Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ginekoloji xəstəliklər və hamiləlik
Ginekoloji xəstəliklər və hamiləlik
Göndərən: emis
Şərhlər: 2
Baxılıb: 917
Səs ver:
Qadın cinsi orqanları müxtəlif xəstəliklərə çox meylli olur. Bu xəstəliklərin bir çoxu son nəticədə sonsuzluğa da səbəb ola bilərlər.
Belə xəstəliklər – uşaqlığın mioması, endometrioz, endometriyanın polipləri, uşaqlıq borularının, yumurtalıqların və uşaqlığın özünün iltihablarıdır.
Xroniki endometrit – uşaqlığın selikli qişasının iltihabı, xroniki salpinqooforit– uşaqlıq borularının və yumurtalıqların iltihabı ginekoloji xəstəliklər arasında ən çox yayılmış xəstəliklərdən hesab olunurlar. Əfsuslar olsun ki, bu xəstəliklər bir çox hallarda özlərini heç bir əlamətlə büruzə vermədən gizli şəkildə keçirlər. Buna görə qadınlar əksər hallarda bu xəstəliklərin kəskin mərhələsində deyil, onların xroniki mərhələyə keçdiyi zaman həkimə müraciət edirlər. İltihabi xəstəliklərin əsas təhlükə faktorları – cinsi yolla keçən infeksiyalar, uşaqlıq daxilinə yerləşdirilmiş hamiləliyin qarşısını alan vasitələr ("spiral”), süni uşaqsalmalar (abortlar), doğuşdan sonrakı fəsadlar hesab olunur.
İltihabi proseslərin törədiciləri içərisində stafilokokk, streptokokk, xlamidiya, mikoplazma, ureaplazma, trixomonada və s. mikrobları göstərmək olar. Əksər hallarda xəstəliyi törədən mikroblar cinsi yollardan (uşaqlıq yolu və uşaqlıq boynundan) daxil olurlar. Az-az hallarda infeksiya buraya digər orqanlardan (böyrəklər, sidik kisəsi, öd kisəsi və s.) düşmüş olur. Cinsi orqanların iltihabi xəstəlikləri zamanı sonsuzluğun baş verməsi ehtimalı 60-70% təşkil edir.
Qadın cinsi orqanlarının iltihabi xəstəliklərində ağrı, qadın cinsi yollarından olan qeyri-adi rəngli və qoxulu ifrazatların olması və s. bu kimi əlamətlər ola bilər. Ancaq bir çox hallarda infeksiya özünü heç bir əlamətlə büruzə verməyə də bilər.
Xəstəliyin müalicəsi vaxtında başlanmazsa, o, xroniki formaya keçə bilər ki, bu da qadın cinsi orqanlarında müxtəlif patologiyaların inkişaf etməsinə (məsələn, uşaqlıq borularında olan çapıqlar, uşaqlığın selikli qişasında olan dəyişikliklər və s.) səbəb ola bilər. Bütün bunlar da öz növbəsində sonsuzluq ilə nəticələnə bilərlər. Belə ki, hər iki uşaqlıq borularının keçməməzliyində (bitişmələr və çapıqlar nəticəsində) yumurta hüceyrəsi bu borularla normal şəkildə hərəkət edə bilmədiyi üçün spermatozoidlərlə "görüşə” bilmir. Bunun nəticəsində boru formalı sonsuzluq baş verir. Boru formalı sonsuzluq zamanı, laparoskopik cərrahi əməliyyat üsulundan istifadə etməklə, həkimlər uşaqlıq borusunun keçiriciliyini bərpa etməyə çalışırlar. Bu müdaxilə üsulu da effekt vermədiyi halda isə, həkimlər hamiləliyin baş tutması üçün ekstrakorporal mayalanma (EKM) üsuluna müraciət etməli olurlar.
Uşaqlığın selikli qişasının iltihabı (endometrit) zamanı, hətta müvəffəqiyyətlə keçən ovulyasiya və mayalanma nəticəsində yaranmış rüşeym, uşaqlığın iltihablaşmış olan selikli qişasına birləşə bilmir. Endometrit süni uşaqsalmadan, doğuşdan, keysər kəsiyi əməliyyatdan sonra uşaqlığın selikli qişasına düşən patogen mikrobların təsiri nəticəsində inkişaf edir. Buna görə də əgər siz özünüzdə halsızlıq, zəiflik, "səbəbsiz” olaraq temperaturun yüksəlməsi, qarının aşağı hissəsində ağrılar, cinsiyyət yollarından maye şəkilli bir qədər irin və bəzən qan qarışıqlı ifrazatın olmasını müşahidə etsəniz, dərhal həkimə müraciət etməyiniz tövsiyə olunur. Vaxtında və düzgün aparılan müalicədən sonra xəstəlik heç bir fəsad vermədən keçib gedə bilər. Belə müalicə aparılmadığı təqdirdə isə xroniki endometrit inkişaf etmiş olur ki, bu da əksər hallarda sonsuzluğa və ya hamiləliyin sona qədər çatdırılmamasına səbəb olur. Endometritin müalicəsi zamanı, əvvəlcə xəstəliyi hansı mikrobun törətdiyi aşkar edildikdən sonra, antibiotiklərdən istifadə edilməsi ilə müalicə kursu aparılır. Müalicə zamanı həmçinin, qarının aşağı hissəsinə maqnitoterapiya, yod və sink ilə elektroforez, parafin applikasiyaları və s. bu kimi fizioterapevtik müalicə üsullarından da istifadə edilir.
Uşaqlıq boynunun iltihabı zamanı onun selikli qişası tərəfindən ifraz olunan seliyin miqdarı və tərkibi dəyişmiş olur ki, bunun da nəticəsində spermatozoidlər öz hərəkətlilik qabiliyyətini itirərək, burada məhv olurlar. Bunun nəticəsində də sonsuzluq inkişaf edir.
Beləliklə, qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri – qadınlarda baş verən sonsuzluğun əsas səbəblərindən biri olub, xəstəliyə qarşı çox diqqətli olmağı və ilkin dövrlərindən başlayaraq aktiv şəkildə müalicə aparılmasını tələb edir. Əfsuslar olsun ki, bu xəstəliklər, bir çox hallarda özlərini heç bir əlamətlə büruzə vermirlər. Məhz buna görə, ildə 2 dəfədən az olmayaraq hər bir qadın həkim-ginekoloqun profilaktik müayinələrindən keçməlidir. Bu xəstəliklərin profilaktikası və ilkin diaqnostikası nəticə etibarı ilə sonsuzluğun da profilaktikasında ən əsas və vacib şərt hesab edilir.
Bildiyimiz kimi, qadının hamilə olması üçün ovulyasiyadan başqa, rüşeymin müvəffəqiyyətlə uşaqlıq divarına implantasiyası (birləşməsi) da tələb olunur. Bu isə o deməkdir ki, uşaqlığın selikli qişasının quruluşunda olan istənilən dəyişikliklər rüşeymin implantasiyasına mane ola bilər ki, bu zaman yenə də sonsuzluq baş verir. İmplantasiyanın baş verməsi üçün ən çox maneçilik törədən amil - endometriyanın hiperplaziyası və poliplər olur.
Endometriyanın hiperplaziyası – uşaqlığın selikli qişasının, quruluşunun pozulması ilə müşayiət edilən qalınlaşmasından ibarətdir. Polip isə uşaqlığın selikli qişasının hər hansı bir sahədə olan qalınlaşmasıdır. Polip bir və ya bir neçə sayda ola bilər. Endometriyanın hiperplaziyasının və poliplərin əmələ gəlmə səbəbləri – qadın orqanizmində olan hormonal pozğunluqlardır.
Bu patologiyaları müalicə etmək üçün laparoskopik üsulla uşaqlığın qalınlaşmış selikli qişasını xaric edirlər. Bundan başqa, bu zaman hormonal fonun bərpa edilməsi üçün də müalicə təyin edilir.
Əksər hallarda qadın sonsuzluğuna səbəb olan ginekoloji xəstəliklərdən biri də endometriozxəstəliyidir. Endometrioz çox tez-tez hallarda yumurtalıqla uşaqlıq boruları arasında, uşaqlıq boruları ətrafında və digər yerlərdə çapıqların əmələ gəlməsinə səbəb olur. Uşaqlıq borularının daxilində və onların ətrafında olan çapıqlar nəticəsində yumurta hüceyrəsi ilə spermatozoidlərin "görüş yolları” bağlı olduğu üçün, onlar bir-biri ilə "görüşə bilmirlər”. Bunun nəticəsində isə sonsuzluq baş verir. Bundan başqa, endometrioz yumurtalıqların normal fəaliyyət göstərməsinə də mane olur. Endometrioz nəticəsində baş verən sonsuzluğu müalicə etmək üçün endometrioz toxumasını laparoskopik əməliyyat yolu ilə kəsməklə və yandırmaqla (koaqulyasiya) xaric edirlər. Belə əməliyyatdan sonra isə, adətən, müvafiq hormonal və fizioterapevtik müalicə kursu da aparılır.
Mioma və ya fibromioma da, həmçinin sonsuzluğun səbəbi ola bilərlər. Belə ki, əksər hallarda bu düyünlər rüşeymin uşaqlığın divarına implantasiya olmasına mane olurlar. Sonsuzluğun bu formasını müalicə etmək üçün mioma laparoskopik üsulla xaric edildikdən sonra xəstəyə tələb olunan müalicə təyin olunur.


Şərhlər: 2
Baxılıb: 917
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ginekoloji cehetge adi soyuqdeyme olduqda hamile olmaq cetin olur
19 mart 2016 12:59
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hamile qalmaq isteyen xanimlar butun yoxlanislardan kecmelidir. Tam saglam olmazsa hamile qala bilmez
19 mart 2016 08:49
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz