Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Menstruasiya ağrılarını azaldan 7 təbii vasitə
Menstruasiya ağrılarını azaldan 7 təbii vasitə
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 756
Səs ver:
Hər 10 qadından 9-u menstruasiyadan əvvəl və menstruasiya zamanı bu və ya digər xoşagəlməz hallar, ağrılarla üzləşir. Bu ağrıları azaltmaq üçün dərhal dərmanlara əl atmayın. Bəzi xalq təbabəti vasitələri sizə çox yaxşı kömək edə bilər. Aile.lent.az saglamolun.az-a istinadən həmin vasitələrdən bəzilərini təqdim edir.
Bu vasitələrin arasında:

1. Nanə
Nanə spazmolitik xüsusiyyətlərə malikdir, ağrını və spazmı (sıxılma) azaldır.
1 ç.q. quru nanə 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gündə 2 dəfə içilir.

2. Zəncəfil
Zəncəfilin də spazmolitik və həmçinin ağrısızlaşdıran və iltihab əleyhinə xüsusiyyətləri var.
3-4 sm uzunluqda təzə zəncəfil təmizlənir, sürtgəcdən keçirilir və 200 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənir. Bu dəmləməni 1/2 stəkan olmaqla gündə 2 dəfə içmək olar. Dəmləməyə 1 çay qaşığı bal və limon da əlavə edə bilərsiniz.

3. Çobanyastığı
Çobanyastığı «qadın otu» sayılır. Çobanyastığı çox yaxşı spazmolitikdir.
1 ç.q. çobanyastığı 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 2 dəfə içilir.

4. Biyan kökü
1 xörək qaşığı biyan kökünü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

5. Darçın
1/2 ç.q. darçın 1 stəkan ilıq südə əlavə edin və için.

6. Mixək
3-4 mixək əzin və 100 ml qaynar suda 20 dəqiqə ərzində dəmləyin. Belə dəmləməni gündə 2 dəfə içmək olar.

7. Qatırquyruğu
1 x.q. qatırquyruğu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.
Sadaladığımız bitkiləri həm ayrı-ayrı istifadə etmək olar, həm də 2-3 bitkini qarışdırmaq olar (məsələn, çobanyastığı + nanə və ya çobanyastığı + qatırquyruğu və s.).


Şərhlər: 6
Baxılıb: 756
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
NURANE
mende de agrilar olur ama hec bir
sey etmirem bele hallarda agri normal seydi
19 avqust 2016 09:26
# 6
zalimin zulmu varsa seveninde Allahi var
seda-1
En yaxsisi nanedir.mende istfade edrem komeyi olur

En yaxsisi nanedir.mende istfade edrem komeyi olur
13 iyun 2016 20:29
# 5
vipbetul
lazimli melumatdir
13 iyun 2016 13:40
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
asan usullardir ama men cox vaxt derman atiram
13 iyun 2016 11:41
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 iyun 2016 09:17
# 2
BARBI
Menstruasiya agrilari zamani en yaxi vasite nane demlemesidir. Spazmani aradan qaldirir
13 iyun 2016 07:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz