Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sutökən Bürcü
Dolça bürcü
Tarix - 21 Yanvar - 22 Fevral
Element - Hava
Xüsusiyyət - Sabit
Qiymətli daşı - Ametist

Məşhurlar - Bertolt Brecht, James Dean, Paul Newman, Franz Schubert, Jules Verne, Eva Braun, Charles Darwin, Charles Dickens, Clark Gable, Abraham Lincoln, Ronald Reagan, Franklin Roosevelt, Wolfgang Amadeus Mozart, Galileo Galilei, Thomas Alva Edison

Hava qrupunun ünsiyyətçi xüsusiyyəti ilə sabit qrupun qalıcı xüsusiyyəti Dolçada birləşərək, dostluqların qalıcı olmasını təmin etmişdir. Dolça bürcü yoldaşlarına çox əhəmiyyət verər və yoldaşlığı ömür boyu sürər. Dolçanın təbii evi 11. evdir və eyni zamanda birliklər, cəmiyyətlər, qruplar və dərnəklər bürcüdür. Dolça bürcünün sabit xüsusiyyət daşıması bəzilərini inanılmaz gələ bilər. Sabit xüsusiyyətlər, Dolçada öz özünə müntəzəm işləyən elmi bir beyin quruluşu, qəti nəticələr alınan nizamlı işlər şəklində ortaya çıxar. Dolça bürcü irəliyə dönük olmaqla birlikdə Qoç bürcü kimi səbirsiz və ani çıxışlarla deyil, planlı və sistematik olaraq atılımlar edər. Dolça dahilərin, icad və kəşflər edənlərin bürcüdür.
Zodiakın on birinci bürcü, yeniliklər, inqilablar və gələcəyi idarə edən elektrikli planet Uranın uşaqları Dolçalar.
Hava qrupuna aiddirlər və sabit xüsusiyyət daşıyarlar. Dolça bürcünün təbii evi on birinci ev astrologiyada böyük insan birliklərini, insanlıq ideallarını, qrupları idarə edər. Dahilər bürcü də deyilən Dolçaların böyük insanlıq idealına özlərini həsr etdikləri çox təsadüf olunan bir vəziyyətdir.

Həqiqətin arxasında
Dolçaların təməl olaraq güclü və cazibədar şəxsiyyətləri vardır. Dolça əsas olaraq iki ana tipə ayrılır: birinci tip; utancaq, həssas, yumşaq və səbirlidir. Xaricə dönük olan ikinci tip isə coşğulu, həyat dolu və nümayişçidir. Dolça bəzən xarakterinin dərinliyini bir mənasızlıq maskası altında gizləyər. Hər iki Dolça tipinin də iradəsi güclüdür və fərqli sahələrdə məcburedicidir. Hər şeydən əvvəl onlar həqiqətin arxasındadırlar. Razısalma qabiliyyətləri yüksəkdir. Ancaq tapıntılar onların yanıldıqlarını isbat etsə, fikirlərini dəyişdirəcək qədər də dürüstdürlər. Fərqli faktorları bütün halına gətirən, geniş bir dünya görüşləri vardır. Hansı tərəfi tutacaqları mövzusunda heç tərəddüdə düşmədən, bir məsələnin iki yanını da görərlər. Bu səbəblə fərqli görüşlərə ön mühakiməsiz və dözümlülüklə yaxınlaşarlar. Bunun bir başqa səbəbi də, öz özlərinə qəbul etməsələr də, mübahisədə doğru tərəfi dərhal fərq edə bilmə qabiliyyətləridir. "Həqiqət haradan gəlirsə gəlsin, həqiqətin yanında ol" atasözünü mənimsəmişlər.

Fəlsəfi və ruhsal
Hər iki tip Dolça da humanist, dürüst, ciddi, bəzən şən, kompakt, bəzən heç nəyi vecinə almayan, idealistdir. Ancaq xatiri sayılacaq bir pragmatiklik, idealizmlərinə yoldaşlıq edər. Tez və aktivdirlər, özünü iddia ilə ortaya qoymayan bir səbatkarlıqları vardır. Özlərini, məntiqlə, mülayimliklə və bəzən quru bir yumorla ifadə edərlər. Ağıllı, tutarlı, dəqiq və məntiqlidirlər. Bəzi Dolçaların xəyal gücləri böyükdür, həm də hissiyatları da güclüdür. Bəzən, Dolçanın fəlsəfi və spiritual meylləri təhlükəli ola bilər. Çünki bu cür Dolçalar onları sevənləri fildişi bir qülləyə sürüyüb, həyatla bütün əlaqələrini qoparıb, abstraksiya və meditasiya ilə zaman keçirə bilərlər. Digər tərəfdən; elmə uyğun Dolçalar, bu spiritual xüsusiyyətlərini, əslində bütün Dolçaların idealı olan insanlığın universal qardaşlığına yönəldə bilər və bütün insanlığın xeyirinə işlər edə bilərlər. Böyük insanlıq iddiaları Dolçalara ilham verər və bir iddiaya sağlamlıqlarını və həyatlarını riskə atma bahasına özlərini namizəd bilərlər.

Tənha və meditativ
Hər iki tip Dolçanın da bəzən dünyadan çəkilməyə və tamamilə tək qalmağa ehtiyacı vardır. Meditasiya fürsətlərini qaçırmazlar. Dindar Dolçalar tənhalığa çəkilərlər. İş həyatlarında da fərqli bir portret çəkərlər. Dolçalar bir şirkətdə işləyərkən belə müstəqil davranarlar, kütləni izləməyi rədd edərlər. Kimsənin onlara qarışmasını istəməzlər. Yaxşı niyyətli kömək təkliflərini isə öz istədikləri kimi istiqamətləndirərlər. Teatr, musiqi, sənət mövzusunda əla zövqləri vardır.

Tək insan, sadiq aşiq
Bütün bu dərin, maqnetik, qabaqcıl və açıq şəxsiyyətinə və insanlığa kömək arzusuna qarşı; xaricə dönük Dolçalar belə asanlıqla yoldaş əldə etməzlər. İnsanlar onlarla xüsusilə yaxınlıq qurmağa çalışmazsa, dostluq üçün səy göstərməz və deyim yerindədirsə tənəzzül etməz, özlərini asan təslim etməzlər. İnsan təbiətinə bağlı mühakimələri bir az soyuqdur. Lakin bir dəfə bir insanın, yoldaşlıq etməyə, sevməyə dəyər olduğuna qərar versələr, az qala hipnotik, qarşı qoyulmaz bir bağ qurarlar. Yaxşı yoldaşlar və aşiqlər olarlar. Sevdiklərinə sadiq qalar, yoldaşları, sevdikləri üçün çox şey fəda edərlər. Bununla birlikdə, yüksək idealları səbəbiylə insanlardan verə biləcəklərindən çoxunu istəyərlər. Bu səbəblə bəzən xəyal qırıqlığına uğrayarlar. Aldadıldıqlarını anladıqlarında hirsləri qorxuncdur. Xəyal qırıqlığına uğradıldıqları zaman, bağışlamazlar.

Astronavt və təbii tarixçi
Dolçalar ən yüksək performanslarını qrup proyektlərində göstərərlər. Qrup içində də ümumiyyətlə lider, proyekti istiqamətləndirən olaraq iştirak edərlər. Təbiətlə birlik duyğularının güclü olması və məlumat, həqiqət aclığı Dolçaları əla bir elm xadimi edər. Xüsusilə də astronomiya və təbiət tarixi mövzusunda çox müvəffəqiyyətli ola bilərlər. Fotoqrafiyaya, elektronikaya qabiliyyətləri vardır. Təyyarə, elektrik və radio sənayesi Dolçaların maraqlandığı və müvəffəqiyyətli olacaqları sahələrdir. Ədəbiyyatı sevərlər, xüsusilə şeirdə müvəffəqiyyətlidirlər. Yaxşı bir televiziya spikeri, müəllim ola bilərlər. Bəzi Dolçaların komediya qabiliyyəti də vardır və xüsusilə mimikaları çox inkişaf etmişdir. Bu səbəblə komediya aktyorluğu da Dolçaların seçəcəyi peşələr arasındadır. Musiqişünaslıq da bir başqa Dolça məşğuliyyətdir. Ruhsal qabiliyyətləri olan Dolçalar xüsusilə zehni xəstəlikləri olanları müalicədə son dərəcə müvəffəqiyyətli ola bilərlər.

İnsanlıq nifrəti
Əlbəttə hər bürcün olduğu kimi Dolçaların də bəzi mənfi xüsusiyyətləri vardır. Özünü göstərmə, tərs bir eqoizm, həddindən artıq uzaqlıq, tənhalığa çəkilmə meyli, fikirlərində həddindən artıq doqmatik olmaq bunlardan bəziləridir. Dolçalar etdikləri hər şey üçün bir təhdid ola biləcəkləri kimi, insanlıq üçün böyük bir dahilik qaynağı da ola bilərlər. Özlərini həsr etdikləri şeylərə həmişə qarşı çıxılması, Dolçaların ən cazibədar xüsusiyyətlərindən biri olan zehin açıqlığını iflic edə bilər. Sözlərini yerinə yetirməyən, sirlərlə dolu və hiyləgərliyə müraciət edən biri ola bilərlər. Sakit görünüşlərinin altında saxladıqları hirsləri və inciklikləri sərtliyə çevrilə bilər. Daha da pisi dərin, təhdidedici səssizlikləri həddindən artıq bir hirslilik şəklində birdən partlaya bilər. Bu bütün insanlıqdan nifrət şəklini də ala bilər.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz