Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlik zamanı qidalanma rejimi
Hamiləlik zamanı qidalanma rejimi
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 764
Səs ver:
Hamiləlik dövrü sağlam və dözümlü uşaq orqanizminin quruculuğu dövrüdür. Buna görə gələcək ananın düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.
Natamam qidalanma kimi, normadan artıq qidalanma da təhlükəli hesab olunur.
Natamam qidalanma uşaqsalmaya, dölün çəkisinin azalmasına və onun həyat qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Artıq qidalanma isə ananın və dölün çəkisinin artmasına səbəb olur, iri ölçülü döl isə həm hamiləliyi, həm də doğuşu daha riskli edir.
Hamiləliyin birinci yarısında gün ərzində 4 dəfəlik, ikinci yarısında isə döl tərəfindən bağırsaqların sıxılmasını nəzərə almaqla 5-6 dəfəlik qida qəbulu rejimi məsləhət görülür.
Qidanın tərkibində tələb olunan miqdarda zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral duzlar və mikroelementlərin olması vacibdir. Bu halda gün ərzində qəbul edilən qidanın ümumi energetik dəyəri (kaloriliyi) - 2800-3000 kkal olmalıdır.
Hamilələrin qida rasionundan spirtli içkilər, kofe, tünd çay, kolbasa, sosiska, müxtəlif turşu və şorabalar, hisə verilmiş və konservləşdirilmiş qidalar, konfetlər, yağlı yeməklər, tonuslayıcı qazlı içkilər (“Coca-Cola”, “Pepsi” və s.) qəti şəkildə çıxarılmalıdır.
Gələcək ana üçün düzgün qidalanmadan əlavə düzgün maye qəbul etmək də vacibdir. Hamiləliyin birinci yarısında qadın gündə 2-2,5 litr maye qəbul etməlidir. Bu mayeyə tək su deyil, duru yeməklər, duru souslar, meyvə və tərəvəz tərkibindəki sular da daxildir. Bu dövrdə qadın tez-tez qusur ki, bu zaman itirilən mayeni də əvəz etmək vacibdir. Səhərlər içinə yarım limon şirəsi qatılmış bir stəkan su içmək olar.
Hamiləliyin 20-ci həftəsindən sonra qan dövranının sürəti 40% artır. Qadının ürək, böyrək və digər orqanları daha intensiv şəkildə işləyir və qan təchizatına tələbatı daha da artır. Böyrəklərin üzərinə daha böyük ağırlıq düşür, onlar bu dövrdə daha çox maye ifraz edir. Hətta sağlam qadında da şişkinlik əmələ gələ bilər. Daha ağır vəziyyətlərdə hamiləlik ödemi, gestoz (AT artması ilə müşayiət olunan ödem) baş verir. Bununla əlaqədar olaraq hamiləliyin 20-22 həftəsindən etibarən qəbul edilən mayeni 1,5 litrə qədər azaltmaq lazımdır. Duz qəbulu da azaldılmalıdır, çünki duz mayeni orqanizmdə saxlayır.
Aşağıda qeyd edilən qida maddələri hamilə qadın üçün çox vacibdir.
Kalsium. Dölün sümük sisteminin və dişlərinin formalaşmasına təsir edir. Bu proses təxminən hamiləliyin 8-ci həftəsindən etibarən başlamış olur. Hamiləlik dövründə ana orqanizmi üçün bu elementə tələbat 2 dəfə artır. Əsas mənbələri: süd, pendir, kəsmik, yumurta, qatıq və s.
Zülallar. Hamiləlik dövründə zülallara olan tələbat artdığı üçün tərkibində proteinlər olan məhsulların qida ilə qəbulunu artırmaq lazımdır. Ancaq yadda saxlamaq lazımdır ki, ət məhsulların tərkibində hamilə qadınlar tərəfindən qəbuluna məhdudiyyət qoyulması tələb olunan bir çox yağlar da vardır. Ona görə də bu dövrdə hamilə qadınlar tərəfindən ətin əsasən yağsız hissələri istifadə edilməlidir. Zülalların əsas mənbələri: ət, balıq, süd məhsulları, paxlalı bitkilər, qoz və s.
Vitamin C. Ciftin möhkəmlənməsinə, orqanizmin müqavimət qabiliyyətinin artırılmasına, dəmirin mənimsənilməsinə köməklik edir. Uzun müddət saxlanılma və bişirilmə qida məhsullarının tərkibində olan C vitamininin parçalanmasına səbəb olur. Ona görə də qəbul edilən qida məhsulları təzə olmalı, meyvə və tərəvəzlər çiy yeyilməlidir. Əsas mənbələri: əsasən təzə sitrus meyvələri, tərəvəzlər (şirin bibər, pomidor, gül kələm, kartof), itburnu qurusu və s.
Sellüloz hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir. Sellüloz hamiləlik zamanı çox təsadüf edilən qəbizliklərin qarşısını alır. Əsas mənbələri: çiy meyvə və tərəvəzlər (həmçinin onların quruları).
Fol turşusu. B qrup vitaminlərinə aid olaraq, xüsusən hamiləliyin ilk həftələrində dölün mərkəzi sinir sisteminin inkişafı üçün gərəkli hesab olunur. Qida məhsulları uzun müddət saxlanıldıqda və bişirdikdə, onların tərkibində olan fol turşusu parçalanır. Onu da qeyd etmək vacibdir ki, hamiləlik zamanı heç bir pəhriz rejimi fol turşusunun tələb olunan miqdarını təmin edə bilmir. Ona görə də həkimlər bir çox hallarda hamilə qadınlara onun dərman formalarını da təyin edirlər. Əsas mənbələri: çovdar çörəyi, fındıq, ispanaq (şomu) və s.
Dəmir vitamin C ilə birlikdə mənimsənilir; çay və kofe onun mənimsənilməsinə maneçilik törədir. Buna görə də dəmir ilə zəngin olan qida maddələrinin qəbulundan sonra çay və kofenin içilməsi məsləhət görülmür. Əsas mənbələri: yağsız qırmızı ət, sardina balığı, alma, kərəviz, nar, xurma, ərik qurusu, qara gavalı qurusu, kişmiş və s.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova


Şərhlər: 3
Baxılıb: 764
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamile xanimlar maraqli melumatdir
3 iyun 2016 23:08
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Ilk 3ayi ele cetin kecirdim ki,adi suyu bele qaytarirdim,gunde bir defe yeyerdim ya yox o da medede qalsaydi nese.ama wukur Allaha hec bir ziyan olmadi uwaga.13cu hefteden sonra iwtaham qayitdi indi yaxwiyam cox wukur.menim xarixi gorkemimde deyiwiklikde yoxdur,5ayliq kime deyende inanmir.diqqetle baxanda bilinir mende.her kes deyir suyu az ic wiwkinlik yaradir,ama menim qeder su icen yoxdur hec bir wiwkinlikde heleki yoxdur.orqanizmden cox wey asilidir.here bir cur kecirir.menden sonra hamile olanlari gorurem tanimaq olmur.hem wiwkinlik,hem zahiren ciddi deyiwiklikbuna gore uzume bexteverlik oxuyanda var))).hec kim deye bilmez ki,flankes flan heftelikdir demek onda mende bele olacam.neceki men zenn edirdim ki,butun hamileler ne gordu o saat isteyer,ya da gecenin bir alemi qiwda qarpiz isteyer)))men hec vaxt demedim ki flan wey olsa yiyerdox))))ana bala gozu toxuq cox wukur))ya da Allah dedesinin uzune baxib)))
3 iyun 2016 21:02
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Hamilelik zamani bol bol meyve ve sud mehsullari yeyilmelidir.
3 iyun 2016 20:55
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz