Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Döş xərçəngindən uzaq olun!
Döş xərçəngindən uzaq olun!
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 710
Səs ver:
Döş xərçəngi ölümə səbəb olması baxımından ağciyər xərçəngindən sonra ikinci yerdədir. Ancaq həyat vərdişinizə çevirməniz lazım olan sadə tədbirlərlə döş xərçənginin riskindən böyük nisbətdə qorunmaq mümkündür.

Formanızı qoruyun İdeal çəkiyə sahib olan qadınların artıq çəkili olanlara görə menopoz dövrü sonrası döş xərçənginə tutulma riskləri daha azdır. Çünki, piylənmə qadınlarda qandakı cinsiyyət hormonları və insulinin artma faktorundan biridir. Bütün bu faktorlar da döş xərçəngi baxımından risk meydana gətirir. Həftədə ən az 4 gün idman edin Daimi olaraq edilən idman çəkiyə nəzarəti təmin edir və risk faktoru olan yüksək estrogen səviyyəsini balanslaşdırır. Bundan başqa, immun sistemini də gücləndirir. Tədqiqatlar menopozdan əvvəlki dövrdə həftədə ən az 4 gün nizamlı olaraq idman etməyin döş xərçəngi riskini azaltdığını göstərir...

Menopozdan sonrakı dövrdə nizamlı olaraq edilən idman daha da əhəmiyyətli hala gəlir. Çünki, bu dövrdəki çəki artımı estrogen səviyyəsini yüksəldir və döş xərçəngi riskini artırır.
Əti məhdudlaşdırın, tərəvəz və meyvəyə üstünlük verin Tərkibində yağ miqdarı yüksək olan qidalardan uzun müddət istifadə etdikdə qandakı estrogen səviyyəsi yüksəldiyi üçün döş xərçəngi riski artır.
Həftədə 5 dəfə qırmızı ət yeyilməsi zamanı döş xərçəngi riskində artım olduğunu göstərən tədqiqatlar da var. Bu səbəbdən döş xərçəngindən qorunmaq üçün qırmızı ətdən çox istifadə etməyin. Gündə 5-6 porsiya meyvə-tərəvəzdən istifadə edin. Çünki, tərəvəz və meyvələrin tərkibindəki antioksidan sayəsində döş xərçənginin inkişaf riski 25 % azala bilir. Yağdan istifadəni azaldın Bədəninizin yağ faizini ideal səviyyədə tutaraq döş xərçəngi riskini azalda bilərsiniz. Aldığınız total enerjinin yalnız 20-25 %-i yağdan gəlməsinə diqqət edin.

Uşağınızı bol-bol əmizdirin Əmizdirmə həm ananın, həm də körpənin xərçəngə tutulma riskini azaldır. Xüsusilə, körpənizin böyüməsində bir problem yoxdursa və həkiminiz lazim bilmirsə, körpnizi 6 ay yalnız ana südü ilə bəsləyin. 30 yaşından əvvəl ana olun. Edilən araşdırmalara görə, ilk uşağını 30 yaşından sonra dünyaya gətirmiş qadınlarda döş xərçəngi nisbəti 20 yaşından əvvəl ana olanlara görə 2 qat artır.
Bunun səbəbi isə gec yaşda uşaq doğan və ya heç doğmayan qadınların döşlərinin kanserojenik maddələrdən daha çox təsirlənmələridir. Bu qidalara üstünlük verin! Yaşıl çay: Tərkibindəki polifenollar sayəsində döş xərçəngindən qoruyucu xüsusiyyəti var. Gündə 1 fincan yaşıl çay içməyinizdə fayda var. Balıq:Tərkibindəki omeqa-3 yağ turşusu, EPA sayəsində xərçəng risk meydana gəlməsini azaldır. Həftədə 1-2 dəfə balıq yeyin. Kök, balqabaq, gül kələm:
Xüsusilə menopozdan sonrakı dövrdə qadınlarda antiestrogen təsir göstərərək xərçəngin meydana gəlmə riskini azaldır.
Tam taxıllı qidalar, küncüt toxumu, sarımsaq, zeytun yağı, ərik, şaftalı, armud, üzüm, balqabaq və albalı da lignan baxımından zəngin digər tərəvəz və meyvələrdir.
Süd və süd məhsulları: Az miqdarda kalsiumlu qidalardan istifadə edən qadınlarda döş xərçəngi riski artır. Süd, qatıq, pendir və süd məhsulları kalsium baxımından zəngin qidalardır. Yağsız və ya az yağlı qidalardan istifadə etmək həm çəkini qoruma, həm də xərçəngdən qorunma baxımından faydalıdır. Bu qidadan uzaq durun Kətan toxumu:
Əvvəllər estrogen səviyyəsini azaldaraq qadınlarda hormonla əlaqədar xərçəng meydana gəlməsi riskini azaltdığı deyilsə də, son zamanlar şiş əmələ gəlməsini artıra bildiyii barədə tədqiqatlar var.


Şərhlər: 4
Baxılıb: 710
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: qanadli melek
Son illerden en cox yayilmis xestelikdir ozumuzu qorumaliyiq cekimize,qidalanmamiza diqqet etmeliyik.uzaq olsun
23 may 2016 16:59
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
cox yayilan mualigesi cein olan xesdelikdir Allah hec kime gorsetmesin AMin insallah
23 may 2016 10:27
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Son illerden en cox yayilmis xestelikdir ozumuzu qorumaliyiq cekimize,qidalanmamiza diqqet etmeliyik.uzaq olsun
23 may 2016 10:16
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Dos xercengi qadinlarin belasidir. Ona gore tez tez hakim muayinesinden kecmek mutleqdir
23 may 2016 09:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz