Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dismenoreya-mensturasiya zamanı ağrılar
Dismenoreya-mensturasiya zamanı ağrılar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1845
Səs ver:
Dismenoreya-mensturasiya zamanı ağrıların meydana  çıxması ilə xarektrizə olunan patoloji haldır.Mensturasiya olan qadınların 60-70% -də bu hala rast gəlinir.
Birincili və ikincili dismenoreya ayırd edilir: Birincili dismenoreya yeniyetmə qızlarda,ilk menturasiyadan 1-1,5 il  sonra ortaya çıxır.Adətən,astenik bədən quruluşlu, emosional  həssas qızlarada  daha çox rast gəlinir. Birincili dismenoreyanın səbəbi endometriumda prostaqlandinlərin çox miqdarda sintez olunması və bu prostoqlandinlərin uşaqlığın düz əzələsini qıcıqlandırmasıdır.Bu zaman uşaqlığın əzələsində yığılmalar əmələ  gəlir ki,bunlar da ağrı şəklində özünü göstərir.Birincili dismenoreyada cinsiyyət orqanlarında heç bir üzvi dəyişiklik müşahidə olunmur.Mensturasiyanın ilk  2 günü qarının aşağı nahiyəsində belə,xarici cinsiyyət orqanlarına, qasığa, buda vuran  sancışəkilli  ağrılar  meydana çıxır. Ağrıdan başqa,ürəkbulanma,qusma,ishal,bayılma,başağrısı kimi də əlamətlər də ola bilər.Bəzi hallarda isə, bu əlamətlərdən hər hansı biri  özünü daha qabarıq  göstərərək ağrının önünə keçir.
İkincili dismenoreya isə kiçik çanaq orqanlarında baş verən üzvi dəyişikliklərlə əlaqədar ortaya çıxır.Ən çox, 30  yaşdan yuxarı,anemnezində abortlar,iltihabi xəstəliklər olan,doğmuş qadınlarda müşahidə olunur.Həmçinin endometrioz,miom,uşaqlıq daxili spiral,poliplər  və s. səbəblərdən də yarana bilər.Lakin, ən geniş yayılmış səbəbi endometriozdur.Endometrioz zamanı, ağrı mensturasiyaya 2-3 gün qalmış başlaya və bütün mensturasiya zamanı davam edə bilər.Bu ağrılar adətən, sancışəkilli olmur və düz bağırsağa irradiasiya edir.Uşaqlıqdaxili spiral zamanı da endometriumda prostoqlqndinlərin sintezi artdığından ağrı əmələ gələ bilər.Həmçinin, submukoz miomlar zamanı kəskin, sancışəkilli ağrılar ortaya çıxır. İkincili dismenoreyanın  səbəblərindən biri də qadın cinsiyyət orqanlarında olan  qüsurlardır.Bu qüsurlar adətən,menstural qanın uşaqlıqdan xaric olmasına maneələr yaradaraq ağrıya səbəb olur.
Həm birincili,həm də ikincili dismenoreyanın diaqnostikasında USM (ultrasəs müayinəsi) mühüm rol oynayır.Bu müayinə vasitəsilə ilk növbədə,uşaqlıqdaxili patologiyalar istisna olunur. Uşaqlıq qüsurının aşkarlanmasında uşaqlığın rentgenoloji müayinəsi – histerosalpinqoqrafiya mühüm rol oynayır. Histroskopiya və laproskopiya həm diaqnostika , həm də müalicə məqsədilə istifadə olunur.
Dimenoreyanın birincili və ikincıli olmasından asılı olaraq müalicəsi fərqli aparılır.Birincili dismenoreya əsasən medikamentoz yolla müalicə olunduğu halda,ikincili dismenoreya zamanı  çox hallarda cərrahi müdaxiləyə ehtiyac duyulur.

Dr. M.Leyla


Şərhlər:
Baxılıb: 1845
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz