Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri nədir?
Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri nədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1687
Səs ver:
Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri ginekoloji xəstəliklər arasında birinci yeri tutub, müxtəlif infeksiyalar tərəfindən törədilir. Bu infeksiyalara bakteriyalar,göbələklər,viruslar, parazitlər aiddir. Bu iltihabi xəstəliklərin hansı törədici tərəfindən əmələ gəlməsini bilmək, sonradan onların müalicə edilməsində mühüm rol oynayır. Törədicilər tək başına və ya müştərək şəkildə xəstəliyi əmələ gətirə bilər.Bakterial xəstəliklərin törədicilərinə qonoreya,xlamidiya,mikoplazma,ureplazma,qardnerella və s. aiddir ki,bu zaman xəstələr yaşıl-qəhvəyi rəngli köpüklü,pis iyli ifrazatdan,cinsi əlaqə zamanı ağrıdan, sidik ifrazı göynəmədən şikayət  edirlər. Bu şikayətlərin hamısının bir xəstədə olması mütləq deyil.Belə ki,hər bir qadında bu və ya digər şikayət qabarıq ola bilər.Həmçinin infeksiyanın hansı cinsi orqanda iltihab törətmısindən asılı olaraq da şikayətlər dəyişə bilər.Məsələn,iltihab cinsiyyət orqanlarının aşağı şöbələrindədirsə əsas əlamət pis iyli,yaşımtıl rəngli ifrazat olduğu halda,yuxarı şöbələrdə olduqda əsas əlamət çanaq nahiyəsində olan və belə vuran ağrılar olur.
 İltihabi  xəstəliklərin yaranmasında qadın cinsiyyət orqanlarında diaqnostik və cərrahi məqsədlə aparılan manipulyasiyaların xüsusi rolu var.Belə ki,bu manipulyasiyalar toxumaların tamlığını pozur və cinsiyyət yollarında olan törədicilər zədələnmiş nahiyəyə keçərək iltihabi xəstəlik yaradır.Həmçinin orqanizmin ümumi müqaviməti və yanaşı gedən xəstəliklər də iltihabi prosesin əmələ gəlməsində rol oynayır.Burda həm də qadınların şəxsi gigiyena qaydalarına əməl etməsi də mühüm yer tutur. Qadınlar şəxsi gigiyena qaydalarını icra edərkən, bəzi hallarda uşaqlıq yolunun içini də yumalı olduqlarını düşünürlər. Ancaq bu tamamilə yalnışdır,çünki uşaqlıq yolu daxili duşla yuyularkən orda yerləşən normal flora da pozulur. Yəni uşaqlıq yolu üçün lazımlı,laktobasillər adlanan mikrobları da məhv etmiş olurlar.
Şikayətlər olmasa belə, mütamadi olaraq profilaktika məqsədilə həkim ginekoloqun müayinəsində olmaq, təzə  baş qaldırmış xəstəliyin vaxtında aşkar olunub  asanlıqla müalicə olunması sizin üçün vacibdir.

Dr. M.Leyla


Şərhlər:
Baxılıb: 1687
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz