Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aybaşı zamanı ağrılar
Aybaşı zamanı ağrılar
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 962
Səs ver:
Aybaşı zamanı ağrıyırsınızmı? Ağrıdan azad olmaq üçün sadə qaydalar...
Bir çox qadın və qızlar "kritik" günlər kimi adlandırılan dönəmdə bəzi narahatlıqlarla rastlaşırlar. Qarın nahiyəsində sancılar olur ki, bu da ən çox işgüzar xanımlara narahatlıq törədir. Evdə olan xanımlar bu kimi ağrıların öhdəsindən daha rahat şəkildə gələ bildikləri halda, işgüzar xanımlar üçün kollektiv daxilində bir sıra narahatlıqlara yol açır. Əgər siz aybaşı zamanı qarın ağrısı, mədə bulantısı və başgicəllənmədən əziyyət çəkirsinizsə, adi qaydalara əməl edərək bu kritik günlərinizi az da olsa, rahatlatda bilərsiniz. İlkin olaraq aybaşı zamanı qarın nahiyəsində olan ağrıların hansı səbəbdən yarandığını anlamaq lazımdır. Kritik günlərin narahatlıq üçün ən böyük səbəbi - bioloji aktiv maddə olan "prostaglandin"dir. Bu maddə əsas qadın orqanına ( uşaqlıq ) və eləcə də onu qanla təmin edən qan damarlarına mənfi təsir göstərir. "Qırmızı " təqvim günü yaxınlaşan zaman, prostaglandinin konsentrasiyası artır. Elə bu səbəbdən damarlarda qıcolma olur ki,uşaqlığa qan gedir və qadınlar işemik ağrı yaşamağa başlayırlar. Bundan əlavə, uşağlığın hamar əzələsinin yığılması nəticəsində qıcolma artır.

Aybaşı zamanı ağrı ilə nə etməli?
Qızlar və qadınların çox qismi çıxış yolunu əksərən "ağrı kəsici" dərmanlarda görürlər. Belə vəziyyətlərdə həkimlə məsləhətləşmək daha doğru olardı. Aybaşı ağrılarının azalmasında "nonsteroidal" anti-iltihab tərkibli dərmanlar bu problemin öhdəsindən gəlir. Bu kimi dərmanların sayəsində prostaglandinin sintezi zəyifləyir və ağrı duyğuları aradan qalxır. Lakin, ağrı yalnız Prostaglandin istehsalından deyil, digər səbəblərdəm də baş verə bilər. Ağrıya səbəb olan digər amillər də var və onların aradan qaldırılması üçün sadə qaydaylara riayət etmək lazımdır.

Kritik günlərdə xanımlar ən çox süd vəzilərində yaranan ağrılardan şikayətlənirlər. Bu bədəninizdə vitamin E-nin çatışmadızlığının göstəricisidir. Aybaşının ilk üç günü ərzində 300 mg vitamin E qəbul etsəniz döşlərinizdə şişkinlik və ağrı hissiyatları azalar, habelə tamamən yox olar. Uşaqlıqda əzələ ağrılarına son qoymaq üçün zəruri element olan maqneziumun qəbulu vacibdir. Bu vitamin komplekslərini qida ilə əldə edə bilərsiniz. Məsələn: yumurta, süd, balıq, yaşıl tərəvəzlərdən istifadə bu elementı almaq üçün kömək edəcək. Bu günlərdə, qadınlar şişkinlikdən daha çox əziyyət çəkirlər. Tərkibində kalium elementinin zəngin olduğu qidaların qəbulu və ya kalium həblərinin içilməsi bu kimi ağrıları azaldmağa köməklik edər. Kaliumun sidikqovucu xassələri var, belə ki, bədəndən artıq maye xilas olur. Bu da bədəndən şişkinliyi təmizləyir və su-duz balansının tənzimlənməsinə kömək edir. Bu çətin günlərdə B qrupu, əsasəndə B6 vitaminlərindən istifadə çox məsləhətlidir.

İdman. Qadınların əksəriyyəti aybaşı zamanı idmanla məşğul olmağın yalnış olduğunu düşünürlər. Əksinə xüsusi möhkəmlətmə və dartınma təlimləri vəziyyəti nizi daha da yüngülləşdirəcək və asanlaşdıracaq. Seçilmiş idman hərəkətləri asan olmalıdır. Sizə bu hərəkətlər üçün idman döşəkçəsi lazım olacaq. Siz bu döşəkçənin üzərində bel üstə uzanaraq bildiyiniz bir sıra adi idman hərəkətlərini (ayaqlarınızı dizinizə qədər büküb açmaq) yerinə yetirərək özünüzü rahatlaşdıra və ağrılarınızı yüngülləşdirə bilərsiniz. Bu qaydaların köməyi ilə siz aybaşı ağrılarınızı azalda və ya tamamən yox edə bilərsiniz...

Günel Şəfiyeva


Şərhlər: 11
Baxılıb: 962
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SENSİZ
Mende ilk gun aqri dozulmez olur nowba atiram hekimin meslehetiyle
4 dekabr 2015 00:10
# 11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Kuzey Holmes
dehset agriyir agri kesici atiram kesir
4 dekabr 2015 00:06
# 10
senay))
çox wukur bele problemim yoxdu twk
29 noyabr 2015 15:28
# 9
coooooooxxx xosbextem
beasloove
Mende qetiyen ağri olmur çox şükür
29 noyabr 2015 15:15
# 8
Grsu
aybasi zamani menim de dehset agrilarim olur

aybasi zamani menim de dehset agrilarim olur
29 noyabr 2015 06:06
# 7
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Happy
Doğuşdan öncə ağrılarım olurdu. Doğuşdan sonra süd verdiyim üçün hələ aybaşı olmamışam.
29 noyabr 2015 01:17
# 6
duymecik
qiz olanda agrilarim olurdu,herden dozulmez dereceye catirdi,heyetimizde (adi yadimdan cixib)ot var idi anam onu demliyib verirdi agri kesirdi. ama indi agrilarim olmur
28 noyabr 2015 21:37
# 5
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
vipbetul
aqir kecen bu dovrlerin xanimlarda lazimli olar
28 noyabr 2015 18:56
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Çox şükür ağrım olmur, təbii çaylar vasitəsi ilə ağrıları kəsmək olar, təbii ki, həkim məsləhəti nəticısində.
28 noyabr 2015 14:40
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Mende de dozulmez olur. En yaxsisi agrikesicilerden istifade etmekdir
28 noyabr 2015 10:00
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Roza
Qiz olanda bu formada sancilar mende cox olardi. Hettda 3 gun yemey yemezdim, yeseydim de hamisini qaytarirdi. Cox pis olurdulm. Amma indi olmur.
28 noyabr 2015 07:06
# 1
....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz