Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klimaks dövrü - Həkim məsləhəti
Klimaks dövrü - Həkim məsləhəti
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 460
Səs ver:
Klimakterik dövrünün ağırlaşmaları: osteoparoz və sidiyin saxlamamazlığı

Klimaks - menstrual tsiklinin həmişəlik kəsilməsidir. Klimaks əhəmiyyətli hormonal dəyişikliklər fonunda qadın reproduktiv sisteminin fəaliyyətinin zəiflənməsi və sönməsi dövrüdür.

Estrogenlərin çatışmazlığı ilə əlaqədar yalnız neyroveqetativ dəyişikliklər və psixoemosional pozğunluqlar deyil, digər, daha gec baş verən, simptomlar da olur. Onlar adətən menopauza baş verdikdən 8-15 il sonra meydana çıxırlar. Bunlar osteoparozdur, ürək-damar sisteminin xəstəlikləri və sidik ifrazında problemlər.
Bu problemlər barədə məlumat vermək istəyərdim.

1. Osteoporoz sümük toxumasında kalsium, fosfor və digər mineralların azalmasından yaranan bir vəziyyətdir. Osteoporozun ən təhlükəli fəsadlarından biri - sınıqlardır. Sümüklər, öz çəkisini itirməsi nəticəsində, zamanla möhkəmliyini də itirir. Beləliklə, sümüyün strukturu pozulur və sümükdaxili kiçik mikrosınıqlar yaranır, hansı ki, daha sonra sümüklərin həqiqi sınıqlarına səbəb olurlar. Ən çox bu sınıqlar mil sümüyündə, bud sümüyünün boynunda, onurğada müşahidə olunur. Bununla yanaşı 60 yaşından yuxarı qadındanların əksəriyətində bel nahiyyəsində ağrılar, oynaqlarda deformasiyalar əmələ gəlir.

2. Ürək-damar sisteminin xəstəlikləri. Qanda estrogenlərin səviyəsinin aşağı olması ürək xəstəliklərin riskinı artırır. Klimakterik dövrdə bir çox qadın ürək-sinir xəstəliklərdən əziyyət çəkir. Yüksək arterial təzyiq , artıq çəki, xolesterinin miqdarı çox olması, şəkərli diabet və s. ürək xəstəliklərinin riskini artırır.

3. Uşaqlıq yolunun enməsi və sidiyin saxlanmaması. Yenə də cinsi hormonların miqdarının azalması nəticəsində yaşlı qadınlarda kiçik çanağın bağları boşalır və dartılır. Zamanla uşaqlıq yolunun enməsi və daha sonra sidiyin saxlanmaması yaranır. Bu yaşlı qadınlar arasında kifayət qədər yayılmış bir problemdir. Sidik ifrazında problemlər ağır keçən doğuşlardan, çoxsaylı doğuşlardan, ağır fiziki işlərdən sonra daha çox rast gəlinir. Sidik saxlamamazlıq tədricən inkişaf edir. Əvvəl ancaq güc verəndə qəfildən sidiyin ifrazı olur, lakin sonra adi sakit bir vəziyyətdə ola bilər.

Klimakterik dövr davam etdikcə, uşaqlıq yolunda quruluq yaranir, bu atrofik vaginit adlandırılır. Bu halda qadını uşaqlıq yolunda göynəmə hissiyyatı narahat edir, uşaqlığın selikli qişası quruyur, kobudlaşır və üzərində çatlar, yaralar əmələ gəlir. Hətta selikli qişa yüngül bir travmadan zədələnir. Təəssüfki, yaşlı qadınların əksəriyyəti utancaqlıqdan bu problemi heç kimə demirlər və həkimə vaxtında müraciət etmirlər. Bu səbəbdən vəziyyət o dərəcəyə çatır ki, onun müalicəsi yalnız cərrahi yolla mümkün olur.

Müalicə uşaqlıq yolunun enməsi dərəcəsindən asılıdır. Bu enmə çox deyilsə, konservativ müalicə tətbiq olunur. Bunun üçün xüsusi Kegel fiziki məşqləri tətbiq olunur. Konservativ müalicənin təsiri olmazsa, problem cerrahi yol ilə həll olunur. Müasir dövrdə müalicə üsulları yaşlı qadının həyatını klimaks dövrü ilə əlaqədar olan xoşagəlməz hallardan qurtarmağa imkan verir.


Şərhlər: 3
Baxılıb: 460
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
KRALİCEM
Menimde qaynanam kilimaks dogrun kecirdir her yeri agriyir mualiceninde xeyri yoxdu hec
16 iyul 2016 10:44
# 3
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
vipbetul
mualigede olunsa yenede odovrde qadinlarda esasen istilikle tezyiqle rastlasirlar
16 iyul 2016 10:43
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Melumat üçün teşekkür!!!
16 iyul 2016 09:20
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz