş çarşısı-Allah adının uca tutulmasına, elmə, təhsilə; sərraflar çarşısı-elmə; silah çarşısı-gərginliyə və hərbə; mis qab-qacaq çarşısı; baş ağrısı və qəddarlığa; subaylar üçün izdivaca; yun satanlar çarşısı-xeyirli ruziyə və mirasa; pambıqçılar çarşısı var-dövlətin artacağına, zənginliyə yozulur. Taxıl çarşısı-əkinşilik sahəsində bol məhsula; göy-göyərti-güzəran, yaşayış darlığına; balıq bazarı-ərzağa, davamlı gəlirə, dəniz səfərlərindən xoş xəbərə; qəssab çarşısı-qan tökülməsinə, evdə qovğaya; zeytun, kərə yağı və bal bazarı-istəklərə və şəhvətə, xəstəlikdən şəfa tapmağa; xalça, kilim çarşısı-dəniz yolculuğuna; sərrac çarşısı-xoş davranışa, elmə, övlada; məzə, çərəz çarşısı-sevincə və fərəhə; əczaçılar çarşısı-malı, var-dövləti saxlamağa, sirr saxlamaqda möhkəmliyə; buğda və un çarşısı-ucuzluğa və bolluğa, əmin-amanlığa; ağac-taxta çarşısı-nifaq və təfriqəyə; dəmirçi bazarı-şərə və çətinliyə, ruzi və mənfəətə; ipək çarşısı-yüksəlişə və sərvətə; şam çarşısı-yüksəlişə, günahkarlar üçün tövbəyə; çadırçılar çarşısı-yolculuğa, səfərə; qalayçılar, sandıqçılar çarşısı-razılıq və gözəlliyə; aşçılar və restoranlar-xəstəlikdən şəfa tapmağa, ehtiyaclardan qurtulmağa; şüşə və şüşə qablar çarşısı-riya, nifaq və böhtana; kağız çarşısı-məhkəməyə, əzilənin qurtulması və zalımlardan qisasını alması anlamına gəlir.
Sərraflar çarşısı вЂ" elmə; silah çarşısı вЂ" gərginliyə və hərbə; miss qab-qacaq çarşısı вЂ" baş ağrısı və qəddarlığa, subaylar üçün izdivaca; yun satanlar çarşısı вЂ" xeyirli ruziyə və mirasa; pambıqçılar çarşısı вЂ" var-dövlətin artacağına, zənginliyə yozulur.

 

Taxıl çarşısı вЂ" əkinçilik sahəsində bol məhsula; göy-göyərti вЂ" güzəran, yaşayış darlığına; balıq bazan вЂ" ərzağa, davamlı gəlirə, dəniz səfərlərindən xoş xəbərə; qəssab çarşısı вЂ" qan tökülməsinə, evdə qovğaya; zeytun, kərə yağı və bal bazan вЂ" istəklərə və şəhvətə, xəstəlikdən şəfa tapmağa; xalça-kilim çarşısı вЂ" dəniz yolçuluğuna sərrac çarşısı вЂ" xoş davranışa, elmə, övlada; məzə, çərəz çarşısı вЂ" sevincə və fərəhə; əzcaçılar çarşısı вЂ" malı, var-dövləti saxlamağa, sirr saxlamaqda möhkəmliyə; buğda və un çarşısı вЂ" ucuzluğa və bolluğa, əmin-amanlığa; ağac-taxta çarşısı вЂ" nifaq və təfriqəyə; dəmirçi bazan -şərə və çətinliyə, ruzi və mənfəətə; ipək çarşısı вЂ" yüksəlişə və sərvətə; şam çarşısı вЂ" yüksəlişə, günahkarlar üçün tövbəyə; çadırçılar çarşısı -yolçuluğa, səfərə; qalayçılar, sandıqçılar çarşısı вЂ" razılıq və gözəlliyə; aşçılar və restoranlar вЂ" xəstəlikdən şəfa tapmağa, ehtiyaclardan qurtulmağa; şüşə və şüşə qablar çarşısı вЂ" riya, nifaq və böhtana; kağız çarşısı вЂ" məhkəməyə, əzilənüı qurtarması və zalımlardan qisasmı alması anlamına gəlir.

ÇARX (təkər) Belə yuxu görən adamın işləri mütləq düzgün bir biçimdə öz yoluna düşəcəkdir.
ÇAXMAQ Əgər çaxmağı yuxuda yanarkən görsəniz вЂ" istəkləriniz gerçəkləşəcəkdir. Çaxmaq yanmırsa вЂ" məyusluğa, ümidsizliyə yozulur. Röyada yeni çaxmaq sahibi olduğunu görən adam xeyir xəbər alacaqdır.
ÇAŞQINLIQ Röyada bir ormanda böyük bir çaşqınlıq içində qaldığını görmək вЂ" yaxın vaxtlarda dostlarınızın çoxunu itirəcəyinizə yozulur.
ÇAMADAN Yuxuda çamadan və ya böyük sandıq görmək вЂ" sandıq açılsa da bağlansa da, hansısa bir səfərə yozulur. Çamadana nəsə qablaşdırmaq вЂ" ünvanınızı tez-tez dəyişəcəksiniz. Çamadandan bir şey çıxarmaq вЂ" gedəcəyiniz yerdə uzun müddət qalacağınıza işarədir.
ÇEŞMƏ Röyada çeşmə görmək böyük xoşbəxtlikdir вЂ" bütün ailənin xoşbəxt olması deməkdir. Su şəffafdırsa və bərq vura-vura axırsa вЂ" sərvətə qovuşacağınıza; bulanıq su isə вЂ" yoxsulluğa yozulur. Çeşmə röya sahibinə doğru fışqırıb axırsa вЂ" var-dövlətə və şan-şöhrətə qovuşacağını xəbər verir.
ÇƏKİC Yuxuda çəkiclə bir yerə döyəcbmək, mismarlamaq -keçici bir sıxıntıya və tasaya; uzaqdan çəkic səsi eşitmək -gözləmədiyiniz bir yerə dəvət olunacağmıza işarədir.
ÇƏKMƏ (ayaqqabı) Aşağıdakı yozumlarla açıqlanır
Təzə çəkmə вЂ" bolluq və bərəkət xəbəri.
Köhnə çəkmə вЂ" bir dostun xəyanəti, sədaqətsizliyi.
Cırıq çəkmə вЂ" bir işin uğurla sona çatması.
Qara çəkmə вЂ" toy-düyün xəbəri.
Başqa rəngdə çəkmə (qaradan savayı) вЂ" səyahət və pul qazanmaq imkanı.
Ayağı sıxan çəkmə вЂ" sıxıntıların bitməsi və rahat firavan həyatın başlanğıcı.
ÇƏLƏNG Yuxuda çələng görmək və ya çələngdən tac qoymaq вЂ" ətrafındakı adamlar tərəfindən sevilərək bəyənilməyə yozulur.
ÇƏLLƏK Nə şəkildə olur-olsun, çəllək röyada bolluq deməkdir.
ÇƏNGƏL Yemək yeyərkən çəngəldən istifadə etmək вЂ" ailə həyatınız səadət və sağlıq içərisində keçəcək, dinc ömür sürəcəksiniz.
ÇƏPGÖZ Röyada çəpgöz adam görmək вЂ" işlərinizin və sağlamlığınızın qaydasında olduğuna işarədir.
Çaş olduğunu görmək вЂ" anlaşmaları pozmağı xəbər verir.
ÇƏRPƏLƏNG Yuxuda havaya çərpələng uçurtmaq вЂ" hörmət izzətə, yüksək mövqelərə çatmağa işarədir. Özünü çərpələnglə oynayan görmək вЂ" sehirbazlığa qurşanıb boş, mənasız işlərlə məşğul olmaq kimi yozulur. Yaşadığı evin üstünə çərpələng düşdüyünü görmək вЂ" röya sahibi caduya-pitiyə məruz qalacaqdır. Çərpələng вЂ" caduya da yozulur.
ÇƏRÇİ Kitab yığan kolleksiyaçı alimə işarə saydır.
ÇƏTİR Yuxuda yağmurlu havada başına çətir tutub getdiyini görmək вЂ" röya sahibinin üzüntülü və ağır günündə ona kömək əli uzadacaq bir dostu var deməkdir.
ÇİBAN Röyada çiban çıxarmaq вЂ" sıxıntıdan fərəhə qovuşacaqsınız.
ÇİYƏLƏK Yuxuda çiyələk yemək вЂ" sevgidə xoşbəxtliyə yozulur.
ÇİMDİK Röyada kimisə çimdikləmək вЂ" çimdiklənən adamın malına göz dikilməsinə, yaxud acgözlüyə yozulur.
Yanmı çimdikləmək вЂ" onun arvadına göz qoyulduğunu və ona qarşı bir fənalıq ediləcəyini bildirir.
Qarnını çimdikləmək вЂ" o kimsənin gizli malına göz dikilir. Budunu çimdikləmək вЂ" bütün ailəsinin mülkünə və arvadına göz qoyulduğuna. əlini çimdikləmək вЂ" qardaşının malına göz dikdiyinə işarədir.
ÇİNAR AĞACI Varlı birisindən gözlədiyiniz pulu ala bilməyəcəksiniz.
ÇİT Röyada yaşıl çit görmək вЂ" subay üçün yaxın vaxtlarda evlənəcəyinə, evli üçün вЂ" işində sıxışdırılması üzündən daha kiçik bir şəhərə və ya qəsəbəyə göndərilməyə yozulur.
ÇİÇƏK Çox yaxşı, uğurlu bir xəbərdir. Qurumuş çiçəklər вЂ" keçici bir üzüntüyə və sıxıntıya; özünü gül mağazasında görmək вЂ" sevdası bütün həyatınız boyu davam edəcək gənc bir xanımla dostluq quracağınıza yozulur.
Çiçəkli bir bağçada istirahət etmək вЂ" dostlarınızdan biri xoşbəxt ailə quracaqdır. Çiçəkləri sulamaq və ya onlara tamaşa eləmək вЂ" əlinizdəki işiniz böyüyəcək, daha da artıb inkişaf edəcəkdir. Röyada süni, yapma çiçəklər görmək вЂ" bir nəfəri xoşbəxt edəcəksiniz. Bir tablo və ya rəsmdə çiçək görmək вЂ" ictimai həyatda böyük bir mövqe qazanacaqsınız. Ayaq altda çiçək görmək вЂ" başarılı olmaqdan ümidinizi üzəsiniz gərək. Yuxuda birinin yaxasına sancaqla çiçək taxmaq вЂ" röya görən də, yaxasına gül taxılan da uğur qazanacaqdır.
ÇIĞ (qar qalağı) Soyuq və rütubətli olduğundan çığ вЂ" yaxşı yuxu kimi yozulmur. Bir çox çətinlik və əngəllərin yaxınlaşmaqda olduğunu göstərir.
ÇILPAQ Yaxşı, təmiz bir adam yuxuda özünü çılpaq görsə, hər dürlü tasa və qayğılardan qurtular. Əxlaqı pozğun bir kimsə belə yuxu görərsə вЂ" üzüntüyə, tasaya və qayğıya düşür. Əyin-başmı cır-cındır görən вЂ" inanclı, mömin adamdırsa, sərvətə yetişər, yüksələr; əks halda, sıxıntı və üzüntüyə məruz qalar.
ÇIRA Röyada çıra çox xeyirlidir, isti yuva quracağınızı bildirir.
ÇOBAN Yuxuda qoyun otaran çoban görmək вЂ" çoxlu mala və zənginliyə çatacaq, yoxsulluğun daşını atacaqsınız.
ÇOBANYASTIĞI Təkbaşına, yaxud yoldaşıyla birgə bəmbəyaz çobanyastığı gülləriylə dolu bir çəməndən keçmək və ya çobanyastığı toplamaq вЂ" cavan oğlan üçün bu röya вЂ" kəndçi bir qızla eşqbazlığa; yaşlı kişilər üçün вЂ" az maaşla sabit bir işə girməyə işarədir.
ÇOVDAR Röyada çovdar çörəyi yemək вЂ" yaxşı və gümrah səhhətə; çovdar dəni görmək вЂ" gözəl taleyə yozulur.
ÇOCUQ Süd əmən çocuq вЂ" sevincə, xoş xəbərə yozulur. Qız çocuğu вЂ" yaxşı röya deyildir. Oğlan uşağı вЂ" tasa və kədərdən qurtulmağa; gülər və gözəl üzlü, nəşəli bir oğlan uşağı вЂ" mələk kimi gözəl bir xəbərlə müjdələnməyə işarədir. Çirkin oğlan uşağı вЂ" kədər sıxıntı anlamına gəlir.
ÇOCUQLAR Çocuğa baxmaq, çocuqları oxşamaq və ya çocuq sahibi olmaqla ilgili hər çeşid röya, uşaqlarla bağlı səhnələr və xəbərlər çox xeyirli əlamətlər hesab edilir, çocuqlarınızdan dərd görməyəcəyinizə, onların da həmişə sizdən razı qalacağına və aranızda heç bir cansıxıcı hadisə olmayacağına yozulur.
ÇOCUQ ARABASI Röyada çocuq arabasını boş görmək вЂ" bulunduğunuz vəziyyətdən daha yüksək həyata qovuşacaqsınız. Arabada çocuq yoxdursa вЂ" tasaya, qayğıya işarə sayılır.
ÇÖL Yuxuda özünü bir çöllükdə yapyalnız görmək вЂ" dost-tanış və ailə içində tək-tənha yaşamaqdan məmnun olduğunuzu və şəxsi düşüncələrinizin həyatınızı idarə etməyə, irəlilətməyə yetərli olduğunu göstərir. Özünü çöllükdə sevgilisiylə birlikdə görən adam həyatda da onunla birgə xoşbəxt olacaq deməkdir.
Hansı bir durumda olursa-olsun, çöl вЂ" həyəcan, sıxıntı və qayğıdan çıxıb rahatlığa, əmin-amanlığa qovuşmağa, yaxud darlıqdan genişliyə, hər cür pisliklərdən tövbəyə, zərərdən qurtulmağa, xəstəlikdən sağalıb yaxşılaşmağa yozulur.
ÇÖL ÖRDƏYİ Yuxuda çöl ördəyi вЂ" xoş bir əyləncəyə işarədir.
Göldə Üzən çöl ördəyi görmək вЂ" qəbul olmayan dilək anlamındadır. Tabaqda bişmiş çöl ördəyi görmək вЂ" qazanc və gəlirini azalacağını xəbər verir.
ÇÖL ÇİÇƏYİ Röyada özünü bir çəmənlikdə, çöl çiçəkləri arasında görən gənc yaxın vaxtlarda ürəkaçan bir ziyafətə çağırılacaq. Orta yaşlı adam üçün bu yuxu вЂ" əyləncəli ziyafətə; gənc qız üçün вЂ" gözləmədiyi bir istirahətə və əyləncəyə; daha yaşlılar üçün вЂ" onları gözləyən xoş gələcəyə işarədir. Çöl çiçəklərindən toplanmış bir buketi ərməğan olaraq almaq вЂ" üzüntülərə yozulur.
ÇÖRƏK Röyada çörək bişirmək вЂ" ailə həyatmda xoşbəxt olacaqsınız.
ÇUVAL Boş çuval вЂ" evinizin bərəkətsiz və uğursuz əllər tərəfindən idarə edildiyinə, bu səbəbdən güzəranınızın çətin olduğuna və sizi qayğılandırdığına işarədir.
Dolu çuval вЂ" bu günlərdə girişəcəyiniz işlərdən bol qazanc əldə edəcəksiniz.
Çuval yumaq вЂ" qismətiniz açılacaqdır.
ÇUĞUNDUR Röyada çuğundur, turp, yerkökü yeyən adam qarışıq və narahat bir vəziyyətə düşəcəkdir.
ÇUXUR Yuxuda çamurlu bir çuxur görmək вЂ" arzu etdiyiniz və olmasını istədiyiniz işlər maneələrlə qarşılaşacaq və bunları yoluna qoymaq üçün çox böyük zəhmət sərf etmək zorunda qalacaqsınız.
Çuxura düşmək вЂ" boşboğazlığınız üzündən başınıza dürlü-dürlü işlər açmaqdasınız.
Çuxur qazmaq вЂ" pis qonşu ucbatından zərərə düşəcəksiniz.
ÇÜRÜK Röyada çürümüş şeylər görmək вЂ" nəticəsi olmayacaq bir sevdaya düşəcək və ya çox sevdiyiniz adamlardan ayrılmaq zorunda qalacaqsınız.
Bir yerinizin çürümüş olduğunu görmək вЂ" keçmişdə yaşamış olduğunuz dadlı eşq anlarını təkrar yaşamağın mümkünsüzlüyünə işarədir.
Birisi tərəfindən üstünüzə çürük yumurta atıldığını görmək вЂ" həyatınız boyu daima gəlirli və qazanclı işlərdə olacaq və xoşbəxt günlər yaşayacaqsınız.
Bir topa adam tərəfindən çürük pomidor yağmuruna tutulmaq вЂ" siyasət meydanına atılsanız, mühüm mövqelər əldə edəcək, ölkə miqyasında ad qazanacaqsınız.
Bir siyasət adamına çürük yumurta atıldığını görmək вЂ" məmləkətdə qarışıqlıq olmasının mümkünlüyünə işarə sayılır.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz