Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bütün xəstəliklərə ciddi yanaşmaq lazımdır - Türkan Gündüz
Bütün xəstəliklərə ciddi yanaşmaq lazımdır - Türkan Gündüz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1151
Səs ver:

Türkan Gündüz: "Proktoloji xəstəliklər cüzi rahatsızlıqdan tutmuş, həyati təhlükə yaradan hallara da səbəb ola bilər”

İnsanlar arasında geniş yayılmış xəstəliklərdən biri də el arasında babasil kimi tanınan hemorroy xəstəliyidir. Əhalinin istənilən təbəqəsində rast gəlinən bu mərəzin əlamətləri və müalicə üsulları tibbin proktologiya sahəsinə aid edilir. İllər öncə olduğu kimi hazırda da ölkədə bu sahə ilə məşğul olan kifayət qədər mütəxəssis var. Amma səhiyyədə əhalinin inamını qazanmağın asan olmadığı bir zamanda xüsusilə gənc kadrların peşəkarlığı diqqət çəkir. Müsahibimiz də gənc olmasına baxmayaraq fəaliyyətinda artıq bir çox uğurlara imza atmış "Grand Hospital” klinikasının proktoloq-cərrahı, cərrahi şöbənin müdiri Türkan Gündüzdır.

 
- Türkan xanim, ilk baxişdan proktologiya sahəsi hamı üçün başadüşülən olmur. Odur ki, mutəxəssisi olduğunuz sahə haqqında məlumat verərdiniz.
- Kolo – proktologiya - ümumi cərrahiyyənin yoğun bağirsaq, düz bağirsaq, anal və perianal bölgə xəstəlikləri ilə məşğul olan sahəsidir. Bu xəstəliklərdən qəbizlik və ishal kimi bağırsağın funksional pozğunluğu daha geniş yayılıb. Sahənin digər aktual xəstəlikləri kimi isə yoğun bağırsaq, düz bağırsaq və anal nahiyyənin xoşxassəli törəmələrini, anus və düz bağirsaq çatlarını, yoğun bağirsağın iltihabi xəstəliklərini göstərmək olar.
Proktologiya yalnız yuxarıda sadalanan xəstəliklərin öyrənilməsi və müalicəsi ilə bitmir. Bura həmçinin pilonidal sist (büzdüm nahiyyəsində tük dönməsi), düz bağirsağin bəzi infeksion xəstəlikləri, ziyillər, koldiloma, popilloma kimi virus xəstəlikləri, – düz bağirsaq sallanmasi, anal daralma, doğuşdan sonrakı aralıq və anorektal travmaları da aid etmək olar.

- Bəs xəstəliyin ümumi əlamətləri hansılardır?
- Kolo-rektal xəstəliklərin ümumi əlamətləri anusdan qanın gəlməsi (qırmızı və ya laxtalanmış şəklində ola bilir), defekasiya aktında nəcisin incəlməsi, qəbizlik və ya əksinə diareyanın (ishal) olması, defekasiya aktından sonar tam rahatlanmama və təkrar–təkrar tualet ehtiyacını həyata keçirmək istəyi, defekasiya aktı zamanı ağrının olması, anus nahiyyəsində qaşıntı, dəri aşılanması, şişliklər və yaraların olması, qarında zaman-zaman izah edilə bilməyən ağrıların olması, zəiflik hissi və qan azlığı hallarının inkişaf etməsi ola bilir. Qeyd olunan şikayətlər zamanı xəstə mütləq həkimə müraciət etməlidir.

- Proktoloji problemləri olan xəstələrin çox olmasına baxmayaraq, onların əksəriyyəti həkimə müraciət etməkdən çəkinirlər. Bunun əsas səbəbi isə utancaqlıq və "ötüb keçər” fikridir. Maraqlıdır, proktoloji xəstəliklər nə dərəcədə təhlükəlidir və həkimə vaxtında müraciət olunmadıqda hansı fasadlara səbəb ola bilər?
- Xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq buna ciddi yanaşmaq lazımdır. Həmçinin də proktoloji xəstəliklərə. İlk baxışda ciddi gorünməsə də, proktoloji xəstəliklər də zaman keçdikcə və müalicə olunmadıqca ciddi fəsadlara səbəb ola bilər. Belə ki, yoğun bağirsaq (kolon) - rektum və anus xəstəlikləri cüzi rahatsızlıqlarla yanaşı həyat üçün təhlükə yaradan hallara da səbəb ola bilər. Bu xəstəliklərdə erkən diaqnostika və müalicə çox zaman xəstənin həyatı üçün yarana biləcək narahat vəziyyətləri aradan qaldıra və həyat qurtarıcı ola bilir.
Yoğun bağırsağın, düz bağırsağın istənilən patologiyası ilk mərhələlərdə çox da diqqət cəlb edən olmasa da, xəstəliyin daha irəliləyən mərhələlərində geniş mürəkkəb əməliyyatlarla nəticələnir və hətta xərçəngin yaranma riskini də artırmış olur. Təsadüfi deyil ki, bəzən xərçəng önü xəstəliklər kimi babasil, xoşxassəli törəmələr və bağırsağın iltihabi xəstəlikləri göstərilir. Unutmayaq ki, yoğun bağırsaq xərçənginin vaxtında diaqnostikası nəticəsində yaşama göstəriciləri olduqca yüksəkdir! Bəzən pasientlərin çoxu bu sahə haqqında məlumatın az olması və ya utanma kimi səbəblərdən həkimə gec müraciət edirlər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur.Mənə müraciət edən xəstələr də təsdiq edirlər ki, daha öncələr məhz utandıqları üçün həkimə müraciət etməyiblər. Xüsusən qadın pasientlərim qadın cərrah-proktoloqların Azərbaycanda olması barədə az məlumatlı olduqlarını qeyd edirlər.

- Etiraf etməliyik ki, əksər həkimlərimiz internetin imkanlarından yararlanmaqda maraqlı deyillər. Amma sizi virtual məkanda aktiv həkim kimi taniyiriq. Bu sizin fəliyyətinizə nə dərəcədə müsbət təsir edir?
- Qeyd edim ki, 2013-cu ilən facebook sosial şəbəkəsində
Ümumi - Cərrah Proktoloq Dr. Hacıyeva Türkan adı altında səhifə yaratdım və hal hazırkı dövrə kimi aktiv bir səhifə olaraq fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda yetəri qədər tanınmış və reytinqlərdə 1-ci olan Qadinlar.Biz saytında həkim-konsusltant kimi oxucuların suallarını cavablandırıram. Proktologiya barədə müxtəlif istiqamətli suallara cavab verməyə çalışıram. Təbii ki müasir dövrdə informasiya texnologiyalarının həyatımızda olan rolunu dana bilmərik və internet vasitəsilə insanların maariflənəsi, həkimlə birbaşa sağlamlığına dair problemləri müzakirə etməsi inkişafdan xəbər verən bir hal kimi qiymətləndirilməlidir. İnternetdən istifadə həmçinin digər ölkələrdn olan kolleqalarımızla əlaqə saxlamağa, fikir mübadiləsi və disskusiyalar yaratmağa da kömək edir.

- Cərrahlıq hətta kişilər üçün belə ağır bir peşə hesab olunur. Bəs zərif cinsin nümayəndəsi olaraq bu sahədə çalışmaq sizə çətin deyil ki?
- Düşünürəm ki, hər bir iş sahəsinin özünün çətinlikləri vardır. Lakin, peşəsini sevən hər bir mütəxəssis uçün işinin üstünlükləri onun çətinliklərini kölgədə qoyur. Mən deyərdim ki, əksinə iş prosesində rastlaşdığımız çətinliklər bizi daha da əzmlə sevdiyimiz sahədə fəaliyyət göstərməyə və öz üzərimizdə çalışmağa sövq edir. Odur ki, zərif cinsin nümayəndəsi olmağımdan asılı olmayaraq mən işimdə güclü insan olmaq adına çalışıram.



Şərhlər:
Baxılıb: 1151
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz