Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıq yolunun enməsi və uşaqlıq yolunun sallanması (düşməsi)
Uşaqlıq yolunun enməsi və uşaqlıq yolunun sallanması (düşməsi)
Göndərən: emis
Şərhlər:
Baxılıb: 919
Səs ver:
Bu xəstəlik də qadınlar arasında kifayət qədər yayılmış patologiyadır. Bəzi hallarda uşaqlıq yolunun enməsi və sallanması (düşməsi) ağır keçən doğuşlardan (mamalıq maşalarından istifadə edilməsi, aralığın çoxsaylı cırılmaları ilə keçən doğuşlar) sonra, doğuşdan az bir zaman keçməsinə baxmayaraq ağır fiziki işlərlə məşğul olan cavan qadınlarda, həm də cinsi orqanlarda yaşla əlaqədar olaraq yaranmış olan dəyişikliklər nəticəsində yaşlı qadınlarda da təsadüf edilir.

Bu xəstəliyin əsas səbəbi – çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Uşaqlıq yolunun enməsi - piylənmə, daim agır əşyaların qaldırılması ilə müşayiət edilən fiziki işlərlə məşğul olması nəticəsində də baş verə bilər.

Əvvəlcə uşaqlıq yolu, sidik kisəsinin, bəzi hallarda isə düz bağırsağın bir hissəsi enmiş (düşmüş) olur. Uşaqlıq yolunun düşməsi, adətən, tədricən inkişaf edir. İlk əvvəl güc verilərkən agrı hissiyyatları meydana çıxır: qarının aşağı hissəsində və beldə uzun sürən agrılar, sidiyi saxlaya bilməmək, qəbizlik və s. Bəzi hallarda cinsi əlaqə zamanı da ağrının olması baş verə bilər. Patoloji hal inkişaf etdikcə, uşaqlıq yolunda yad bir cismin olması hissiyyatı yaranır, uşaqlığın selikli qişası kobudlaşmağa başlayır, hər hansı bir travmadan asanlıqla zədələnir, səthində eroziya və xoralar əmələ gəlir.

Vaxtında ölçü götürülməzsə, orqanların sallanması artmaqda davam edəcəkdir. Tədricən sidik kisəsinin və düz bağırsağın hissələri daha çox sallanmağa başlayır, uşaqlıq get-gedə daha aşağıya enir. Nəhayət, son nəticədə uşaqlıq yolu, uşaqlıq, sidik kisəsinin və düz bağırsağın bir hissəsi, kisə şəklində (ölçüləri yeni doğulmuş uşaq başı boyda) olmaqla, cinsi dəlikdən xaricə çıxmış olurlar.

Əksər hallarda yalançı utancaqlıq səbəbindən qadınlar xəstəliyin müalicəsi üçün qiymətli vaxtlarını itirərək həkimə çox gec müraciət edirlər. Nəticədə xəstəlik o dərəcəyə qədər ağırlaşır ki, onun müalicəsi yalnız cərrahi yolla mümkün olur. Buna qəti surətdə yol vermək olmaz! Uşaqlıq yolu enməsinin ilkin əlamətləri aşkar olunan kimi, vaxt itirmədən həkim-ginekoloqa müraciət etmək lazımdır!

Patoloji halın müalicəsi uşaqlıq yolunun enməsi dərəcəsindən asılıdır. Bu enmə çox deyilsə, konservativ müalicə tətbiq edilir. Bu zaman usaqlıq yolunun qan dövranını yaxşılaşdırmaq məqsədi ilə xəstələrə fiziki gərginliyin azaldılması (xüsusən də 45 yaşından sonra), ginekoloji masaj kursu, gigiyenik bədən tərbiyəsi ilə məşğul olmaq məsləhət görülür.

Xəstəliyin gecikmiş formalarında həkimlər cərrahi müdaxiləyə əl atmalı olurlar. Uşaqlıq yolu divarları tikildikdən sonra uşaqlıq, sidik kisəsi və çanaq dibi əzələləri öz "qanuni yerlərinə” qayıdırlar. Əməliyyat ümumi narkoz altında uşaqlıq yolundan olmaqla aparılır. Əməliyyatdan sonra qadına bir həftə ərzində yataq rejimi təyin edilir. Yaranın sağalmasından və iltihabi prosesin olub-olmamasından asılı olaraq, təxminən iki həftədən sonra qadına oturmağa icazə verilə bilər.

Bəs xəstəliyin profilaktikası üçün nə etmək lazımdır? Bunun üçün əsasən, uşaq yaşlarından etibarən, xüsusi idman hərəkətlərindən istifadə etməklə qarın və çanaq dibi əzələlərini möhkəmləndirmək lazımdır.

Hamiləlik zamanı, əks göstəriş olmadığı halda, mütləq xüsusi idman hərəkətləri ilə məşğul olmaq məsləhət görülür. Bu, doğuş zamanı aralıq əzələlərinin cırılmasının və qarının düz əzələlərinin aralanmasının qarşısını alır. Doğuşdan sonrakı iki ay müddətində isə qadın ağır əşyalar qaldırmaqdan çəkinməli, hətta mümkün qədər hər hansı fiziki işlə məşğul olmamalıdır.

Doğuşdan sonra həkimlə məsləhətləşməklə qadın bir sıra xüsusi fiziki hərəkətlər kompleksini yerinə yetirə bilər. Bu ona, özünün qarın divarı və çanaq dibi əzələlərini möhkəmləndirməyə və daxili cinsi orqanlarının qan dövranını yaxşılaşdırmağa imkan vermiş olur. Doğuşdan sonrakı dövrdə xüsusi bandaj (qurşaq) geyinilməsi yaxşı profilaktik kömək edir.


Şərhlər:
Baxılıb: 919
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz