Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Amenore-aybaşı gecikməsinin səbəblərini
Amenore-aybaşı gecikməsinin səbəblərini
Göndərən: adsiz-a
Şərhlər: 7
Baxılıb: 1238
Səs ver:
Aybaşınız gecikdiyində, bunun səbəblərini bilmək çox əhəmiyyətlidir.Normal şərtlərdə hər ay nizamlı olaraq adət qanaxmalarında bəzən nizamsızlıqlar görülə bilər.
Amenore olaraq adlandırılan bu gecikmələrin müxtəlif səbəbləri vardır. 21 gün ilə 35 gün arasında baş verməsi halında normal dövriyyə olaraq qəbul edilən bu qanaxmaların səbəbləri mütəxəssis şəxslərə müraciət edilərək araşdırılmalıdır.
Qinekoloq sahəsinə aid olan adət nizamsızlıqları üçün xalq arasında bəzi fikirlər də vardır.
Adət gecikməsi hansı hallarda görülə bilər?

Hamiləlik
Bunlardan ən önəmlisi şərtlərin münasib olması halında ilk ağla gələcək hamiləlik ehtimalıdır. Əgər belə bir ehtimal yoxsa hormonsal pozğunluqlar və ya gələcək yaşlarda menopauza təsirilə adət gecikmələri görülə bilər.
Yaş və müxtəlif şərtlər nəzərə alınaraq bir qadının hamiləlik şübhələri HCG kimi müxtəlif testlərlə aradan qaldırdıqdan sonra digər ehtimallar üzərində dayanılmalıdır.

Stress
Həddindən artıq stress və ya qalxanabənzər vəzi kimi xəstəliklər halında görülə biləcək hormonsal pozğunluqlar, bu dövrə yaxın dərman istifadəsi, yumurtalıq xəstəlikləri də adət gecikmələrinin başlıca səbəblərindəndir.

Klimaksa keçid dövrü
«Klimaks» aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir.    Bu dövrdə adətiniz daha az  və ya daha çox gələ bilər.  Ya da daha çox və  ya  daha seyrək adət ola bilərsiniz. Əgər hamilə qalmaq istəmirsinizsə, hamiləlik əleyhinə üsullardan istifadə etmək  faydalı olar. Çünki bu dövrdə doğurganlığınız hələ də davam etməkdədir.

Səhv hesablama
Adət dövrü qadından qadına fərqlilik göstərə bilər. Ortalama adət dövrünün 28 gün olduğu deyilsə də bu hər qadın üçün etibarlı deyil. Bəzən adətinizin gecikdiyini hesab etdiyiniz zamanlarda yalnız səhv hesab etdiyinizi bilə bilərsiniz.

Çox arıq və ya kök olmaq  
Çox  kök olmaq, hormonal olaraq  adət dövrünüzü dəyişdirə bilər və  ya   tamamilə dayanmasına səbəb ola bilər. Bir çox qadın bir az arıqladığı  zaman  nizamlı  adət dövrünə  geri dönür. 
Bədəninizdəki yağ nisbəti kafi səviyyədə deyilsə, nizamlı adət olmaya bilərsiniz, ya da adət dövrünüz tamamilə dayana bilər. Ümumiyyətlə bir az kökəlmək adət nizamınızın əvvəlki kimi olmasını təmin edə bilər. Bu vəziyyət, həddindən artıq dərəcədə idman edən ya da professional idmançı olan qadınların yaşadığı adət gecikməsinin ən çox görülən səbəbidir.

Klimaks
Klimaks artıq aybaşı qanaxmalarının olmadığı bir dövrdür.
 
Xəstəlik
Keçirdiyiniz ani, qısa və  ya da uzun, davamlı bir xəstəlik, adətinizin gecikməsinə səbəb ola bilər. Bu vəziyyət ümumiyyətlə keçicidir. Xəstəliyiniz yaxşılaşdıqdan sonra adətləriniz əvvəlki vəziyyətinizə qayıdacaqdır.

Amenore üçün nə edilməlidir? 
Adət nizamsızlığı yaşayan bir qadın ilk növbədə hamiləlik testi etdirməlidir. Bu testin nəticəsində əldə edilən nəticə mənfi isə bu vəziyyətdə bir həkimə müraciət etməlidir. Digər ehtimallar isə xəstəliyi olan sahəyə aid mütəxəssislər tərəfindən aparılan müayinələr nəticəsində təyin edilir.
Beləliklə, ən optimal müalicə üsulunun müəyyən edilməsi qısa müddət içərisində aybaşı qanaxmalarının vaxtında olmasına yardımçı olacaqdır.


Şərhlər: 7
Baxılıb: 1238
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Narın Yağış
1 il belə olub gecikmə, dedilər 16 yaşına kimi normaya düşməsə həkimə müraciət etmək lazımdı.Oda tam tamaına yaşımın tamam olmasına qədər normaya düşdü deyə həkimə müraciət etməyə ehtiyac qalmadı23 Ciddi problemdir 16 yaşdan yuxarı olanlar üçün.
16 mart 2016 14:38
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
vipbetul
hekime muragiyet edib neolduqunu bilmek lazimdir
16 mart 2016 01:14
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
S.Heydarova
şükür ele bir problemim yoxdur)
16 mart 2016 00:33
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
bitanesi
mendede demek olarki 1 aydan bir ya ele olur 2- 3 ay normal ama ayri ayri vaxtlarda yada 2 ay olur bir ay olmur...olandada da agridan olurem ilk gunu...agrikesici qebul etmesem olerem...sonraki gunleri agrisiz normal olur...hemi$eden ele olub mende...
16 mart 2016 00:23
# 4
Catwoman666
Mende 2ay ya da 2 ay yarimdan bir olur))) omur boyu bu beledi))) Bilirem gecikme coxdu. Amma hec vecime de deyil)) Daha da bele olmaq xosuma gelir. Sebeb ya hansisa xestelikdir, ya da stress)) Esas odyr ki aagrisiz olur mende. Bu da menim ucun avantajdir.

...666...
15 mart 2016 23:03
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Aybasi gecikme ciddi problemdir. Vaxtinda ustune getmek lazimdir.
15 mart 2016 22:40
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
mende olmur gecikme... twk yenede
15 mart 2016 22:31
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz