loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir dövrün bəlası - Mastopatiya haqqında hər şey (sadə izahı)
Müasir dövrün bəlası - Mastopatiya haqqında hər şey (sadə izahı)
Göndərən: aliceWOnDer
Şərhlər:
Baxılıb: 1661
Səs ver:
Müasir dövrdə tibb elminin ən çox yayılan problemləri arasında mastopatiya birinci sıralardadır. Mastopatiya yunan sözü olub «mastos» döş, patos xəstəlik deməkdir. Yaxın vaxtlara kimi mastopatiya yalnız 40 yaşdan yuxarı olan qadınlarda aşkarlanırdı. İndi isə bu xəstəliyin yaş həddi nəzərə çarpacaq dərəcədə çavanlaşıb. İndi nəinki 40 yaşlı, hətta 18-28 yaşarası gənclərdə də buna rast gəlinir. Antik əfsanəyə görə, bu xəstəlik ilk dəfə ilahə Gerada aşkarlanıb. Döş nahiyəsindəki dözülməz ağrıdan əziyyət çəkən ilahə Geranı tibb Tanrısı Asklepiy müxtəlif otlardan hazırlanan dərmanlarla sağaldıb.
Mastopatiya xəstəliyinin yaranma səbəblərini, qarşısını almaq üçün çıxış yollarını təqdime dir:

Müasir dövrdə süd vəzisi xəstəlikləri arasında ən çox yayılanı «ənənəvi» bəla adlandırılan mastopatiya qadınların 60-80 faizində aşkarlanır. O, süd vəzisinin patologiyasıdır. Bu zaman süd vəzilərinin quruluşu dəyişməyə başlayır. Qoltuq altında limfalar düyünlənir, vəzidə süd əmələgətirən hüceyrələr çoxalır. Süd vəziləri birləşərək düyünlənir və bərkiyir.
Mastopatiya iki hissəyə ayrılır:
· Diffuz
· Düyünlü
Diffuz mastopatiyaların ilkin formasıdır. Bu zaman proses vəzin bütün toxumasını əhatə edir. Diffuz forma hər iki süd vəzisində aşkarlanır. Ağrı aylıq tsikl ərəfəsində olan ağrıya bənzəyir. Diffuz mastopatiyası uzun müddət müalicəsiz qaldıqda xoşxassəli şişə çevrilir.

Düyünlü mastopatiya lokal xarakter daşıyır, və bir süd vəzisində olur. Ağrı isə yalnız bir yerdə olur, yəni yayılmır. Çox vaxt isə düyünlü mastopatiya ağrısız keçir.

Bu günə kimi mastopatiyanın tam səbəbi və müalicəsi aşkarlanmayıb. Lakin bir neçə səbəblər tibbə məlumdur:
· Tez-tez abort etdirmək
· Müntəzəm olmayan cinsi həyat tərzi
· Doğuşdan sonra körpəyə süd verməmək (ya da körpəyə uzun müddət süd vermək)
· Gec doğuş
· Stress
· Hormonal pozuntular

Bundan başqa hormonal preparatların özbaşına, həkim məsləhəti olmadan qəbulu da sud vəzilərinin düyünlənməsinə səbəb olur.

İlkin əlamətləri:
· Süd vəzisində lokal və ya yayılmış ağrıların olması
· Aylıq tsikl öncəsi döşlərdə dəyişiklik, narahatedici ağrılar və gərginlik
· Döş giləsindən şəffaf və ya qanlı ifrazatın axması
· Süd vəzisində bərkimə, ödem, qızartı və dartınma hiss olunması
· Sinənin böyüməsi və ya kiçilməsi, formasını dəyişməsi
Həyat tərzini dəyiş:
Mastopatiya zamanı həyat tərzinizi dəyişməlisiniz. Sağlam həyat tərzi keçirtmək vacibdir. Yəni əgər spirtli içkini sevirsənizsə, ondan tamamilə imtina etmək məcburiyyətindəsiniz. Ağır əşya qaldırmamalısınız. İdman etməli, siqaret çəkməməlisiniz. Hətta siqaret çəkən birinin yanında belə dayanmaq düyünün xərçəngə çevrilməsinə səbəb ola bilər. 8 saatdan az yatmamalı, suda çox olmalısınız. Qadınlar həm də pəhriz saxlamalıdırlar. Kofe, kakao və kola içməməlidirlər. Müntəzəm olaraq tərkibində E, C vitaminləri olan qidalar qəbul etməlidirlər.

Şərhlər:
Baxılıb: 1661
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz