Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tamponlardan düzgün istifadə qaydaları
Tamponlardan düzgün istifadə qaydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1468
Səs ver:
Tampon nədir?
Tampon hopdurucu materialdan hazırlanmış və uşaqlıq yoluna yeridilən "bükmə”dir. Tampon sayəsində menstrual ifrazatlar uşaqlıq yolundan kənara tökülməyib tamponun xüsusi hopdurucu materialına hopur.
Tamponların hansı növləri olur?
Bezlər kimi, tamponlar da müxtəlif ölçüdə olur və hopdura bildiyi menstrual ifrazatların miqdarından asılı olaraq qablaşmada "damcı” sayı ilə işarələnir. 1-2 damcılıq tamponlar ən balaca ölçüdə olur və daha az qan hopdurur, buna görə də bu, az miqdarda menstruasiyası olan qadınlar üçün yararlıdır. 3-4 və daha çox damcının göstərildiyi tamponlar çoxlu miqdarda aybaşı olan qızlar üçün yararlıdır. Tamponun uşaqlıq yoluna yeridilməsini asanlaşdırmaq üçün onlardan bəziləri xüsusi applikatorla, şprisə bənzər plastik futlyarla təchiz edilmişdir.
Tampondan necə istifadə etməli ?
Tampon applikatorludursa:

Əlinizi sabunla yuyun və uşaqlıq yolunu yuyun. Bu, xüsusən də tamponalardan istifadə etdikdə, çox önəmlidir.
Tamponu yeritmək üçün rahat vəziyyəti seçin: bəzi qadınlar üçün bunu ayaq üstə, digərlərinə isə çömbələrək və ya bir ayağını unitazın üstünə qoymaqla etmək rahat olur. Kiçik çanağın əzələlərini boşaltmağa çalışın, çünki bu əzələlər gərgin olduqda, tamponu yeritmək çətin olur.
Applikatoru geniş hissəsinin qurtardığı və buna nisbətən dar hissənin daxil olduğu səviyyədən böyük və orta barmaqlarınla tutun.
Sərbəst əlininiz barmaqları ilə cinsi dodaqları aralayın və applikatorun geniş hissəsinin qurtaracağının sərbəst hissəsini uşaqlıq yoluna yeridin.
Applikatoru tutan barmaqların (böyük və orta) perineum deyilən dəriyə toxunmayınca yavaş-yavaş applikatoru uşaqlıq yoluna yeridin.
Şəhadət barmağınızla applikatorun dar hissəsinin sərbəst qurtaracağına təzyiq edin ki, o, tam olaraq applikatorun artıq uşaqlıq yoluna yeridilmiş nisbətən geniş hissəsinə "daxil” olsun.
İndi tampon uşaqlıq yolunun lazım olan dərinliyində yerləşir və təsadüfdən düşə bilməz.
Yavaşca applikatoru çıxardın. Çöldə qalmalı olan sapa fikir verin. Məhz bu sapın köməyi ilə siz sonradan tamponu xaric edə biləcəksiniz.
Tampon applikatorsuzdursa
Əlinizi sabunla yuyun və uşaqlıq yolunu yuyun. Bu, xüsusən də tamponalrdan istifadə etdikdə, çox önəmlidir.
Tamponu yeritmək üçün rahat vəziyyəti seçin: bəzi qadınlar üçün bunu ayaq üstə, digərlərinə isə çömbələrək və ya bir ayağını unitazın üstünə qoymaqla etmək rahat olur. Kiçik çanağın əzələlərini boşaltmağa çalışın, çünki bu əzələlər gərgin olduqda, tamponu yeritmək çətin olur.
Tamponu qabından çıxarın və onu böyük və şəhadət barmağının arasında tampondan sapın çıxdığı yerdən (yəni təməlindən) tutun.
Sərbəst əlinizin barmaqları ilə cinsi dodaqları aralayın və tamponu uşaqlıq yoluna yeridin.
Əgər tamponun "ilişib qaldığını”, daha dərinə getmədiyini hiss edirsənizsə, onda applikatoru uşaqlıq yoluna başqa bucaq altında yeridin. Tamponu yuxarıya doğru yox, onurğaya doğru istiqamətdə yeritməyə çalışın. Bu, əvvəl çətin gələ bilər, amma 2-3-cü dəfəyə tamponu yeritməyin asan olduğunu hiss edəcəksiniz.
Tamponu şəhadət və ya orta barmağınla elə yeridin ki, o, təxminən barmağın uzunluğu dərinliyində olsun. Bu, uşaqlıq yolunun təxminən üçdə bir hissəsinə uyğun gəlir.
Çöldə qalmalı olan sapa diqqət yetirin. Məhz bu sapın köməyi ilə siz sonradan tamponu xaric edə biləcəksiniz.
Tamponun xaric edilməsi:
Əllərinizi sabunla yuyun.
Tamponu xaric etmək üçün rahat vəziyyət tapın (ayaq üstə, unitazda oturmaqla və ya bir ayağını unitaza qoymaqla)
Kiçik çanağın əzələlərini boşaltmağa çalışın, çünki bu əzələlər gərginləşdikdə, tamponu xaric edərkən ağrı hiss edə bilərsiniz.
Tamponun sapından tutun və tampon tam olaraq uşaqlıq yolundan çıxmayınca, aşağı və irəli doğru çəkin.
İstifadə olunmuş tamponu tualet kağızına və ya paketə bükün və zibil qabına atın. Tamponları unitaza atmayın.
Faydalı məsləhətlər
Əgər siz əvvəllər tampondan istifadə etməmisinizsə, onda ilk vaxtlarda applikatorlu tampon alın.
Tamponu yeritdikdən sonra onu daxilində hiss etmirsinizsə, deməli, onu düzgün yeritmisiniz və o, düşməyəcəkdir.
Tampon daxilində olan zaman aktiv hərəkətdə olmalısınızsa (idman zalına və ya diskotekaya gedirsinizsə), onda o, maye buraxa bilər. Alt və ya üst paltarının bulanmasını istəmirsinizsə, tampondan başqa, həm də gündəlik bezlərdən istifadə edin.
Tamponlar haqqında ən çox verilən suallara ginekoloqların cavabları
Tamponlardan neçə yaşdan başlayaraq istifadə etmək olar?
Tamponlardan ilk aybaşın başladığı gündən istifadə edə bilərsən. Ən əsası müvafiq ölçüdə tamponları seçməkdir.
Əgər mən hələ qız uşağıyamsa, onda tamponlardan istifadə edə bilərəmmi?
Siz tamponlardan cinsi həyata başlamazdan öncə də istifadə edə bilərsiniz. Düzgün seçilmiş tamponlar (2-3 damcılıq balaca ölçüdə) qızlıq pərdəsini zədələyə bilməz (əlbəttə, əgər tampon ehtiyatla yeridilirsə və xaric edilirsə).
Tamponlardan istifadə ağırılıdırmı?
Yox, bu, ağrılı deyil. Ilk vaxtlarda siz tamponu daxil edərkən və ya xaric edərkən diskomfort hiss edəcəksiniz, amma lazım olan şeyləri ehtiyatla və yavaş-yavaş etdikdə, ağrı olmayacaqdır.
Aybaşı zamanı tampondan istifadə edərkən üzmək olarmı?
Bəli, tampondan istifadə edərkən siz üzə bilərsiniz. Əgər siz tamponun ölçüsünü düzgün seçmisinizsə və onu uşaqlıq yolunun kifayət qədər dərinliyinə yeritmisinizsə, onda menstrual qan suya düşməyəcək, su da, öz növbəsində, uşaqlıq yoluna düşə bilməyəcəkdir.
Tamponu gecə saxlamaq olarmı?
Yox, bu, arzuolunmazdır. Tampon uşaqlıq yolunda ardıcıl olaraq 6 saatdan artıq qalmamalıdır, əksər ginekoloqlar isə tamponları hər 3-4 saatdan bir dəyişməyi tövsiyə edirlər.
Böyük və ya kiçik bayıra getdikdə, tamponu dəyişmək lazımdırmı?
Yox, bu, mütləq deyil. Tampon uşaqlıq yolundadır ki, bunun da nə sidik ifrazına, nə də defekasiyaya aidiyyatı yoxdur. Əgər siz tamponu yenicə yeritmisinizsə, onda onu hər dəfə tualetə gedərkən dəyişmək lazım deyil.
Tampon iltihaba səbəb ola bilərmi?
Tampondan istifadə qaydalarına əməl edildikdə, iltihab riski minimuma bərabərdir. Tamponu yeritməzdən əvvəl və ya onu xaric etməzdən əvvəl əlini yaxşı-yaxşı yumağı unutmayın, habelə tamponu uşaqlıq yolunda 6 saatdan (daha yaxşı olar ki, 3-4 saatdan) artıq saxlamayın.
Tamponun düzgün yeridilib-yeridilməməsini necə müəyyən etmək olar və düzgün yeridilmədikdə, nə etməli?
Əgər tampon uşaqlıq yoluna daxil edildikdən sonra onu hiss etmirsizsə və bu zaman tampondan çıxan sap çöldədirsə, onda siz onu düzgün qoymusunuz. Tamponu daxil etdikdən sonra onu hiss edirsizsə, deməli, o, kifayət qədər dərinlikdə deyil və istənilən an düşə bilər. Belə olduqda, tamponu daha dərinliyə yeritmək və ya onu çıxarıb yeni tamponu elə yeritmək lazımdır ki, onu hiss etməyəsiniz.
Tampon ilişib qala və orqanizmdə ''itə'' bilərmi?
Uşaqlıq yolu borudur. Onun sonunda sıx əyilmiş uşaqlıq boynu yerləşir. Buna görə də tampon heç cür uşaqlıq yolundan uşaqlığa düşə və "itə” bilməz. Tamponu uşaqlıq yoluna yeritmisizsə, onda siz onu xaric etməyincə, o, burada qalacaqdır.
Tamponu xaric edə bilmədikdə, nə etməli?
Bəzi hallarda tampon sapla bilrikdə uşaqlıq yolunun dərinliyinə gedir və ya sap qırılır. Təşvişə düşmək lazım deyil, çünki çox güman ki, bu problemin öhdəsindən özünüz gələ biləcəksiniz. Gücənməyə çalışın (defekasiya zamanında olduğu kimi) və tampon özü xaric olacaqdır. Bu, baş vermədikdə, onu uşaqlıq yolunun dərinliyinə yeridilmiş barmaqlarınla çıxarın. Əgər tamponu heç cür özünüz çıxara bilmirsinizsə, onda həmin gün ginekoloqa müraciət etməlisiniz. Ginekoloq tamponu tez bir zamanda ağrısız çıxaracaq.
Düzdürmü ki, tamponlardan istifadə həyat üçün təhlükəli olan toksiki şok sindromuna (TŞS) səbəb ola bilir?
Bəli, doğrudur. Tamponlardan istifadə edən qadın və qızlarda toksiki şok sindromu riski daha yüksəkdir. Bu sindromun yaranmasına səbəb bakteriyalardır. Orqanizmə daxil olan bu bakteriyalar qana zəhərli maddələr (toksinlər) ifraz edə bilir. TŞS-nun simptomları: bədənin temperaturunun yüksəlməsi, qusma, ürəkbulanma, baş gicəllənmə, diareya, dəridə səpgilərin yaranması. Sizdə bu simptomlardan ən azı biri yarandıqda, dərhal tamponu xaric edin və mümkün qədər tez həkimə müraciət edin.


Şərhlər:
Baxılıb: 1468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz