Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana südü sağıldıqdan sonra necə saxlanmalıdır?
Ana südü sağıldıqdan sonra necə saxlanmalıdır?
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 972
Səs ver:
Yeni doğulan körpəyə xüsusən ilk 6 ayına qədər verilən ana südünün dəyəri əvəzedilməzdir. Ancaq bəzən anaların körpələrini uzun-uzun əmizdirə bilmələri üçün şərtlər uyğun gəlmir. Südün əmizdirmə ilə bağlı artdığını, bir damcısının belə, nə qədər dəyərli olduğunu nəzərə alsaq, çalışan analar üçün südü sağmaq daha böyük önəm daşıyır. Əlbəttə, sağılan südün sağlam, təmiz şəraitdə saxlanması da bir o qədər vacibdir.
Ümumdünya Sağlamlıq Təşkilatı tərəfindən körpələrin ilk 6 ayında ancaq ana südü ilə qidalanması məsləhət görülür. Südün tərkibi ana və körpəsi arasındakı bağdan asılıdır. Ona görə anaların südləri tərkibinə görə fərqli olur. Bir ananının körpəsi tam olaraq nəyə ehtiyac duyursa, anasından gələn süddə də o maddələr olur.
İşə geri qayıtmaq məcburiyyətində olan bir ana körpə hər ehtiyac duyanda onu əmizdirə bilməyəcək. Ya da ana yorğun və yuxusuz olduğunda başqa ailə üzvü sağılmış südlə körpəni yedirə bilər. Yeni doğulan körpə döşü tutmağı bacarmadığı hallarda da südü sağıb vermək olar. Körpə əmmək istəmədiyi halda döşdə süd yığını yaranır, ona görə sağılmalıdır. Bütün bu hallarda ana südünü sağıb uyğun sağlam şərtlərdə saxlamaq lazımdır.

Südü necə saxlayaq?
Xanımlar əllə, ya elektrikli manuel sağıcı ilə sağılan südün bəzən az gəldiyindən şikayət edə bilərlər. Həqiqətən stressli olanda, bədən istiliyi düşəndə südün gəlməsi azalır. Belə halda döşə ilıq kompres edilməlidir. Həm də ananın süd sağma zamanı körpəsinə aid bir əşyanı qoxlaması, fotosuna baxması da südün gəlməsini artıra bilər. Uşağın immunitetini artıran südün tərkibindəki antikorlar bakteriya yaranmasının qarşısını alır. Buna görə ana südü uzun müddət saxlana bilər.

Saxlandığı qab necə olmalıdır?

Soyuducuda saxlanmaq üçün strelizə edilmiş sərt qapaqlı, çölü sərt plastikli, qapağı qətiyyən hava keçirməyən şüşə qablar istifadə edilməlidir. Bu cür qablar hazır satılır. Sərt plastikdən hazırlanmış şəffaf qutular da istifadə edilə bilər. Yedirərkən də yeni sağdığınız südü yox, çoxdan sağılmış südü verin.

Nə qədər süd saxlanmalıdır?

Ana südü daha tez doyurur. Körpə doğulduğu ilk aylarda kiçik miqdarlarda saxlayın. Məsələn 40, 60 ml ola bilər. İki dəfə içirə bilərsiniz, iki dəfədən artıq olmaz. Uzun müddət saxlanan süd zəhərlənmə yarada bilər.

Harada saxlanmalıdır?

Təzə sağılmış süd soyuducuda, buzluqda, dərəcəsi sabit dərin dondurucuda, izolyasiyalı portativ ana südü saxlama çantalarında saxlana bilər. Dondurub əridilən süd dəyərini itirir. 8 gün istifadə ediləcəksə, soyuducuda saxlana bilər. Dondurulmuş süd istifadədən sonra ancaq 1 gün soyuducuda saxlana bilər. Donmuş süd bir daha dondurulmamalıdır.

Nə qədər müddət saxlana bilər?

Körpələr dünyaya gəldikdən sonrakı iki həftə anaların südünə ağız südü deyilir. İlk 6 gün ağız südü deyilən bu süd otaq istiliyində 12 saat boyunca saxlana bilər. İrəliləyən müddətdə 15 dərəcədə 24 saat, 19-22 dərəcədə 10 saat, 25 dərəcədə 4-6 saat saxlana bilər. Soyuducuda isə 0-4 dərəcədə 8 gün, buzluqda 2 həftə, ayrı qapısı olan buzluqda 3-4 ay, ayrı qapısı olan dərin dondurucuda 6 ay və daha çox saxlana bilər.

Donmuş südü isidərkən
Əvvəlcə soyuducunun aşağı gözündə saxlayın. Sonra isti su ilə dolu kasaya qoyun, ya da axar suyun altına tuta bilərsiniz. Öz-özünə donu açılsın. 6 aydan sonra körpələr də soyuq süd içə bilər.

Südü atmalı olduğumuzu necə anlaya bilərik?

Dondurulmuş südün xarab olduğuna dair şübhəniz varsa, azca miqdarı qaynadıb südün kəsilib kəsilmədiyinə diqqət edin. Ana südündən pis qoxu gələ bilər. Ancaq bundan narahat olmağa dəyməz. Dadı da fərqli ola bilər. Bu da ananın qidalanması ilə bağlıdır. Sarımsaq, balıq, tərəvəzlər südə dad verir.
Nadir hallarda ana südü boyat və turşumuş ola bilər. Bunun səbəbi süddə lipaz olmasıdır. Lipaz ana südündəki yağların həzmini təmin edən bir fermentdir. Süddəki yağları parçalayır, bu səbəblə A və D vitamini asanlıqla əmilir. Süddə lipaz varsa, kiçik qabarcıqlar çıxana qədər qaynatmaq ən yaxşısıdır.

Bu detallara diqqət edin:

Südü sağmadan əvvəl əllərinizi yaxşı yuyun, saxlanma qablarını sterilizə edin.
Dondurulmuş südün üzərinə yeni sağılmış südü əlavə edə bilərsiniz. Ancaq əvvəlcə təzə südü sərinlədin.
Südü qaba boşaldarkən şüşənin ağzından 2-2.5 sm boş yer buraxın. Çünki süd donanda genişlənir.

Südü qətiyyən mikrodalğalı sobada isitməyin.
Ana südünün azca qatılığı və maviyə çalar rənginin olması normaldır.
Südü çalxalamayın. Qaşıqla yavaş-yavaş dairəvi qarışdıra bilərsiniz.

Mama-Ginekoloq Dr. Sevinc Qehremanova
(055)649-55-99


Şərhlər: 6
Baxılıb: 972
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
annelercin maraqli melumat oldu
17 aprel 2016 01:18
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
En yaxşisi döşden emsin uşaq
16 aprel 2016 18:23
# 5
Her şeye gore şukur
Aybə
Ana südünü sağıb çox saxlamaq qorxulu olar.Hamısından yaxşı anadan normal istikdə yesə yaxşıdır.Mən özümdə uşağıma sağıb bermişəm arada ama qorxaraq vermişəm südüm çox olurdu deyə sağırdım.
16 aprel 2016 16:13
# 4
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Miss_Oxatan
oxudum ama mene neter cetin geldi.en yaxwisi svejidi)))
16 aprel 2016 14:59
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Roza
Qizim aüd içib doyandan sonra, sağirdim və atirdim, artiq qalanini. Qizim ac olana kimi südüm gəlirdi, hətta qizima qədər iku, üç dəfə sağirdim)) Təşəkkürlər.
16 aprel 2016 12:45
# 2
....
BARBI
ana sudunun saxlanildigini bilmirdim.mence hemin keyfiyyeti vere bilmez
16 aprel 2016 11:18
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz