Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma B hərfi

Gördüyünüz yuxu

Yozması

BABA Röyada babanızı görmək - çoxlu uşağınız olacaq və məsud bir həyat sürəcəksiniz deməkdir.
BAQAJ (yük) Röyada bir yığın şəxsi əşya və baqajla əlləşmək məcburiyyətində qalırsınızsa, bu pula bağlı bir çox dərdlərin və qayğıların fəna halda canınızı sıxacağı, sizi incidəcəyi anlamına gəlir.
BAQQAL Dini məsələlərə dünya işlərindən daha çox vaxt ayırmanız üzündən gələcəkdə maddi baxımdan sıxıntılı günlər yaşayacağınıza işarədir.
BAĞBAN Röyada bağçada çalışan bir bağban görmək - ailə səadətiniz mükəmməl bir hal kəsb edəcəkdir.
BAĞIRSAQ Yuxuda bağırsağın qarından çıxıb görünməsi - arvadı boşamağa və ya ailədə bir nəfərin xəstələnəcəyinə; bağırsaqlardan birinin yarılıb dəlinməsi - aynlığa və ya ölümə; Yalnız bağırsaq görmək mala, vara işarədir; Yuxuda bağırsağını yeyən adam öz malını yeyir deməkdir; Başqasımn bağırsağını yemək röya sahibinin əlinə bir qədər mal - dövlət keçəcəyinə yozulur; Yuxuda bir adamın bağırsağını çıxarıb qarının su ilə doldurduğunu və ya təmizlədiyini görməsi - onun şəhid olacağına yozulur. - Bağırsaq eyni zamanda, gizli mal anlamına gəlir.
BAĞÇA Röyada bağça görmək qədər xeyrə əlamət saydan bir şey ola bilməz, bağça röyaları ən xoşbəxt, taleli yuxulardandır. Özünü bağçada gəzişən görmək - yorulmadan, tər tökmədən həyatın başlanğıcında uğurlar qazanacağınıza yozulur; Bağçada oturub dincəlmək - möhkəm sağlamlığa və xoşbəxt sevgiyə işarədir; Bağçada işlədiyini görən adam ömrünün yaşlı çağlarını səadət içərisində, sadiq və sevimli dostların arasında keçirəcəkdir. Yağlı boyayla işlənmiş tablolarda, bir rəsmdə və ya poçt açıqcasında bağça şəkli görən adam dünyanın hər yerindən gətirilmiş çeşid-çeşid əşyalarla dolu gözəl bir evə sahib olacaqdır; Röyada cənnət bağçasını görən isə çox maraqlı və ürəkaçan təcrübələr, eksperimentlər keçirəcəkdir.
BAĞÇA DIRMIĞI Yaxın günlərdə əlinizə çoxlu pul gələcəkdir.
BAĞÇADA GÜL-ÇİÇƏK açmasıRöyada gül - çiçək açmış bağça görmək - sərvəti, səhhəti, eşqi, xoşbəxtliyi, incə artistik zövqü və iqtidarı bildirir. Ayaq altında əzilən bahar çiçəkləri - məyusluğa, taleyin öz axarıyla getməyəcəyinə yozulur.
BAĞÇA KÜRƏYİ (bel)Yuxuda bel görmək və ya bağçada yer belləmək - yeni və zəhmətli işlərlə qarşılaşacağınıza yozulur.
BAĞÇA ÇƏPƏRİ Yuxuda bağçanızı divarla çəpərlənmiş görmək - gördüyünüz işlərin doğru - düzgün olduğuna, fəaliyyətinizin həm özünüz, həm də vətəniniz üçün faydalı və səmərəli nəticələr verəcəyinə işarə sayılır.
BADAM Badam yemək çox sevincli bir hadisə ilə qarşılaşa-cağınıza; badam qırmaq - yeni bir işə atılacağınıza və ya nişanlanıb evlənəcəyinizə; badam satın almaq - yüksək qiymətləndirdiyiniz tanınmış bir Adam tərəfindən bəyənilib seviləcəksiniz.- Meyvələri yetişmiş badam ağacızənginliyə və rifaha yozulur.
BADIMCAN Şöhrətə yozulmaqla bərabər, etibarınızın sarsılacağına da işarə sayılır. Badımcan qızartması yemək - acı xəbərə yozulur. Uzun badımcan görmək - xoş xəbərdir.
BAZAR Röyada bazara girib ev ehtiyaclarını təmin etmək üçün alış - veriş etmək, yaxud sadəcə bazan gözdən keçirmək; cavan oğlan üçün çox gözəl bir röya olub, işlərinin geniş miqyasda inkişaf edəcəyinə; yaşlı kişilər üçün - məqamında cürət və cəsarət göstərərək çox mənfəətli bir durum təmin etməyə; gənc qızlar üçün - taleyin və bəxtin açılacağına; yaşlı qadınlar üçün - çox rahat və sakit bir həyat sürməyə yozulur;
BAZUBƏND Röyada qolunda üzərinə gümüşdən bir bazubənd və ya qolçaq taxılmış qumaş parçası görmək - röya sahibinin qardaşı qızıyla evlənməsinə işarədir. Əgər bazubənd muncuqlarla işlənmiş olarsa, röya sahibinin qardaşı və bacısı bir - birinin ardınca yasa və üzüntüyə uğrayacaqdır. Röyada qadının zinətli əşya taxması - o qadının ərinə işarədir. Yuxuda qolunda və ya üstündə zinətli bir şey görən qadın maaşla dolanan adamdır. Görülən bazubənd çox yaraşıqlı olarsa, röya sahibinin şahidlik edəcəyini xəbər verir.
BAYQUŞ Yuxuda ötən bayquş görmək - aranız olmayan iş yoldaşlarınızın sizi böhtanlamağa çalışdıqlarına yozulur.
BAYRAQ Yuxuda bayraq görmək - önəmli bir iş və ya başqanlıq, eyni zamanda, alim, zəki, igid, zəngin, comərd və güclü adam anlamındadır; Bayraq görən röya sahibi camaat, xalq üçün çalışan bir adamdır. Qadının bayraq görməsi - ərinə işarədir; Bayraq - evlənməyi, hamilə qadın üçün - uşağı ifadə edir. Çoxlu bayraq - küləkli və yağmurlu havalan xəbər verir.; Bayraq sahibi olmaq, yaxud bayraq daşımaq - hakim olacağınıza işarədir.; Öz evinin üstündə bayraq görmək - o evdə bir kimsənin gəlcəyinə yozulur. Böyük bir bayraq daşımaq - röya sahibi evlənəcəkdir. - Bayraq qırmızı isə - evləndiyi qadının əxlaqsız olacağına; ağdırsa - o qadının namuslu və təmiz bir adam olub yaxşı ailədən çıxdığına işarə saydır.
BAL - MASKARAD Nəşəli bir xəbər alacağına yozulur.
BALDIR Baldırını dəmirdən yapılmış görən adamın ömrü uzun olacaq, şüşədən görərsə əcəli yaxınlaşıb. Baldırın birini çəkər, digərini uzadar görmək - tam bir əcəllə ölmək deməkdir. Belə yuxu görənin qorxunc və təhlükəli bir iş görməsi də gözlənilir.; Kişi yuxusunda qadın baldın görüb onu tanıyırsayaxın olduğu birisiylə və ya tanış bir qadınla evlənəcək.; Qadın baldırının açıldığını görərsəo qadının möminliyinə və halının əvvəlkindən daha yaxşı olacağına yozulur.; Baldırın çox qıllı olmasıyuxu sahibinin çoxlu borcu olduğuna və cəza evində (dustaqxanada) öləcəyinə; baldırın əyri olduğunu görmək - arvadbazlığa yozulur.; Baldır insanın malı və güzəranı deməkdir. Baldırın ağacdan yapılmış olduğunu görmək - yaşayışın, güzəranın darlığına, qazancın azlığına işarədir. Baldırın çox gözəl olması - dostlardan biri hədiyyə bağışlayacaq.
BALIQ Yuxuda görülən balığın sayı bəllidirsə - qadına; bəlli deyilsə, çoxsa - oğurluq mala yozulur.; Dənizin dibində iri və kiçik balıqlan bir yerə toplanmış halda görmək, onları bir - bir sudan çıxarıb yemək və ya hissə - hissə oğurlayıb bölməko adam çıxardığı balıqlar qədər var - dövlət sahibi olar. İri balıq - ölkənin baş vəziri və ya baş vəkilidir. Balıqlar məmləkətin əsgərinə, dəniz isə dövlətə yozulur. Özünü suda balıq ovlayan görməkfərəhli və şad xəbər anlamındadır. İri balıq tutmaq - mənfəət və xeyrə yozulur, kiçik balıqlar isə əldə ediləcək gəlirin kəsilməsinə işarədir.; Sazan balığı görməkevlənməyə və xeyrə yozulur.; Yatağında balıq görməkdəniz səyahətində bulunan adam üçün xəstəliyə yozulur. Bulanıq suda balıq ovlamaq - tasa, qayğı deməkdir.; Balığı diri - diri yemək yuxu görənin mal - mülk sahibi olacağına və körpəsinin doğulacağına işarədir.; Məhrəm yerindən balıq çıxdığım görməkyuxu sahibinin arvadı boyludursa, qız doğacaq. Qızardılmış balıq görənin duası qəbul ediləcəkdir. Bir nəfər röyasında göydən balıq endiyini və onu yediyin görərsə, xeyir xəbər eşidəcək, düşmənlərini məğlub edərək yüksələcəkdir.
BALTA Yuxuda balta - imdad, ianə, yardım və gələcək xoşbəxtliyi xəbər verir. Başı ağrıyan adam rahatlıq tapır. Yuxuda balta - yeməyə - içməyə möhtac xəstənin şikayət və qorxularının yox olacağını bildirir.; Balta oğlan uşağıdır. Yuxuda balta tapan adam vəkil, qəyyum və ya müdir olur. Mömin və dindar olduğu üçün düşmənləri ilə mübarizədə də həmişə qalib gəlir.; Balta qulluq göstərməyə, qüvvət və üstünlüyə də işarədir.
BANAN Röyada banan görmək - gizli var - dövlətə, ana bərnində olan uşağa, qəbirdəki ölüyə, həbsdə olan adama, yaxud köhnə fal kitablarına işarə saydır. Bir ayətə görə, banan cənnət meyvələrindəndir və geyim, dostluq və sevgi rəmzi kimi də yozulur. Röyada evdə banan olduğunu görən adamın bir övladı dünyaya gələcək. Əgər röya sahibi banan yediyini görərsə, əlinə mal keçəcək. Yuxuda banan yediyini görən xəstənin öləcəyindən qorxulur. Banan ağacı - din, dünya, sərvət sahibi, zəngin bir adama işarədir.
BARDAQ (səhəng) Xeyirə yozulmur, gözlənilməz bir xəbərə işarə sayılır.
BARMAQ Yuxuda barmaq görmək - oğlunuz olacaq. Yuxuda barmağı yanan adam günah və suç işləyəcək. Barmaqların gərmək - sərvətə və yaxşı bir məqama yetişəcəyinizə işarədir.
BARMAQ YALAMAQ Ruziyə işarədir.
BARMAQLIQ Qüvvətə, sərvətin artmasına, əmin - amanlığa yozulur. Barmaqlıq arxasında qonşu ilə danışmaq - ətrafınızdakı adamlarla xoş keçinəcəksiniz.
BASDIRMA Röyada basdırma, sucuq və kolbasa kimi şeylər satın almaq, yaxud satmaq - qismətə, nemətə yozulur. Basdırma görmək çox xeyirli röyalardan olub, pul və iş sandan xoş xəbərlər alacaqsınız deməkdir. Röyada basdırma, sucuq və s. yemək isə xeyrə yozulmur, bu günün işini sabaha qoymağa, boş - boşuna vaxt keçirməyə və bu səbəbdən də işdə çətinliklərin meydana çıxmasına əlamət sayılır.
BATAQLIQ Özünü bataqlıqda görmək - bədbəxtliyə və bir çox çətinliklərə yozulur. Bataqlıq içində özünü çırpman görmək - ömrün ixtiyar çağında rahatlığı, firavanlığı bildirir.
BATTANİYƏ (odyal)Təmiz battaniyə - tale pərisinin sizə gülər üz göstərəcəyinə, işlərinizin yaxşı olacağına yozulur. Kirli battaniyə - bədxah yoldaşların həm işdə, həm sosial çevrələrdə adınızı ləkələməyə çalışdıqlarını göstərir. Yırtıq battaniyə isə unudaraq yerinə yetirmədiyiniz bir vədlə heç də incitmək və xətrinə dəymək fikrində olmadığınız bir nəfərin həyatım pərişan edəcəyiniz anlamına gəlir.
BACA Röyada evinizin bacasının tüstülənərkən görmək - evinizdə bolluq, bərəkət, nəşə və sevinc hökm sürəcəkdir.; Baca təmizləməkbütün işləriniz normal şəkildə inkişaf edəcəkdir.; Bacanızın alovlandığını görməkkədərə və acıya işarədir.; Bacanızın uçduğunu görməkölüm xəbəri alacağınıza və ya ailə üzvlərinizdən birinin ağır xəstəliyə tutulacağına yozulur.
BACI Böyük bacını yuxuda görmək - röya sahibi subaydırsa, yaxın zamanda evlənəcək, evlidirsə - xoş bir xəbər alacaq.
BEŞİK Özünü beşikdə görmək və ya beşiyi satın almaq - yuxu görənin xeyrə və bərəkətə qovuşacağına, onun xeyriyyəçiliyinə və xeyirxahlığına işarədir.; Beşik bəzən də firavan bir ailəyə və ya şəfqətli bir anaya da işarə sayılır. Beşik kişi üçün tasa, hüzn və həbs kimi yozulur. Beşikdə uyumaq - darlıq içində olan ailəyə; subay üçün - evlənməyə; qadın üçün - uşağa yozulur. Bəzən də beşik şərqi söyləməyə, rəqs salonu anlamına da uyğun gəlir.
BƏBƏ Kasıb birisi yuxuda özünü anadan doğma bir cocuq olaraq görsə, zənginləşəcək, var - dövlət sahibi olacaqdır.
BƏBİR Yuxuda bəbir - böyüklüyə, yüksəlişə, qəsbkarlığa, düşmənçiliyə, sırtıqlığa, eyni zamanda, işvəyə və şuxluq edib nazlanmağa yozulur.; Bəbir - düşmənçiliyini gözləmədiyiniz və qəfil hücumuna məruz qaldığınız düşməndir. Yuxuda bu heyvanla qovğada olmaq - onun kimi mütərəddid bir düşmənlə qovğada olmağa işarədir.
BƏDƏN SAĞLIĞI Röyada bədən sağlığı pis bir xəstəliyə və zəhmətə işarədir. Çünki sağlıq xəstəliyin tərsidir. Bəzən bədən sağlığı nemətə qovuşmağa da yozulur.
BƏDƏNİN SƏPMƏSİ Röyasında səpdiyini görən adamın ya bir övladı olacaq, ya da gözləmədiyi bir yerdən yardım görəcəkdir.
BƏLĞƏM Var - dövlətə yozulur. Yuxuda ağzından bəlğəm gəldiyini görən adam xəstəlikdən qurtular.
BƏLƏDÇİ Röyada bələdçi görmək - səfərə, səyahətə yozulur, yaxud bərbərə, elçiyə, tacirə işarə sayılır.
BƏNNA Sevincə, şadlığa yozulur. Yuxuda bənna görənin coluq-cocuğunu xoş gələcək gözləyir. Bütün sınaqlar uğurla sonuclanacaqdır.
BƏNÖVŞƏ Yuxuda bənövşə görmək xoş və gözəl röya olaraq yozulur. Röya sahibinin bilgili və uzun ömürlü olacağına xəbər verir. Bir kimsə röyasında bənövşəni yerdən qaldırdığını görərsə, o, gözəl bir qadını öpər. Röyada bənövşə - təmiz əxlaqlı qadını ifadə edir.
BƏHMƏZ Röyada bəhməz görən adamın işi düzələcək, halı, durumu yaxşılaşacaq. Bəhməz qabına milçəklərin yığışdığını görmək - ətrafınızda bir çox xeyirsiz dost - yoldaşın olduğuna işarədir.
BƏHSƏ GİRMƏK Eqoizmi, xudbinliyi bildirir.
BƏXŞİŞ Röyada bir qarsona və ya hər hansı bir kimsəyə bəxşiş vermək - könül zənginliyi və sevincə işarədir. Bəxşiş qadına verilərsə, bəxşiş verənə əhəmiyyətsiz bir narahatlıq üz verəcəkdir.
BIĞ Yuxuda bığ görən adam qulluqçusu və ya oynaşıyla kef içində gün keçirir, israfçılıq edir. Çox uzun və sallaq bığ isə boş, mənasız işlərlə uğrasmaya yozulur. Biri yuxuda bığını kəsirsə, bu, onun doğru və düzənli adam olduğu anlamına gəlir.; Bığların qüsurlu olması - yaxşılığa; bığını və saqqalmı yolmaq rahat həyata yozulur.; Bığlı bir kişiyə aşiq olmaqbu yuxu görən gənc qız xoşbəxt və uğurlu bir ailə həyatı quracaq.
BİLDİRÇİN Bildirçin Tanrı tərəfindən gələcək gözəl bir ruziyə və ya sıxıntılardan qurtulmağa yozulur.; Yuxuda bir dəstə bildirçin görməkbaşınıza bir iş gələcəyinə əlamətdir. Bir qovğa təhlükəsi olan yerdə təmkin göstərin, səbirsizlik etməyin.
BIÇAQ Yuxuda bıçaq görmək - qüvvət və qüdrətin davamlı olacağına yozulur. Bıçaqla bir şey kəsmək - pul, var - dövlət sahibi olacaqsınız.
BİBƏR Yuxuda bibər yeyən adam dostluqda möhkəmdir, lakin tutduğu işdən peşiman olacaqdır.
BİBİ Yuxuda atanın bacısı, yəni bibi xurma ağacıyla yozulur. Bibidə olan bir dəyişiklik xurma ağacında görünər. Röyam görənin xurma ağacı yoxdursa, o hal, o dəyişiklik yuxu sahibinin əmisi, atası kimi yaxınlarından birində ola bilər.
BİLET Nə biçimdə olursa - olsun, bilet itirmək - mühakimə yoluyla çözüləcək bəzi çətinliklərlə qarşılaşmağa; bilet almaq - bu çətinliklərdən qurtulmağa yozulur.
BİLƏRZİK Yuxuda bilərzik taxmaq - sevgiliniz heç zaman sizi tərk etməyəcəkdir.; Başqa birini bilərzik taxmış görməkxoş olmayan bir işdən ötrü sizdən yardım istəyəcəklər.; Bilərzik itirmək - heç vaxt həyata keçməyəcək bir şey üçün boş yerə üzülüb xiffət çəkməkdə olduğunuzu göstərir. Bilərzik tapmaq - miras yoluyla əlinizə bir az pul və ya torpaq sahəsi keçəcəkdir. Bilərziyi sahibinə qaytarmaq - yaxın vaxtlarda başınızdan xoş bir eşq macərasının keçəcəyini bildirir.
BİYAN Uzun sürən bir xəstəlikdən qurtulacağınızı xəbər verir.
BİNA Yuxuda yeni binalar görmək - işinizi, sənətinizi dəyişəcəyinizə işarədir. Köhnə və uçmaqda olan evlər - firavanlığa, qayğısızlığa yozulur.
BİR ŞEYDƏN KEÇMƏK (bağışlamaq)Röyada bir şeyi başqasına vəsiyyət etmək, bağışlamaq hər iki dünyada işlərinizin ürəyiniz istəyən kimi olacağına, haqq qarşısında düzgün və məqbul adam olduğunuza əlamət sayılır.
BİRƏ Yuxuda birinin üstündə birə, yaxud bit görmək - o adamın hər baxımdan zəif olduğuna işarə sayılır.
BİRJA Yuxuda birjaçılıqla bağlı çoxlu vəsiqə görmək – işlərinizin ürəyiniz istəyən kimi davam edəcəyinə yozulur.; Birja oynamaqufaq və keçici bir maliyyə sıxıntısına işarə sayılır.
BİRÇƏK (saç)Röyada alına tökülmüş saç, birçək - mala, mənfəətə, izzət və qüvvətə, gözəlliyə, yetkinliyə, eyni zamanda, bu keyfiyyətlərə malik olan xəstə bir qadına işarə olub, o gözəl qadınla röya sahibinin evlənəcəyinə yozulur.
BİÇİN Röyada taxıl biçmək, toplamaq, taxıl döymək, yəni məhsul yığımı mövsümünü yuxuda görmək səadətə, xoşbəxtliyə müjdədir.
BOY Boyun uzunluğu fitnə - fəsada, xəstəliyə, çətinliyə, mala yardıma və lovğalığa işarədir.; Boyun qısaldığını yuxuda görmək xeyrə yozulmur. Bu röya sahibinin gücünün - taqətinin əldən getməsinə, əcəlin yetişməsinə işarədir.; Boyunu qeyri - adi dərəcədə uzanmış görməkəcəlin yetişdiyini və ya mövqeyin - məqamm itirildiyini bildirir.
BOYA Yuxuda boya görmək, evi, anbarı, avtomobili, barmaqlığı və ya buna bənzər bir şeyi rəngləmək - təkcə ailə üzvləriniz üzərində deyil, eyni zamanda, dost - tanışın, iş yoldaşlarınızın, sözün qısası, təmasda olduğunuz hər kəsin həyatında təsirə və nüfuza malik olacaqsınız. Röyada boyanın tökülməsi sizi tanıyan və nələrə yetənəkli (qabil) olduğunuzu bilən bir adamın sizə olan ümidləri doğrulmayacaq. Sənətlə ilgili röya, məsələn; yağlı boya tablo və ya peyzaj görmək -əgər yuxu görənin gerçəkdən. Sənət qabiliyyəti, istedadı varsa və çalışıb xırda, əhəmiyyətsiz işlərlə az məşğul olarsa, bu sənət yetənəyi (qabiliyyəti) misilsiz parlaq nəticələr verə bilər. Röyada boyalan qarışdırmaq - anlaşılmazlıq üzündən bir - birindən ayrılmış adamları bir araya gətirib barışdırmaq sahəsində fövqəladə qabiliyyət sahibi olduğunuzu göstərir.
BOYNU VURULMAQ Röyada boynun vurulması mala - mülkə və ya namazı tərk edənə işarə olub, dinində, imanında şəxsin səbatlı olmadığını göstərir.; Boyunun vurulub bədəndən ayrılmasıhürriyyətə qovuşacağınıza, tasa və qayğılardan qurtulacağınıza işarədir. Belə röya görən borclu isə borclarını ödəyəcək, böyük var - dövlətə qovuşacaq. Boynunu kimin vurduğunu bilirsə, ondan yaxşılıq görəcək, bir cocuq vurarsa, xəstəlikdən qurtulacaq.; Hökmdar və ya dövlət başçısı yuxuda kiminsə boynunu vurarsa, boynu vurulan üzüntü və sıxıntılardan qurtarar.
BOYUN Röyada öz boynunu qaba, qalın və ya qısa görmək - üzərinə düşən vəzifəni ədalətlə, qanun - qaydayla yerinə yetirməyə yozulur.; Boyunun incə olduğunu görməkzalımlığa, üzərinə düşən vəzifəni ədalətlə yerinə yetirmək imkanından məhrumluğa işarədir.; Boynuna dolanmış ilan görməkayəti - kəriməyə görə, röya sahibinin malının zəkatını vermədiyinə, borclu olduğuna yozulur. İmamın öz boynunu yoğun görməsi - ədalət sahibi olduğu və düşmənlərini yenəcəyi anlamına gəlir.; Boynunda buğum (düyün) görməkborcların yığılıb qaldığım göstərir.; Boynunun qılıncla vurulduğunu görməkxəstəlikdən qurtulmağa yozulur.; Tasa və sıxıntı içərisində olan bir adam yuxuda boynunun vurulduğunu görərsə, Uca Tanrı onu bu sıxıntı və tasadan qurtarar.; Yuxuda boynunu gözəl və yağlı görməkyüksək məqama yetişəcək, seviləcək və kişilik sahibi olacaqsınız.; Boynunda iri çibanlar və ya fistül kimi iltihablı qan axdığını görməkröya sahibinin şəhadət, vəsiyyət və zəkat kimi müqəddəs borclarla yüklü olduğunu bildirir.; Boynunda dəmir zəncir görməkyuxu sahibinin onu atəşə yaxınlaşdıracaq bir davranışda bulunduğuna və ya qadınların taxdıqları bilərzik, yaxud boyunbağı kimi zinət əşyası anlamına gəlir.; Boynunda mirvari boyunbağı görməkröya sahibinin təhsilli. Bilikli olduğuna işarədir.; Həzrəti Peyğəmbərin yuxuda boynunu çimdiklədiyini görməkpis bir hərəkətdən yayınmağa yozulur.; Boynunun üstündən uçan quş görməkquş ağdırsa, yuxu görənin davranışlarının gözəl olmasına, qaradırsa - pis və çirkin hərəkətə yozulur.
BOLLUQ Röyada özünü hər şeyə bol - bol sahib görmək - yuxu görən adam özünü, nəfsini saxlamağı bacarmalıdır.
BORAZAN (boru, şeypur)Yuxuda bir şeypurçu əsgərin boru çaldığını görmək - əgər röyanı görən əsgərsə, başına yaddan çıxara bilməyəcəyi bir badisə gələcəkdir; əsgər deyilsə, həyatı bir çox dəyişikliklərə məruz qalacaq və ya bir yerdən başqa yerə köç edəcəkdir.; Ağızla çalınan borudostlarınız sirlərinizdən xəbərdardır.
BORAN Yuxuda şiddətli boran, fırtına görmək - başınız üstündə böyük bir təhlükənin dolaşmaqda olduğuna işarədir.
BORNUS (əba)Yuxuda bornus görmək - bir işə, vəzifəyə keçəcəyinizə işarədir.; Çöl ərəblərinin geydikləri bomus görməkƏrəbistan tərəflərə səyahət edəcəyinizə və ya Həccə gedəcəyinizə yozulur.
BORU Röyada hər hansı bir boru görmək - ruzinizin və qazancınızın artacağına işarədir.
BORC Röyada borc ödəmək - hansısa bir işin ucbatından can sıxıntısına düçar olacaqsınız.; Birindən borc pul almaqyoxsulluğa düşəcəksiniz.
BORC SƏNƏDİ Röyada borc sənədi görmək - borclarınızı ödəyərək rahat və arxayın olacaqsınız, dost - tanış arasında şərəf və etibarınız artacaqdır.
BORC VERMƏK Röyada bir şeyi borc vermək, yaxud borc almaq - pis duruma düşməkdir.; Borc vermək - bir fəqirə əl tutmağa, sədəqəyə işarədir.; Borc vermək - günahkarın tövbəsi, kafirin islama tapılması, yoxsulun var - dövlətə çatması deməkdir.; Röyada bir kimsənin dəyərli bir əşyasını istəyənə borc olaraq verməsi - onun haqq yolunda etibarlı olduğuna yozulur.
BOSTAN Yaxın vaxtlarda nişanlanmaq və ya evlənmək arzunuz həyata keçəcəkdir.; Bostanda bir şey əkməkxeyirxah, qanacaqlı övladınız olacaq.; Bostan sulamaqmaddi vəziyyətiniz yaxşılaşacaq və ictimai mövqeyimz yüksələcəkdir.
BOXÇA Yuxuda boxça aparmaq - gözləmədiyiniz və çox sevdiyiniz bir dostunuz yaxın vaxtlarda sizi ziyarət edəcək və bu görüş xeyirli bir işlə nəticələnəcəkdir.
BOŞANMA Evli kişinin yuxuda arvadım boşaması xeyrə yozulmaz. Çünki onun bu hərəkəti ilə gün - güzəranı daralacaq, həyatı ikiyə bölünəcək və ya ikisindən biri vəfat edəcəkdir.; Evli qadın belə bir röya görərsə, bu - ər arvad arasına başqa birisinin girəcəyinə, bir çox üzüntü və dartışmalara səbəb olacağına yozulur. Röya sahibi xəstə və tərəddüd içindədirsə, yaxud daha geriyə dönmək imkanın yoxdursa, düşmənləriylə razılığa gəlməyi məsləhətdir.; Ayəti - kəriməyə görə, bir kişi röyasında arvadını boşadığını görərsə, o çox zəngin olar, var - dövlətə çatar.; Subay adam boşanma yuxusu görərsə, ehtiyatlı olmalıdır.
BÖYÜK ADAM Röyada mövqe və rütbə sahibi, alim, fazil bir adamla qarşılaşmaq xeyrə yozulur. Rəhbərlərinizdən və ya mövqecə sizdən üstün olan bir kimsədən xeyirxahlıq və fayda görəcəksiniz.
BUĞA Yuxuda qızmış buğa görmək - yaxın saatlarda başınıza pis bir iş gələ biləcəyinə yozulur.
BUĞDA Röyada evinə buğda alan adamın yaşayışı, güzəranı çətinliklə başa gələr. Aldığı buğdadan yediyini görərsə, əlinə çoxlu pul gələcəkdir.; Buğdam çuvalda görmək - qıthğa, bazarda görmək - bolluğa yozulur.
BUDAQ Yarpaqla, bahar çiçəkləriylə və ya meyvəylə dolu ağac budaqlarına baxmaq - bir az da səbr etsəniz, bütün ümidlərinizin birər-birər gerçək olacağı anlamındadır. Yuxuda yarpaqsız, çiçəksiz, meyvəsiz qupquru ağac budağı görmək yaxşılığa yozulmur. Yaxın vaxtarda yoxsulluğa düçar olacaqsınız deməkdir.
BUYNUZ Heyvan başında buynuz görmək - göründüyü kimi do karlı, xeyirli olmayan işlərə girişməkdən çəkinməyiniz gərəkdir. Öz başınızda buynuz görmək - xəyanətə, alçaqlığa qurban getməmək üçün hər addımınızı ölçüb - biçməniz məsləhətdir. Röyada buynuzdan düzəldilmiş düdük səsi eşitmək - hərəkətlərinizə və söylədiyiniz sözlərə diqqətli olmaq arrhumna gəlir.
BULAQ Röyada şəffaf və dadlı suyu olan bulaq görmək - etibarlı bir adamla dostluq quracaqsınız. Acı suyu olan bulaq - qayğısına qalmasanız, səhhətinizin pozula biləcəyinə işarədir.
BULVAR özünüzə təzə bir dost tapacaq, birlikdə gəzintiyə çıxacaqsınız.
BULDOQ KÖPƏYİ Yuxuda hər hansı bir vəziyyətdə buldoq köpəyi görmək - röya sahibinin çox sadiq bir dostu olduğunu göstərir.
BULUD Bulud islama işarə olub, xalqın həyatı və qurtuluşudur. Bulud su və yağmurdan ibarət olduğundan bərəkətə, bolluğa səbəbdir, eyni zamanda, dini elmlərin öyrənilməsi anlamına gəlir. Canlıların yaradılışına səbəb olan bulud bir çox arkadaşlara və yoldaşlara da işarə sayılır. Bulud, həm də dəvə, gəmi, yağmur və hamilə qadına yozulur.; Subay adam röyada buluda mindiyini görsə, namuslu bir qadınla evlənəcəyinə işarədir. Belə yuxunu görən səyahət arzusundadırsa, diləyinə çatır. Bulud dinin, imanın sağlam olmasına da əlamətdir.
BURĞU Gəlirli, mənfəətli işlərə girişəcəyinizə işarədir.; Burğu ilə bir yeri dəlməkqismətiniz açılacaq, arzu və əməlləriniz həyata keçəcəkdir.
BURUN Röyada burun, ümumiyyətlə, uzun ömrə, xeyrə və sevincə yozulur.; Burnunuzun axdığını görməkböyük bir zatdan fayda və mənfəət görəcəksiniz.; Burnunuzdan çöp kimi bir şey çıxdığını görməkbir körpəniz dünyaya gələcək.; Burnunuza bir şey düşdüyünü görməkmaddi zərərə uğrayacaqsınız.; Bumunuzun dəlindiyini görməkbir qadının vasitəsilə var-dövlətə çatacaqsınız.; Burnunuzdan qan gəldiyini görməkmal və pul itkisinə işarədir.
BUFET Röyada zəngin bir bufet görmək - nəticəsiz bir eşqə düşərək çox iztirab çəkəcəyinizə yozulur.
BÜLBÜL Yuxuda bülbül səsi eşitmək - yeni bir eşqə düşəcəksiniz və bu sevda əbədi olacaqdır.
BÜRO (dəftərxana)Həyatda bir şeyə nail olmaq üçün daha çox çalışmaq və əhəmiyyətli sənədlərinizi daha diqqətlə qoruyub saxlamaq lazımdır. Hər hansı bir təşkilatda dəftərxanaya gətirildiyinizi görmək - maliyyə vəziyyətinizin çox yaxşı olacağını və düzələcəyini bildirir.
BÜRÜNC Zənginlik və var - dövlətdir.
BÜT, HEYKƏL Yuxuda ağacdan yonulmuş bir bütə tapınmaq - din haqqında küfr danışmağa işarədir. Gümüş bütə tapınmaq - bir qadına xəyanət eləməkdir. Qızıl bütə tapınmaq - dində qanunsuz hərəkətlərə yol verməyə və bu səbəbdən də var dövlətin əldən getməsinə yozulur. Bütləri qırıb - dağıtmaq - röya sahibi yüksək məqama yetişəcək, düşməninə üstün gələrək hər cür kin və qərəzdən qorunacaqdır.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz