Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar oxusun! Vaginal göbələk infeksiyası
Qadınlar oxusun! Vaginal göbələk infeksiyası
Göndərən: emis
Şərhlər: 8
Baxılıb: 5889
Səs ver:
Vaginal göbələk infeksiyası nədir? Səbəbləri nələrdir? Müalicəsi necədir?
Hər qadının həyatında bir dəfə belə olsa, yaşadığı bu problemlə bağlı sizi maraqlandıran suallara cavab tapa bilərsiz.

Vaginal göbələk infeksiyası əsasən yay aylarında havanın isinməsi və cinsi bölgənin nəmli qalması ilə dolayı daha sıx yaşanır. Qadınların hər biri həyatlarında ən az bir dəfə bu problemlə qarşılaşıb.

Vaginal axıntı, vaginanın qaşınması və göynəmə kimi şikayətləriniz varsa, vaginal göbələk infeksiyasından şübhələnməlisiz.

Vaginal göbələyin səbəbləri?
Ən mühüm səbəbi cinsi bölgənin nəm və sulu qalmasıdır. Bundan başqa antibiotik istifadəsi, hamiləlik və şəkər kimi bəzi xəstəliklər zamanı vaginal göbələyin görülmə sıxlığı daha yüksəkdir. Pambıq olmayan sintetik alt paltarı, cinsi bölgənin havasız qalması və dar şalvarlar da vaginal göbələk riskini artırır.

Vaginal göbələyin əlamətləri
Cinsi bölgədə yaşanan qaşıntı və göynəmə vaginal göbələk infeksiyasının ən sıx rastlanan əlaməti hesab olunur. Qaşıntı çox şiddətli yaşanır. Bundan başqa qoxusuz və ağ rəngli axıntı da gəlir. İnfeksiyanın ən ağır dərəcəsində göynəmə və cinsi yaxınlıq zamanı ağrı da yaşanır.

Müalicəsi necə olur?
Vaginal şam, krem və bəzi hallarda dərman istifadəsi tövsiyə edilir.
Bir neçə gün ərzində şikayətlər azalır.
Vaginal göbələyin qarşısını almaq üçün bunları edin:
Cinsi bölgəni nəm saxlamayın.
Pambıq alt paltarı geyinin.
Cinsi bölgənin təmizliyi üçün, ətirli ya başqa kosmetik vəsaitlər istifadə etməyin. Məxsusi hazırlanmış sabun istifadə edə bilərsiz.
Dənizdən çıxdıqdan sonra nəm bikinini əyninizdə çox saxlamayın.
Hovuzda üzdükdən sonra mütləq çimin.


Şərhlər: 8
Baxılıb: 5889
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
meni_gozle
vacibli meslehetlerdir ele menede lazim idi bunlari bilmek...melumatlandirdiginiz ucun tewekkurler
10 avqust 2015 23:14
# 8
Gultekin.A
Mende de var hal hazirda.antibiotik istifade etmisdim ama hekim gobeleye qarsi derman yazmamisdi.ona gorede qalib indi olur .aybasi evveli lap cox olur.dermana atiram kecir .ama her ay olur.cox pis bir weydi.Allah hamiya wefa versin.Amin insallah
10 avqust 2015 13:54
# 7
..
İnci
Mende bu problem var hal hazirda mualice aliram allah hec kese gostermesin
10 avqust 2015 12:49
# 6
Her gulusun arxasında bır keder vardır
vipbetul
mualige olunsa daha yaxsi olar
10 avqust 2015 12:04
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Vaginal gobeleyi esas elameti vaginal axinti ve pis qoxu vermesidir. Mualicesi cetin deyil ama muddeti uzun cekir.
10 avqust 2015 10:20
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Tesekkur meslehet ucun, her bir xanim bunlara emel etmelidir, temizlik ilk once gelmelidir.
10 avqust 2015 08:58
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Milawka18
melumata gore twk,, oxudum bilmeyimiz yaxwidi bunlari
10 avqust 2015 02:23
# 2
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
YusLam
Bilmirdim melumati coxsagolun
10 avqust 2015 02:14
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz