Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Abortun ağırlaşmaları
Abortun ağırlaşmaları
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 496
Səs ver:
Abort ilk növbədə hələ doğulmamış insanın qəsdən öldürülməsidir, böyük günahdır.

Digər tərəfdən isə abort qadının orqanizminə kobud və təhlükəli müdaxilədir ki, bunun ağırlaşmları və fəsadları qadının səhhətini və hətta həyatını korlaya bilər.

Həkimlərin ümumi fikirinə görə, abortların əksəriyyəti bu və ya digər erkən və ya gecikmiş ağırlaşma və fəsadlar verir. Söhbət tək cərrahiyyə abortlarndan yox, daha "qoruyucu" mini-abortlardan və farmabortlardan (dərmanlar vasitəsilə) da gedir.

Abortların ən ağır fəsadlarından biri - uşaqlığın perforasiyası (deşilməsi). Belə ağırlaşma cərrahiyyə abortlar (və hətta mini-abortlar) zamanı hər bir qadında mümkündür. Məsələ burasındadır ki, abort edən həkim uşaqlığın divarlarını görmür, "kor-korana" işləyir. Nəticədə abort zamanı istifadə olunan xüsusi iti bıçaq - küret - uşaqlığın divarından dölü "qaşıdıqda" onu asanlıqla deşə bilər. Uşaqlıqdan başqa yaxında yerləşən orqanlar - bağırsaqlar, sidik kisəsi - və burada keçən iri damarlar da zədələnə bilər.

Bütün bunlar qadının səhhəti və hətta həyatı üçün çox ciddi təhlükə yaradır. Qadında güclü qanaxma, peritonit (qarın boşluğu divarının iltihabı), sepsis (qana düşmüş xəstəliktörədici mikrobların bütün bədənin zəhərlənməsi) inkişaf edə bilər. Bəzi hallarda (iri damarlar zədləndikdə və s.) qadının həyatını xilas etmək üçün həkimlər hətta uşaqlığı xaric etməli olurlar.
Nəzərinizə çatdıraq ki, hətta çox təcrübəli həkimin etdiyi abort zamanı belə ağırlaşma mümkündür.

Bəzi hallarda abortdan sonra uşaqlıq boşluğunda dölün hissələri qalır. Buna natamam abort deyilir. Natamam abort uşaqlığın normal yığılmasına mane olur ki, nəticədə güclü qanaxma baş verir (qadın 1 saat ərzində 2 bez dəyişməli olur). Bundan əlavə uşaqlıq boşluğunda qalan dölün hissələri infeksiyalaşaraq güclü iltihaba səbəb ola bilər ki, nəticədə qadında həyatı üçün təhlükəli olan hallar - peritonit, sepsis inkişaf edə bilər. Natamam abortun simptomları: qarının aşağı hissəsində kəskin tutmaşəkilli ağrılar, güclü qanlı ifrazatlar, hərarətin yüksəlməsi, halsızlıq, ürəkbulanması.

Özündə bu kimi əlamətləri hiss etdikdə qadın dərhal həkimə müraciət etməlidir. Natamam abort kimi ağırlaşma bir çox hallarda farmabortlardan sonra inkişaf edir.

Bu fəsadların müalicəsi üçün qadın bir çox hallarda təkrar aborta (mini və ya cərrahiyyə) məruz qalır və uşaqlıq boşluğunda qalmış dölün hissələri oradan xaric olunur.

Bəzən abortdan sonra qadında cinsiyyət yolundan qan ifraz edilmir. Bu da təhlükəli simptomdur. Qan uşaqlıq boşluğunda yığılmağa başlayır. Nəticədə qadını qarının aşağı hissəsində güclü ağrılar və dartınma hissi narahat etməyə başlayır. Bu halda da mütləq həkimə müraciət etmək lazımdır.

Bundan əlavə hətta "yaxşı" keçmiş abortdan sonra qadın cinsiyyət sistemi iltihabları, hormonal pozulmalar, endometrioz, mioma, polip, uşaqlıq boynunun patologiyaları inkişaf edə bilər.
Abortdan sonra inkişaf etmiş qadın cinsiyyət sistemi iltihabları (yumurtalıqların, uşaqlıq borularının, uşaqlığın) qadında sonsuzluğa səbəb ola bilər.

Mini- və cərrahiyyə abortları zamanı uşaqlıq boynunu enlətmək üçün xüsusi alətlər istifadə olunur ki, onlar uşaqlıq boynunu zədələyir və hətta yırtıla bilər. Nəticədə uşaqlıq boynunun çatışmazlığı inkişaf edir. Bunun nəticəsində hamiləlik zamanı abortda zədələnmiş uşaqlıq boynu lazım olan vaxtdan tez açılmağa başlayır və dölsalma baş verir. Nəticədə qadın hamiləliyi doğuşa qədər çatdıra bilmir.


Şərhlər: 4
Baxılıb: 496
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Allah uzaq elesin!
27 iyun 2016 12:48
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Barbaris
abort cox gunahdir Allah gostermesin
27 iyun 2016 12:46
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
yarpaq33
Abort etdirmek dinimizdede boyuk gunah sayilir bele prosedurlardan uzaq olmaq yaxwidir
27 iyun 2016 11:17
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
Allah hec bir qadina yasatmasin bu hissleri cox gunah emellerden birdir
27 iyun 2016 02:14
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz