Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma C hərfi
CADUGƏR Yuxuda qorxunc bir cadugər görən adamın ona dəxli olmayan hər cür qovğadan çəkinməsi gərəkdir. Belə qovğalara girişmək təhlükəli nəticələr verə bilər.
CAMAŞIR Çox istənən bir şeyə qovuşmaq anlamına gəlir. Röya sahibi qadındırsa, evində arzu etdiyi xoşbəxtliyə nail olacaqdır.
CANAVAR (vəhşi heyvan) Xeyrə yozulur.
CAN VERMƏ Röyada can vermə – qovğaya və yaxud şiddətli mübahisəyə, Qurani-Kərimə şübhə etməyə, eyni zamanda, hörmət-izzətlə qonaq qarşılayıb yola salmağa; subaylar üçün – evlənməyə, bir evdən başqa evə, bir peşədən başqa sənətə keçməyə yozulur. Bu röya bəzən arvad boşamaq anlamına da gəlir.
Bir kimsə özünü can verən məqamda, ölümün şiddəti içində görərsə, bu röya – o adamın özünə, yaxud başqasına qarşı çox zalım olduğunu xəbər verir.
CANLI VƏ AÇIQ RÖYALAR Canlı və açıq-aydın röyalar nə şəkildə görülmüşsə və açıq-aydın xatırlanırsa, çox tezliklə həyatda baş verir.
CAMİ (məscid) Röyada cami və ya məscid görmək – yuxu sahibinin dindar adam olduğunu və zəngin rifaha qovuşacağını bildirir.
Məsciddə namaz qılmaq – xeyirli bir işə başlayacaq, istəklərinizdə uğurlar qazanacaqsınız.
Cami, məscid tikdiyini görmək – o məmləkətin böyüklərinin halal; və düz əxlaqlı olmalarını göstərir.
Namazdan sonra arxasının mehraba döndüyünü görən adam bütün pisliklərdən qurtulacaq və istəkləri yerinə yetəcəkdir.
Camaatla məscidə getdiyini görən gənc oğlan subaydırsa – təmiz və gözəl bir qızla evlənəcək, evlidirsə – bəxtli və gözəl bir qızı olacaqdır.
Mehrabı kirlətdiyini görənin təzə övladı doğulacaq.
Camidə şam yandıran adamın uşağı ağıllı və ziyalı olacaq. Röyada məhfil və ya minarəni görən, yaxud məbədi təmir edən bir kimsənin şərəfi-şöhrəti artacaq, istəkləri qəbul olunacaqdır.
Minarənin yıxılması – o yerdə xalq içində irəli gələn adamlar arasında ixtilaf, fitnə-fəsad çıxacağına və ya xalqın din baxımından qüsurlu əməllərinə işarədir.
CASUSLUQ Röyada casusluq etmək, yaxud izlənmək – yaxın vaxtlarda yuxu sahibinin başına önəmli bir hadisə gələcəkdir.
CEVİZ Yuxuda ceviz yemək – xırda, əhəmiyyətsiz işlərdən böyük qazanc əldə edəcəyinizə yozulur. Ağacdan və ya yerdən ceviz toplamaq
- ərinizlə, yaxud arvadınızla xoşbəxt ömür yaşayacaq və qəşəng, göyçək övladlarınız olacaqdır.
CEVİZ AĞACI Röyada ceviz ağacının altında oturub ceviz yemək
- ciddi bir xəstəliyə tutulacağınıza yozulur.
Ağaca çıxıb ceviz yığmaq – bir qadın vasitəsilə sərvətə qovuşacaqsınız.
CEYRAN Röyada siyah gözlü ceyran görmək – heç gözləmədiyiniz bir qadınla (kişiylə) tanış olub evlənməyə işarədir.
Ceyranı diri-diri tutmaq – qısqanc bir qızla (oğlanla) evlənəcəksiniz.
Ceyran ovlamaq – kədər və üzüntüyə yozulur.
Ceyran öldürüb ətini yemək – narahatlıq və üzüntü içində keçən həyatınız daha bir müddət davam edəcəkdir.
CƏBBƏXANA Bir dedi-qoduya məruz qalacaq, bundan çox üzüntü və zərər çəkəcəksiniz.
CƏBRAİL Bir adamın yuxuda mələk görməsi onun din və ibadət baxımından çox sağlam iradəyə malik və vədindən dönməyən xoş əxlaqlı bir insan olduğuna işarədir. Belə böyük mələklərdən birini – Cəbrail əleyhissəlamı röyada görmək o insanın bütün istəklərinin yerinə yetməsi deməkdir.
Belə röya görən eyni zamanda, dövlət başçısına yaxın və onun bütün sirlərindən agah olan xüsusi kitab deməkdir. Cəbrail əleyhssəlamı görən adam tibb və ulduzlar elmini bilən bir alim hesab edilir, onun hər işi uğurlu olur.
CƏVAHİRAT (daş-qaş) Röyada cəvahirat, daş-qaş görmək və ya satın almaq – röya sahibinin çoxlu var-dövlətə, eyni zamanda, övlad yiyəsi olacağına yozulur.
CƏDVƏL Röyada cədvəl görmək – bütün hərəkətlərinizdə dürüstlüyü və istiqaməti özünüzə şüar etdiyiniz təqdirdə həyatda çox şeyə müvəffəq olacaq və hər nə muradınız varsa, hamısına qovuşacaqsınız.
CƏLLAD Yuxuda cəllad – qürbətdə qalmaq deməkdir.
CƏNAZƏ MƏRASİMİ Ailə üzvlərindən və ya qonşulardan birisinin acı ölüm xəbərinə yozulur. Cənazəni izləmək və ya çiynində aparmaq bir şeydən faydalanmaq anlamına gəlir.
Gənclər üçün bu röya – ümidlərinin boşa çıxacağını; orta yaşlılar üçün – işlərində çox diqqətli olmağın gərəkliyini bildirir. Yaşlılar belə yuxu görərsə – zəngin bir mirasa qovuşacaqlar. Cənazəsinin aparıldığını görmək – röya sahibinin şərəfli və yüksək bir mövqeyə yetişəcəyi şəklində yozulur.
CƏNNƏT Yuxuda özünü cənnətdə görmək – çox rahat və fərəhli bir həyat sürəcəyinizə işarə olduğu kimi, həm də özü-sözü doğru bir insan olduğunuza, hər nə muradınız varsa, hamısının hasil olacağına yozulur.
CƏRRAH Yuxuda cərrah görən kiçik bir cərrahiyyə əməliyyatına məruz qalacaq.
CƏSƏD Qorxunc bir hadisə ilə qarşılaşacağınıza işarədir.
CƏHƏNNƏM Yuxuda cəhənnəm – sıxıntıya, tasaya və şiddətli ailə çəkişməlirinə, dedi-qodulara işarədir.
CƏFƏRİ (göyərti) Çoxdan bəri əziyyətini çəkdiyiniz mədə xəstəliyindən qurtulacağınıza yozulur.
CIR-CINDIR Yuxuda cır-cındır görmək kasıb düşəcəyinizə yozulur. Köhnə pal-paltar alveri etmək isə zənginliyə, var-dövlətə işarədir.
CIRMAQLAMAQ Yuxuda birisini cırmaqlamaq – tənbəllik etdiyinizə, quruçanaqlıqla məşğul olduğunuza işarədir.
Başqası tərəfindən cırmaqlanmaq – güvəndyiniz dostların belə, sizi pisikdirmək və yolunuzdan azdırmaq üçün fürsət güddüklərini göstərir.
CİB Yuxuda cibini qurdalamaq – işinizi böyük etina və diqqətlə tutduğunuza və bu səbəbdən də gəlir və qazancınızın daima artmaqda olduğuna işarədir.
CİB KİSƏSİ (portmanat) Röyada cib kisəsi tapmaq xeyrə əlamətdir.
CİBGİR Yuxuda bir cibgirin cibinizə girdiyini və ya özünü cibgir olaraq görmək – çox kədərli bir olaya şahid olacaq, yaxud ortaqlı bir işə girişəcəksiniz.
CİVİLTİ Röyada quş və ya körpə civiltisi eşitmək – sevgiliyə qovuşmaq anlamına gəlir.
CİLD Kitab cildi xeyrə yozulur. Yuxuda tarix kitabı görmək – isə röya sahibinin əcaib işlərlə uğraşması anlamına gəlir.
CİLDÇİ Yuxuda cildçi görmək – ölüyuyan və kəfənləyən, yaxud dərzi anlamına gəlir.
CİN ÇARPMASI Bir kimsə yuxuda onu cin vurduğunu görsə və qorxub bayılsa, ona riya və haram mal düşəcək, malı-van əlindən çıxacaqdır.
CİNAYƏT Röyada cinayətkarlıq barədə roman və ya qəzetdən cinayət xəbərləri oxumaq – gözləmədiyiniz məqamlarda işinizlə bağlı tez-tez uzun müddətə evinizdən uzaq düşməli olacaqsınız. Yuxuda birini öldürmək – şəxsi istəklərə enmədiyiniz üçün əleyhinizə cəbhə quranların hücumlarından heç bir zərər görməyəcəksiniz. Röyada təsadüfən bir cinayətin şahidi olmaq – işinizdə sizi önəmli bır yüksəliş gözləyir. Birinin sizi öldürmək istədiyini görmək – iş yerinizdə sizə düşmən müxalifətlə qarşılaşacağınızı və bu müxalifəti yemnəyin gərəkliyini göstərir.
CİNSİ ƏLAQƏ Röyada bir qadınla münasibətdə bulunmaq, cinsi əlaqədə olmaq – çox yüksək bır məqama və vəzifəyə çatacaqsınız.
Düşmənlə cinsi münasibətdə olmaq – ona qalib gəlməyə; dost-tanışla əlaqədə olmaq – onlara xeyirxahlıq etməyə; naməlum bir adamla münasibətdə bulunmaq – varını-pulunu israfçılıqla xərcləməyə işarədir. Cinsi əlaqə – namaz borcunu, dünyəvi borcları ödəməyə, qayğı və xəta-bəladan qurtulmağa da yozulur.
Quşla əlaqədə olmaq – düşməni yenməyə, yaxud məhkəmədə bəraət almağa yozulur.
Hər hansı bir heyvanla əlaqədə olmaq – istəklərin xeyrə qovuşacağına işarə saydır.
Münasibətdə bulunmaq istədiyiniz cazibədar bir qadının kişi olduğunu görmək – röya sahibi vəzifə istəyəndirsə, o vəzifəyə keçə bilməyəcək, ümidi boşa çıxacaq. Çılpaq bir qadınla münasibətdə olmaq – hər necə olursa-olsun, düşmən yeniləcək. Qızla əlaqədə olduğunu görən adam bakirə bir qızın üzünü açıb qızlığını pozacaq.
Cənnət qadınlarından birisiylə cinsi əlaqədə olmaq – çox xeyirli röya hesab edilir.
COKEY (jokey) At üstündə cokey görmək – bir işə yatırdacağınız sərmayənin sizə xeyli qazanc gətirəcəyini göstərir. Özünü at üstündə, cokey görmək – gözlədiyinizdən də tez yüksələcək, irəli çəkiləcəksiniz. Bir at üstündə iki cokey görmək – pis xəbərə yozulur.
CORAB Röyada corab satın almaq – maliyyə durumunuzun düzələcəyi anlamına gəlir. Hədiyyə etmək üçün corab satın almaq – yaxın vaxtlarda ailənin əski dərdinə dair yaxşı xəbərlər alacaqsınız. Corabının qaçmış olduğunu görən qadın bir çox romantik macəralara düşəcəkdir. Röyada corab yamamaq – əhəmiyyətsiz şeylərə çox baş qoşduğunuza işarədir. Öz corablarını cırmaq – başınıza gələn üzücü bir olay artıq unudulmaqdadır.
CÖKƏ Xeyrə yozulur. Dost-tanışla birlikdə cökə çayı içmək – xəstə olan tanışlarınızdan biri şəfa tapacaqdır.
Limonlu cökə çayı içmək – gözləmədiyiniz bir vaxtda gözləmədiyiniz bir yerdən xəbər alacaqsınız.
Cökə çiçəyi – evlənmək yolunda atacağınız addımın yaxşı nəticəsi olacaqdır.
Cökə ağacı – əlinizə pul gələcək, büdcəniz düzələcəkdir.
CÜBBƏ Yuxuda cübbə geymək – xeyirli röya olub mövqeyin yüksəlməsinə və var-dövlətin artmasına yozulur.
CÜLLÜT Yuxuda cüllüt quşu görmək – irəlidə sizi son dərəcə xoşbəxt edəcək bir qadınla (kişiylə) tanış olacaqsınız.
Cüllüt ovlamaq – acı xəbərə yozulur.
Röyada cüllüt quşu – əkin-biçin baxımından xoş müjdəyə, bol məhsula işarə sayılır.
Cüllüt – xanəndəliyi olan birisinin əyləncələrə və boş mənasız işlərə baş qoşduğuna, eyni zamanda, yazı-pozuyla pul qazanmağa yozulur.
Cüllüt – həbs olunası və cəzalandırılası bir suç sahibini də ifadə edir.
CÜCƏ Çoxdan uzaq düşündüyünüz bir sevgilinizlə qovuşmaq və xoş taleli bir ömür yaşamaq anlamındadır.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz