Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yumurtalığın polikistozu
Yumurtalığın polikistozu
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1042
Səs ver:
Polikistoz xəstəliyi son zamanlar xanımlar – xüsusən də gənc qızlar arasında daha çox rast gəlinir.
Yumurtalığın polikistozu hormonal dəyişikliklərlə əlaqədar bir xəstəlikdir və yumurtalığın kistası ilə əslində heç bir əlaqəsi yoxdur.Xəstəliyin bir təzahürü olan ovulyasiyanın baş verməməsi ilə əlaqədar follikulların yumurtalıq səthində toplanmasını əks etdirir. Belə ki, ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, sindromun adı da burdan götürülmüşdür.
Xəstəliyin mexanizmi yumurtalıqlardakı hormonal balansın pozulması, kişi cinsi hormonlarının həddindən artıq ifraz olunması ilə əlaqədardır. Bu pozğunluq həm normal follikul yetişmə prosesinin dayanmasına, həm də tüklənmə və üzdə sızanaqlara gətirib çıxarır.

Xəstəni həkimə gətirən şikayətlər menstruasiyaların gecikməli olması,tüklənmədir.Kişi cinsi hormonlarındakı artış, tüklənmənin əsas səbəbidir.Follikul yetişməyi pozulduğundan hamiləlik də baş vermir. Göründüyü kimi, eyni bir xəstəlikdə müxtəlif şikayətlər xəstəni həkimə müraciət etməyə sövq edir.
Yumurtalıqların polikistozu tamamilə müalicə oluna bilən bir xəstəlik deyil. Aparılan müalicə xəstənin şikayətlərinə görə istiqamətləndirilir. Xəstə klinikaya menstruasiya pozğunluğu şikayəti ilə müraciət edibsə, müalicədə hormonal vasitələrdən istifadə edilir. Bu vasitələr təkcə menstruasiyaları nizama salmır, eyni zamanda xəstəliyin patogenetik mexanizmini qıraraq, müalicəvi təsir də göstərir. Tərkibinə kişi cinsi hormonlarının təsirinin qarşısını alan maddələr daxil edilmiş preparatlar da vardır ki, bunların sayəsində tüklənmə kimi əlamətləri də aradan qaldırılır. Əgər xəstə hamilə qala bilmədiyi üçün müraciət edibsə, bu zaman müalicənin istiqaməti follikul yetişməsinə doğru olur. Bu məqsədlə ovulyasiyanı işə salan preparatlardan istifadə edilir.

Dr. Sevinc Qehremanova


Şərhlər: 6
Baxılıb: 1042
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aydan Habili
hee Allah uzaq etsin gerey mende yoxlanam cox qorxuram bele xesteliklerde ama mende gecikme ve adi gunlerde agri hiss olunur
3 aprel 2016 15:58
# 6
Menim balam
pis xestelikdir sonu sonsuzluga sebeb olur.
3 aprel 2016 02:30
# 5
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
vipbetul
lazimli melumatdir hekime vaxtinda gerek muragiyet olunsunki dahada aqirlasmasun
3 aprel 2016 01:09
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aysegul-93
Mende her ay gecikme olur (((
3 aprel 2016 01:06
# 3
BARBI
Qadinlarda cox yaranan problemlerdir. Qorxulu birsey deyil . Mualice neticesinde yox olur
2 aprel 2016 21:36
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Məlumatım var bu barədə,nəinki bu haqqda qadınlara aid olan ginekoloji problemlərin hər birindən məlumatlıyam,ya başıma gəldiyi üçün bildiklərim olur yada oxuyub məlumatlandığıma görə)
Subay qadınlarda ilk olan zamanlar gec -gec olması normaldı ən uzağı altı bir ay,əyər bu gecikmələr baş verərsə demək hormonal dəyişkənliyi baş tutur üzdə səpmələr olur yada yuxarıda qeyd edildiyi kimi tüklənmə olur mütləq həkimə müraicət etmək lazımdı yoxsa gələcəkdə evlənəndə hamiləlik mövcud olmur.
Evli xanımlarda folikul partlamamaları,indiki bir çox xanımları şikayət etdiyi başlıca problemlərdən biri.Çoxlu müalicələr almaq lazımdı hər şeyin normasına salmaq üçün,amma menusturiyasiyani normaya salan dərmanlar deyərdim ki,baş aldıcıdı bir müddət hər şeyin düzəldiyini görməklə bərabər kökəlmə gedir qadında.Məndə istifadə etmişəm amma kökəltdiyinə görə ara verdim.Ən yaxşı həkimi bilib onun məsləhətlərini əməl edəsən pul xatirinə işləyənlərin yox...
2 aprel 2016 21:18
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz