Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxuyozma A hərfi

Gördüyünüz yuxu

Yozması

ABAJUR Röyada abajur, abajurlu lampa görmək, yuxuda belə bir lampa hazırlamaq yaxın gələcəkdə bir işin xeyirlə, faydayla başa çatacağını bildirir.
ABDAL Yuxuda abdal və axmaq bir adamla qarşılaşmaq düşmənlərinizin saf qəlbli olmağınızdan və təmizliyinizdən faydalanaraq sizə zərər verəcəklərini göstərir.
-Abdal, axmaq adamla söhbət etməkiş həyatınızda yanlış bir addım ataraq zərərə düşəcəyinizə işarədir.
ABDƏST Röyasında abdəst aldığım görən adam, ümumi yozumlara görə, muradına yetişir. Belə bir yuxu görən allah adamı kimi qəbul edilir.
Şərqin yuxu yozucuları çeşidli durumlara görə, abdəst ilə bağlı röyaları bu şəkildə yozmuşlar- Abdəst namaz üçün alınmışsamüqəddəs və mənəvi anlamda bir yaxşılığa işarədir.-Abdəst tamamlanmaq üçünsəarzu edilən bir işin olacağı deməkdir.
-Abdəst hamamda, yaxud təzə tikilmiş evdə alınmışsadüşmənlərdən, yağı xislətli rəqiblərdən, pisliklərdən qurtulacağımıza işarədir.

-Abdəst təmiz su ilə alınmışsaböyük bir borc qısa müddət ərzində ödənəcəkdir.

-Abdəst dəniz kənarında almırsabir xəstəliyin yaxşılaşacağını, sərvətə qovuşacağınızı göstərir.

-Abdəstli olduğu halda ikinci dəfə abdəst almırsaşan və şərəfin, sayğı və etimadın artacağı deməkdir.

-Abdəstsiz namaz qılınırsasənətkarsa – emalatxana, tacirsə – sərmayə sahibi olacağına yozulur.
ABDƏST POZMAQ Röyada bir kimsənin özünü abdəst pozarkən görməsi – onun qısa bir müddət içərisində sıxıntılardan qurtulacağı anlamına gəlir.
ABDƏSTXANA Röyada bir abdəstxanaya girmək – mühüm bir işin qısa müddətdə çözələnib aydınlaşacağı kimi yozulur.
ABSENT (yovşan arağı) Röyada absent deyilən içkidən içmək həyatda bir çox bədbəxtliklərlə qarşılaşacağınıza işarədir.
AVQUST Yuxuda bir adamın avqust ayını görməsi – evlənmək, boşanmaq, bir işə girmək və bu kimi mühüm işlərin o qədər də uğurlu olmayacağını göstərir. Şərqli və qərbli yuxu yozucularının eyni qənaətinə görə, bu cür röya görənlər ailə daxilində də çətin vəziyyətə düşə bilərlər.
AVQUST BÖCƏYİ (cırcırama) Yuxuda avqust böcəyi (cırcırama) görmək, əsasən, könül xoşluğu anlamına gəlir. Ancaq qərbli röya yozucuları Şərq və müsəlman yozuculardan fərqli olaraq avqust böcəyini heç də xeyirə yozmurlar.
AVTOBUS İçi adamla dolu səyahət avtobusu – röya sahibinin çox gurultulu və təntənəli bir toplantıya (məclisə) gedəcəyindən xəbər verir.
- Özünü avtobusun arxasından tutub sallanmış görmək – çox təhlükəli bir macəraya sürüklənəcəksiniz.
AVTOMOBİL Röyada içi adamla, yaxud yüklə dolu bir avtomobil idarə etdiyini görən adamın istiqbalı macəralı və əndişəli olacaqdır.
Başqasının idarə etdiyi avtomobilə minmək
- röya sahibi kişidirsə, yaxın günlərdə əlinə yaxşı fürsət keçəcək və bundan yüksək səviyyədə istifadə edə biləcəkdir.
- Əgər evli deyilsə – pul məsələsində təhlükəli bir işə girişəcəkdir.
AĞAC Röyada ağac görülməsi, ümumiyyətlə, xeyirə yozulur. Belə ki
- Meyvəli ağac görməkyuxu görənin ümidlərinin doğrulacağına və mənfəət əldə edəcəyinə yozulur.- Meyvəsiz ağac ümumiyyətlə, yalan və ümidsizliyə işarədir.

- Ağacın növü bilinməzsəqazanca, mənfəətə, sevincə işarədir.

- Ağaclarla örtülü yamyaşıl bağçasağlamlıq və var – dövlət bəlirtisidir.

- Özünü ağacm üstündə yatmış görməkçoxlu uşaq sahibi olmağa yozulur.

- Tikanlı ağacətrafınızdakı adamlara qarşı diqqətli olmağa yozulur.

- Öz bağında ağac əkməkəkilən ağacın sayı qədər oğul – uşaq sahibi olacağınızı bildirir.

- Gur yarpaqlı ağacxoş güzəran, evdə, ailədə rahatlıq, can deyib can eşitmək deməkdir.

- Dörd yanı bürümüş çoxlu ağac görməkyuxu görənin və dost-tanışın zənginliyinə, sərvət sahibi olmasına işarədir.

- Ağacdan düşməkxeyirə yozulmur, mal – mülk itkisini göstərir.

- Ağacın qabığıbelə bir yuxu görmək əsasən xeyrə yozulsa da, bu yuxunu görən əgər qadındırsa və əgər evlidirsə, gərək ərinə qarşı daha nəzakətli və qayğıkeş olsun. Yoxsa, ailədə əmin – amanlıqdan, xoşbəxtlikdən əsər – əlamət qalmaz və bunun da səbəbkarı qadın sayılır.

- Ağac budağıəgər budaq çiçək açmışsa, çox xeyirli və uğurlu xəbərə yozulur.

Yuxuda qum budaq görmək – həm şərqli, həm də qərbli yuxu yozucuları tərəfindən xeyirə yozulmaz. Ancaq islam yuxu yozucularına görə. röyada görülən quru budaq da xeyirə yozulur.

- Sınmış ağac budağı Mühiddin Ərəbinin fikrincə, bu yuxu sahibinin xasiyyətinə görə yozulmalıdır. Pis niyyətli adamlar üçün belə yuxu yaxşılığa yozulmaz. Yaxşı niyyətlilər üçün isə əksinədir. Uşaqların bu cür yuxu görməsi – həyatda uğur qazanacaqlarını göstərir.
AĞARMAQ Yuxuda bir adamın saçında və saqqalında ağ tüklər görməsi – arvadı hamiləysə. dünyaya oğlan uşağı gətirəcəyinə yozulur.

Digər yozmalar- Saqqalda, ya da sacda üç dənəyə qədər ağarmış tük görmək yuxu sahibinin oğlu olacağını bildirir.
- Bir qadın saçlarının ağarmağa başladığını görərsəəri ona xəyanət edir.

- Yuxuda saqqalın birdən – birə ağardığım görməkvar – dövlətin əldən gedəcəyi anlamına gəlir.

- Səhhəti yaxşı olmayan bir Adam saçlarının ağardığını görərsə – xəstəlikdən qurtulması müşkülləşir deməkdir
AĞIZ Ağızla bağlı yuxular belə yozulur
- Ağızın yox olduğunu görməkölümə işarət sayılır.

- Ağızın kiçildiyini görməkbir qazanclı işin gerçəkləşəcəyini bildirir.

- Ağızı kilidlənmiş halda görməkkafirliyə və bir çox şər əməllərə işarədir.
AĞIZ QARMONU Nəşəli günlər ərəfəsində olduğunuzu xəbər verir.
AĞIL Röyada ağıl görmək xeyir əlaməti sayılır. Belə yuxu görən Adam öz işində yüksələcəkdir. Tacirlər də böyük mənfəət intizarındadırlar və bu istək gerçəkləşəcək.
- Ağıl röyası görən qadının isə əriylə münasibətləri düzələcəkdir. Gənc qızlar muradlarına çatacaqlar
AĞIR – AĞIR NƏFƏS ALMAQ Röyada çətinliklə. ağır – ağır nəfəs aldığını görən adam kiçik bir mədə rahatsızlığı keçirəcəkdir.
AĞIRLIQ ÇÖKMƏSİ Röyada bır adamın üzərinə ağırlıq çökməsi və zəiflik hiss etməsi heç də yaxşılığa yozulmaz, ümumiyyətlə, xəstəliklə bitəcək bir səfərdən xəbər verir.
AĞRI Röyada ağrı çəkmək və ya yaralanmaq da tərsi doğru olan yuxulardan bir örnəkdir. Yuxuda ağrı xeyrə yozulur. Rahat, sağlam və əmin – amanlıq içərisində yaşamaq deməkdir
Ağrının kəsdiyini görmək – gözləmədiyiniz halda son dərəcə mühüm bir yardım alacaqsınız.

Röyada ağrı çəkən bir insana, ya da bir canlıya əlac etmək, onu oxşayıb əzizləmək və ovundurucu sözlər söyləmək – girişəcəyiniz bütün işlərin uğurla nəticələnəcəyini göstərir.
AĞ CİYƏR Yuxuda çiy ağ ciyər – ölümə; bişmiş ağ ciyər isə, əmin-amanlığa yozulur.
AD Röyada öz adını çağırıldığını görmək – önəmli bir işə çağırılacağınıza işarədir. Çağırılan başqa adamın adıdırsa və röya sahibi oyandığı zaman bu adı xatırlayırsa, o, bu adamla əsaslı münasibətə girişəcəkdir.
ADA Röyada ada görmək – dostlarınızın sizi tərk edəcəyinə;
- bir adada gəzintiyə çıxmaqvaxtınızdan səmərəli istifadə etmədiyinizə;

- əgər adada gəzintiyə gözəl bir havada çıxmısınızsaiçinizdəki qüssə və kədərdən qurtula biləcəyinizə;

- fırtınalı bir havada və ya qaranlıq bir gecədə adada dolaşmaqistəklərinizdə qətiyyətsizliyə, kədər və iztirablardan qurtula bilməyəcəyinizə;

- adada bir yanardağ (vulkan) görməkdost və qonşularınızdan sakınmağın gərəkliyinə;

- bir adada ov ovlamaqböyük bir təhlükədən sovuşacağınıza işarədir.
ADAY (namizəd) Röyada özünüzü bir millət vəkili və ya bələdiyyə
məclisi adayı (namizədi) kimi görmək- əgər doğrudanda, namizəd göstərilmişsinizsə, seçkidə uğur qazanacağmızı göstərir.
- Aday olmayanlar üçün belə yuxu həyat yarışında uğurlu irəliləyiş qazanılacağına yozulur.
ADAM Röyada bir Adam görmək – evinizdə qısa sürəcək bir söz – söhbət, narazılıq olacağına;
- adam daşlamaqticarət işlərinizdə zərərə uğrayacağınıza;

- adam öldürməkhaqqınızda dedi-qodu çıxacağına;

- bir adama yaxşılıq etməkevinizdə kiminsə xəstələnəcəyinə;

- bir adamdan nəsə almaqxəstəliyə;

- bir adamla münaqişəyə girməkdostlarınızın sizə yaxşı münasibət bəslədiyinə, xoş hisslərlə yanaşdığına;

- ixtiyar bir qadın və ya kişi görməkkədər və üzüntüyə, cavan oğlanın gənc bir qız və ya gənc qızın cavan oğlan görməsiməsud və xoş bir həyatın başlanğıcına yozulur.
ADAXLI Röyada adaxlı olduğunuzu görmək – çox karlı və gəlirli işlərə girəcəksiniz.
ADƏM ƏLEYHİSSƏLAM Röyada Adəm əleyhissəlamı görmək – uzun sürəcək bir kədər və əndişədən sonra böyük sevinclərlə qarşılaşacağınıza işarə sayıldığı kimi. həm də çoxlu uşaq sahibi olacağınıza və həccə gedəcəyinizə yozulur.
AZAD ETMƏK Yuxuda bir kişi özünü azad edirsə, Allahın rizası üçün qurban kəsməlidir. Arvadmı azad edirsə, onda ayrılıb boşanmağa yozulur.
- Röyada azad olduğunu görən adam günahkardırsa – tövbəkar, kafirdirsə – müsəlman olur. Ulu Allah onun cəsədini cəhənnəm atəşindən iraq tutar.
AZĞINLIQ Röyada görülən azğınlıq hərəkətləri dini baxımdan Allah yolundan sapmağa, imanın zəiflədiyinə yozulur.
AY Cavan oğlan röyasında parlaq bir ay görərsə, ani bir dəyişkənliklə gələcəyi çox parlaq olacaqdır. Evli isə – sevgisi uğurlu olacaq, yaşı keçmişdirsə – qaranlıq və çətin bir işi yoluna qoyacaqdır.
Gənc qız üçün yuxuda ay – xoşbəxt evliliyə, evli qadın üçün isə əyləncəli bir səyahətə yozulur.

Digər yozmalar

- Ayı qucağında görməkay təki nurlu, gözəl bir qızla evlənmək deməkdir.

- Qadının ayı öz evində görməsigözəl bir oğlan uşağı olacağına, fəqət bu uşağın vəfat edəcəyinə; ayın tərsinə doğduğunu görməsi – xeyir və şərdən hər hansı bir istəyin vaxtının yetişdiyinə; ayı doğan görməsi – istəyində olduğu bir şeyin ona nəsib olacağına; ayın doğub evi aydınlatması – hökumət tərəfindən o evə xeyir və mənfəət veriləcəyinə yozulur.

- Ayı yerdə görmək; yuxu görənin anasının vəfat edəcəyi anlamına gəlir. Birinin ayın aydınlığında gəzişdiyini görməsi – anası onu sevir və qoruyur deməkdir. Çünki ay ilə günəş ana ilə atanın rəmzidir.

- Yuxuda ayı seyr etmək, yaxud öz şəklinin ayda əks olunduğunu görməkbelə röya görən ölür.

Qadın bu cür yuxu görərsə, çox gözəl bir oğlan uşağı dünyaya gətirəcək. Dalğın və qafil vəziyyətdə aya baxmaq – düşmənin o adamı qarabaqara izlədiyinə; özünü aya yapışmış halda görmək – hökumət tərəfindən veriləcək xeyirə və mənfəətə; ayı günəş olaraq doğan görmək – yuxunu görənin atası və ya anası tərəfindən şöhrətə, sərvətə və var – dövlətə yetişəcəyinə yozulur.

- Ay-röya sahibinin arvadının, ata və anasının, qızının və bacısının rəmzi hesab edilir.

- Ay xeyirli bir ticarətə, gözəl, ürəkaçan işlərə, gəmiyə də yozulur. Çünki dənizçilər həmişə açıq havada ay işığından faydalanırlar. Belə ki, ayın seyri hərəkəti daimidir. Bu baxımdan, ay insanın iki gözü anlamına gəlir.

- Yuxuda ayı buludlar örtmüş vəziyyətdə görmək – hökumət rəhbərinin xəstəliyinə, lakin bu xəstəlikdən dura biləcəyinə yozulur.

- Ayın yuxu sahibinə söz söylədiyini görməkonun rəhbərliklə, nüfuzlu dövlət xadimləriylə yaxınlığına işarədir.

- Özünü aya və günəşə səcdə edən görməkata və anasının ondan razı olduğuna; ayın üzünü qaranlıq görmək isə dövlət qulluğunda olan bir kimsənin çox pis bir əməlinə işarədir.

- Ayın ikiyə bölündüyünü görməkböyük dövlət adamının vəfatına yozulur.

- Ay erkən səfərə də yozulur, bəzən də xəstəliyi bildirir. Günəş hərarətə yozulursa, ay da soyuqdan və rütubətdən əmələ gələn xəstəliklərə əlamət saydır.

- Ay bəzən qarşılıqlı və ikitərəfli oyuna da yozulur.
Ayın ikiyə bölünməsini və ya yarılmasını görmək, ayəti – cəlüədə deyildiyi kimi, qiyamət əlamətinin təzahüranə yozulur. Hilalın (aypara) ilk gecələrində bədir (14 gecəlik ay) görmək vəziyyətin, əhvalın yaxşılaşacağını bildirir, ayı hilal şəklində görmək isə – yaxşılığa yozulmur. Bəzən də ay ulduzlar elminə və ya yuxu yozmağı bacaran adam anlamına gəlir.

- Ay xərçəng bürcündə görünərsə, gözəl bir qızla evlənmək istəyində olan cavan oğlan üçün xeyrə yozulur.

- Ayı sağında və ya solunda, arxasında, yaxud önündə görməkbu yuxunu görən qayğıya, tasaya, qorxuya düşəcək, çarəsizlikdən qaçmağa məcbur olacaq və ya bir bəla dolayısıyla ayrılığa düşüb, məğlubiyyətə uğrayacaqdır.
AY İŞIĞI Dadlı bir eşq sərgüzəşti yaşamağa işarədir. Ancaq səhhətinə fikir verməsə, bu röyanı görən vərəm xəstəliyinə də tutula bilər.
AYAQ Yuxuda ayaq görənin malı dəyərli və qalıcıdır (uzunömürlüdür), maliyyə, ticarət işlərində əli gətirəcək, güvəncli olacaq.
- Ayaq barmaqlarıyuxu görənin yaxınları, arvadı və uşaqlan pul, var-dövlət sandan korluq çəkməyəcək.

- Ayaq sümüklərini yuxuda görmək-özünə inama və ancaq öz əlinin gəliriylə, zəhmətiylə yaşamağa yozulur.

- Ayaq sümüklərindən bir parçasının göyə çıxdığını görməkölümə; tüklü ayaq – röya sahibinin borcuna yozulur.

- Ayaqlarının kəsildiyini görməkmal – heyvanın və mülkün tələf olacağına; öz ayaqlarından başqa daha bir ayağının olduğunu görmək-güzəranın yaxşılaşmasına; ayağının düz və gözəl olduğunu görmək – röya sahibinin dini və dünyəvi gözəlliyinə yozulur.

- Bir ölünün ayağının gözəl görünməsi – onun cənnətdə olmasına; günahkar bir adamın öz ayağının qəşəng olduğunu görməsi

- onun günahlarından tövbə etməsinə, kafir üçün isə müsəlman olacağına yozulur
AYAQQABI Röyada təzə ayaqqabı görmək və ya ayaqqabı itirmək – o yuxunu görənin vəziyyətinin çox sıxıntılı olduğunu bildirir. Ayağı sıxmayan, rahat ayaqqabı isə rahat və xoşbəxt yaşayış anlamına gəlir.
AYDINLIQ Doğru yol və ehtiyatlı olmaq kimi yozulur.
- Yolunu sapmış birisinin özünü qaranlıqdan aydınlığa çıxan görməsi Uca Tanrının onu iman və islam yolunda şərəfə nail etdiyinə, dünya və axirətdə Cənabi Haqqa yaxınlığına yozulur.- Aydınlıqdan qaranlığa düşməkvar – dövlət əldən gedib yoxsulluq üz verəcək.
Bununla bərabər, aydınlıq gözəl işlərə, elm və Qurana yuxu görənin tərbiyəli, əxlaqlı uşaqları olacağına və elmə, biliyə yiyələnəcəklərinə yozulur.

- Yuxuda nurdan libas geydiyini (büründüyünü) görən adam əldə edəcəyi yeni bir bilgi ilə şöhrətə çatacaq, hörmət qazanacaqdır.

- Kişi cinsiyyət üzvündən nur çıxdığını görərsə, ağıllı, savadlı və yüksək əxlaqlı bir oğlan uşağı doğulacaqdır.
AYI Yuxuda ayı görən adam düşməniylə mübarizədən qalib çıxacaq.
 
AYPARA Minarə üstündəki ayparam yuxuda görmək xeyrə əlamətdir, bir sıxıntıdan qurtulacağınızı bildirir.
AKASİYA Yuxuda akasiya ağacı, ya da çiçəyini görmək – uğura yozulur.
AKTYOR Yuxuda aktyor görmək xeyirliyə yozulur. Ya yuxu görənin özünün, ya da dostlarından birinin başına dövlət quşu qonacağı anlamına gəlir. Röyada teatr aktyoru görmək kino aktyoru görməkdən daha yaxşıdır.
AKTRİSA Əgər bir aktrisa yuxuya girərsə, aktyorun əksinə, xeyirə yozulmaz. Aktrisa səhnədə oynarkən görülmüşsə, bu röyanı görən səfalətə düşəcəkdir.
ALABALIQ (qızıl balıq) Yuxuda alabalıq görmək – umulmayan yerdən böyük bir yardım almağa, gözləmədiyiniz bir dostla rastlaşacağınıza, arzu olunan bir səfərə çıxacağınıza, yolla getdiyiniz yerdə pul, ya da qiymədi bir daş – qaş tapacağınıza, gözəl, sevdalı günlər yaşayacağınıza yozulur.
ALABAXTA QUŞU Evinizdə xəyanətə, vəfasızlığa məruz qalacaqsınız.
ALA-QARANLIQ Röyada qürubqabağı ala – qaranlığı görmək – gözəl və təmiz qəlbli gənc bir qıza könül verəcəyinizə işarə saydır. Ancaq bu eşqiniz sizə xoşbəxtlikdən çox kədər və üzüntü gətirəcək. uzun müddət qəlbinizi və ruhunuzu dərin iztirablar saracaqdır.
- Axşamın ala-qaranlığında çöldə ətrafı seyr etmək həyatınızın tərsinə dönəcəyinə, bir çox sıxıntı və çətinliklərlə mübarizə aparmaq məcburiyyətində qalacağınıza, lakin son nəticədə həyatınızın yerlə də əvvəlki axarına düşəcəyinə yozulur.
ALACƏHRƏ QUŞU Bu quşu yuxuda görən yaxşı bir peşə sahibi olacaq, peşəsi varsa, o sənətdə irəliləyib uğurlar qazanacaqdır.
ALBALI Röyada təzə albalı yemək – halal ruziyə, köhnə albalı-haram mala yozulur.
 
ALƏT Röyada bir kənd təsərrüfatı aləti görmək – üzünüzə gələn ilin bol və bərəkətli olacağına işarədir. Əgər görülən alət kotan olarsa, bu, daha xeyirlidir, çoxlu pul qazancı deməkdir.
ALİM Yuxuda bir adamın alim (bilgin) görməsi – onun oxumaq, öyrənmək istəyinin çox olduğuna, lakin bu istəyi yerinə yetirə bilmədiyi anlamına gəlir.
- Əgər röyada saqqallı alim görülərsə, yuxu görənin özü olmasa da, övladları onun istəyincə oxuyub təhsil alacaqdır. Alim saqqalsızdırsa, istəklərin gerçəkləşməsi çox çətin olacaq. İki alim adamı bir yerdə görmək isə – ən çox arzu olunan bir işin gerçəkləşməsi deməkdir.

- Alimlərin qələbəlik, adam çox olan yerdə görülməsi – sıxıntılı günləri arxada qoyub fərəhə, şadlığa qovuşacağınız anlamına gəlir.
ALİMLƏR (bilginlər) Röyada alimlərlə söhbətləşmək – hiylə və pislik anlamındadır.
ALIN Ucalığa, böyüklüyə, imkan və pul sahibi olmaq anlamına gəlir.

Bu mövzuda digər yuxular belə yozulur- Alında yara, çapıq yerigələcək heç də parlaq və yaxşı olmayacaqdır.
- Alında fındıq böyüklüyündə və ya daha böyük şiş görməkröya görənin oğul sahibi olacağına yozulur.

- Alının daşlaşdığını görməkvəzifə sahibi olanları çətin günlər gözləyir.
ALIŞ-VERİŞ Yuxuda birinin özünü alış – veriş edərkən görməsi işlərinin yaxşı gedəcəyi və həm mənfəət gətirəcəyi anlamına gəlir.
ALLAH Allah – təala həzrətlərini röyada görmək mümkün deyil, bu səbəbdən də Allahla bağlı bütün yuxu yozmalar doğru sayılmır.
ALMA Yuxuda alma görmək, nə biçimdə olursa – olsun, xoş, aydın taleyə işarədir. Ağacda alma görmək – yaxında xoş xəbər alacağınıza; masa üzərində alma – sosial həyatda nüfuz və etibarınızın getdikcə artacağına; alma yemək – planlarınızın uğurla nəticələnəcəyinə yozulur.
- Röyada almalı pasta (pirojna) və ya çörək yemək – bir yarışmada dərəcə alacağınıza; alma satın almaq – karlı bir işə pul yatıracağınıza işarədir.

- Röyada ağacdan düşən almalar görmək – tale qarşınıza bir çox fürsətlər çıxaracaq və siz bunlardan faydalana biləcəksiniz. Çiçək açmış alma ağaclan görmək – dadlı və xoşbəxt röyalarınızın gerçək olacağına və heç nədən, heç kimdən zərər görməyəcəyinizə işarədir. Bir alma ağacının altında dincəldiklərini görən sevgililər xoşbəxt ailə həyatı quracaq və səadət içində ömür sürəcəklər.
ALMA AĞACI Ümid və əməllərinizin hasil olacağına işarədir.
- Çiçək açmış alma ağacı – sevincli və məsud günlər keçirəcəksiniz.
ALMA ŞƏRABI Yaxınlarda sevimli və qəşəng bir qadınla (cavan oğlanla) tanışlığa işarədir.
ALMAZ Röyada gözəl almazlara sahib olmaq – şərəfli, etibarlı və yüksək bir şəxsiyyət olduğunuza və mövqeyinizin daha da yüksələcəyinə yozulur.
ALOV Yuxuda alov görmək bir neçə mənada yozulur
- Yanğın alovuxoş xəbər eşidəcəksiniz.

- Kibrit alovubelə yuxu görən tez – tez əsəbiləşib özündən çıxmasın gərək, yoxsa, böyük zərərlərə uğraya bilər.

- Gur alovişlər tərs gətirəcək, ancaq sonradan düzələcək.

- Alovda alışıb yanmaqpis bir xəstəliyin ancaq cərrahiyyə əməliyyatından sonra yaxşılaşacağına yozulur.

- Korun yanan ocaqyuxu görənin çox təsirli bir eşqə düşəcəyinə yozulur.
ALT PALTARI Alt paltarıyla bağlı yuxular dəyərli bir ərməğana yozulur.
- Alt paltarını soyunmaq isə, tədbirli və ehtiyatlı olmaq şərtiylə tez keçəcək bir xəstəliyə işarə sayılır.
ALT TUMANI Həyatın alın təriylə, çətinliklər içində çalışaraq qazanılacağı anlamına gəlir.
ANBAR Bolluq və bərəkət olacağını bildirir.
ANA Ananızı yuxuda görmək – mirasa qovuşacağınızı göstərir.

Digər yozmalar- Ananızı ölmüş görməkböyük bir sevincə nail olacaqsınız.
- Ananızın sizdən incidiyini və acıqlandığını görmək; işlərinizdə uğursuzluğa uğrayacaqsınız.

- Ananızı döyməkxəstələnəcəksiniz.

- Ananızı gülər üzlü və sevinc içində görməkşad bir xəbər alacaqsınız.

- Ananızı ağlar görməksonsuz bir kədərə və iztiraba işarədir.
ANAXTAR (qıfil) Yuxuda anaxtar itirmək – kişilər üçün yaxın
gələcəkdə evini dəyişdirəcəyini, qadınlar üçün isə adə həyatında bir qovğa və küsülülük olacağını xəbər verir. Yazda anaxtar tapan adam güc və dövlət sahibi olacaq deməkdir.
- Anaxtar deşiyindən bir otağı pusmaq – yaxın gələcəkdə o yuxunu görənin ətrafına yalançı və yaltaq adamların toplaşacağına yozulur.
AND İÇMƏK (and – aman etmək) Röyada and içmək – əgər and-aman edən kimsə sözündə yalançıdırsa, bu yuxu yoxsulluğa, rəzilliyə, həmin adamın evinin xaraba olmasına yozulur.
ANIT (abidə) Yuxuda abidə, heykəl, anıt görmək – bütün yozucular tərəfindən xeyrə yozulur.
Bu yozmalar aşağıdakılardır

- Gözəlnilmədən var – dövlət, sərvət sahibi olmaq.

- Rəsmi bir işin yaxşı nəticəylə qurtarması.

- Bir işin arzu olunan şəkildə nəticələnməsi.

- Xeyirli bir övlad sahibi olmaq.

- Uzun çəkən faydalı bir səfər.
ANİS (alma növü)Yuxuda çiçək açmış anis fidanı görmək – sevinc və xoşbəxtlik gətirəcək bir məktub alacaqsınız.
ARABA Röyada bir at arabasında səyahətə çıxmaq – ömrünüzün sonuna qədər avtomobiliniz olmayacaq deməkdir. (Belə bir yuxu görənlər bu yozmadan sonra niyə mənim də avtomobilim olmasın deyə hirslənərsə və çalışıb – çapalayıb bir minik maşını almağa müvəffəq olarsa, qoy suçumuzdan keçsin).
- Yük arabası (yük maşmı) görməkevlənmək, ya da nişanlanmaq işinizin bir qədər də gecikəcəkdir.

- Araba (maşın) altında qalıb yaralanmaqmiras yoluyla böyük bir sərvət sahibi olacaqsınız.
ARABA USTASI (maşın) Yuxuda bir araba ustası və ya araba emalatxanası görmək – işlərinizin yaxşı bir istiqamət alacağına, arzu və əməllərinizin həyata keçəcəyinə yozulur.
ARAQ Yuxuda araq içmək – əlinizə düşən fürsətləri yaxşıca götür-qoy etməyin gərəkliyinə, soyuqqanlı olmağa, çox çalışmaq lüzumuna işarə sayılır.
ARAQÇIN (təsək) Röyada başında araqçın olduğunu görmək paxıllığınızı çəkən, sizə quyu qazan adamların olduğunu göstərir.
Bəzi yozuculara görə, bu röya evlənmək çağında olanlar üçün xeyirli bir qismətə də işarə sayılır.
ARAYIŞ Röyada hər hansı bir iş üçün rəsmi bir dövlət dairəsindən arayış almaq – sıxıntılı və çətin günlərin başlandığını xəbər verir.
ARDIC QUŞU (qaratoyuq) Yuxuda ardıc quşu görmək – acgöz və israfçı adamlar arasına düşdüyünüzə və özünü onların əlindən qurtarmağın vacibliyinə işarədir.
ARI Röyada adamı arı sancarsa – yoldaşlarınızın qısqanclığını, paxıllığını ürəyinizə salıb, çox üzüləcəksiniz.
- Röyada bir qadının bumunu anların sancmasıharadansa böyük bir xeyirxahlıq görüləcəkdir.

- Arıların çiçəklərdən bal toplanmasını görməkmövqe və rütbəniz yüksələcəkdir.

- Balla dolu an pətəyi görməkxəstəlik üz verəcəkdir.

- Başınızın ətrafında vızıllayıb dolaşan an görməkiş həyatınızda mühüm bir dəyişiklik olacaqdır.
ARI AİLƏSİ Həyatda böyük miqyasda uğurlar qazanacağınıza yozulur.
ARI QUŞU Röyada an quşunun oxuduğunu eşitməkheç kəsə aça bilmədiyiniz və içinizə gömməyə məcbur olduğunuz bir kədərə uğrayacaqsınız.
ARKADAŞ (dost – taruş)yuxuda bir arkadaşını, yoldaşını görmək belə yozulur
- Bir arkadaşla (yoldaşla) gəzməyə getmək – yaxın günlərdə başlayacağınız işlərdən çoxlu gəlir və qazanc əldə edəcəksiniz.

- Bir arkadaşla qovğa etmək – dostlarınıza bir sirr açacaq və bundan çox zərər görəcəksiniz.

- Bir yoldaşınızın toyunda iştirak etmək – yaxın günlərdə nişanlanıb evlənəcəyinizə işarədir.
ARMUD AĞACI Umduğunuza nail olacaqsınız.
ARXADAN GETMƏK Yuxuda birinin arxasınca getmək dostlarınızdan biri yeni və şad bir xəbər vermək üçün sizi aramaqdadır.
ASQIRMAQ Uzun və sağlam ömrə, xoş xəbərlərə yozulur.
ASLAN Cavan bir oğlan röyasında özünü aslan qovalarkən görərsə, sevgidə və işində rəqibi olduğuna, cəhd göstərməzsə, rəqibinə yeniləcəyinə yozulur.
- Yuxu görən orta yaşlı bir kişidirsə, onun çox təhlükəli bir düşməni var.

- Röyam əgər gənc qız görmüşdürsə, uzaq yoldan gələn yad bir Adama ərə gedəcək, ərli qadındırsa – dost – tanış yanında etibarını itirəcəkdir.
AT Röyada at həmişə xeyirə yozulur. Belə yuxu görən vəzifəsində yüksələcək, pul mükafatına layiq görüləcəkdir. Gənc bir qız yuxusunda at görərsə, muradına çatacaq deməkdir.
AT NALI Yuxuda at nalı görən muradına yetişəcək, ev – eşik sahibi olacaqdır.
ATA Yuxuda atanız sizi əzizləyən, oxşayan vəziyyətdə görmək işlərinizin və səhhətinizin yaxşı olacağına yozulur.
- Atanızın kədərli vəziyyətdə və ya təhlükə içində görmək onun nəsihətlərini eşitmədiyinizə və bu səbəbdən də sizdən incidiyinə işarədir.

- Röyada vəfat etmiş olan atanızı görməkonun xatirəsini yad etməyə daha çox sayğı göstərməniz gərəkdir.

- Atanızın ailə ocağını buraxıb getdiyini görməkacı bir xəbər alacaqsınız.
AUKSİON (hərrac) Röyada auksion satışnı və ya auksion məmurunun fəaliyyətini izləmək
- əgər oradan heç bir şey almasanız, bəxtiniz sizə arxa çevirməyəcək deməkdir. Bir auksionda iştirak etmək və bir əşya almaq

- evinizdə və iş yoldaşlarınızla sizin aranızda bir sıra zəhlətökən münaqişələr olacaq, əlinizdən çoxlu pul çıxacaqdır.
AUTOPSİYA (meyit yarma) Pis xəbərə yozulur.
AXINTI (suyun axması) Yuxuda suyu axar görmək – mal-mülk və çoxlu miqdarda pul sahibi olmaq deməkdir.
AXİRƏT Yuxuda axirət görmək – röya sahibinin özü və həm də ailəsi üçün xeyrə yozulur və belə mənalandırılır
- Axirətə uçmaquzun və xeyirli bir səfərdir.

- Axirətdə olmaqəmin – amanlığa, xoşbəxt həyata qovuşulacağına yozulur.

- Özünü axirətdə görməkgöstərilən bütün səylərin xeyirlə nəticələnəcəyinə yozulur.

- Axirətdən qovulmaqyaxşı şeyə yozulmur, mal, mülk itkisinə, hətta ölümə işarə sayılır.
AXUR (tövlə)Yuxuda axur görmək, ümumiyyətlə, xeyrə yozulur, az müddət ərzində şan – şöhrətin artması anlamındadır.

Axurla bağlı digər yuxuların yozumu- Axurda yumurta tapmaqətrafındakılar tərəfindən yaxşı qəbul olunmaq və xoş qarşılanmaqdır.
- Yanan axuryaxşı şeyə yozulmur. Haram mala, peşmançılığa, tövbəyə işarədir.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz