Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xanımların diqqətinə: mastopatiyadan yaxa qurtarmağın yolları
Xanımların diqqətinə: mastopatiyadan yaxa qurtarmağın yolları
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 746
Səs ver:
Onkoloq Günay Əhmədovanın yazısını təqdtim edir.
İndi siz mastopatiyadan yaxa qurtarmaq üçün həkim müalicəsi ilə yanaşı, özünüzdən asılı olan və hər bir xanımın yerinə yetirə biləcəyi qaydalarla tanış olacaqsınız. Diqqətli olun və dediklərimizi yadda saxlayıb əməl edin. Bilin ki, müasir dövrdə bu xəstəliyin müalicəsi əsasən onu yaradan səbəbdən asılı olaraq aparılır. Çünki qadının süd vəzində yaranan mastopatiya orqanizmdəki bəzi xəstəliklər nəticəsində əmələ gələn fəsaddır. (Bu məqama biz əvvəlki söhbətlərimizdə toxunmuşuq.) Ona görə də ilk növbədə mastopatiyaya səbəb olan amilləri aradan qaldırmaq lazımdır: məsələn, bizi əzən psixoloji təzyiqi, vücudumuzda əmələ gəlmiş hormonal disbalansı, ginekoloji xəstəliklərimizi, qara ciyərin disfunksiyasını və s.

Hə, əziz xanımlar. Bilirəm ki, sizi ən çox qorxudan döşünüzün əməliyyat olunması ehtimalıdır. Yadda saxlayın ki, təyin ediləcək müalicənin növü (cərrahi, yaxud konservativ yol) yalnız yekun diaqnoz qoyulandan sonra dəqiqləşir. Öncə araşdıraq görək, konservativ müalicə nə deməkdir? Diffuz mastopatiya zamanı təyin olunan bu müalicə növü iki qrupa bölünür: qeyri-hormonal və hormonal. Fitoterapiya, homeopatik preparatlar, vitamin kompleksləri, mikroelementlər və bioloji aktiv qida əlavələri vasitəsilə aparılan müalicə qeyri-hormonal müalicə sayılır. Hormonal müalicə isə hestagenlər, androgenlər, antiprolaktin preparatları nəzərdə tutur. Konservativ müalicədə dərmanlar təyin olunarkən nevrozun, müştərək ginekoloji xəstəliklərin müalicəsi də nəzərə alınır, həmçinin xanımlara normal cinsi həyat sürmək, hamiləliyi doğuşla sonlandırmaq, körpəni əmizdirmək kimi tövsiyələr verilir.

Cərrahi müalicə əsasən mastopatiyanın düyünlü formalarında, axardaxili papillomada, xoşxassəli şişlərdə və solitar kistalarda təyin olunur. Lakin mammoloq kimi qeyd etməliyəm ki, cərrahi əməliyyat bu xəstəliyin səbəbini aradan qaldırmır. Əməliyyatdan bir müddət sonra süd vəzinin başqa hissəsində yenidən mastopatiya əmələ gələ bilər. Ona görə də cərrahi müalicəyə seçici yanaşmaq, əməliyyatla yanaşı problemi əmələ gətirən səbəbi də araşdırmaq və tədbir görmək lazımdır.

Xanımlar bilməlidirlər ki, mastopatiyadan yaxa qurtarmaqda düzgün qıdalanmanın böyük əhəmiyyəti var. Sutkalıq rasiondakı qidalar orqanizm üçün optimal olduqda hormonal fon tənzimlənir, əks halda hormonal statusda qadın üçün təhlükəli dəyişikliklər baş verir. Düzgün qidalanma isə yalnız hər kəsin özündən asılıdır. Gəlin etiraf edək ki, heç bir həkim heç bir xəstənin sutka ərzində qidalanmasını nəzarətdə saxlaya bilməz. Özünüz gərək iradəli olasınız və zərərli qidaları qəbul etməyəsiniz. Bəs, hansı qidalar sizin üçün faydalıdır? Bax, bunu indi öyrənəcəyik.

Təbii ki, daim dərman qəbul etmək qeyri-mümkündür. Ona görə də, sağalmaq üçün ümidinizi ancaq dərmanlara bağlamayın. Diqqət edin görün, içdiyiniz bitki mənşəli dərmanların tərkibinə hansı maddələr daxildir? Bunu dəqiqləşdirdikdən sonra həmin maddələri qida vasitəsilə də qəbul etməyə çalışın.

Bu baxımdan sizə bir sıra məsləhətlər verə bilərik: Əksər mammoloqlar əmindirlər ki, mastopatiyadan əziyyət çəkən xanımlar kələm yeməlidirlər. Çünki kələmin tərkibində estrogenlərin müxtəlif toxumalara daxil olmasını blokada edən xüsusi maddələr var. Eyni xüsusiyyətə portağal, ərik, qarağat da malikdir. Vacib olan məhsulların siyahısına üzüm, albalı, mandarin, alma və kivi də daxildir. Həmçinin pomidor, təzə şüyüd, ispanaq yemək də faydalıdır. Bilin ki, "estrogenli qadınlar"ın süfrəsində paxla, lobya, noxud, qarabaşaq mütləq yer almalıdır. Həmçinin soya tərkibli dənli bitkilər potensial xərçəng əleyhinə aktivliyə malik olduqlarından qida rasionuna mütləq salınmalıdır.

Yemək-içmək məsələsində ustad olan xanımlarımız, evdə hər kəsin nazı ilə oynadığınız, hər bir doğmanızın ürəyincə olan menyu hazırlamağa çalışdığınız zaman özünüzü də yaddan çıxartmayın. Əgər süd vəzilərinizdə mastopatik problem varsa, qəhvə (kofe) içməyi azaldın; siqaretdən tamamilə imtina etsəniz, lap yaxşı olar. Gün ərzində 1 çay qaşığından artıq xörək duzu istifadə etməyin. Yağlı qidalardan, konservləşdirilmiş ərzaqdan, duzlu və hisə verilmiş məhsullardan çəkinin.

Bir məsələni də bilməyiniz vacibdir: həm kistoz-fibroz mastopatiya, həm də süd vəzi xərçəngi (SVX) müəyyən dərəcədə bağırsaqların fəaliyyətinin zəifliyindən, xronik qəbzlikdən, dəyişilmiş bağırsaq mikroflorasından, gündəlik qida rasionundakı lifli qidaların miqdarından da asılıdır. Ola bilər ki, bu halda ifraz olunmuş estrogenlər yenidən qana sorulsun. Əgər kistoz-fibroz mastopatiya probleminiz varsa, lifli qidalar çox qəbul etməyin, adekvat miqdarda (gündə 1,5-2 litr) maye qəbul edin. Estrogenlər qara ciyərdə parçalandığından, bu orqanın normal fəaliyyətinə mane olan pəhriz pozuntuları (xolestaz, yağlı qidalar, alkoqol və digər hepatotoksik maddələr) vaxt keçdikcə estrogenlərin orqanizmdəki balansını pozur. Öz növbəsində qara ciyərin funksiyasını yüngülləşdirmək və normallaşdırmaq üçün B qrupu vitaminləri, yaxud A və B vitamin kompleksi, E vitaminindən ibarət polivitaminlər qəbul edilməlidir. Çünki bu vitaminlər orqanizmdə metabolizm və hormonal disbalansı normallaşdırır, mərkəzi və periferik sinir sisteminin işini tənzimləyir, yumurtalıqların və qalxanabənzər vəzin funksiyasını qaydaya salır, immun sistemini gücləndirir və s. Məlumat üçün bildirək ki, mastopatiyanın müalicəsində əsasən A, C, E, həmçinin B qrupu vitaminlərdən (xüsusilə B6) geniş istifadə olunur. Təcrübə göstərir ki, xəstəyə bu vitaminlərin təyin edilməsi süd vəzilərində ağrıları azaldır.

Nəzərə alın ki, siklik mastopatiya zamanı (bunun əlamətlərindən biri predmenstrual sindromdur), xüsusilə əllərin və aşağı ətrafların şişməsi ilə müşayiət olunan mastopatiya zamanı menstruasiyadan bir müddət əvvəl yüngül sidikqovucu vasitələrdən (məsələn, bitki çaylarından) istifadə etmək faydalı olar. Sidikqovucular bədənin müxtəlif yerlərində toplanmış artıq mayedən xilas olmağa imkan verir.

Onu da xatırladaq ki, siklik və daimi xarakter daşıyan mastopatiya zamanı byusqalterinizi də düzgün seçməlisiniz. Elə byusqalter geyinin ki, süd vəzinin xronik deformasiyasına səbəb olmasın; xüsusən böyük və sallanan döşlərdə vəzin sıxılmasına imkan verməyin. Əks halda düzgün seçilməyən alt geyiminiz bağ aparatının gərginliyinin artmasına, döşlərinizin ağrımasına səbəb ola bilər.

Qara ciyərində problem olan xəstəyə adətən bu orqanın işini yaxşılaşdıran essensial, karsil, B qrupu vitaminləri təyin edilir. Yumurtalıqların iltihabi xəstəliklərində isə iltihab əleyhinə müalicə yazılır.

Xüsusi qeyd etmək istəyirik ki, süd vəziləri qadınlarda psixoemosional gərginliyə dərhal reaksiya verən həssas orqandır. Fikir verin, evdə və ya işdə baş verən xoşagəlməz hallar, yorğunluq, narahatlıq, depressiya dərhal süd vəzinizdə ağrı ilə müşayiət olunur. Bunun qarşısını almaq üçün sizin psixoemosional vəziyyətinizdən asılı olaraq, mastopatiyanın kompleks müalicə sxeminə bitki mənşəli yüngül sakitləşdirici preparatlar daxil edilməlidir (məsələn, "nastoyka pustırnika, nastoyka valerianı" kimi tanıdığımız damcılar). Əgər vəziyyət ciddidirsə, daha güclü təsirə malik sedativ preparatlardan istifadə olunması məsləhətdir.

Belə, əzizi xanımlar. Məsləhətlərimizə qulaq asıb əməl etsəniz, daha tez sağalarsınız. Görərsiniz ki, həqiqətən, sağlamlıq hər kəsin öz əlindədir.


Şərhlər: 3
Baxılıb: 746
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Mende de var.Allah hamiya komek olsun.
2 may 2016 18:00
# 3
Her şeye gore şukur
vipbetul
lazimli melumatdir
2 may 2016 09:57
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu qaydalara emel etmek lazimdir. Mastopatiya hal hazirda cox genis yayilmis problemdir
2 may 2016 08:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz