Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cəmiyyətin “ayıb” xəstəliyi – Hemorroy
Cəmiyyətin “ayıb” xəstəliyi – Hemorroy
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2285
Səs ver:

 

Hemorroy – babasil

Hemorroy – anal zonanın venalarının varikoz genişlənməsi olub, insanlar arasında çox geniş yayılmış xəstəliklərdəndir. Hər 10 insandan 8-ində bu xəstəliyin əlamətlərinə rast gəlmək olar.
Bu xəstəlik cəmiyyətdə "ayıb” bir xəstəlik hesab olunur. Buna görə də, bəzən xəstəliyin bir sıra ağırlaşmaları olmayınca həkimə müraciət edilmir. Ona görə də bir çox hallarda xəstəliyin yeganə müalicə üsulu əməliyyat olur.

Hemorroy zamanı anal dəlikətrafı venalar patoloji olaraq genişlənir. Genişlənmiş venalarda qanın hərəkət sürəti azaldığından, sanki qan ləngiyir. Bu isə genişlənmiş venalarda trombların əmələ gəlməsinə səbəb olur.
Babasil (hemorroy) xroniki xəstəlik hesab olunur. Uzun illər ərzində tədricən inkişaf edir. Babasilin kəskinləşməsini sürətləndirən bir çox faktorlar var. Bu provokasiyaedici amillər olan insanlar risk qrupuna daxildir. Risk qrupuna aşağıdakı insanlar aiddir:

• Oturaq həyat tərzi keçirən insanlar, o cümlədən saatlarla bilgisayar arxasında oturanlar, sürücülər və s;
• Piylənmədən və qəbizlikdən əziyyət çəkənlər;
• Qida rasionunda çoxlu qəhvədən (kofedən), tünd çaydan, duzlu, turşulu, istiotlu qidalardan, spirtli içkilərdən istifadə edənlər;
• Ağır fiziki işlə, idmanla (ağır atletika ilə) məşqul olanlar;
• Hamilələr və doğan qadınlar;
• İshalla müşayiət olunan bağırsaq infeksiyası keçirən şəxslər;
• Anal sekslə məşqul olanlar (passiv partnyor);
• Qohum-əqrəbasında bu xəstəlik olan insanlar və s.

Babasilin əsas əlamətləri:
• Düz bağırsaq qanaxması – defekasiya ("böyük” tualetə getmə) aktı zamanı nəcisdə olan 1-2 kaplidən, şırnaqlı qanaxmaya qədər mümkündür;
• Anal nahiyədə qaşınma və xoşagəlməz hissiyyat;
• Anal nahiyədə ağrı;
• Anemiya (qanazlığı) – uzunmüddətli nəcislə qanitirmənin nəticəsində inkişaf edir.

Babasilin inkişafına necə mane olmaq olar?

1. Oturaq vəziyyətdə çoxlu vaxt keçirməyin. Arabir (yaxşı olar ki, hər 30-45 dəqiqədən bir) durub bir az hərəkət etmək, açıq havaya çıxmaq lazımdır. Uzun muddətli oturaq həyat tərzi çanaq nahiyəsində qan dövranının zəifləməsinə və babasilin inkişafına səbəb ola bilər.
2. Qida rasionunuzdan duzlu, acılı, turşulu qidaları azaldın, spirtli içkilərdən mümkün qədər az istifadə və ya ümumiyyətlə, imtina edin.
3. Şəxsi gigiyena qaydalarına hər tualetdən sonra riayət etməyi unutmayın. Anal nahiyəni ilıq suyla yuyun. Çox isti və soyuq su babasilin inkişafını sürətləndirə bilər.
4. Həftədə bir dəfə ilıq vanna qəbul edin. İsti vanna qəbulu qan dövranını yaxşılaşdırmaqla babasilin yaranmasına mane olur.
5. Özünüzü soyuqdəymədən qoruyun. Soyuqlama ümumi qan dövranını pozaraq, babasilin kəskinləşməsində təkanverici faktor ola bilər.
6. Tualetdə, defekasiya aktını mümkün qədər tez vaxta qurtarın. Çox gücənmə babasilin yaranmasında həlledici rol oynayır.
7. Çoxlu meyvə-tərəvəzdən istifadə edin. Meyvə-tərəvəz qəbizliyin (babasil ən çox qəbizlikdən əziyyət çəkən insanlarda rast gəlinir) qarşısını almaqla babasilin yaranmasına imkan vermir.

Köhnə bir lətifədə deyilir: "Babasil elə xəstəlikdir ki, xəstə onu nə özü görə bilir, nə də başqasına göstərə bilir”.
Unutmayın, xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən qat-qat asandır. Və heç vaxt özünümüalicəylə məşqul olmayın! Babasilin yuxarıda qeyd etdiyimiz hər hansı bir əlaməti olduqda, mütləq həkimə müraciət edin.

Qəbula yazılmaq istəyən şəxslər (+994 51) 491 75 75 nömrəsi ilə əlaqə saxlaya və vaxtları təyin etdirə bilərlər :) 
Sağlamlıq ən böyük hədiyyədir. Hər zaman sağlam qalın!

 

Göstərdiyi xidmətlər :

- Babasil xəstəliyinin   müa licəsi

- ANAL ÇATLARIN MÜALİCƏSİ

- DERMOİD KİSTLƏRİN MÜALİCƏSİ

- PERİANAL FİSTULLARIN MÜALİCƏSİ

Və həmçinin bu xəstəliklərin müalicəsi ən müasir üsullarla aparılır

 

Türkan xanımın şəxsi facebook səhifəsi:


Şərhlər:
Baxılıb: 2285
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz