Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göbələk xəstəliyi
Göbələk xəstəliyi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1998
Səs ver:
Göbələk xəstəliyi nədir?  
Göbələk xəstəliyi uşaqlıq yolunun göbələklər tərəfindən törədilən iltihabıdır. Xəstəliyin bilavasitə törədicisi Candida adlanan göbələkdir. Ginekoloqlar göbələk xəstəliyini kandidoz adlandırırlar.
 
Göbələk nədən yaranır?
Göbələk xəstəliyini yaradan kandida göbələyi sağlam hər bir qız və qadının orqanizmində yaşayır. Normada bu göbələk az miqdarda bağırsaq və uşaqlıq yolunda da olur. Kandida göbələyi uşaqlıq yolunun normal mikroflorasını təşkil edən faydalı bakteriyalar üçün qidadır. Lakin hansısa səbəbdən faydalı bakterialar məhv ola bilir. Bu zaman göbələyin miqdarı əhəmiyyətli şəkildə artır və göbəkəl xəstəliyinin simptomları meydana gəlir.
Göbələk xəstəliyinə kişidən yoluxmaq olarmı?
Xeyir. Göbələk xəstəliyinin simptomlarının cinsi aktdan bir qədər sonra yarana bilməsinə baxmayaraq, bu, o demək deyildir ki, Siz seksual partnyorunuzdan yoluxmusunuz. Əvvəllər Siz göbələk xəstəliyinin simptomlarını müşahidə etməsəniz də, bu göbələk Sizin orqanizminizdə cinsi həyata başlamazdan öncə də vardı. Sadəcə o, sakitcə "yatır” və öz vaxtını gözləyirdi.
Kandida niyə "oyanır”?
Göbələk xəstəliyi heç vaxt boş yerdən yaranmır. Qadının uşaqlıq yolu normal mikrofloranın faydalı bakteriyaları tərəfindən yaxşı müdafiə olunur. Mikroflora immunitetin bir hissəsidir. Yalnız mikrofloranın pozulması və immunitetin zəifləməsi kandidanın çoxalmasına və göbələk xəstəliyinin yaranmasına səbəb olur.
Göbələk xəstəliyinin 10 əsas səbəbləri
1-ci səbəb: antibiotiklər
Antibiotiklərlə müalicəyə bir çox xəstəliklər (angina, bronxit, pnevmoniya, sistit və s.) zamanı ehtiyac yaranır. Antibiotiklər qana daxil olaraq orqanizmdə olan bütün bakteriyaları məhv edir və təəssüf ki, göbələk xəstəliyindən müdafiə edən faydalı bakteriyalar da məhv olur.
2-ci səbəb: hamiləlik əleyhinə dərman preparatlarının qəbul edilməsi
Bütün hamiləlik əleyhinə dərman preparatlarının tərkibində estrogen hormonu var. Belə bir fikir vardır ki, bu hormon göbələk xəstəliyini törədən göbələyi aktivləşdirir və onu artmağa sövq edir. Hamiləlik əleyhinə dərman preparatlarını qəbul edən qadınlargöbələk xəstəliyi ilə hormon qəbul etməyən qadınlardan daha tez-tez xəstələnirlər. Bu, demək deyildir ki, hamiləlik əleyhinə dərman preparatlarını qəbul edən hər qadında göbələk xəstəliyi var. Göbələk xəstəliyinin inkişaf etmə riski daha çox hamiləlik əleyhinə dərman preparatlarını yenicə qəbul etməyə başlamış və ya bir preparatı daha yüksək estrogen dozası olan digər preparatla əvəz etmiş qadınlarda olur.
3-cü səbəb: Stress
Müasir qadınların rez-tez rastlaşdığı həddindən artıq narahatlıq və daimi gərginlik vəziyyəti göbələk xəstəliyinin yaranmasına səbəb ola bilər.Burada da hormonların rolu olur. Stress nəticəsində orqanizmdə çoxlu miqdarda kortisol (stress hormonu) istehsal olunur. Kortisol bizə tonusda olmaqda köməklik edir, bununla belə immunitetin fəaliyyətini tormozlaşdırır. İmmunitetin zəifləməsi infeksiyalardan, o cümlədən kandidozdan da müdafiənin zəifləməsi deməkdir. Beləliklə, həddindən artıq əsəb keçirməklə göbələk xəstəliyini "qazanmaq” olar.
4-cü səbəb: Şirniyyatlar
Göbələk xəstəliyini yaradan göbələklər şirnini çox "sevirlər”. Siz şirni nə qədər çox yesəniz, qanınızda qlükozanın səviyyəsi də bir o qədər çox olacaqdır. Qlükoza nə qədər çox olsa,göbələk xəstəliyinin "oyanması” riski də bir o qədər yüksək olar.
5-ci səbəb: Pivə
Qəribə də olsa, pivə göbələklərin intensiv şəkildə çoxalmasına səbəb olur. Buna səbəb pivənin tərkibində olan maltozadır. Maltoza şəkər növüdür və qlükoza kimi, o dagöbələk xəstəliyinin "xoşuna gəlir”.
6-cı səbəb: Bağırsaq disbakteriozu
Keyfiyyətsiz qidanın qəbul edilməsi nəticəsində yaranan həzm etməmə və diareya bağırsaqda göbələyin artması üçün münbit zəmindir. Kandida bağırsağın divarlarında çoxalır, daha sonra isə uşaqlıq yoluna keçid edir, bununla da qida zəhərlənməsi simptomlarına göbələk xəstəliyinin simptomlarını əlavə edir.
7-ci səbəb: Qəbizlər
Əgər Siz qəbizlikdən tez-tez əziyyət çəkirsinizsə, onda Siz risk qrupundasınız və göbələk xəstəliyini "qazanmaq” şansınız çoxdur. Qəbizlik bağırsaqda qələvi mühitini yaradır və kandida intensiv şəkildə çoxalmağa başlayır.
8 -ci səbəb: Şəkərli diabet
Şəkərli diabetdən əziyyət çəkən qadınlarda göbələk xəstəliyinə daha tez-tez rast gəlinir. Diabet zamanı göbələk xəstəliyinin inkişafı qanda şəkərin miqdarının çox olması ilə şərtlənir.
9-cu səbəb: Prezervativlərdən, spermitsidlərdən, tamponlardan istifadə edilməsi
Praktiki olaraq istənilən intim gigiyena vasitəsi (tamponlar, bezlər),habelə kontrasepsiya vasitələri (prezervativlər, spermitsidlər), göbələk xəstəliyinin yaranmasına təkan verə bilər. Sadalanan materialların tərkibinə daxil olan hər hansı kimyəvi maddələrlə kontakt allergiyaya, immunitetin zəifləməsinə və göbələk xəstəliyinin inkişafına səbəb ola bilər. Buna görə də göbələk xəstəliyinin simptomlarını həmişə sadalanan mallardan istifadə etdikdən sonra hiss etdikdə, onlardan imtina etməlisiniz.
10-cu səbəb: Düzgün yuyunmama
İntim gigiyena uşaqlıq yolunun mikroflorasını normal tərkibdə saxlamaq üçün olduqca əhəmiyyətlidir. Göbələk xəstəliyi düzgün yuyunmamanın, yəni suyun axarının tələb olunduğu kimi yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru istiqamətləndirilməsinin nəticəsi ola bilər. Sabun və ya başqa yararsız vasitələrlə (şampun, duş üçün gel) yuyunma da göbələk xəstəliyinin yaranmasına səbəb ola bilir. Bizim saytımızda intim gigiyena qaydaları haqqında xüsusi məqalə vardır.
Göbələk xəstəliyindən birdəfəlik necə yaxa qurtarmaq olar?
Nəyə diqqət yetirməli?

Göbələk xəstəliyi simptomlarının əmələ gəlməsi Sizə orqanizminizin göndərdiyi və nəyi isə dəyişmək lazım olduğunu bilidirən bir siqnaldır. Göbələk xəstəliyini müalicə etmək və onu birdəfəlik unutmaq yalnız onun yaranma səbəblərinə diqqət yetirməklə və bu səbəbləri həyatımızdan kənarlaşdırmaqla mümkündür.
Göbələk xəstəliyi zamanı hansı dərmanlar kömək edir?
Göbələk xəstəliyinin müalicəsində göbələkəleyhinə vasitələrdən istifadə edilir. Bu dərmanlar daxilə qəbul üçün tabletlər halında, vaginal (uşaqlıq yolu) şamlar, vaginal kremlər və hətta inyeksiya (iynə) üçün məhlullar kimi müxtəlif formalarda buraxılır. Ginekoloqa vaxtında müraciətiniz vacibdir.
Seksual patnyor (ər) müalicə almalıdırmı?
Əgər Sizin patnyorunuzu göbələk xəstəliyinin simptomları narahat etmirsə, onda ona heç bir müalicə tələb olunmur. Tədqiqatlar göstərdi ki, seksual partnyorların profilaktik müalicəsi göbələk xəstəliyindən əziyyət çəkən qadınlarda müalicənin səmərəliliyinə, sağalmanın sürətinə və residivlərin tezliyinə təsir göstərmir. Əgər Sizin ərinizi göbələk xəstəliyinin simptomları (cinsi üzvün başında qızarma, çatların əmələ gəlməsi, qaşınma, başın üzərində ağ ərp, sidik ifrazatı zamanı ağrılar) narahat edirsə, onda o, həkim-uroloqa müraciət etməli və uretradan flora üçün yaxma verməlidir. Yalnız yaxmanın nəticələrinə əsasən uroloq Sizin partnyorunuza müalicə təyin edə bilər.


Şərhlər:
Baxılıb: 1998
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz