Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kolposkopiya: uşaqlıq boynunun müayinəsi
Kolposkopiya: uşaqlıq boynunun müayinəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1130
Səs ver:
Kolposkopiya analizdir. Bu analizin köməyi ilə uşaqlıq boynunda və uşaqlıq yolundakı xərçəngəqədərki və xərçəng dəyişikliklərini aşkar etmək mümkün olur. Kolposkopiya proseduru xüsusi alətin – kolposkopun köməyi ilə həyata keçirilir. Bu alət həkimə böyüdücü şüşə altında uşaqlıq boynuna və uşaqlıq yoluna baxmaq imkanı verir.
Geniş kolposkopiya nədir?
Geniş kolposkopiya – uşaqlıq boynunun daha dərindən müayinəsidir. Bu, adi kolposkopiya zamanı gözə çarpmayan dəyişiklikləri aşkar etməyə imkan verir. Geniş kolposkopiya zamanı həkim ardıcıl şəkildə əvvəlcə uşaqlıq boynuna sirkə turşusu, sonra isə yod çəkir. Bu maddələr selikli qişada səciyyəvi dəyşikliklərə səbəb olur və bu dəyişikliklərə əsasən uşaqlıq boynunda gedən arzuolunmaz proseslər haqqında mühakimə yürütmək olur.
Bu müayinə nə üçündür?
Kolposkopiya uşaqlıq boynunun eroziyası, leykoplakiya, ektopiya, uşaqlıq boynunun displaziyası və xərçəngi kimi xəstəliklərin dəyərli diaqnostika metodudur. Bir qayda olaraq, kolposkopiya sitologiyanın nəticələri pis olduqda ( sitologiyaya görə yaxma, ПАП-test) və ya həkimdə uşaqlıq boynunda hansısa patologiyaya şübhə yarandıqda, təyin olunur. Çox vaxt diaqnozu dəqiqləşdirmək üçün kolposkopiya ilə birlikdə uşaqlıq boynunun biopsiyası da həyata keçirilir.
Kolposkopiya kimə təyin edilə bilər?
Sizin ginekoloqunuz kolposkopiyanı aşağıdakı hallarda məsləhət görə bilər:
Atipiyaya (sitologiyaya, ПАП-testə görə yaxmanın) görə yaxmanın nəticələri uşaqlıq boynunda şübhəli hüceyrələr aşkarladıqda;
Hər dəfə seksdən sonra Sizi sürtkülü qanlı ifrazatlar narahat etdikdə;
Baxış zamanı ginekoloq uşaqlıq boynunun şübhəli dəyişikliklərini aşkar etdikdə
Sizdə uşaqlıq boynunun iltihabı (servisit) varsa
Sizdə uşaqlıq boynunun polipləri aşkar edildikdə
Sizdə genital ziyil (kondiloma) aşkar edildikdə
Kolposkopiaya necə hazırlaşmalı?
Kolposkopiyaya hazırlıq böyük səylər tələb etmir. Kolposkopiyannın nəticələrinin mötəbərliyinə nail olmaq üçün:
Kolposkopiyadan 1-2 gün qabağa seksdən imtina edin
Kolposkopiyadan 1-2 gün qabağa tamponlardan istifadə etməyin və prinslə yuyunmayın.
Kolposkopiyanı tsiklin hansı günündə etmək olar?
Ayabaşı günlərindən başqa, kolposkopiyanı menstrual tsiklin (aybaşının) istənilən günü etmək olar. Menstruasiya (aybaşı) zamanı kolposkopiyanı ona görə etmirlər ki, bu, diaqnostikanı çətinləşdirir.
Kolposkopiyanı hamiləlik zamanı etmək olarmı?
Lazım gəldikdə, kolposkopiyanı hamiləlik zamanı da etmək olar. Bu analiz uşaqsalma riskini artırmır.
Kolposkopiya necə edilir?
Kolposkopiya adətən ginekoloqun kabinetində edilir. Proseduru etmək üçün Siz adi ginekoloji baxışda olduğu kimi, ginekoloji kresloda əyləşməlisiniz. Uşaqlıq boynunu görmək üçün ginekoloq uşaqlıq yoluna ginekoloji güzcü yeridəcəkdir. Bundan sonra həkim uşaqlıq yoluna girişdən bir neçə santimetrlik məsafədə kolposkop quraşdıracaqdır. Kolposkopdan gələn parlaq işıq uşaqlıq boynunu işıqlandıracaq və həkimə optik cihaz vasitəsilə selikli qişaya diqqətlə baxmaq imkanı verəcəkdir. Uşaqlıq boynunu selikdən təmizlədikdən sonra ginekoloq ona əvvəlcə sirkə turşusu məhlulu, sonra da yod sürtəcəkdir. Həkim uşaqlıq boynunun buna qeyri-normal reakskiya verdiyini görərsə, onda o, anomal rəng almış sahələrin biopsiyasını keçirə bilər. Adətən bu prosedur 25-30 dəqiqədən çox davam etmir.
Kolposkopiya ağrılıdırmı?
Kolposkopiya sitologiyaya görə yaxma götürmədən daha ağrılı deyil. Adətən qadınlar ağrı yox, sadəcə balaca bir diskomfort hiss edirlər. Sirkə turşusu və ya yod vurulduqdan sonra Siz bir qədər yandırma hiss edəcəksiniz ki, bu da tez keçib gedir. Uşaqlıq boynunun biopsiyası da ağrı vermir. Siz cüzi təzyiq və ya iynə sancısı hiss edə bilərsiniz.
Kolposkopiyadan sonra nə olur?
Kolposkopiyadan sonra bəzi qadınlarda az miqdarda çəhrayı və ya palıdı rəngli ifrazatlar yarana bilər. Bu ifrazatlar daha 1-2 gün müşahidə edilə bilər. Əgər Sizdə sürtücü ifrazatlar yaranıbsa, tampondan yox, bezdən istifadə edin.
Kolposkopiyadan sonra sekslə məşğul olmaq olarmı?
Kolposkopiya zamanı Siz biopsiya olunmamısınızsa, onda heç bir məhdudiyyət yoxdur. Siz sekslə məşğul ola bilərsiniz. Kolposkopiya zamanı Siz biopsiya olunmusunuzsa, onda ən azı həftə ərzində cinsi aktlardan çəkinin.
Kolposkopiyanın nəticələrini necə açmaq olar?
Kolposkopiyanın nəticələri yaşadığınız ölkədən, bu proseduru keçdiyiniz müalicə müəssisəsindən asılı olaraq müxtəlif şəkildə ola bilir. Kolposkopiyanın nəticələrini adekvat şəkildə yalnız həkim-ginekoloq aça bilər.


Şərhlər:
Baxılıb: 1130
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz