Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıq yolunun disbakteriozu
Uşaqlıq yolunun disbakteriozu
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 1183
Səs ver:
Son zamanlarda ginekoloji praktikada qadınlar arasında "uşaqlıq yolunun disbakteriozu” (uşaqlığın normal sağlam mikroflorasının pozulması) adlanan və geniş yayılmış patoloji haldan daha çox danışılır.
Mikrofloranın normal olması, qadının ginekoloji sağlamlığının qorunmasında, onun ana olmaq qabiliyyətinin saxlanmasında çox vacib hesab edilir. Uşaqlıq yolunun sağlam mikroflorası qadının reproduktiv sistemini, qadın cinsi orqanlarının bir çox iltihabi xəstəliklərini törədən qorxulu mikroblardan, müxtəlif infeksiyalardan qoruyur.
Sağlam qadının uşaqlıq yolunun mikroflorasının əsasını laktobakterilər, həmçinin az miqdarda bifidobakterilər və digər mikroorqanizmlər təşkil edir. Ən xeyirli mikroorqanizmlər – süd turşusu bakteriyaları və ya laktobakterilərdir. Bu bakteriyalar süd turşusu və hidrogen peroksid hazırlayaraq uşaqlıq yolunda normal turşuluq səviyyəsini (pH<4,5) saxlayırlar.
Uşaqlıq yolunun normal turşuluq səviyyəsinin saxlanması çox vacib hesab edilir. Belə ki, uşaqlıq yolunun normal turşuluq səviyyəsi kəskin şəkildə dəyişsə, cinsi əlaqə zamanı buraya düşən spermatozoidlər bu cür mühitdə məhv ola bilərlər ki, bunun da nəticəsində mayalanma, daha sonra isə hamiləlik baş verməyə bilər. Bundan başqa, laktobakterilər qadın sağlamlığı üçün zərərli hesab olunan mikrobların böyüməsinin və çoxalmasının da qarşısını alırlar.
Uşaqlıq yolunun disbakteriozu (və ya bakterial vaginoz) zamanı laktobakterilərin miqdarı xeyli dərəcədə azalmış olur ki, bunun da nəticəsində qadın orqanizmi üçün təhlükəli hesab edilən digər bakteriyalar aktiv şəkildə çoxalmağa başlayırlar. Belə hesab edilir ki, qadınların böyük bir hissəsi bu və ya digər dərəcədə bu xəstəliyə məruz qalırlar.
Uşaqlıq yolunun disbakteriozunun əlamətləri: cinsi üzvlərdə qaşınma və yandırma hissiyyatı, xeyli dərəcədə selikli (bəzən xoşagəlməz iyli) ifrazatın olması, cinsi əlaqə zamanı quruluq və xoşagəlməz hissiyyatlar və s. Özündə uşaqlıq yolunun disbakteriozuna xas olan bu sadalanan əlamətlərdən heç olmasa birini hiss etmiş olan hər bir qadın tez bir zamanda həkimə müraciət etməlidir.
Ancaq onu da qeyd etmək lazımdır ki, xəstəliyə məruz qalmış hər dörd qadından birində uşaqlıq yolunun disbakteriozu özünü heç bir əlamətlə büruzə vermir! Məhz buna görə də, istənilən yaş qrupuna aid olan qadınların ildə 2 dəfə profilaktik olaraq ginekoloji müayinədən keçməsi çox vacib hesab edilir. Yalnız uşaqlıq yolunun disbakteriozu deyil, bir çox daha təhlükəli xəstəliklər də xeyli müddət ərzində əlamətsiz olaraq davam edə bilər. Mütəmadi olaraq aparılan profilaktik müayinələr, hətta ən ağır hesab edilən xəstəlikləri də vaxtında aşkar edib müalicə etməyə imkan verir.
Uşaqlıq yolunun disbakteriozunun əsas səbəblərindən biri də müvafiq tələbat olmadığı halda, əsaslandırılmadan qadınların tez-tez öz uşaqlıq yolunu sabun, digər gigiyenik maddələr və məhlullarla yumasından ibarətdir. Çünki bu zaman onun üçün həyati vacib olan bütün mikroflora xeyli dərəcədə məhv olunur.
Yuxarıda göstərilən "həddindən artıq təmizkarlıqdan” başqa, hormonal dərman preparatlarının qəbul edilməsi, endokrin sistemi xəstəlikləri (şəkərli diabet və s.), bağırsaq disbakteriozu, kiçik çanaq orqanlarının müxtəlif xəstəlikləri, oral (ağızdan qəbul edilən) kontraseptiv (mayalanma prosesinin qarşısını alan) dərman preparatları, uşaqlıqdaxili spirallar, streslər, müxtəlif xəstəliklər səbəbindən qadın immunitetinin zəifləməsi və s. bu kimi hallar da uşaqlıq yolu mikroflorasının pozulmasına səbəb ola bilərlər.
Antibiotiklərin və ya antiseptiklərin (mikroblar əleyhinə olan dərmanlar) vaginal dərman formalarından (uşaqlıq yolu daxilinə qoyulan şamlar) istifadə edilməsi, demək olar ki, praktik olaraq hər bir halda uşaqlıq yolu disbakteriozuna səbəb olur.
Uşaqlıq yolu (vaginal) disbakteriozuna şübhə olduğu halda, həkim-ginekoloq uşaqlıq yolunun mikroflorasının müayinəsi və cinsi yolla keçən infeksiyalara görə müayinə təyin edir. Disbakteriozun yaranmasının səbəbi başqa faktor olduqda isə, həkim onun müalicəsi üçün digər müalicə üsullarından istifadə edir.

Mama-Ginekoloq Dr. Sevinc Qehremanova
(055)649-55-99


Şərhlər: 3
Baxılıb: 1183
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hekime muragiyet etmek vagibdirki dahada basqa xedeliklerle neticelenmesun
20 aprel 2016 00:03
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
her bir qadin ilde iki defe alti aydan bir muayinede olmalidi lap agridin agrimadin.
19 aprel 2016 23:21
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Disbakterioz zamani qasinma ve yanma hissi olur. Bu zaman hekime muraciet edib mualice almaq lazimdir
19 aprel 2016 23:20
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz