Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eroziya
Eroziya
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 2940
Səs ver:
Bu xəstəlik fon xəstəliyidir.Yəni uşaqlıq boynunda digər başqa xəstəliklərin yaranması üçün fon təşkil edir.Eroziv xəstəlik infeksiya,virus,immunoloji,hormonal,genetik,mexaniki təsirlərdən yaranır.Yəni,genital bölgənin xlamidiya,ureoplazması hormon ifraz eden törəmələrin olması,və ya hormonların qeyri rasional istifadəsi,kontraseptivlərin istifadəsi,irsiyyət-anada,nənədə və s. olması,eyni zamanda doguş və abortlar vaxtı bu nahiyənin zədələnmələri,kobud cinsi əlaqə gələcəkdə eroziyanın yaranmasına şərait yaradır.vacib bir momenti də qeyd edim ki,bu zədələnmiş nahiyələrə infeksiyanın keçməsi buna səbəb olur.Eroziyalar iki cür olur-həqiqi və yalançı eroziyalar.

Qeyd edək ki,hər ikisi də uzun müddət heç bir əlamət vermir.Lakin ən geniş yayılmış əlamət ifrazatın olmasıdır.Və nəzərə alsaq ki,qadınlarda ifrazat normada da oldur,onun üçün onlar buna əhəmiyyət vermirlər.Burda bir əsas nüansı nəzərinizə çatdırım,normada olan ifrazatın miqdarl 1-4 ml,rəngi şəffaf-süd bəyazlığındadır.Və ən əsası qaşınma hissiyatı olmur.Əgər ifrazatın rəngi,iyi,qoxusu dəyişibsə,cinsi əlaqə sonrası qanaxma varsa, onda narahat olmağa dəyər.İfrazatın belə dəyişməsi hətta sonsuzluğa da səbəb ola bilər.
Yalançı eroziyalar isə anadan gəlmə və qazanılma olur.Anadan gəlmə eroziyaların yaranmasına səbəb bətndaxili inkişaf dövründə ananın hormonlarının təsirindən qız uşaqlarında baş verir.Bəzi həkimlər hesab edirlər ki,eroziyanın müalicə olunması o hallarda vacib hesab olunur ki,o sonsuzluğa,qaşınmaya,ifrazata səbəb olur.
Xəstəliyə diaqnoz ginekoloji baxış,smear testi və kolposkopiya ilə qoyulur.
Müalicəsi isə yerli olaraq məlhəmlərlə,əgər infeksiya varsa,antibakterial preparatlarla aparılır.Yaxud da əgər bəd və ya xoşxassəli törəmələrə şübhə olarsa,bioptat(həmən nahiyədən material) götürüb müayinə edilir.Əgər heç bir şübhə yoxdursa,krioterapiya ilə dondurulur.Bundan başqa müalicə məqsədilə lazer terapiyasından,koterizasiyadan da istifadə edilir.Və çox effektiv metodlardır.
 
Mama-Ginekoloq Dr. Sevinc Qehremanova


Şərhlər: 7
Baxılıb: 2940
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Menim balam
EROZİYA məndə də olubş həkimə muraciət eledim yandirdi. sukur yaxsiyam indi. ee qadini basina gəlməyən dərd varmi ş usaq olanan sonra o qeder problem yaranir.
14 aprel 2016 19:48
# 7
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
Kölge
Allah hamiya komek olsun
14 aprel 2016 14:29
# 6
Her şeye gore şukur
Muradli Aytan
salamlar sayta coxdandir qonaq kimi girib baxirdim axirki sizlara qowuldum..Menda bu xestelikdan exiyyat cekmiwam wukur allaha mualicam qurtardi her sey cox yaxsidi.Ozuda lazerla yandirmiwam cox yaxsidi kimda boyukdusa meslehat goruram hec agrida olmur.
14 aprel 2016 11:24
# 5
vipbetul
Allah gostermesin
14 aprel 2016 00:59
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Men payizda Azerbaycanda muiceye gedende muayine sirasinda qanayan eroziya awkarlandi.evvel qorxdum,cunki ewitmiwdim ki yandirirlar.ama hekim dedi ki,dogmamiw qadinda yandirmirlar.10gun tampon yazdi.inanmazsiniz 4 cu 5ci tamponda sagalmiwdi.bir nece nefere dedim tamponla sagalmaz dediler ozde bele tez.ele onda inandim hekimimin savadina.cunki eroziyasi olanlar hekimlerinden daniwdi,ne cetinlikle eroziyadan canlarini qutardiqarini.hetta tam sagalda bilmedi deyenlerde oldu.tamponla sagaldigini kime dedimse inanmadi ve hele de wubhe edenler var ki,yeqin guya mende hec eroziya olmayib hekim aldadib)))halbuki eroziyanin elametleri mende var idi hemde zerkala istifade edende qanaxma olurdu (uzr isteyirem).wukur sagaldi.cunki nece ay eziyyet verdi mene,burda onceler nece hekimde oldum gormemiwdiler bele.qanaxmani da bawqa sebeblerden deyirdiler.Allah her kesi savadli hekimlerle qarwilawdirsin ancaq en esasi da hec kimin yolu duwmesi hekime.haminin cani sag olsun.Amin.
14 aprel 2016 00:39
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
rəmsə
Məndə də var bu xəstəlik,bir neçə üsulla yandırtdırmışam,həm aparatla,həm dərmanlarla ama xeyri yoxduki yoxdu.Bir dəfə mənə yaşlı bir həkim dediki cavan adamlarda yandırmaq məsləhət deyil,qulaq asmadım,sən demə düz deyirmiş.Elə bir ziyanın,ağrısını görmürəm,sadəcə olsaraq hara gedirəmsə gedim spiral qoymurlar deyirlər olmaz,nəhayət bu il bir həkimin boynuna güclə qoydumki eybi yoxdu qoyun,günahı mənim boynuma:)
14 aprel 2016 00:22
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Antikvar
Bu problemdən doqquz ildi əziyyət çəkənlərdənəm,doğuşu olmayan qadına əsla yandırmaq olmaz dondurmaq lazımdır ,doğuşdan sonra əyər normasından böyükdüsə yandırmaq mütləqdir yəni buna həkimlər qərar verirlər,iki il bundan öncə həkim balaca olduğunu yandırmağa ehtiyac yoxdu deyə müalicələr aldım,amma ən yaxşı üsul yandırmaqdır çünki sırf buna görə bir çox xəstəlikləri sırazı götürürsən,eroziya bir yaradır əyər yara açıq qaldıqda necə olur?infeksiyanı tez götürür sonra problem dahada böyüyür.Bunları bilə bilə hələdə özüm yandırmağa üz tutmuram qorxduğumdan)Həm bu qısa müddətli əməliyyatı keçirtdikdən sonra gərək bir ay oturmayasan ağır əşyalar qaldırmayasan yoxsa yara dahada gec sağalır.
13 aprel 2016 23:14
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz