Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarda trixomoniaz
Qadınlarda trixomoniaz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 945
Səs ver:
Qadınlarda trixomoniaz: simptomları və müalicə
Trixomoniaz nədir və insan ona necə yoluxur?

Trixomoniaz qadın və kişi sidik-cinsiyyət orqanlarının iltihabına səbəb olan geniş yayılmış veneroloji xəstəlikdir.Trixomoniazın törədicisi Trichomonas vaginalis (T.vaginalis, trixomonada) parazitidir. Trixomoniaza xəstə insanla müdafiə olunmamış (prezervativdən istifadə etmədən) seks zamanı yoluxmaq olar. Trixomoniaz vaginal və anal seks zamanı da keçə bilir. Hamilə qadınlar doğuş zamanı bu xəstəliyi uşağa da ötürə bilir. Trixomoniazın məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsmal və ya alt paltarından istifadə etdikdə) ötürülməsi sübuta yetirilməmişdir.
Trixomoniaza yoluxma riski kimdə daha yüksəkdir?
Prezervativsiz sekslə məşğul olduğunuz bir neçə cinsi partnyorunuz varsa (cinsi partnyorunuz nə qədər çox olsa, trixomoniaz riski də bir o qədər yüksək olar)
Cinsi həyata erkən vaxtlarda başlamışsınızsa (qızlıqdan 19 yaşından tez məhrum olmuş qızlarda trixomoniaz riski yüksək olur)
Əvvəllər Sizdə trixomoniaz və ya cinsi yolla ötürülən digər xəstəlikıər (qonoreya, xlamidioz) olmuşdursa;
Trixomoniaza yoluxmuş kişi ilə müdafiə olunmamış sekslə məşğul olmuşdursunuzsa, Sizdə trixomoniaza yoluxma riski daha yüksəkdir.

Qadınlarda trixomoniazın simptomları
Trixomoniaz xəstəliyində inkubasiya dövrü 4 gündən 28 günə qədər təşkil edir. Bu, o deməkdir ki, trixomoniazın ilk simptomları yoluxmadan artıq bir həftə sonra özünü göstərə bilər. Bəzi qadınlarda xəstəlik simptomsuz da cərəyan edə bilir.
 Qadınlarda trixomoniazın əsas simptomlarına aiddir:
Uşaqlıq yolundan xoşagəlməz qoxulu ifrazatlar. Trixomoniaz xəstəliyində ifrazatlar sarı, yaşıl, ağ və ya şəffaf rəngdə ola bilir. Bəzən ifrazatlar köpüklənir.
Uşaqlıq yolundan qanlı (çəhrayı və ya palıdı rəngli) və bəzən də köpüklənən ifrazatlar
Intim nayihədə qaşınma, diskomfort, yanğı və quruluq hissi
Seks zamanı ağrılar və seksdən sonra qanlı ifrazatlar
Sidik ifrazı zamanı ağrılar
Qarnın aşağı hissəsində küt ağrılar.
Qadınlarda xroniki trixomoniaz necə təzahür edir?
Xəstəlik uzun müddət davam etdikdə (iki aydan çox), xəstəliyin simptomları praktiki olaraq gözə çarpmır. Qadında uşaqlıq yolundan az miqdarda xoşagəlməz ifrazatlar, cinsi orqanlar nayihəsində vaxtaşırı qaşınmalar, seks zamanı quruluq və ağrı hissi qeydə alına bilir.
Qadınlarda trixomoniaz hansı fəsadlara səbəb ola bilir?
Bir qayda olaraq, trixomoniaz müalicə olunan xəstəlikdir və sağalmadan sonra heç bir uzaq nəticələrə səbəb olmur. Trixomoniazın fonunda uşaqlığın və uşaqlıq borularının iltihabına və sonrakı sonsuzluğa nadir hallarda rast gəlinir. Trixomoniaz İİÇV və İPV (insan papilloması virusu) kimi virus infeksiyalarının riskini artırır. Trixomoniaz xəstəliyin keçirmiş qadınlarda uşaqlıq boynunun xərçəngi xəstəliyinin riski artır. Hamiləlik dövründə trixomoniaz donmuş (inkişafdan qalmış) hamiləliyə və uşaq salmaya, vaxtından əvvəl doğuşa, dölün inkişafında ləngimələrə və bətndaxili infeksiyalara gətirib çıxara bilər.
Trixomoniaza görə analizləri kim verməlidir?
Sizdə yuxarıda göstərilən trixomoniaz riski amillərindən ən azı biri varsa, onda ginekoloqlar Sizə trixomoniaza və cinsi yolla ötürülən digər infeksiyalara görə analiz verməyi tövsiyə edirlər.
Qadınlarda trixomoniazın diaqnostikası
Trixomoniaz əlamətləri yarandıqda və ya sağlam olmağınıza əmin olmaq istəyirsinizsə, ginekoloqa müraciət edin. Ginekoloq Sizə lazımi müayinə təyin edər. Müasir təbabətdə ən geniş yayılmış trixomoniaz analizlərinə nəzər salaq.
 Qadınlarda trixomoniaza görə yaxma
Trixomoniaza görə yaxma bu xəstəliyin ən asan və ucuz diaqnostika metodudur. Bu cür yaxmanı hər tibb mərkəzlərində vermək mümkündür. Normada (qadın sağlamdırsa) yaxmanın nəticələrində aşağıdakı qeydlər olacaqdır: T.vaginalis (və ya sadəcə «trich», «tr») aşkar edilməmişdir. Qadın xəstədirsə, onda nəticələrdə T.vaginalis («trich», «tr») aşkar edildiyi qeyd ediləcəkdir. Bəzi hallarda bu analiz yanlış mənfi nəticə göstərə bildiyindən, şübhə olduqda, ginekoloq daha dəqiq analizlər təyin edir.
Trixomoniaza görə əkmə (kultural müayinə)
Trixomoniaza görə əkmə trixomoniazın daha səmərəli diaqnostika metodudur. Bu metoddan sivil dünyanın hər yerində istifadə olunur. Bu analiz trixomoniaza görə yaxmadan daha dəqiq nəticələr göstərsə də, onun keçirilməsi üçün daha çox vaxt tələb olunur. Müsbət nəticə (trixomoniaz olduqda) artıq 2 sutkadan sonra, mənfi nəticə isə (Ttixomoniaz yoxdursa) – bir həftədən sonra verilir.
Trixomoniaza görə PZR
Uşaqlıq yolundan və ya uşaqlıq boynundan götürülən yaxmada trixomoniaz DNT-nin təyin edilməsi trixomoniaza görə daha səmərəli analizdir. Onun dəqiqliyi 100%-ə yaxındır. Müsbət nəticə ("aşkar edilmişdir”) trixomoniaz diaqnozunu təsdiq edir, mənfi ("aşkar edilməmişdir”) trixomoniazın olmadığına işarə edir.
Məndə trixomoniaz aşkar edildikdə, nə etməliyəm?
Birinci növbədə həyəcanlanmayın, çünki müasir müalicə metodları trixomoniazı praktiki olaraq 100% müalicə etmək imkanı verir. Ginekoloqa müraciət edin, o, Sizə müalicə sxemi tərtib edər. Trixomoniazı ev şəraitində müalicə etməyə cəhd göstərməyin, çünki bu, xəstəşliyin simptomsuz olaraq xroniki formaya keçməsinə səbəb ola bilər. Trixomoniaz çox vaxt digər veneroloji xəstəliklərlə (qonoreya, xlamidioz, İİÇV-infeksiyası və s.) müşayiət olunduğundan, həkimlər bütün bu infeksiyalara görə müayinədən keçməyi məsləhət görürlər. Özünüzdə trixomoniaz xəstəliyinin olması barədə seksual partnyorunuza mütləq bildirin. Kişilərdə trixomoniaz çox vaxt simptomsuz keçir, buna görə də partnyorunuz xəstə və yoluxucu olduğunu bilməyə də bilər. Partnyorunuza uroloqa müraciət etməyi və trixomoniaza və cinsi yolla ötürülən digər xəstəliklərə görə analizlər verməyi məsləhət görün. Əvvəlki partnyorlarınızla ünsiyyətdə olmaq, xüsusən də onlara bu kimi xəbərləri vermək xoşagəlməz bir şeydir, lakin bu yolla Siz bir çox insanları bu xəstəlikdən və onun təhlükəli nəticələrindən müdafiə etmiş olarsınız.
Qadınlarda trixomoniazın müalicəsi
Trixomoniazın müalicəsinə başlamazdan öncə hamilə olmadığınıza əmin olun, bunun üçün hamiləliyə görə test edin. Trixomoniazın müalicəsində istifadə olunan bəzi preparatlara hamiləlik dövründə əks göstəriş var. Trixomoniazın düzgün tərtib edilmiş müalicə sxemi 99% hallarda sağalmaq imkanı verir. Bir qayda olaraq, bu dərmanlar tablet formasında olur. Buna baxmayaraq, ginekoloqunuz tabletlərlə kombinasiyada vaginal şam və ya gel formalı preparatlar da təyin edə bilər. Dərmanların dozası və müalicənin müddəti müalicə həkimi tərəfindən müəyyən olunur. Özünümüalicə ilə məşğul olmayın!
Cinsi partnyor müalicə almalıdırmı?
Cinsi partnyorunuz mütləq Sizinlə eyni vaxtda müalicə almalıdır. Ona izah edin ki, Sizinlə eyni vaxtda müalicə almasa, o, özündə heç bir simptom olmasa belə, Sizi təkrarən yoluxdura bilər.
Trixomoniazın müalicəsi zamanı cinsi əlaqədə olmaq olarmı?
Ginekoloqlar trixomoniazın müalicəsi zamanı xəstəliyin bütün simptomları yox olanadək seksdən uzaq olmağı məsləhət görürlər.
Müalicənin effektini necə təyin etməli?
Trixomoniazın müalicəsinin səmərəliliyinin əsas göstəricisi xəstəliyin bütün simptomlarının yox olmasıdır. Bundan başqa, müalicə kursu başa çatdıqdan sonra təkrar müayinədən keçmək lazımdır.


Şərhlər:
Baxılıb: 945
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz