Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Menstruasiya əvvəli gərginlik sindiromu
Menstruasiya əvvəli gərginlik sindiromu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2644
Səs ver:
100 qadından 40-nın mesntruasiya dövründə tam fərqli biri olduğunu bilirdinizmi? Menstruasiya əvvəli gərginlik haqqında heç bilmədikləriniz və sindromu azaltma yolları...

Bir çox qadının ortaq problemi, mesntruasiya əvvəli gərginlik sindromudur. Başağrısından hirsə qədər bir silsilə şikayətə gətirib çıxaran bu sindroma qarşı müxtəlif müalicə üsulları tətbiq olunur. Həkimlər bu vəziyyətin bir xəstəlik olmadığı üçün qadının həyat keyfiyyətini və sağlamlığını artırmaq üçün müalicə tətbiq olunduğunu ifadə edir.
Qadınlar hər ay mesntruasiya dövrlərinə yaxın fiziki və ruhi gərginliklər yaşayır. İşyeri və ailə içi mübahisələri ən çox bu dövrdə olur. Çünki qadınların xoşgörüşü, səbri, dözmək gücü ən aza enir.
Gecə davamlı narahat yuxu, şiddətli baş və qarın ağrıları, halsızlıq, həddindən artıq şirin yemək istəyi, bədbəxtlik, pessimizm duyğusu qadınları əsir alır. Hər ay təkrarlanan mesntruasiya əvvəli gərginlik sindromu olaraq təyin olunan bu dəyişikliklər, qadınların həyatını çətinləşdirir.

Menstruasiya zamanı esas əlamətlər bunlardır:

Baş ağrısı
Sinələrdə həssaslıq və dolğunluq hissi
Qarında qabarıqlıq və ağrı
Bədəndə şişə bağlı qabarıqlıq meydana gəlməsi
Şirin və duzluya iştah artması.
Ruhi bir gərginlik halı
Səbirsizlik
Romantik dalğalanmalar (bir anda gülərkən, bir anda ağlamaqlı olmaq)
Xoşgörüşsüzlük
Əsəbi və sərt davranışlar
Əgər bu göstərilənlər adamın gündəlik həyatında ciddi pozuqluqlara səbəb olmursa, müalicəyə ehtiyac görülmür. Ancaq xəstə bundan narahat olub gəlirsə, əlaqələrində qopuqluqlar yaşayırsa, peşə həyatı təsirlənirsə həkim müalicə yazır.
Menstruasiya əvvəli gərginlik sindiromunu azaldan vasitələr.
Müalicədə ilk nöqtə qadının bu mövzuda məlumatlandırılmasıdır. Bunun bir xəstəlik olmadığının izah edilməsi lazımdır.

Müalicənin öz həyat keyfiyyətini və sağlamlığını artırmaq üçün verildiyinin ifadə edilməsi lazımdır.

Sağlam bir bəslənmə əhəmiyyətlidir.Bu dövürdə yeməyə daha da çox diqqət yetirmək lazımdır.
Şokoladdan, çox şəkərli, duzlu yeməklərdən uzaq olmaq lazımdır. Təbii istəyə qarşı qan şəkərini tarazlıqda tutmaq lazımdır.
Xüsusilə mesntruasiya dövrdə kafenin ehtiva edən içkilər və qazlı içkilərdən uzaq dayanmalı, diet kola belə içilməməlidir. Bol su içilməlidir.
Qadın üçün yoldaşının,dostlarının anlayış və dəstəyi çox əhəmiyyətli. Qadınlar özlərinə zaman ayırmaq istəyirlər. Ev işləri, uşaq baxımı, iş həyatının sıxlığı səbəbiylə yorulan qadına qarşı xoşgörüşlü olmaq lazımdır.
İki müalicə variantı var: Hormonal eniş və çıxışların maneə törədilməsi lazımdır. Bu, doğum idarə həbləriylə təmin edilir. Bu həblərin istifadəsi çox əhəmiyyətlidir. 2-3 aya yayılaraq istifadə edilsə elametlər azalar. Hormonal müalicə uyğun deyilsə ya da qadın bu mövzuda mənfi düşünürsə o zaman da bu hormonal eniş çıxışların beyindəki təsirini idarə altına almaq üzrə serotonin maddəsini artıran dərmanlar istifadə edilə bilir.


Şərhlər:
Baxılıb: 2644
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz