Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mioma və hamiləlik
Mioma və hamiləlik
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 1199
Səs ver:
Təəssüf ki, miomalar qadınlarda hamilə qalmaq şansını azaldır.
Məsələ burasındadır ki, miomalar (xüsusilə böyük ölçüdə olanlar) uşaqlıq boşluğunu deformasiya edir, uşaqlıq borularını sıxır və nəticədə spermatozoidlərin hərəkətini çətinləşdirir. Bundan əlavə mioması olan qadınlarda bir çox hallarda hormonal fon pozulmuş olur ki, bunun nəticəsində qadında ovulyasiya baş verməyə bilər. Sadaladığımız amillər qadında sonsuzluğa gətirib çıxara bilər.
Lakin uşaqlığın əzələ qatında yerləşən kiçik miomalar adətən hamiləliyin baş verməsinə və onun gedişatına mane olmur.
Həkimlər mioması olan qadınlara hamiləliyin planlaşdırılması mərhələsində miomanı müalicə etmək və ya bəzi hallarda hamiləlikdə əvvəl miomanı xaric etmək tövsiyə edirlər. Miomanın xaric olunmasından 6 ay sonra qadın hamiləliyi planlaşdıra bilər.
Bəzi hallarda mioma məhz hamiləlik zamanı qadında aşkar olunur. Bu halda qadın bilməlidir ki, mioma hamiləliyin gedişatına mənfi təsir edə bilər - hamiləliyin pozulmasına, ciftin çatışmazlığına və s. səbəb ola bilər.
Miomatoz düyünlər uşaqlığın tonusunun artmasına səbəb ola bilər ki, nəticəsində dölsalma baş verə bilər. Əgər cift miomaya yaxın yerləşmiş olarsa, bu onun normal inkişafını poza bilər ki, nəticədə cift vasitəsilə qidalı maddələrin və oksigenin dölə çatdırılması olduqca çətinləşir, döldə hipoksiya (oksigenin çatışmazlığı) inkişaf edə bilər. Bəzi hallarda ciftin miomaya yaxın yerləşməsi onun qopmasına səbəb ola bilər.

Belə pozulmaların olma riski bu kimi hallarda artır:

- mioma böyük olduqda (7 sm-dən artıq),
- mioma uşaqlıq boynuna yaxın yerləşdikdə,
- qadında bir neçə miomatoz düyün olduqda,
- cift miomaya yaxın yerləşdikdə.

Təəssüf ki, heç bir həkim və heç bir müayinə miomanın hamiləlik zamanı "özünü necə aparacağını" dəqiq proqnozlaşdıra bilməz. Mioma hamiləlik zamanı böyüyə və ya əksinə kiçilə bilər, onun ölçüləri dəyişməyə bilər. Miomanın ölçüləri hamiləlik zamanı sürətlə böyüdükdə, uşaqlıq boşluğunda "darısqallıq" yaranır ki, nəticədə dölsalma baş verə bilər.
Mioması olan qadın hamiləliyin əvvəlindən sonuna kimi həkimlərin nəzarətində olmalı, fiziki gərginliklərdən və streslərdən uzaq olmalı, kifayət qədər yatmalı və dincəlməlidir, tam dəyərli qidalanmalıdır.
Mioması olan qadında doğuş zamanı bəzi ağırlaşmalar (doğuş fəaliyyətinin zəif olması, ciftin uşaqlıq boşluğundan tam çıxmaması və s.) inkişaf edə bilər. Düyün uşaqlıq boynuna yaxın yerləşdikdə, təbii doğuş mümkünsüz ola bilər və qadına keysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.

Cərrah Mama-Ginekoloq Dr.Sevinc Qehremanova


Şərhlər: 5
Baxılıb: 1199
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Belinda
Mendede hamile vaxti kicik olcude mioma ashkarlanib, Allaha shukur hec bir problem olmadi. Hekim dediki oz ozunede kecib gede biler
14 may 2016 15:35
# 5
vipbetul
ALlah her bir eve usaq nesib etsun insallah
13 may 2016 10:23
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Menim balam
Mende mioma var kiçik ölçüdedı. 4 aydan bır yoxlanıram.
12 may 2016 23:09
# 3
evli.mutlu.cocuklu
Hamilə olmadığıma görə bilmirəm
12 may 2016 22:50
# 2
BARBI
Mioma hamile qalmagi onleyen unsurlerdendir. Mutleq hekime muraciet edilmelidir.
12 may 2016 22:40
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz