Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yumurtalıqların iltihabi xəstəliklərinin əlamətləri - Həkim məsləhəti
Yumurtalıqların iltihabi xəstəliklərinin əlamətləri - Həkim məsləhəti
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 717
Səs ver:
Xarici cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin (vulvit və vaginit) müalicəsində ləngimə olanda, infeksiya yuxarıya doğru yayılır və nəticədə yumurtalıqların və uşaqlıq borularının iltihabi xəstəliklərinə gətirir. Yumurtalığın və uşaqlıq borularının iltihabi prosesi ooforit və salpingit adlandırılır.

Nərminə Əskərova yumurtalıqlarda iltihabi xəstəliklərin səbəbləri haqqında danışır:
1. Cinsi yolla ötürülən infeksiyalar: süzənək, xlamidioz, trixomoniaz. Lakin, bu infeksiyalarla yanaşı, bəzi hallarda, iltihabi proses qadının öz mikroflorasında mikroblarının miqdarı və fəaliyyətinin artmasına görə yaranır.
2. Ümumi immunitetinin zəifləməsi, stress, yorğunluq, səhv qidalanma və həyat tərzi bu infeksiyalara qadını daha həssas edir.
3. Soyuqlama.
4. Uşaqlıq daxili spiral.
5. Bir neçə cinsi partnyorların olması.

Yumurtalıqların iltihabi xəstəliklərinin əlamətləri
İltihabi prosesin gedişatı kəskin, yarımkəskin və ya xroniki ola bilər. Əsas simptom – qarnın aşağı nahiyəsində ağrılardır. Adətən ağrılar sağ və ya sol tərəftə olur, lakin iki tərəfli də ola bilər. Əksərən ağrı bel-oma və qasıq nahiyəsinə keçir. Xəstəlik baş verəndən dərhal sonra uşaqlıq yolundan xoşagəlməz ifrazat, qızdırma, yorğunluq və ümumi zəifləmə yaranır. Kəskin prosesin vaxtında düzgün müalicə olunmaması nəticədə xroniki iltihabi prosesə gətirir. Xroniki iltihabın əsas göstəricisi davamlı və aybaşı əvvəli artan ağrılardır. Digər tez-tez rast gəlinən əlamət dispareuniya – cinsi əlaqə zamanı ağrılardır. Yumurtalıqların xroniki iltihabi xəstəlikləri mütləq vaxtında müalicə olunmalıdır. Əks halda uşaqlıq borularının ətrafında bitişmələr əmələ gələcək və bu vəziyyət boruların bağlanmasına və qadının sonsuzluğuna gətirib çıxaracaq.

Yumurtalıqların iltihabi xəstəliklərinin diaqnostikası və müalicəsi
Kəskin və ya xroniki iltihabi prosesi təsdiq etmək üçün həkim müayinə və analizləri təyin edir. Çünki eyni əlamətlərə digər çanaq orqanlarının xəstəlikləri zamanı da rast gəlinir. Qadına uşaqlıq yolundan ümumi yaxma və əkilmə, qanın və sidiyin ümumi analizləri, infeksiyalara analizlər təyin olunur. Bununla yanaşı kiçik çanaq orqanlarının ultrasəs müayinəsi də həyata keçirilir.
Müalicə isə iltihabi prosesin gedişatından asılıdır. Yumurtalıqların kəskin iltihabı olan xəstə mütləq xəstəxana şəraitində müalicə almalıdır. Çünki bu vəziyyətin ciddi ağırlaşmaları ola bilər: uşaqlıq borularının və yumurtalıqların absessi, peritonit və s.

Müalicə üçün geniş spektrli antibakterial dərmanlar istifadə olunur. Antibiotiklərlə yanaşı immunstimullaşdırıcı və möhkəmləndirici terapiyanı aparmaq tələb olunur. Yumurtalıqların xroniki iltihabının müalicəsində yaxşı effekti müxtəlif fizioterapiya üsulları verir: parafin, maqnit terapiyası, UHF-terapiya, palçıq vannaları.

Gələcəkdə özünü iltihabi xəstəliklərdən qorumaq üçün qadınlar soyuqlamadan uzaq durmalı və müntəzəm ginekoloji müayinədən (ildə 2 dəfə) keçməlidirlər.


Şərhlər: 3
Baxılıb: 717
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumatdir
18 iyul 2016 14:13
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Mənim də gumurtalıqlarıma soyuq dəyib maraqlı məlumat idi tşk
18 iyul 2016 12:55
# 2
Totu
Təşəkkürlər məlumara görə.
18 iyul 2016 08:18
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz