Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarda ağrıları azaldan 7 təbii vasitə
Qadınlarda ağrıları azaldan 7 təbii vasitə
Göndərən: Lola_Maya_
Şərhlər: 10
Baxılıb: 1149
Səs ver:
Hər 10 qadından 9-u menstruasiyadan əvvəl və menstruasiya zamanı bu və ya digər xoşagəlməz hallar, ağrılarla üzləşir.
Bu ağrıları azaltmaq üçün dərhal dərmanlara əl atmayın. Bəzi xalq təbabəti vasitələri sizə çox yaxşı kömək edə bilər.
Bu vasitələrin arasında:

1. Nanə
Nanə spazmolitik xüsusiyyətlərə malikdir, ağrını və spazmı (sıxılma) azaldır.
1 ç.q. quru nanə 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gündə 2 dəfə içilir.

2. Zəncəfil
Zəncəfilin də spazmoitik və həmçinin ağrısızlaşdıran və iltihabəleyhinə xüsusiyyətləri var.
3-4 sm uzunluqda təzə zəncəfil təmizlənir, sürtgəcdən keçirilir və 200 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Bu dəmləməni 1/2 stəkan olmaqla gündə 2 dəfə içmək olar. Dəmləməyə 1 çay qaşığı bal və limon da əlavə edə bilərsiniz.

3. Çobanyastığı
Çobanyastığı "qadın otu" sayılır. Çobanyastığı çox yaxşı spazmolitikdir.
1 ç.q. çobanyastığı 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 2 dəfə içilir.

4. Biyan kökü
1 xörək qaşığı biyan kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

5. Darçın
1/2 ç.q. darçın 1 stəkan ilıq südə əlavə edin və için.

6. Mixək
3-4 mixək əzin və 100 ml qaynar suda 20 dəqiqə ərzində dəmləyin. Belə dəmləməni gündə 2 dəfə içmək olar.

7. Qatırquyruğu
1 x.q. qatırquyruğu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.
Sadaladığımız bitkiləri həm ayrı-ayrı istifadə etmək olar, həm də 2-3 bitkini qarışdırmaq olar (məsələn, çobanyastığı + nanə və ya çobanyastığı + qatırquyruğu və s.).


Şərhlər: 10
Baxılıb: 1149
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nemka Matata
qatirquyrugundan bashqa hamisinda gundelik olaraqda istifade edirem ama yinede tshk.ler faydali meslehetler ucun
26 may 2016 00:12
# 10
Kölge
Qiz vaxtu agrimi dermannan kesirdim.dehşet olurdu mende
25 may 2016 23:28
# 9
Her şeye gore şukur
ummuselma
Naneni istifadə etmişəm ən çox,ama ağrıkəsici hər zaman cantamdadir
25 may 2016 23:27
# 8
HAPPY_EYES
tesekkurler..... lazimli xeber idi
25 may 2016 21:41
# 7
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Miss_Oxatan
Zamaninda nane,zencefil demlemesi veribler icmiwem.cox agrili olurdu.ancaq onu da qeyd edim ki,agri zamani bir nece cay qawigi bal udmaq da agrini kesir.
25 may 2016 21:37
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
lazimli melumatdir
25 may 2016 20:18
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Mendede cox agri olur nanenin faydali oldugunu bilirdim ama ice bilmediyim ucun istifade etmirdim bunlari oyrenmeyim yaxsi oldu
25 may 2016 19:59
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Barbaris
mende olmur agrilar
25 may 2016 19:27
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
qonaqa
Mən ən çix nanədən isdifadə edirəm tez sağalıram
25 may 2016 19:25
# 2
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
BARBI
En yaxsisi nanedir agri ve spazmani goturur. Cox faydalidir
25 may 2016 18:24
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz