Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıq yolunun quruluğu
Uşaqlıq yolunun quruluğu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1336
Səs ver:
Qadının uşaqlıq yolu xüsusi qulluğa ehtiyacı olan intim orqandır. Bütövlükdə sağlamlığımızla bağlı olduğu kimi, müəyyən diskomfort hiss etməyincə, onun da fəaliyyət xüsusiyyətləri bizi çox düşündürmür. Diskomfort yarandıqdan sonra isə vəziyyətimizi normallaşdırmaq üçün tədbir görmək lazım gəlir. Uşaqlıq yolunun selikli qişasının quruluğu ilə əlaqəli yaranan diskomforta fikir verməyə də bilərik, lakin zaman keçdikcə, problem mürəkkəbləşir, buna görə də onu mümkün qədər erkən həll etmək lazımdır.
Uşaqlıq yolunun quruluğu nə deməkdir?
Uşaqlıq yolunun quruluğu zamanı uşaqlıq yolunun selikli qişası öz elastikliyini, hamarlığını və normal şəkildə təbii selik ifraz etmək qabiliyyətini itirmiş olur.
Uşaqlıq yolunun quruluşu
Qadının uşaqlıq yolunun divarları üç qatdan ibarətdir ki, onun da yuxarı qatını selikli qişa təşkil edir. O, uşaqlıq yolunda çoxlu sayda köndələn qatları yaradan çoxqatlı yastı epitelidən ibarətdir. Bu qatların hesabına uşaqlıq yolunun ölçüləri (məsələn, oyanma və ya doğuş zamanı) dəyişə bilir.
Bundan başqa, uşaqlıq yolunun divarlarının strukturunun tərkibində şəffaf və ya ağımtıl selik ifraz edən vəzlər var. Selik üçün zəif və qıcıqlandırmayan iy, az turşu reaksiyası (рН 4,0-4,5) səciyyəvidir ki, bu da onun tərkibində süd turşusunun olması ilə bağlıdır. Uşaqlıq yolunun faydalı mikroorqanizmlərdən təşkil olunmuş müəyyən bir mikroflorası da var. Bu orqanın normal fəaliyyəti bir çox amillərlə şərtlənir. Uşaqlıq yolunun sağlamlığı və intim zonanın komfortu həm orqanizmin yaş xüsusiyyətləri, hormonal fonun vəziyyəti, həm iltihab və infeksion proseslərinin olub-olmaması, həm cinsi həyatın mütəmadiliyi, həm də şəxsi gigiyenanın xüsusiyyətləri, hətta zərərli vərdişlərin olub-olmaması ilə də müəyyən olunur.   
Uşaqlıq yolunun quruluğunun əlamətləri
Uşaqlıq yolunun quruluğu, dəri örtüyünün quruluğu qırışların əmələ gəlməsi ilə müşayiət olunur ki, bu da orqanizmdə estrogen və progesteronun, hialuron turşusunun miqdarının azalması ilə izah olunur.
Ginekoloqlar uşaqlıq yolunun quruluğunun bir çox səbəblərini qeyd edirlər və bu fikirdə yekdildirlər ki, normadan kənaraçıxmalar daha dərin fizioloji pozuntunun həm nəticəsi, həm də səbəbi ola bilir. "Uşaqlıq yolunun quruluğu” anlayışı aşağıdakı simptomları özündə birləşdirir:
Təbii ifrazatların tamamilə yoxluğu və ya əhəmiyyətli şəkildə azalması ki, bu da gündəlik diskomfort hissinə səbəb olur;
Quruluq hissi qaşınma və kiçik cinsiyyət dodaqlarında yanğı hissi ilə müşayiət olunur;
Sürtkü kifayət qədər ifraz olunmadığından, cinsi akt zamanı ağrı və hiss olunan dərəcədə diskomfort yaranır;
Uşaqlıq yolunda infeksion-iltihab proseslərinə və seksdən sonra və ya ondan asılı olmadan da meydana gələ bilən səthi mikroçatlar və qanayan yaralar əmələ gələ bilir;
Uretranın (sidik kanalının) toxumaları uşaqlıq yoluna çox yaxın yerləşdiyindən və incəldiyindən sidiyə tez-tez və təcili çağırışlar olur.
Uşaqlıq yolunun quruluğu hansı qadınlarda daha çox rast gəlinir?
Uşaqlıq yolunun quruluğunun yaranma riski yetkin yaşlı qadınlarda və menopauza (klimaks) dövründə daha böyük olur. Belə hallar quruluğun inkişafında üstün rol oynasa da, quruluq tək bu, səbəbdən inkişaf etmir. Əsas risk qrupuna 40-60 yaşlı qadınlar, habelə yaşla əlaqədar menopauzanın inkişaf etdiyi qadınlar daxildir. Məhz bu dövrdə qadın orqanizmində qadın cinsi hormonu olan estrogenin miqdarı təbii olaraq azalmağa başlayır. Onun qanda kifayət miqdarda olması hər şeydən başqa uşaqlıq yolunda normal nəmlik və turşuluq səviyyəsini təmin edir.
Estrogenin miqdarının azalmasına paralel olaraq təbii müdafiə mexanizmi də zəifləyir, pH səviyyəsi dəyişikliklərə məruz qalır, uşaqlıq yolu mühitində qələvinin miqdarı artır. Maraqlıdır ki, pozuntular pH-n miqdarının çox olması ilə də şərtlənir. Bu zaman uşaqlıq yolunun toxumalarının patoloji mikrofloraya həssaslığı artır, uşaqlıq yolunun divarlarında çatların yaranma riski çoxalır.
Menopauza dövrü üçün uşaqlıq yolunun quruluğu və divarlarının qırışması fonunda atrofiyası, divarların elastikliyini itirməsi və yüngül zədələrə meylliyi də səciyyəvi hallardandır.
Uşaqlıq yolunda quruluğu şərtləndirən yaş dəyişikliklərindən biri də hialuron turşusunun miqdarının azalmasıdır. Bu, orqanizm tərəfindən tonusu, qidanı, toxumaların elastikliyini, həll olunmuş qida maddələrinin seçkili diffuziyasını təmin etmək üçün normada ifraz olunan bir maddədir. Məhz hialuron turşusunun molekulları suyun molekulları ilə qarşılıqlı təsirlərə girərək onları dəri və selikli qişalarda saxlayır ki, bu da hamarlığı, yumşaqlığı və elastikliyi təmin edir. Yaşla əlaqədar hialuron turşusunun miqdarı azalır ki, bu da uşaqlıq yolunun quruluğunun inkişafı üçün əlavə bir mexanizmdir.
Uşaqlıq yolunun quruluğunun yaranma səbəbləri
Yaxınlaşmaqda olan menstruasiya (aybaşı)
Inkişaf etməkdə olan hamiləlik və ya doğuşdan sonrakı dövr
Düzgün seçilməyən hormonal kontraseptivlərin qəbulu fonunda inkişaf edə bilən hormonal disbalans
Sidk yollarının və ya uşaqlıq yolunun infeksiyası
Venerik xəstəliklər
Genital herpes
Yeni törəmələr
Uşaqlığın mioması və endometrioz
Tərkibində sərt qələvilər olan sabun, gel, köpüklər təbii turşuluq səviyyəsini pozur.Intim istifadə üçün nəzərdə tutulan parfümeriya və boyalar, kimyəvi və sintetik vasitələr (o cümlədən ətirləndirilmiş prezervativlər, tualet kağızı) allergiyaya və selikli qişanın qıcıqlanmasına səbəb olur. Düzgün intim-gigiyena saytımızda yerləşdirilmişdir.
Antibiotiklər
Antidepressantlar
Kimya terapiyası üçün preparatlar
Hormonal preparatlar
Qadın cinsiyyət orqanlarının xəstəlikləri
Dermatoloji pozuntular
Seksin tam olaraq yoxluğu və ya qeyri-mütəmadi cinsi əlaqələr
Immun pozuntuları
Cərrahiyyə müdaxilələri, xüsusən də sidik-cinsiyyət sistemində, uşaqlıq boynunda cərrahiyyə müdaxilələri, yumurtalıqların götürülməsi (bunlar hormonal dəyişikliklərə səbəb olur)
Bəzi dərmanların və tibbi manipulyasiyaların qəbulu
Cinsi orqanlar nahiyəsində kosmetik və gigiyena vasitələrindən istifadə edilməsi
Siqaret bütün orqanizmdə, xüsusən də cinsiyyət orqanlarında qan dövranına təsir göstərir.
Uşaqlıq yolunun quruluğunun profilaktikası
Uşaqlıq yolunun quruluğunun profilaktikası özündə üç elementi birləşdirir:
Kifayət qədər gigiyena qaydalarına əməl etməli, amma ifrata yol verməməli;
Qıcıqlandırıcı gigiyenik preparatlardan istifadə etməməklə gündəlik gigiyenik duş qəbul etməli (intim zonalar üçün aptekdən əldə olunan və tərkibində minimal miqdarda kimyəvi element olan xüsusi vasitələrdən istifadə etmək lazımdır);
Uşaqlıq yolundan ifrazatlar gəldikdə, gigiyenik bezlərdən istifadə etməli (onları hər 4-6 saatdan bir dəyişmək lazımdır). Ətirləndirilməmiş analoqlara üstünlük verilməlidir;
Cinsiyyət orqanları ilə mümkün qədər az təmasda olması üçün tampon yox, gigiyenik bezlərə üstünlük verilməlidir;
Ətirləndirilməmiş gigiyenik vasitələrdən, tualet kağızından, kontraseptivlərdən, lubrikantlardan (su tərkibli) istifadəyə üstünlük verilməlidir;
Alt paltarı mütəmadi olaraq dəyişdirilməlidir, bu zaman təbii parçalardan istifadə etmək daha yaxşı olar;
Alt paltarını yumaq üçün yaxalayıcılardan, kondisionerdən və s.-dən yox, mümkün qədər sadə (ətirsiz və boyasız) yuyucu vasitələrdən, adi təsərrüfat sabunundan istifadə etmək tövsiyə olunur;
Sağlam həyat tərzinə və sərfəli qida rasionuna əməl edilməlidir.
Istiotlu, marinə edilmiş, duzlu, ədviyyatlı, konservləşdirilmiş xörəklərdən, asan mənimsənilən karbohidratlardan, alkoqollu içkilərdən az istifadə olunmalıdır;
Rasion vitamin və minerallarla zənginləşdirilməlidir, bu məqsədlə meyvə, tərəvəz, giləmeyvə, təzə sıxılmış şirələr, dənli bitkilərdən, bütöv yarmalardan istifadə edilməlidir;
Tərkibində fitoestrogen (təsirinə görə qadın cinsi hormonlara bənzəyən maddələr) olan ərzaqlardan - lobya, soya, mərci, düyü, alma, nar, kök, kələm, qırmızı üzüm, albalı, xurma, cəfəri, fındıq, günəbaxan toxumları, zeytun yağı və s.-dən daha çox istifadə edilməlidir;
Dəniz balığının, toxumlarda, fındıq və qozun, bitki yağlarının tərkibində olan poli-doymamış yağlardan istifadə etməli;
Çoxlu miqdarda maye – gündə 2 litrə qədər adi içməli su qəbul etməli;
Mükəmməl seksual aktivlik – bu, hormonal fonun normallaşmasına səbəb olur.
Uşaqlıq yolunun quruluğu və seks
Uşaqlıq yolunun quruluğu orqanizm üçün qeyri-normal olan bir çox halları müşayiət edir. Lakin bu, daha çox cinsi əlaqə zamanı hiss olunur. Qadın orqanizminin xüsusiyyətlərindən biri seksual oyanma zamanı daha çox selik ifraz etmək qabiliyyətindədir. Sürtkü mümkün qədər komfort və asan daxil olma üçün lazımdır. Cinsi akt zamanı sürtkünün çatışmamazlığı və ya onun ləng ifrazı edilməsi həm yetkin yaşlı qadınlarda, həm də qız və gənc analarda müşahidə olunur. Kənaraçıxmalar qismən endokrin dəyişikliklərlə şərtlənir, lakin cinsi aktın xüsusiyyətləri də mühüm əhəmiyyət kəsb edir. Seks zamanı diskomfort və ağrı hissi, seksdən sonra isə uşaqlıq yolunda çatların və qanlı yaraların əmələ gəlməsi çox vaxt prelüdiyanın kifayət qədər olmaması ilə izah olunur. Bu üzdən qadında boşalma və oyanma yetərli olmur, seksin özündən isə o, həzz almır, hətta əksinə, ağrı hiss edir. Ağrı refleksi möhkəmlənə bilər ki, nəticədə də gələcək cinsi aktlar zamanı uşaqlıq yolunun əzələləri qeyri-ixtiyari olaraq yığılacaqdır. Buna görə də kişi qadına ağrı verməmək üçün cinsi əlaqəyə həvəssiz girir ki, bu da onun ereksiyasına təsir göstərir.
Problemi həll etmək üçün keyfiyyətli prelüdiyadan başlamaq lazımdır. Seksoloqlar bildirirlər ki, prelüdiyanın orta davamlılığı 20 dəqiqədən az olmamalıdır, lakin problemin özünün varlığı cinsi həyatın keyfiyyətinin daha dərindən təhlilinə ehtiyac yaradır.
Ilk növbədə qeyd etmək lazımdır ki, məhz mütəmadi və mükkəmməl cinsi həyat bütövlükdə qadın cinsiyyət sisteminin, xüsusən də uşaqlıq yolunun sağlamlığına təminat verir. Seksual cəhətdən aktiv qadınlar intim sağlamlığını həyatın bu tərəfinə etinasızlıq göstərən qadınlara nisbətən daha çox qoruyub saxlamış olurlar. Ahəngdar cinsi həyat əhval-ruhiyyəni yaxşılaşdırmaqla və həyat tonusunu artırmaqla təkcə qadının həyat keyfiyyətini yüksəltmir, həm də qanda hormonların mümkün qədər balanslaşdırılmış miqdarını təmin edir ki, elə bu da uşaqlıq yolunun profilaktikasını təşkil edir. Yəni seks selikli qişanın vəziyyətini yaxşılaşdırır və onun quruluğunun aradan qaldırılmasının əsasını təşkil edir. Lakin çox güman ki, selikli qişanı qıcıqlandıran prezervativlərdən istifadə edilməklə tələskən və ağrılı seks xilas yolu olmayacaqdır. Bəs seks necə olmalıdır? Yalnız mütəmadi oyanma ilə müşayiət olunan seks estrogenin miqdarını artırır və sürtkünün yaranmasına səbəb olur, uşaqlıq yolunun elastikliyini qoruyur, ağrı hisslərinin yaranma ehtimalını azaldır.
Faydalı məsləhətlər
Uşaqlıq yolunun quruluğu olan qadın aşağıda göstərilən bir neçə nüansa nəzər yetirilməlidir:
ginekoloqunuzla kontrasepsiya məsələsini müzakirə edin – mütəxəssislər bu fikirdə yekdildirlər ki, kişi spermasının tərkibindəki bəzi maddələr qadın orqanizminə müsbət təsir göstərir və kontrasepsiyasız seks təbii, natural, məqbul hesab olunur, lakin deyilənlər özündə intim xəstəliklərin olmadığına əmin olan və uşaq dünyaya gətirməyə hazır olan təcrübəli cütlüyə aiddir;
bütün digər hallarda kontrasepsiyadan istifadə məqsədə uyğun hesab olunur, ən azı ona görə ki, kontraseptiv sevgililəri intim infeksiyalardan mümkün qədər qoruyur. Lakin tərkibində lateks olan prezervativ bəzi hallarda qadınlarda allergik reaksiyalara səbəb olur; ətirləndirilməmiş, boyasız, relyefsiz prezervativləri seçmək lazımdır. Onları tərkibində su olan lubrikantlarla bir araya gətirmək olar; əksər qadınlar hormonal kontraseptivlərdən xurafatlar üzündən istifadə etməkdən çəkinirlər. Lakin bu xurafatlara yalnız kontraseptivlər bəxtəbəxt seçildikdə, bəraət qazandırmaq olar. Hormonal preparatlar nəinki qadını arzuolunmaz hamiləlikdən qoruyar, həm də onların təyinindən əvvəl keyfiyyətli tibbi müayinədən keçmiş qadınlarda hormonal fonu da korreksiya edər;
kimyəvi spermisidlərdən istifadə bir dəfə diskomforta səbəb oldusa, onda bu təcrübəni təkrarlamayın, çünki uşaqlıq yolunun selikli qişası onların təsirinə həddindən artıq həssaslaşa bilər;
seksdən qabaq qadına göstərilən nəvaziş davamlı və rəngarəng olmalıdır – qayda belədir ki, qadının uşaqlıq yolu kifayət qədər nəmlənməyincə, penetrasiya (penisin vaginaya daxil olması) baş verməməlidir. Məqsədə çatmaq üçün öpüş və oral seksdən yararlanmaq, döşə və intim zonalara toxunmaq, klitoru stimulyasiya etmək, müxtəlif seksual oyunları qoşmaq olar. Bu, uşaqlıq yolunun divarlarına və cinsiyyət dodaqlarına qan axınını təmin edir, selik ifraz olunur, uşaqlıq yolunun divarlarından toxumadaxili maye və ətraf damarlardan qan transsudatı sezməyə başlayır;
qarşıdakı seksə hazırlaşmaq lazımdır – rahat boşalma və uşaqlıq yoluna qan axınının təmini üsullarından gedir. Buna misal olaraq isti vannanı qeyd etmək olar. Vaginal nayihədə əzələlərin "qızışdırılması” və möhkəmləndirilməsi üsulu kimi masturbasiyadan da faydalanmaq olar.
Uşaqlıq yolunun quruluğunu necə aradan qaldırmaq olar?
Uşaqlıq yolunun quruluğu adi haldırvə ginekoloji müayinə prosesindən çox qadın pasiyentin özünün ilkin şikayəti əsasında aşkar edilir. Qadın diskomfort hiss etmirsə, onda çox güman ki, ona quruluq diaqnozu qoyulmayacaqdır. Diaqnostik prosedurların gedişində həkim anamnezi öyrənir, quruluğa səbəb ola bilən amillərin olub-olmadığını dəqiqləşdirir və onların təsirini mümkün qədər aradan qaldırmağı, cinsi münasibətləri normallaşdırmağı tövsiyə edir. Həmişə olmasa da, cox vaxt bu, kifayət edir. Daha ciddi xəstəlikləri istisna etmək, habelə diskomfortun səbəblərini üzə çıxarmaq üçün ginekoloji baxış və laboratoriya diaqnostikası tələb olunur. Bunlara infeksiya agentlərinə görə analizlər, hüceyrələri testləşdirmək üçün uşaqlıq yolunun divarlarından Papanikolau yaxması, habelə hormonal statusun müayinəsi aiddir. Menopauza dövründə olan qadınlara ginekoloq çox güman ki, hormonal preparatlardan da istifadə etməklə əsaslı medikamentoz müalicə təyin edəcəkdir. Hormonal preparatlar xüsusən də doğuşdan sonrakı dövrdə və ümumən bu problemlə üzləşmiş qadınlarda hormonal fonun bərpası üçün əhəmiyyət kəsb edir.
Quruluq kosmetik vasitələrdən istifadə və ya hər hansı medikamentlərin qəbulu nəticəsində yaranmışdırsa, onda onlardan imtina etməklə çox vaxt həm selikli qişanın sağlamlığını, həm də mükəmməl keyfiyyətli seksi bərpa etmək mümkün olur.
Medikamentoz müalicə
Uşaqlıq yolunun quruluğunun aradan qaldırılmasına yönələn preparatların əsas kateqoriyası ginekoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanlardan ibarətdir. Bu dərmanlar kənaraçıxmaların səbəbini aradan qaldırmaqla nəticəni də aradan qaldırır, yəni quruluqdan yaxanızı qurtarır.
Daha ciddi xəstəliklər üzündən yaranan quruluq hallarında uşaqlıq yolunun selikli qişasının vəziyyətini normallaşdırmaq üçün müalicə həkimi dərmanları ətraflı diaqnostikadan sonra təyin edir. Bunlar həm hormonal, həm iltihabəleyhinə, həm antibakterial, həm də selikli qişanın vəziyyətini qoruyub saxlayan preparatlar ola bilər. Müalicənin detalları konkret diaqnoz əsasında müəyyən olunur. Vaxtında ginekoloqa müraciət etmək vacibdir.
Uşaqlıq yolunun quruluğu hormonal kənaraçıxmalar, infeksion-iltihab xəstəliklərlə, sidik-cinsiyyət sisteminin patologiyaları, immun və dermatoloji pozuntularla əlaqəli deyildirsə, onda müstəsna olaraq uşaqlıq yolunun su balansının, əzələlərinin elastikliyinin bərpasına təsir göstərən preparatlar təyin olunur.
Hormon terapiyası
Hormon terapiyası uşaqlıq yolunun quruluğunun ən populyar müalicə metodudur, çünki problem çox vaxt məhz hormonal pozuntu, daha dəqiq desək, qanda estrogen çatışmamazlığı ilə bağlı olur.
Bu səbəb öz təsdiqini taparsa, müvafiq olaraq orqanizmə estrogenin süni çatdırılma yollarından biri, daha dəqiq desək, estrogenlərlə aparılan yerli terapiya təyin edilir:
vaginal estrogen halqaları – bu, yumşaq, çevik halqa həkim və ya bilavasitə qadının özü tərəfindən uşaqlıq yoluna yerləşdirilir; təsir prosesində daima vaginal toxumalara estrogen axını təmin olunur; mütəmadi olaraq (3 aydan bir) halqa dəyişdirilməlidir;
vaginal estrogen tabletləri – tabletlərdən yerli olaraq istifadə olunur, ilk iki həftə ərzində gündə bir dəfə, sonra isə həftədə 2 dəfə uşaqlıq yoluna yerləşdirilir;
vaginal estrogen kremi də yalnız yerli olaraq təyin olunur. Bunun üçün xüsusi applikatordan istifadə olunur. Krem uşaqlıq yolunun daxili divarları boyunca axır, sonra da terapevtik təsir göstərir.
Digər metodlar kimi, hormonal terapiyanı da qadın özbaşına deyil, yalnız müalicə həkiminin təyini və yazdığı kurs əsasında aparmalıdır. Kənar təsirlərin mümkünlüyü istisna olunmur. Buna görə də müalicə mütəxəssis nəzarəti altında aparılmalıdır.


Şərhlər:
Baxılıb: 1336
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz