Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıq yolundan qeyri-təbii ifrazatlar
Uşaqlıq yolundan qeyri-təbii ifrazatlar
Göndərən: emis
Şərhlər: 4
Baxılıb: 1560
Səs ver:
Qadınlarda uşaqlıq yolundan az miqdarda selikli, rəngsiz və iysiz (bir qədər turş iy ola bilər) ifrazatların olması norma sayılır.

Bu qadın cinsiyyət sisteminin normal fəaliyyətinin göstəricisidir və heç bir xəstəliyin əlaməti deyil. Bu bioloji maddədir, təbii ifrazatlardır. Gün ərzində ifrazatların miqdarı 1-5 ml ola bilər.

Menstrual dövr ərzində bu ifrazatlar dəyişilir. Menstrual dövrünün əvvəlində ifrazatlar az miqdarda, şəffaf və su kimi olur. Menstrual dövrünün ortalarında (ovulyasiyaya yaxın dövrdə) daha qatı olur, çiy yumurtanın ağına bənzəyir. Bu ifrazatlardan qadınlar ovuluasiyanın yaxınlaşmasını müəyyən edir. Bu dövr hamilə qalmaq üçün ən uğurlu dövrdür. Menstruasiyaya yaxın ifrazatlar daha da qatı, kremə bənzər konsistensiyasında, ağımtıl, bir qədər turş iyli olur.

Normada belə olmalıdır. Lakin bəzən qadınları qeyri-təbii ifrazatlar narahat etməyə başlayır - iyli, qaşındıran, qanlı, qəhvəyi, yaşılaçalar və s. Belə ifrazatlar qeyri-təbii sayılır və hər hansı xəstəliyin və ya pozulmanın əlaməti kimi meydana çıxır. Belə ifrazatların səbəblərini izah edək.

Qəhvəyi ifrazatların səbəbləri:

- Hamiləliyin qarşısını alan həblər (ilk aylarda) və ya "spiral".

- Hormonal pozulmalar.

- Uşaqlıq boynu eroziyası.

- Endometrioz xəstəliyi belə ifrazatların ən yayılmış səbəbi sayılır.

- Mioma.

- Xroniki endometrit (uşaqlığın selikli qişasının iltihabı).

- Poliplər (xoşxassəli törəmələr). Poliplər xərçəngə keçə bilər. Bu səbəbdən polipi olan qadına həkim nəzarət etməlidir.

- Bəzən qəhvəyi ifrazatlar qadın cinsiyyət sisteminin onkoloji xəstəlikləri fonunda əmələ gəlir.

- Uşaqlığın hiperplaziyası (ciddi xəstəlikdir, hiperplaziya fonunda xərçəngin inkişaf etməsi riski çox böyükdür).

- Uşaqlıqdan kənar hamiləlik.

- Menopauza (klimaks) dövrünə daxil olan qadınlarda ciddi hormonal dəyişikliklər fonunda mümkündür.

- Hamiləlik zamanı bu döl yumurtasını qopmasına işarə edə bilər. Dərhal həkimə müraciət etmək lazımdır.

Köpüklü, iyli, sarı və ya yaşılaçalar ifrazatların səbəbləri:

- Əksər hallarda bunun səbəbi cinsi yolla keçən infeksiyadır (xlamidioz, süzənək, trixomoniaz). Bu infeksiyalar ciddi iltihabların inkişafına və sonsuzluğa səbəb ola bilər.

Kəsmiyə bənzər, ağ ifrazatların səbəbləri:

- Göbələk infeksiyası. İfrazatlar qaşınmaya, diskomforta səbəb olur.

Menstruasiyalar arası qanlı ifrazatların səbəbləri:

- Hamiləliyin qarşısnı alan həblərin qəbulu (adətən ilk aylarda baş verir), "spiral".

- Cinsiyyət sisteminin iltihabları (endometrit, servisit).

- Digər qadın cinsiyyət sistemi xəstəlikləri (mioma, endometriumun hiperplaziyası, endometrioz).

- Qadın cinsiyyət sisteminin onkoloji xəstəlikləri (xərçəng).

- Hamiləlik zamanı belə ifrazatlar hamiləliyin pozulmasına, uşaqlıqdan kənar hamiləliyə işarə edə bilər.

Beləlikllə, qadınlarda qeyri-təbii ifrazatlar bəzən çox ciddi xəstəliklərin əlaməti kimi meydana çıxır. Bu səbəbdən belə ifrazatlar meydana çıxdıqda qadın vaxt itirmədən ginekoloqa müraciət etməlidir.


Şərhlər: 4
Baxılıb: 1560
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Müxtəlif ifrazatlar hansısa xəstəliyin göstəricisi ola bilər. Ona görə də diqqətli olmaq lazımdır. vaxtında həkimə müraciət olunmalıdır.

...666...
31 avqust 2015 22:01
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
ergenlik dovrunde qizlarda olur ifrazatlar..
31 avqust 2015 18:57
# 3
Don't trust anyone ∆
Dosta_inam
Çox şükür ciddi bir problemim yoxdur,
İfrazat rengli çalarları olarsa hekimə müraciət etmək lazımdır, təşəkkür.
31 avqust 2015 13:41
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Umumi olaraq onu deye bileremki ifrazatlar varsa mutleq hekime muraciet edilmelidir. Bu ifrazatlar xesteliklerin xebercisi ola biler
31 avqust 2015 07:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz