Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Abortun növləri
Abortun növləri
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 2165
Səs ver:
Abortun(uşaq salma)zərərlərindən çox danışmaq olar. Hər birimiz bilirik ki,abortlardan mümkün qədər qaçınmaq lazımdır..
İlk uşağını abort edənlər isə unutmamalıdır ki,ana olmaq üçün bəlkə də ən son şanslarını öz əlləri ilə məhv edirlər,çünki ilk uşağı süni yolla salmaq çox vaxt sonsuzluğa gətirib çıxardır.Müasir tibbi üsullara,süni mayalanmalara da çox güvənməyin,15 % hallarda belə hamiləliklər doğuşla nəticələnir,üstəlik bu maddi və mənəvi cəhətdən yorucudu… Süni abort Təbii ki,yaranmış vəziyyətdən yeganə çıxış yolunu abortda görən hər bir qadının özünə görə səbəbləri var,bunlara tibbi göstəriş də daxildir. Əgər siz həqiqətən də bu addımı etməyə qərar vermisinizsə,son dərəcədə ehtiyyatlı olmalısınız ki,orqanizmə daha böyük ziyan vurmayasınız.
Abortxanaları olan istənilən ginekoloji xəstəxanalarda abort eləyirlər.Hamiləliyi sonlandırmaq üçün xüsusi analizlər(ginekoloji yaxmalar,RW və VİÇ) və sizi müayinə edən həkimin göndərişi olmalıdır.Bu göndərişdə,hamiləliyin olması,müddəti ,aborta göstəriş və məsləhət olunan abortun növü qeyd edilir. Hamiləliyin süni yolla sonlandırmağın aşağıdakı növləri var:

1.Medikamentoz(dərmanla) abort–0-8 həftəyə qədər
2.Mini abort–5-6həftəliyə kimi
3.Tibbi abort–6-12 həftəyə qədər Məsləhət görərdim ki,əgər bu addımı atmağa qərar vermisinizsə,yalnız bu 3 üsuldan birinə müraciət edəsiniz və təbii ki,yüksəkixtisaslı peşəkar həkimin köməyi ilə.Yerdə qalan digər üsullar kriminal abortlar adlanır və qadın həyatı üçün ağır xəsarətlər törədə bilərlər. DİQQƏT!!! Heç vaxt özbaşınıza arzuolunmaz hamiləliyi sonlandırmağa çalışmayın.Çox ehtimal ki,siz müxtəlif mexaniki,kimyəvi və temperatur üsulları ilə düşüyə yol aça bilərsiniz,amma nə qiyməti…özünüzü riskə atmayın! Abortdan sonra alınan təhlükəsizlik tədbirləri: Süni abortdan,eləcə də özbaşına baş vermiş düşükdən sonra ciddi ağırlaşmalar olmaması üçün,qadın bir neçə müəyyən olunmuş qaydalara riayət etməlidir.

1.Abortdan sonra ilk iki həftə istənilən növ fiziki işdən uzaq durmalı;
2.Üç həftə ərzində cinsi əlaqədə olmaq qadağandır,çünki bu yolla,abortdan sonra böyük açıq yara vəziyyətində olan uşaqlığa infeksiya yoluxdurula bilər;
3.Uşaqlığın yığılmaları normal olsun deyə,vaxtlı vaxtında sidik kisəsi və bağırsağını boşaltmalıdır;
4.Qadının ümumi vəziyyəti nəzarət altında saxlanılmalıdır,hər gün hərarəti ölçülməlidir.Əgər vəziyyəti pisləşərsə,qanlı ifrazatlar olarsa,qarnın aşağısında ağrı yaranarsa həkimə müraciət etməlidi;
5.Cinsiyyət orqanlarının gigiyenasına xüsusi diqqət yetirmək lazımdır.Gündə iki dəfə zəif marqanslı su ilə yuyunmaq,alt paltarını tez-tez dəyişmək lazımdır;
6.İlk iki həftə yalnız duş qəbul etmək olar..Vanna qəbul etmək,hovuzda,çayda,dənizdə çimmək qəti qadağandır.!
7.Abortdan sonra menstruasiya siklləri ondan öncə necə idisə elə olmalıdır.Tez olması,yaxud ləngiməsi hallarında həkimə müraciət etmək məsləhətdir.İntim həyata menstruasiya olandan sonra başlamaq olar,kontraseptivlərdən istifadəni unutmamaq şərtilə.

Abortun nəticələri

Hamiləliyin yarıda sonlandırılması həqiqətən sarsıdıcıdı.Qadın orqanizmi şok yaşayır,belə ki,bütün orqan və sistemlər embrionun inkişafı üçün səfərbər olduqlarından,onun kənarlaşdırılmasından sonra çaşqınlığa düşürlər.Hormonal,immun,böyrək-qaraciyər funksiyasında,arterial təzyiqin tənzimlənməsində,dövran edən qanın həcmində disbalans yaranır.
Qadın əsəbi olur,yuxusu pozulur,əzginlik artır. Bir sözlə infeksion və iltihabi xəstəliklərin törədiciləri olan istənilən növ infeksiyanı.

Dr. Sevinc Qehremanova


Şərhlər: 10
Baxılıb: 2165
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Leylas
Onun da novleri olur ?! Her neyse Allah uzag elesin...
1 aprel 2016 11:35
# 10
Ekizlerin mamasi
Çox qorxuram abortdan. Bilərəkdən can almaq pis hereketdir
1 aprel 2016 00:46
# 9
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
abortun gunahsiz gucsuz adami oldrmeyin novlerimi olur
1 aprel 2016 00:06
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Özümü yalandan mələk göstərib eləməmişəm deyə bilmərəm,etmişəm bir dəfə oda həkimlərin səhfi ucbatından.Problemim varıydı ginekoluqa müraciət elədim müalicə alım deyə,hətta yoxlanışda övladım yoxdu deyə sualınıda verdim qarşlığında aldığım cavab yox oldu,daha nə bilərdim ki,sonu pis fəsadlara gətirib çıxarda bilər,çox ağır müalicələr aldım antibiotikdən tutmuş müxtəlif növ dərmanlarına qədər,mən bu müalicələri alarkən sən demə övladım bətnimdə inkşaf edirmiş,dərmanları atdıqxa yaxşılaşmağa doğru getmək əvəzinə əksinı dahada pis oluram duranda otura bilmirəm, oturanda dura başım dəhşət hərlənir addım ata bilməyəcək qədər ağrılarıma artıq dözə bilmirdim on iki gün dərmanları qəbul etdim bəlkə dərmanlar ağırdı deyə belə pis təsir edir özümə təskinlik verirəm,arıtq dözə bilməyib yenidən həkimə müraciət elədim,həkim yokanış zaman simasının dəyişdiyini hiss etdim nə olduğunu soruşsamda açıqlama vermədi məni sırazı üziyə göndərdi,üzidə eşitdiyim sözdən sonra şoka girdim dondum qaldım,necə yəni dedim o qədər ağır dərmanlar qəbul etmişəm o övlad nə hala düşər dedim ,onlarda təsdiq etdilər sənə yüz faiz deyə bilmərik ki,övladın sağlam doğular(ya kar olar yada başqa problemlər)abortu məsləhət gördülər ,məndə eşitdiyim üst üstə sözlərdən əsəblərim pozuldu getdim həkimin üstünə belə səhfin necə etdiyi üzrə bir açıqlama istədim məhkəməyə verəcəkdim sadəcə vaxtilə uzun zamandı övladım olmadığında bunun sahəsində ilk övladımı qucağıma almışdım deyə şikayət etmədik birdə başqa bir həkimin eləməyin bir iki sözündən sonra heçnə etmədik.Bunları yazmağımda səbəb hər zaman ehtiyatlı olmaq lazımdı ,bəzən yaxşı bildiyimiz həkimlərində səhfləri olur.
1 aprel 2016 00:01
# 7
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Marta
Abort evde oz usullarinla cox tehlukelidir.bir parcasi bele iceride qalsa qanda zeherlenmeye daha sonra olume getirib cixarir..istemeden olunmus abort hecdə, bilerekden abort olunursa calisilmalidirki qacinilsin bu veziyyetlerden cunki bedelini hec vaxt odeyemeyeceyin boyuk bir gunahdir. Usaq istemirsense qorun...
31 mart 2016 23:42
# 6
Немного терпения, и у тебя все получится..
BARBI
Cox cetin proseduradir. Abort etdirmek bir cox fesadlara yol aca biler. Bunun ucun hamilelikden qorunmaq lazimdir
31 mart 2016 22:36
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Zuzu26
Mende elətdirmemisem ama cox qorxruram
31 mart 2016 22:34
# 4
Mən bu həyatda ən çox ana olmağı sevdim
Aynur00
bəBir defe mende hamile qaldim 6 ildi olmurdu... 1 aylıqdı düşdü naxçıvanda abort elediler iynesiz ağrılar içinde öldüm dirildim.. heçvat unutmaram o qeder ağladımki uşağım düşdüyü üçün.. heçkim meni sakitleşdire bilmirdi...Allah heçkime qismet elemesin...Allah heçkimi uşaqsızda qoymasın.. Amin.. yaxşı meslehetlerdi.tşk

Bir defe mende hamile qaldim 6 ildi olmurdu... 1 aylıqdı düşdü naxçıvanda abort elediler iynesiz ağrılar içinde öldüm dirildim.. heçvat unutmaram o qeder ağladımki uşağım düşdüyü üçün.. heçkim meni sakitleşdire bilmirdi...Allah heçkime qismet elemesin...Allah heçkimi uşaqsızda qoymasın.. Amin.. yaxşı meslehetlerdi.tşk[/quote]
31 mart 2016 21:58
# 3
Heyat yaşaya bilmediklerimiz belkeler,yaşadığımız kaşkiler, ve üreyimizde saxladığımız ne iselerden ibaretdir....:-)
ayka95
Abort dogurdanda cox tehlukelidi.Menim dermana ustunluk vererdim
31 mart 2016 21:51
# 2
Barbaris
Abort hec vaxt etdirmemiwem etmeremde
31 mart 2016 21:07
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz