Hava Bakıda hava 18°C
USD 0.7845 AZN
EUR 1.0687 AZN
RUB 0.0235 AZN
TRY 0.3582 AZN
Söhbət otağı
Tərəzi bürcü

24 sentyabr вЂ" 23 oktyabr

  • Ünsürü вЂ" hava

  • Planeti вЂ" Venera, Saturn

  • Hakimiyyət müddəti вЂ" 30 gün

  • Simvolları вЂ" tərəzi, kitab

  • Düşərli günü вЂ" cümə axşamı, şənbə

  • Düşərsiz günü вЂ" çərşənbə, bazar

  • Uğurlu rəngi вЂ" tünd-mavi, göy, ağımtıl

  • Uğursuz rəngi вЂ" qara

  • Uğurlu daşı вЂ" opal, almaz, sapfir, xrustal, mirvari

  • Metal вЂ" bürünc

  • Enerji verən çiçəyi вЂ" bənövşə, qızılgül

  • Uğurlu rəqəmi вЂ" 2, 6, 7, 8, 9, 15

  • Müxalif bürcü вЂ" Qoç

  • Talismanı вЂ" ürək, kitab Şanslı ölkələri вЂ" Avstriya, Qafqaz, Çin, Yaponiya, Tailand, Rusiyanın Sibir hissəsi.

Qısa Xarakteri

Bu Zodiak işarəsi zəif və incə bədənləri, hiyləgər və qalın sifətləri, düz burunları, mavi, bəzən də qara-qonur gözləri, kəhrəba və ya şabalıdı saçları ilə digər bürclərdən seçilirlər.

Bu bürcdən olanlar təzadlı xarakterə malik olduqları üçün onları anlamaq çətinlik yaradır. Orta əsrlərdə belələrini "ən etibarsız adam" adlandıran fransız astroloqları onlara tapşırıq və ya sirr verməkdən ehtiyat edirdilər. Lakin həmin dövr əsrlərin arxasında qaldığı üçün biz bu bürcə müasir nəzərlərlə baxmağa çalışacağıq.

Tərəzilər nadir hallarda özlərindən çıxır və demək olar ki, əsəbiləşərkən ümumiyyətlə, hay-küy, dava-dalaş qaldırmırlar. Amma adi bir sözlə münaqişə yaratmaqda da qabiliyyətlidirlər. Onlar hər şeydə sərbəstliyi sevir, başqalarının təklif və məsləhətlərini qulaqardına vururlar. Buna baxmayaraq əgər onlar bu üsulu başqaları üzərində tətbiq etsələr, ömürləri boyu təhlükəli məqamlar yaşayırlar.

Tərəzilər 25 yaşdan sonra böyük iddialarla yaşayır, az qala hamını özlərinə xidmət etməyə çağırırlar. Həmin ərəfədə onlara "yox" deyənlər asanlıqla düşmənə çevrilirlər. İnadkarlıq etdikdə onların öhdəsindən gəlmək çox çətin olur.

Belələri sərbəst fikir irəli sürmək, müstəqil hərəkət etmək istedadına nadir hallarda yiyələnirlər. Tərəzilər təsir altına başqalarından daha tez düşürlər. Bu bürcün kişiləri qadınlarına nisbətən qaş-qabaqlı deyil, zarafatcıl və deyib-gülməyi sevən olurlar.

Deyilənə görə, bu bürcdən olanlar hamıdan yaxşı yalan danışa və rəhbərliyə yaltaqlana bilirlər. Bu, onların əsl peşəsidir. Bu işarəyə mənsub qadınlar ciblərində qəpik-quruş olanda belə, məsələn, "Komfort" mebel salonundan bahalı avadanlıq almaq, "Cip"də gəzmək, xarici səyahət və daş-qaşlar haqqında xəyallara dalırlar. Kişi-Tərəzilər zahiri görünüşdən həddindən artıq cazibədar, ehtiraslı görünsələr də, avtomobili nadir hallarda idarə edir, döngəyə çatandasa hansı tərəfə dönməyi dəqiqləşdirməkdə çətinlik çəkirlər.

Məhəbbət sahəsində Tərəzilər etika qanunlarına əməl etməyi unutmur. Onlar hər şeyi sakit, konfliktsiz həll etməyi xoşlayırlar. Bu Zodiak işarəsi öz tərəf-müqabillərində ciddiliyi üstün tuturlar. Əvvəlcə onunla dostluq münasibətləri saxlayır, planetlər öz yerlərini dəyişəndə isə bu dostluq gözlənilmədən məhəbbətə çevrilir. Bu adamlarla əlaqələrinizin uzun müddət davam etməsini, möhkəm olmasını istəyirsinizsə, baxışlarınız mütləq üst-üstə düşməlidir. Yoxsa Tərəzilərlə sizinki tutmayacaq.

Bu adamlar məhəbbət magiyasının ən gözəl biliciləridir və bundan məharətlə istifadə edirlər. Lakin başqalarının məhəbbət oyunları üçün onlar praktiki olaraq sarsılmazdır. Tərəzi bürclülər tez-tez şər qüvvələrin hücumuna məruz qalırlar. Onlara müxtəlif dini ayin və mərasimlərdə iştirak etmək məsləhət görülmür. Əks təqdirdə böyük fəlakət və xəstəliklərlə üzləşə bilərlər. Başqa bürclərə təhlükə törədə bilən şeylər Tərəzilərə böyük uğurlar gətirə bilər. Məsələn, opal daşı onlara çox faydalıdır. Əgər istəsələr, belələri fövqəltəbii sirlərə malik olar, xüsusən də müalicə sahəsində böyük uğurlar qazanarlar. Maraqlı orasıdır ki, Tərəzi bürcünə aid insanların əksəriyyəti fövqəltəbii elmlərlə məşğul olurlar.

Karmik astrologiyaya görə, Tərəzi ali sintezi təcəssüm etdirir. Onların əsas problemi вЂ" insan həyatının müxtəlif sferalarını əhatə edən harmoniya axtarışıdır. Bu adamlar vəziyyəti tez başa düşməyi, reallığa uyğunlaşmağı və tanış olmayanlara ümumi qiymət verməyi bacarırlar. Tərəzilər üçün informasiyanın ünvanı və mənbəyi maraqsızdır. Çünki onlar intellektual, aktiv və məntiqli bir fərddir. Buna baxmayaraq heç bir halda emosional deyillər, soyuqluğu belə açıq-aşkar nümayiş etdirirlər. Onların daxilən can atdığı şey вЂ" hər zaman ədalətli hakim yerini tumaqdır ki, bu hakim də öz növbəsində məsələyə hərtərəfli yanaşaraq ədalətli qərar çıxarır. Ali Tərəzi həyata bir neçə prizmadan yanaşır. O, tez-tez qəti qərar qəbul etməkdə, müəyyən qədər şüurlu qəddarlıq göstərməkdə çətinlik çəkir, həmişə müxalifinin nəzərləri ilə ətrafa baxa bilirlər. Ümumiyyətlə, Tərəzi istənilən şeyə istənilən nöqtədən baxmağı bacarır. Bu şəxslər istənilən ideologiyanın üstündə durub onu müdafiə etməyə meyllidirlər, bir şərtlə ki, onun düzgünlüyünə tam əmin olsunlar. Fərdi etikaya malik olduqlarından vəziyyəti və situasiyanı nəzərə alır Ali Tərəzi güman ki, ən məsuliyyətli bürcdür. Onların kosmik sevgisi yaratdıqları və ətrafa bağışladıqları harmoniyada ifadə olunur.

Əgər övladınız bu bürcün himayəsində doğulubsa, ciddi sınaq qarşısında qalacaqsınız. Hər an sizi həm müsbət, həm də mənfi mənada sürprizlər gözləyir. Valideyn kimi bilməlisiniz ki, bu bürc-dən olan uşağınızın gələcək taleyi birbaşa sizin tərbiyələndirməyinizdən asılı olacaq. Çünki yuxarıda dediyimiz kimi, bu adamlar təsir altına tez düşürlər və hər şey ağıllarına batır. Hələ uşaqlıqdan yaddaşları möhkəm olan Tərəzilər müxtəlif dövrlərdə baş verən hadisələri bütün təfərrüatıyla yadda saxlaya bilirlər. Valideyn kimi onu da unutmayın ki, belə uşaqların gözündən heç nə yayınmır. Əgər övladınızın gələcəyini xoşbəxt görmək istəyirsinizsə, məsləhətlərimizə qulaq asın.

İstər cəmiyyətdə, istərsə də ictimai proseslərdə fəaliyyət göstərən Tərəzilər tez məşhurlaşsalar da, nadir hallarda liderə çevrilirlər. Bu isə onların özlərinə inamsızlıqlarından irəli gəlir. Bu adamlar həmişə kənardan kiminsə kömək edəcəyini düşünürlər. Onların qəlbində daima narahatlıq və nisgil olur ki, bu da ömürlərinin sonuna qədər davam edir. Duyğu və hisslərin qarşılıqlı münasibətlərində Tərəziləri başa düşmək olduqca çətindir. Bu adamlar öz qabiliyyət və bacarıqlarından heç vaxt razı olmurlar.

Müasir dünya astroloqlarının fikrincə, Tərəzi bürcünə şamil edilən adamların çoxlu sayda düşmənləri olur. Bu səbəbdən də onların həyatı daima təhlükəyə məruz qalır. Belələri əksər hallarda sui-qəsdlərin qurbanı olurlar. Amma gözəl intuisiya, səmimi dostlar, səliqə-sahman, ciddi xarakter, yaradıcılıq eşqi və başqa müsbət keyfiyyətlər də məhz bu bürcə şamil edilir. Yüksək incəsənət duyumu, artistlik qabiliyyəti olan Tərəziləri bu sahələrdə şöhrət və varlanmaq gözləyir.

Müasir dünya astroloqları bu bürc haqqında konkret olaraq xarakteristika da veriblər.

Müsbət keyfiyyətləri: mülayim, ictimai, cəzbedici, yüksək zövqlü, səbrli, "zəif yeri" tez tutan, qiymətləndirməyi bacaran, taktikalı, eleqant…

Mənfi keyfiyyətləri: qərar çıxara bilməyən, çətin situasiyalarda özünü itirən, təklikdən qorxan, boş şeydən hay-küy qaldıran, təzadlı fikir söyləyən, ovqatı asanlıqla təlx edən…

Məşhur "Tərəzi"lər:

Əminə Yusifqızı, Fəxrəddin Dadaşov, Cavan Zevnallı, Kəmalə Rəhimli, Zülfiyə Xanbabaveva, Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Vaqif Bayatlı Önər, Eldar Həsənov, Həsən Həsənov, Mənsum İbrahimov, Elnarə, Elçin Şıxlı, Vəfa Zevnalova, Baloğlan Əşrəfov, Vaqif Hacıbəyli, Qorxmaz Əlili, Fazil Mustafa, Qulamhüsevn Əlibəvli, Elman Türkoğlu və b.


TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Fiziki görünüşünüz uyğun olarsa, hansı geyimi seçərdiniz?

Uzun don
Mini yubka
Hər ikisi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz
Digər layihələr