Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mastopatiya qorxuludurmu
Mastopatiya qorxuludurmu
Göndərən: ulduz
Şərhlər: 10
Baxılıb: 1147
Səs ver:
Onda mastopatiya nədir?

Mastopatiya qadınlarda çox rastlanan döş ağrısı və süd vəzisi kistalarına şərq tibbində verilən addır; qərb tibbi mastopatiya terminindən istifadə etmir. Döş ağrısı və süd vəzisindəki kistalar isə heç bir zaman həyat təhlükəsi yaratmır.

Bugünün müasir tibbində həm xəstəliklərin diaqnostikası və izahı, həm də müalicələri dəlilə əsaslanır. Əgər bir insana hər hansı bir diaqnoz qoyursunuzsa, bu diaqnoz tibbi testlər və analizlərlə resmiləşdirilməli və dəqiqləşdirilməlidir. Buna qərbdə DƏLİLƏ ƏSASƏN tibb tətbiqi deyilir (evidance-based medicine və ya evidance-based practice). Tibbi tətbiqlər bu qaydaya uyğun aparılmalıdır.

Azərbaycanda mastopatiya üçün ümumi olaraq radioloji raportlarda istifadə edilən termin budur: fibroz kistoz mastopatiya. Bəs döş ağrısı və kistalar üçün qərb tibbi hansı termindən istifadə edir?

Keçmiş illərdə döşün radioloji müayinəsində fibroz toxumanın artdığı bir neçə yerdə kistaların görüldüyü və bununla əlaqədar döş ağrısı olan xəstələrdə fibro-kistik xəstəlik (fibrocystic disorder) deyilirdi. Ancaq bunun çox yayılmış olduğunun anlaşılmasına görə xəstəlik (disorder) sözündən vaz keçildi və onun yerinə fibrokistik dəyişikliklər (changes) terminindən istifadə edilməyə başlandı.

Qərb tibbi yaxın zamanda bunu gördü: fibrokistik dəyişikliklər əslində qadınlarda dəyişən hər esterogen və progesteron hormonlarına süd vəzisinin fizioloji bir cavabıdır, uşaqlığın hər ay qanaxma ilə cavab verməsi kimi. Bu həqiqətin anlaşılması üzərinə süd vəzisindəki bu vəziyyət yenidən adlandırıldı: fibrokistik döş paterni.

Bugün qərb dünyasında döş ağrısı və süd vəzisi kistaları üçün radioloji raportlarda istifadə edilən diaqnoz süd vəzisinin fibrokistik strukturu (fibrokistik patern) cümləsidir. Bu, qadınlarda çox rastlanan bir vəziyyətdir və günümüzdə xəstəlik olaraq qəbul edilmir.

Süd vəzisinin fibrokistik quruluşu, yəni bu kistalar və ağrı hər qadında rastlanmasa da, bir çoxunda müşahidə edilirdi. Süd vəzisinin hormonlara verdiyi cavabın bir az çox olması idi işin əsli.

Sonrakı araşdırmalar, illərlə süd vəzisinin fibrokistik quruluşu ilə süd vəzisi xərçəngi arasında əlaqə olub olmadığı üzərində aparıldı. Nəticə: fibrokistik quruluşlu süd vəzisi ilə xərçəng arasında kiçik belə olsa, elmi əlaqə tapılmadı.

Qərbdə fibrokistik strukturlu süd vəzisi Azərbaycanda (fibroz kistoz) mastopatiya olaraq adlandırılan bu vəziyyət əslində süd vəzisinin fizioloji bir halıdır. MASTOPATİYA, BİR XƏSTƏLİK VƏ YA SİNDROM DEYİL. HEÇ BİR TƏHLÜKƏSİ VƏ ZƏRƏRİ YOXDUR. MÜALİCƏ EDİLMƏSİNƏ EHTİYAC YOXDUR. MÜALİCƏSİNİN DƏ BİLİNƏN BİR METODU YOXDUR.
Mastopatiyanı müalicə etməyə çalışmaq, aybaşı qanaxmasını müalicə etmək kimidir.


Şərhlər: 10
Baxılıb: 1147
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Marta
Allah her bir qadinlari qorusun bele xesteliklerden..
27 mart 2016 00:51
# 10
Немного терпения, и у тебя все получится..
Tomris Müslümova
Matopatiyanın simptomları xərçəngin simptomları ilə üst-üstə düşür.Bəzən elə anlaşılır ki,xərçəngdir ancaq dərindən yoxlanılıb analiz vermək lazımdır.Allah hər qadından uzaq etsin.Təhərsiz bəladı.
26 mart 2016 20:44
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Mastapotiya elede qorxulu problem deyil. Cox qadinda yaranir. Mualiceside asanddir. Esas odurki sagalacagina inanasan
26 mart 2016 20:13
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Usaqa sudunu vermeyen qadinlarda daha cox olur menbilen. Allah qorusun bizleri bele xesteliklerden.
26 mart 2016 18:27
# 7
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
lale.veliyeva19
müalicə olunmazsa pis xəstəliyə çevrilə bilər ALLAH uzaq eləsin
26 mart 2016 17:39
# 6
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Aycelice
mendede olub mastopatiya hec bir mualice etmedim hekim meslehet bilmedi oz ozune cekiib getdi soradan
26 mart 2016 16:45
# 5
vipbetul
Allah uzaq elesin qadinlarda en cox yayilan xesdelikdir
26 mart 2016 16:39
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Mende aybawi qabagi olurdu agri,herden cox pis dozulmez agriyirdi hetta.ama bu haqda anlayiwi olmayanlar adami daha da qorxuzur,yanlarinda deyen kimi o saat diaqnoz qoyurlar,az vaxtinda hekime gosteree iraq olsun pis xesteliye cevriler.bax bu movzunu onlara oxutmaq lazimdi,bilsinler ki,xercengle hec bir elaqesi yoxdu eslinde.ama yene de tibbi muayine vacibdir.
26 mart 2016 16:02
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
yarpaq33
Kim deyirki mualicesi yoxdur elbetteki var duzdu bir defelik sagalmasada agrilar yungullewir dow agrisina dozmek cetindi mueyyen pereparatlar var ki agrilarin azalmasina komek edir buda cox vacibdir
26 mart 2016 15:51
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Barbaris
mende arada agriyir uwaqdan sora agrimaqa bawladii
26 mart 2016 14:53
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz