Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonra qanaxmalar
Doğuşdan sonra qanaxmalar
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 866
Səs ver:
Doğuş zamanı və doğuşdan sonra bütün qadınlar qan itirir. Bu normal fizioloji prosesdir.
Doğuş zamanı cift uşaqlığın divarından qopur, ciftin damarları yırtılır və bu qanaxmaya səbəb olur. Hamiləlik zamanı qadın orqanizmi özünün gələcək qan itirilməsinə hazırlayır - qadın orqanizmində olan qanın miqdarı, demək olar, 2 dəfə artır. Bu səbəbdən doğuş zamanı və doğuşdan sonra qanın itirilməsi qadının sağlamlığına heç bir ciddi təsir etmir.

Lakin bəzən belə qanaxmalar fizioloji yox, patoloji xarakter daşımağa başlayır və qadının sağlamlığına və hətta həyatına ciddi təhlükə yaradır. Belə patoloji qanaxmalar erkən (dərhal doğuşdan sonra) və ya gecikmiş (doğuşdan 1, hətta 2 ay sonra) ola bilər.
Doğuşdan sonra patoloji qanaxmanın profilaktikası üçün həkim uşaqlığı massaj edir və qadına oksitosin inyeksiyasını təyin edir. Oksitosin hormonu uşaqlığın yığılmasına cavabdehlik daşıyan hormondur. Doğum evindən evə buraxıldıqdan əvvəl hər bir qadın mütləq USM-dən keçməlidir. Bu uşaqlıq boşluğunda ciftin hissələrinin qalmamasına əmin olmaq üçün lazımdır.
 
 
Uşaqlığın normal yığılmasında və bunun nəticəsində qanaxmaların qarşını almağında əmizdirmə böyük rol oynayır. Əmizdirmə zamanı qadının orqanizmində təbii oksitosin hormonu ifraz olunur. Bu səbəbdən uşağı əmizdirməyən qadınlarda uşaqlığın yığılması prosesi daha çətin gedir.

Erkən patoloji qanaxmaların səbəbləri müxtəlif ola bilər:
- uşaqlıq boşluğunda ciftin hissələrinin qalması. Bu zaman uşaqlığın normal yığılma qabiliyyəti pozulur və nəticədə qanaxma baş verir. Doğuş zamanı cift uşaqlığın divarından qoparaq çölə çıxır. Həkim mütləq ciftin tamlığını yoxlamalıdır. Bəzən bu müayinə zamanı məlum olur ki, ciftin bir hissəsi uşaqlığın daxilində qalıb. Bu halda ciftin qalıqları əllə təmizlənməlidir. Qadına ağrısızlaşdıran maddələr yeridilir və həkim uşaqlıq boşluğunu küretin köməyi ilə təmizləyir (küret - ginekologiyada istifadə olunan xüsusi alətdir).
 
- uşaqlığın, uşaqlıq boynunun, uşaqlıq yolunun yırtılması. Bu zaman qadının cinsiyyət yolları diqqətlə müayinə olunur və lazım olduqda tikişlər qoyulur.
- bəzən doğuşdan sonra inkişaf edən qanaxmaların səbəbi qadının qan sistemində olan pozulmalar (laxtalanma proseslərin pozulması və s.) olur.
Erkən qanaxmalar doğuşdan dərhal sonra inkişaf edir və bu zaman qadın adətən xəstəxanada olur. Tibbi personal lazım olan müayinə və analizlərdən sonra qanaxmanın səbəbini təyin edir və onun qarşısını alır.
 
 
Çox nadir hallarda olsa da patoloji qanaxmanı yalnız bir yolu ilə - uşaqlığın xaric olunması ilə dayandırmaq mümkün olur.
Gecikmiş qanaxmalar qadın evə qayıtdıqdan sonra inkişaf edə bilər. Əgər qadın qanlı ifrazatların artmasını (qanaxma tədricən azalmalıdır) və öz vəziyyətində dəyişikliklər (təzyiqin düşməsi, halsızlıq və s.) müşahidə edirsə, mütləq xəstəxanaya müraciət etməlidir. Ginekoloqlar qadınları xəbərdar edir ki, əgər doğuşdan sonra qadın gün ərzində 5-6 dolu bez dəyişirsə, bu qanaxmaya şübhə yaradır. Belə patoloji qanaxmalar qadının həlak olması ilə nəticələnə bilər!

Gecikmiş qanaxmaların səbəbləri bu kimi ola bilər:
- cift polipi (ciftin kiçik hissələri uşaqlığın daxilində qalır və onlardan polip əmələ gəlir)
- uşaqlıq boşluğunun iltihabı (endometrit)
- uşaqlığın yığılma qabiliyyətinin pozulması
- qan sistemində olan pozulmalar.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova


Şərhlər: 3
Baxılıb: 866
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
Allah sag salamat doguw qismet etsin mene de,her kese de.qorxdum lap.
25 may 2016 07:38
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
Allah hec bir qadina qismet etmesun bu cur prablemi
24 may 2016 22:27
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
olmayib bele problemim
24 may 2016 21:39
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz