Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğum sonrası qanamalar
Doğum sonrası qanamalar
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1622
Səs ver:
Doğum sonrası qanamaların 4 səbəbi ola bilər:
Bütün dünyada ana ölümlərinə səbəb olan ən əhəmiyyətli səbəb doğum sonrası qanamalardır.
Doğum sonrası qanamalar doğum son dövründə, yəni körpənin anadan ayrılması zaman təxminən 1000 ml deyil daha çox qanama olmasıdır. Normal yolla doğumlarda qan itkisi sezəryan ilə doğumlardan daha azdır. Hamiləlik əsnasında meydana gələn dəyişikliklər sayəsində ananın qanı daha sulu olması səbəbiylə təxminən 1-1,5 lt qan itkisi ola bilir. Hamiləlik dövründə kafi və balanslı bəslənməyən və dəmir dəstək müalicəsi almayan xəstələrdə bu vəziyyət daha sıx görülür, əlavə olaraq daha az qan itkisi daha çox olur.

1- Rəhm əzələlərinin sıxıla bilməməsi (uterin atoni): Doğum sonrası qanamaların ən əhəmiyyətli səbəbidir. Rəhmin həddindən artıq gərilməsinə səbəb olan vəziyyətlər polihidroamnion (suyun çox olması), iri körpə, sürətli və ya uzanmış doğumlar, miyomlar qanamağa səbəb ola bilər.
2- Rəhmdə qalan məhsullar: Ana rəhmində ciftin parçasının qalması və ya yapışmasına bağlı olaraq qanama görülə bilər.
3- Genital bölgənin alt qisiminin zədələri: Doğum kesiyi (epizyotomi), müdaxiləli doğumlar yəni forceps və ya vakuumla doğuma bağlı olaraq uşaqlıq divarında və ya rəhm ağızında yaranan cırıqlara bağlı qanamalar ola bilər.
4- Rəhmin cırılması (uterin rüptür): Keçirilmiş rəhm əməliyyatlarına (sezəryan, miyom əməliyyatı, rəhm içi pərdə əməliyyatları) bağlı olaraq bu əməliyyatlardan sonra xüsusilə, normal doğum sınanması nəticəsində bu tip qanamaların olması mümkündür və nəticələri olduqca çətin ola bilər. Bu səbəblə daha əvvəl rəhm əməliyyatı keçirmiş hamilələrin doğumu normal yolla etmək istəmələri halında həkimi ilə məsləhətləşməsi vacibdir.
5- Laxtalanma pozuntusu: Amniyon maye (embolisi) hamiləliyin artırdığı yüksək təzyiq, plasenta dekolmanı (körpənin vaxtından əvvəl doğulması), ölü hamiləliyin fərq edilməyib uzun müddət ananın bətnində qalması kimi səbəblərə bağlı inkişaf edən qanamalardır.

Necə müalicə edilir?
Doğum sonrası qanama zamanı ilk addım xəstənin təzyiq və nəbzini normaya salmaq və qanamanı dayandırmaqdır. Bunun üçün xəstəyə əvvəlcə itirdiyi miqdarda maye(sistem) qoşulur. Bu səbəblə klinikaya müraciət edən bütün hamilələrin qan qrupu daha ilk müraciətdə bilinməlidir. Qanamanın əsl səbəbinə istiqamətli müalicə tətbiq olunmalıdır. Buradakı əsas məqsəd əvvəlcə rəhmin qorunmasıdır. Ancaq rəhmdən qaynaqlanan qanamalarda bəzən ən son çarə olaraq qanamanın dayandırıla bilməsi üçün rəhmin götürülə bilməsidir.

Dr. Sevinc Qehremanova


Şərhlər: 6
Baxılıb: 1622
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Menim balam
MENDE 40 GUN QANAXMA OLDU. DOGANAN SORA BUZ QOYURLAR QARNİNA
28 mart 2016 02:52
# 6
ayka95
mende 7 gun davam etdi ondan 7 ay sonra ayibasi oldum
27 mart 2016 22:35
# 5
Roza
Mən 40-gün olmadim çox oldum poçti 2-ay.
1-ay üstündən keçdi ay başi oldum.
Məndə çox olurdum həddindən çox,səbəbi mioma idi.
27 mart 2016 19:44
# 4
....
Aycelice
ilk hamileliyimdi dogusdan cox qorxuram deyilene gore cox agrili bir prasesdir 18
27 mart 2016 19:26
# 3
vipbetul
hamile xanimlar oxusun
27 mart 2016 17:54
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Dogum sonrasi qanaxma qadinda 40 gun davam edir. Cox qanaxma olarsa bu tehlukelidir. Hekim nezareti altinda olunmasi mutleqdir
27 mart 2016 16:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz