Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
TORCH-infeksiyalar
TORCH-infeksiyalar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 951
Səs ver:
Hamiləliyi planlaşdırdığınızı bildikdən sonra həkim-ginekoloq ilk olaraq TORCH-infeksiyalara görə analizi təyin edir. Geniş yayılmış yanlış fikrə görə, bu analizin cinsi yolla ötürülən infeksiyalara heç bir aidiyyatı yoxdur. TORCH-kompleksə daxil olan infeksiyalar ananın sağlamlığından çox, gələcək uşağın sağlamlığı üçün təhlükəlidir, çünki ona ana bətnində yoluxa bilir. Bu isə onun inkişafında ciddi qüsurlara səbəb olur. Buna görə də Sizdə bu cür infeksiyaların olub-olmadığını və əvvəllər bununla qarşılaşıb-qarşılaşmadığınızı müəyyən etmək lazımdır.
 
TORCH-kompleksə hansı infeksiyalar aiddir:
(TORCH-kompleks öz adını aşağıdakı infeksiyaların baş hərflərindən götürmüşdür)
To –Toxoplasma R–Rubella–məxmərək;  C–Cytomegalovirus H–Herpes simplex virus

Herpes virusunun bir neçə tipi var.Hamiləliyə hazırlıq prosesində sadə I və II tip herpesə görə analiz keçirilir.Xlamidiyalar, düşünüldüyü kimi, TORCH-infeksiyalara aid deyil. Dölün ana bətnində yoluxmasına gətirib çıxaran digər infeksiyalarda olduğu kimi, bunlara görə analizi də həkim ayrılıqda təyin edir. Bəzən belə infeksiyaların hamısı TORCH ixtisar olunmaqla O hərfinə (ingilis sözü other – digər) aid edilir.
Analiz necə verilir?
Analiz üçün qan venadan, acqarına verilir, sonuncu dəfə qidalanma zamanı yağlı məhsulları istisan etmək məsləhətdir. Qanda infeksiyaya qarşı antitellər - immunoqlobulinlər (İg) müəyyən edilir . Onlar 5 sinfə bölünür, lakin TORCH-infeksiyaların diaqnostikası üçün onlardan ikisinə - IgM və IgG görə analiz təyin edilir. Bir çox laboratoriyalar bu analizləri kompleks şəkildə verməyi təklif edir, lakin immunoqlobulinləri seçkili də təyin etmək mümkündür. Antitellər həm keyfiyyət (analiz antitellərin olub-olmadığımı göstərəcək), həm də kəmiyyət (analiz titrləri – antitellərin miqdarını göstərəcəkdir) baxımından müəyyən edilə bilir. Əlbəttə ki, kəmiyyət analizi həkimə nəticələrin şərhi zamanı daha çox informasiya verəcəkdir. M (IgM) sinfindən olan immunoqlobulinlər yaxın günlərdə yoluxmadan və xəstəliyin kəskin dövründən xəbər verir. G (IgG) sinfindən olan immunoqlobulinlər orqanizmdə müəyyən müddətdən sonra yaranır və əvvəllər keçirilən xəstəlikdən xəbər verməklə infeksiyaya qarşı "immunitet”dir. Bəzən yoluxmanın vaxtını daha dəqiq bilmək lazım gəlir. Buna görə də IgG-n avidliyini müəyyən etmək üçün əlavə analiz təyin olunur. Bu analiz orqanizmin bu antitelləri nə vaxtdan hasil etməyə başladığını göstərir.
Nəticələrin şərhi
Nəticələr şərh edilərkən nəzərə almaq lazımdır ki, hamiləlik zamanı ananın TORCH-infeksiyalara ilkin yoluxması təhlükəlidir. Deməli, qadının orqanizmi xəstəliyin törədicisi ilə əvvələr də rastlaşmışdırsa, onda ilkin yoluxma artıq mümkün olmur. Buna görə də analiz zamanı IgG aşkar edilib IgM aşkar edilməmişdirsə, bu, hamiləliyin planlaşdırılması üçün ideal variantdır. Bu, o deməkdir ki, orqanizm əvvəllər infeksiya ilə rastlaşmış və onda müdafiə antitelləri - immunitet formalaşmışdır. Hamiləlik zamanı ilkin yoluxma ana və gələcək uşağa təhdid etmir. Əgər qanda nə IgG, nə də IgM yoxdursa, onda infeksiya ilə hamiləlik dövründə rastlaşmaq təhlükəsi var. Vaxtaşırı antitellərin yaranmasına nəzarət etmək, hamiləliyin diaqnostikası zamanı isə mümkün qədər tez bir müddətdə təkrar analiz vermək tövsiyə olunur. IgM aşkar edilmişdirsə, onda bu, orqanizmin yaxın vaxtlarda infeksiya agenti ilə rastlaşdığından, ilkin yoluxmadan (bəzi hallarda – infeksiyanın reaktivasiyasından) xəbər verir. Yoluxmanın müddəti haqqında IgG-nin olmasına əsasən mühakimə yürütmək olar. Əgər IgG hələ yoxdursa, onda "görüş”dən az müddət keçmişldir. Toksoplazmoz, sitomeqaliya (sitomeqalovirusun törətdiyi xəstəlik), herpes simptomsuz və ya adi KRVİ simptomlarına bənzər cüzi simptomlarla cərəyan edə bilir. Buna görə də TORCH-infeksiyanın "kəskin” formasının olub-olmadığını qadın yalnız bu cür analizin nəticələrindən öyrənə bilər. Planlaşdırmanı yalnız sağaldıqdan sonra başlamaq olar.
Qanı nə vaxt və niyə verməli?
Planlaşdırmadan əvvəl:

Əgər qadında məxmərəyə qarşı IgG antitelləri yoxdursa, onda o, bu xəstəliyə qarşı peyvənd olunmalıdır. Hamiləliyi immunizasiyadan sonra 3 aydan tez olmamaqla planlaşdırılmağa başlamaq olar.Digər TORCH-xəstəliklərə qarşı peyvənd yoxdur. Analiz xəstəliyin kəskin formasını aşkar etmişdirsə, onda planlaşdırmanı bir müddət təxirə salmaq lazımdır.
Hamiləlik dövründə
(qadın məsləhətxanasında qeydiyyata düşərkən)
Qan analizi TORCH-xəstəliklərə qarşı "immuniteti” aşkar etmişdirsə, onda hamilə qadın öz sağlamlığına diqqətlə yanaşmalıdır. Belə ki, qadında toksoplazmalara qarşı IgG antitelləri aşkar edilməmişdirsə, heyvanlarla kontaktlardan uzaq olmalı, çiy əti doğrayarkən, torpaqla iş aparakən təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır. G sinfindən olan immunoqlobulinlər olmadıqda ümumi tövsiyə bundan ibarətdir ki, mümkün qədər yoluxma ehtimalını artıran situasiyalardan və kontaktlardan uzaq olmaq lazımdır.IgM-nin titrləri yüksək olduqda (bu, yoluxmanın yaxın vaxtlarda baş verməsindən xəbər verir) və ya xəstəlik kəskin şəkildə cərəyan etdikdə, sonrakı müayinə və lazım gəldikdə, müalicə üçün həkimlə məsləhətləşmək lazımdır.


Şərhlər:
Baxılıb: 951
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz