Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Erkən menopauza
Erkən menopauza
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 966
Səs ver:
Erkən menopauzanın (klimaks) səbəbləri və necə qarşısını ala bələrik?
Ölkəmizdə hər 100 qadından üçündə yaşanan  erkən menopauza (klimaks) bəzı genetik faktorlardan və gündəlik həyatımızda etdiyimiz xətalara bağlı olaraq ortaya çıxır. Ölkəmizdə qadınlar orta hesabla 45-48 yaşından menopauza (klimaks) keçirməyə başlayırlar. Ancaq müxtəlif faktorların təsirindən menopauzaya 40 yaşından əvvəl də başlana bilər və bu hal "erkən menopauza" olaraq adlandırılır. Erkən menopauza bütün qadınların kabusudur və ölkəmizdə hər 100 qadından üçündə vaxtsız başlayır.
Erkən menopauzanın başlaması nədən asılıdır?
Menopauza keçirmə yaşını bildirən ən əsas göstəricilərdən biri, qadının anasının və ya xalası  kimi yaxın ailə qohumlarından birinin menopauzaya girmə yaşıdır. Bundan başqa hipotiroidi və ya xərçəng kimi müxtəlif xəstəliklər, ətraf mühüt çirkliliyinin artması kimi göstəricilər də erkən menopauzaya yol açan diğər önəmli faktorları yaradır. Bu riskləri dəyişdirmək heyifki mümkün deyil. Ancaq bir də gündəlik həyatda edilən bəzi xətalar var ki, bunlar da qadınların heç gözləmədikləri bir anda erkən menopauza ilə tanış edir.
Erkən menopauzanın səbəbləri
• Ailə anamnezi
• Əməliyyatla yumurtalıqların götürülməsi
• Autoimmun xəstəliklər
• Xərçəng müalicəsi
• Sigaret çəkmək: Sigaret çəkən və çəkməyən qadınlar üzərində aparılmış olan müşahidələrdə, sigaret çəkən qadınların digərlərinə baxanda daha erkən menopauza keçirdiyi göstərilir. 2 min 500 qadını, 8 il təkib edilən bir müşahidəyə görə siqaret çəkən qadınlar menopauzanı 2 il tez keçirir.
• Qeyri-düzgün  bəslənmək: Orqanizmdəki yağın miqdarı bəlli bir kilodan aşağı enərsə menustrasiya kesilir. Zəif olmaq və tez kilo vermək menstruasiyanın  kəsilmə səbəbidir. Yağlanma miqdarı bəlli bir nöqtəyə gəlincə qadın yeniden aybaşı görməyə başlaya bilər. Yağ kütlə indeksi yüzdə 12dən aşağı enəndə hipotalamik amenoreya, yəni aybaşı olmama yaranır. Bu qadınların üçdə biri də erkən menopaua keçirir.
• Stresli həyat tərzi: Stres tək başına erkən menopauzanın səbəbi olmasa da, digər səbələrlə bir yerdə erkən menopauzanı tezləşdirən önəmli bir səbəb olarak görülür.
• Hərəkətsiz bir həyat keçirmək: Hərəkətsiz həyat və sağlıqsız bəslənmə sonda ortaya çıxan piylənmənin və beləliklə də erkən yetişməyə yol açtığı bilinir. Erkən yeniyetməliyə girən bu qız uşaqları erkən menopauza problemi ilə də qarşılaşır.
Erkən menopauzaya qarşı nə etmək olar?
Həftədə ən azı 3 gün idman edin.
Vücut kütlə indeksinizi hesablayın. Nə çox zəif, nə də kilolu olun.
Sigaret çəkməyin ve passiv çəkməkdən (yəni yanınızda çəkən varsa) uzak durun.
Kalsiumla bol bəslənin. Gündə 200 ml süd, yoğurt və ya dondurma yeyin.
Balıq, qoz, təzə fındıq, boranı tumu, brokoli, pomidor, kök, biber, nar, üzüm, çiyələk, qarpız, taxıl kimi yüksək antioksidanlı qidalarla bəslənin. Həmçinin yaşıl çay və təzə greyfurt suyu için.
Antioksidantla zəngin vitaminlər için (həkiminizlə məsləhətləşin).
Gündəlik günəş qəbul edərək orqanizminizdə D vitamininin miqdarını artırın.
Zərərli kimyəvi maddələrdən uzaq durun.


Şərhlər:
Baxılıb: 966
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz