Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dölün ürək döyünməsi
Dölün ürək döyünməsi
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 612
Səs ver:
Dölün ürək döyünməsi onun normal inkişafının əsas göstəricilərindən biridir. Dölün vəziyyətində hər hansı mənfi dəyişiklik baş verdikdə onun ürək döyünməsində də dərhal dəyişikliklər baş verir.
Məhz bu səbəbdən həkimlər bütün hamiləlik zamanı və xüsusilə də doğuşda dölün ürək döyünməsinə xüsusi nəzarət edir.
Hamiləliyin əvvəlində dölün ürək döyünməsi USM vasitəsilə qiymətləndirilir. Hamiləliyin təxminən 18-ci-20-ci həftələrində ginekoloq xüsusi stetoskop (ağacdan, plastikdən və ya alümindən olan enli qıflı borucuq) vasitəsilə dölün ürək döyünməsini eşidir və qiymətləndirir.
Hər baxış zamanı ginekoloq mütləq dölün nəbzini yoxlayır.
Döldə ürəyin inkişafı çox mürəkkəb prosesdir. Ürəyin təməli hamiləliyin 4-cü həftəliyinə kimi qoyulur. Təxminən 5-ci həftəsində ilk urək yığılmaları əmələ gəlir və hamiləliyin 8-ci-9-cu həftəsində ürək böyüklərdə olduğu kimi dördkameralı (iki mədəcik və iki qulaqcıq) olur. Ana bətnində uşaq müstəqil şəkildə nəfəs almır, o, oksigeni anadan alır. Bu səbəbdən ana bətnində olan dölün ürəyi böyük insanın ürəyindən fərqlənir.
Hamiləliyin əvvəlində dölün ürək döyünməsi USM vasitəsilə təyin olunur. Normada transvaqinal USM zamanı (datçik uşaqlıqdan daxil edilir) dölün ürək döyünməsi 5-ci-6-cı həftələrində, transabdominal (datçik qadının qarının üstündə yerləşdirilir) USM zamanı 6-cı-7-ci həftələrində təyin etmək mümkündür.
Ginekoloqlar adətən ilk dəfə qadını ultrasəs müayinəsinə hamiləliyin 6-cı-7ci həftələrində göndərirlər. Əgər USM zamanı dölün ürək döyünməsi təyin olunmursa, bu halda qadına 5-7 gündən sonra təkrar USM təyin olunur. Təkrar USM zamanı ürək döyünməsi aşkar olunmadıqda inkişafdan qalmış hamiləliyin diaqnozu qoyula bilər.
Hamiləliyin 1-cı üçaylığında dölün nəbzi hamiləliyin müddətindən asılı olaraq dəyişilir. 6-cı-8-ci həftələrində nəbz dəqiqədə 110-130 vurğu, 9-cu-10-cu həftələrində - dəqiqədə 170-190 vurğu, 11-ci həftəsindən başlayaraq doğuşa kimi dəqiqədə 140-160 vurğu təşkil edir.
Dölün nəbzi dəqiqədə 85-100 vurğuya kimi azaldıqda və ya dəqiqədə 200 vurğudan artıq yüksəldikdə, bu təhlükəli simptomlar sayılır. Bu halda həkim bu vəziyyətinin səbəbini araşdırır və qadına müəyyən müalicə kursu təyin edir.
Ürək döyünmələrinin sayından əlavə həkim onların aydın və ya boğuq, ritmik (eyni fasilələrindən sonra eşidilir) və ya aritmik (müxtəlif fasilələrdən sonra eşidilir) olmasına fikir verir. Aritmik ürək döyünməsi döldə anadangəlmə ürək qüsurlarının və ya bətndaxili hipoksiyanın (oksigen çatışmazlığı) əlaməti ola bilər. Lazım olduqda həkim hamilə qadına əlavə müayinələri (məsələn, dopleroqrafiya) və (və ya) analizləri (qan analizi) təyin edir. Bu müayinə və analizlərin nəticələrinə uyğun olaraq qadına müalicə təyin oluna bilər.
Ürək döyünmələrinin aydın olması norma sayılır. Ürək döyünmələrinin boğuq olması isə döldə bətndaxili hipoksiyanın əlaməti ola bilər.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova


Şərhlər: 2
Baxılıb: 612
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamile xanimlarcin lazimli melumatdir
28 iyun 2016 00:16
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hamile qadinlar dole tez tez nezaret etmelidir. Urek doyunmesi ve ya terpenmedikde mutleq hekime muraciet edilmelidir
27 iyun 2016 22:50
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz